Məmməd Əmin Rəsulzadə



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix18.04.2022
ölçüsü1,06 Mb.
#85569
1   ...   4   5   6   7   8   9   10   11   ...   25
M.Ə.Rəsulzadə

 
SİYAVUŞUN QISACA ƏHVALI 
 
1  —  Siyavuşun  doğulması,  2  —  Siyavuşun  tərbiyə  və  düşüncəsi,  3  — 
Siyavuş Turanda, Əfrasiyabın röyası və Siyavuşu yaxşı qarşılaması. 4 — «Siyavuş 
Kərd»  —  Siyavuş  şəhəri.  5  —  Siyavuşun  bəxtsizliyi.  Gərsivəzin  hekayəsi. 
Siyavuşun öldürülməsi. Siyavuşun son sözü. 
Xalq arasıda məşhur olanı belədir ki:, 
Kəyanilərdən  Keykavusun  oğlu  Siyavuş  ögey  anası  Südabənin  eşqi  və 
atası Keykavusun vəfasızlığından bezar olub Turana qaçdı. Turan xaqanı Əfrasiyab 
tərəfindən  səmimi  qəbul  gördü.  Xaqanın  qızı  Firəngizlə  evləndi.  Nəhayət, 
Əfrasiyabın qəzəbinə gəlib başı kəsildi. Haqsız tökülən bu qan üçün İranla Turan 
bir-birinə qarışdı və əsrlər uzunu qan axdı. 
Fəqət  İran  «İliada»sının  bu  həzin  dastanını  mifologiyadakı  rümuzu 
sezərək  oxuyanda  görünür  ki,  Siyavuş  həqiqətdən  çox  şerə  qarışmış  bir  rəmz 
tarixidir. Bu bir simvoldur. 
Mifologiya,  tarixin  Huşəngdən  əvvəlki  qədim  əsrlərinin  vəziyyətini 
xəyanət  ilə  qarışdırılmış  bir  şəkildə  nəql  edər.  Bu  kimi  nağıllar  «Əz  zəmanə 
                                                           
2
 
Bundan ölmərəm, çünki mən diriyəm
 


19 
 
Cəblul—tarix» deyilən əski zamanın bir təqvimidir.   
 
 
Bir-birləri ilə münasibətləri əskidə qurulmuş, hələ İran ilə Turan kimi bir-
biri ilə əsrlərcə çəkilmiş, bu səbəblərin mifoloji fonu və əfsanələri çox qarışmışdır. 
Bu qarışıq mifologiyanın bəzən türklərdə batır, ruslarda boqatır, farslarda bahador 
sözünün bənzərliyi kimi, bir qisim qəhrəmanlarada bənzərliyi və ya ortaqlığı olur. 
 
«Siyavuş»  hekayəsinin  ifadəsindən  görünür  ki,  o,  həm  batır,  həm  də  
bahadır  olub  İranla Turan  arasında ortaq bir qəhrəmandır.   
 
Əlbəttə,  Siyavuş  məşhur  olduğu  kimi  bir  iranlı,  daha  doğrusu,  xalis  bir 
iranlı deyil. Onun nə dərəcədə doğruluğunu Firdovsi belə nağıl edir.  
 
İran  bahadırlarından  iki  sərkərdə  —  Tusla  Kiv  Turan  hüdudunda  ova 
çıxmışdılar. Ov əsnasında, orman içində evdən qaçmış bir qıza rast gəldilər. Qızın 
gözəlliyi hər iki   pəhləvanın   ürəyini  bir   anda oxladı.   İkisi  dağ keçisi  ovunda 
ikən,  bu  orman  pərisinin  kirpiklərinin  oxuna  hədəf  oldular.  Saçları  ağarmış  qoca 
pəhləvanlar  «ceviz  bulmuş  cocuqlar»
3
 kimi      bu    tapılmış    pəri    üçün      münaqişə 
etdilər.  Biri  qızı daha əvvəl gördüyünü, digəri  isə daha əvvəl tutduğunu  deyərək, 
haqq  üstünlüyü  arayır,  heç  biri  güzəştə  getmək  istəmirdi.  Nəhayət,  iki  dostu  bir-
birinə  düşürən  bu    gözəli  Keykavusun  yanına  gətirib  davanın    həllini    onun  
öhdəsinə buraxdılar. O da eynən cocuqlar üçün ceviz bölən qoca kimi, qızı özünə 
götürməklə məsələni həll etdi.  
 
 
 
 
 
Firdovsinin anlatdığına  görə, pəhləvanlara bəla olan bu  qızın əsli Turanlı 
olub, nəsli Əfrasiyabın qardaşı Gərsivəzə qədər varıb gedirmiş. 
 
 
Bu  minvalla  Əfrasiyab  sülaləsindən  olan  bir  Turan  gözəli  İran  şahı  ilə 
qovuşdu və nəticədə : 
 
«Cüda müd əz u küdəki çün pəri 
Be çöhrə besən but Azəri»
4
 
 
Bu Azəri heykələ Siyavuş adı verdilər. 
Siyavuşun  tərbiyəsini  Rüstəm  pəhləvana  tapşırmışdılar.Rüstəm  onu  özü 
kimi  bir  igid  eləmişdi.  O,  zəmanəyə  uyğun  hərb  üsullarına  tamamilə  aşina,  silah 
                                                           
3
 
Lafonten  üslubunda  hekayələr  yazan  rus  şairi  Krılov  bir  ceviz  tapan      iki 
cocuğun  mübahisəsinn hekayə  kimi təsvir edir ki, biri cevizi əvvəl gördüyündən, digəri isə 
daha  əvvəl  əlinə  aldığından  bəhsiylə  az  qala  qovğa  qaldırırlar,  Nəhayət,  yoldan  keçən  bir 
qocanı  özlərinə  hakim  tuturlar.  Qoca,  cevizi  qıraraq  qabığını  ikiyə  bölüb  —  «biri  sənin, 
dikəri də o birinin, içi də mənim» — deyə davanı həll etmişdir.
 
4
  O, pəri, kimi bir oğul doğdu ki, çöhrəsi Azəri heykəlinə bənzəyirdi. 
 
 


20 
 
oynatmağı,  qurşamağı  çox  yaxşı  bilən  bir  pəhləvan  kimi  yetişmişdi.  Buna 
baxmayaraq, o, savaşdan çox barışığa tərəfdar idi. 
Firdovsi  gözəlliyi  qüvvətdən  ayırmır.  Siyavuş,  qadınları  çıldıracaq  bir 
gözəlliyə  sahib  idi.  Fəqət  vücudu  kimi  onun  ruhu  da  gözəl  idi:  müqəddəs  bir 
təmizliyə sahib idi. 
Bu mərd xasiyyəti ilə o, yaşadığı namərd mühit içində pək çox müşkülata, 
təhlükəli macəralara uğradı. Özünə ilk macəranı açan ögey anası Südabə olmuşdu. 
Südabə,  gözəlliyi  ilə  məşhur,  müstəsna  və  ehtiraslı  bir  qadın  idi.  Gənc  Siyavuşa 
ögey oğlu olmasına rəğmən eşq, təklif etdi, rədd cavabı aldıqda ondan Keykavusa 
şikayət etdi. Cırmanmış bir üzlə hüzuruna çıxıb: «oğlun mənə təcavüz etmək istədi, 
baş və üzümü cırdı» — deyə iftira etdi. Siyavuş sorğu suala tutularkən Südabənin 
ona  fəna  bir  təklif  etdiyini  söylədi.  Xanımı  ilə  oğlu  arasında  qalan  padşah, 
hakimlərin tövsiyəsi ilə günahkarla məsumu ayırd etmək üçün, özlərinin müqəddəs 
oddan keçmələrini
5
 əmr etdi. Siyavuş oddan keçərək, günahsız olduğunu isbat etdi. 
İkinsi  macəra  nəticə  etibarilə  daha  mühüm  idi.  Turan  xaqanı  İran 
torpağının  əsas  qismini  hakimiyyəti  altına  almışdı.  Keykavus  Turana  qarşı  hərb 
elan edərək, komandanlığa oğlu Siyavuşu təyin etdi. Rüstəm də Siyavuşun əmrinə 
verildi.  Siyavuş  müharibəni  bacarıqla  idarə  etdi.  Turanlılar  İran  torpağını  tərk 
etdilər.  İndi  müharibə  müdafiə  xarakterindən  çıxaraq,  hücum  forması  alırdı.  İran 
ordusu Turan torpağına keçəcəkdi. Bu əsnada Əfrasiyabdan elçilər gəldi. Əfrasiyab 
barışıq təklif edirdi. Siyavuş barışıq təklifini qəbul etdi, hərbi bitirmək üçün atasına 
xəbər  yolladı.  Keykavus,  Siyavuşdan  gələn  bu  təklifə  qızdı  —onu  sərkərdəlikdən 
çıxardı, yerinə digər birisini təyin edib müharibənin davamını hökm etdi. Siyavuş 
isə  barışıq  təklifini  atasının  inadından  üstün  tutduğundan  İranı  tərk  edib  bir  neçə 
seçməd süvarisiylə Turanda sığınaсaq tapdı. 
Bu  sığınaсaqla  Siyavuş  böyük  məqsədinə  yetmək  fürsətini  gözləyirdi. 
Məqsədi  isə  özündə  qarışmış  olan  iki  irqin  qanını  artıq  boş  yerə  axıtmamaq  idi. 
Bunun  üçün  İranla  Turanı  barışdırmaq  lazım  idi.  Belə  bir  barışıq  təklifini  qəbul 
etmədiyi üçün atasına qarşı çıxmış və yenə belə bir barışıq təklifində olduğu üçün 
Əfrasiyaba  sığınmışdı.  Turana  ke-çərkən  atasına  yazdığı  məktubda  bu  məqsədini 
belə anladır, deyir ki: 
«Mən  gənc  olmağımla  yanaşı,  ağıl  və  mühakiməmi  idarə  etdim.  Öz 
nəfsimə  sahib  oldum.  Şahın  hərəmi  mənim  ilk  dərdim  oldu.  Oddan  keçmək 
qarşısında  qaldım.  Bu  haldan  bezərək  hərbə  atıldım,  müzəffər  oldum.  Nəhayət, 
sülh bağladım. Elə bir sülh ki, iki aləm buna məmnun oldu, yalnız şahın qəlbi daş 
oldu, polada döndü. 
                                                           
5
 
Odun müqəddəsliyinə inanılan əski İranda əfsanələrin rəvayətinə görə, suçluları müqəddəs 
oddan keçirmək adəti varmış. Təqsirli sayılan, günahsızsa, od onu yaxmazmış. 
 


21 
 
Nəyamət zimən hiç kari nəsənə  
Koşadən həman o həman niz bənd  
Çu çeşmeş zi didari mən kəşti sir.  
Bər sir kəştə nəbaşəm dəmir
6

 
Əfrasiyab  Siyavuşu  yuxusunda  görmüşdü.  Yozucular  ona  demişdilər  ki, 
«Bu  cavan  ilə  hərb  etsə  və  ya  bu  gənc  onun  əlində  ölsə,  taxt  və  tacı  devrilərək 
Turan xaraba qalacaq, dünyada qan qurşağa çıxacaq». Bunun üçün də o, Siyavuşun 
könlünü hər vasitə ilə ələ almağa çalışırdı. 
Siyavuş  da  Əfrasiyabı  sevirdi.  Bunun  üçün  də  o,  sərkərdə  Piranın
7
 ata 
kimi tövsiyəsi ilə Əfrasiyabın qızı Firəngizlə evləndi. 
Əfrasiyab, damadının həyat və rifahını təmin etmək üçün ona Turanın ən 
gözəl  bir  bölgəsini  ayırdı.  Siyavuş  barışıqsevər  olduğu  üçün  burada  gözəl  və 
nümunəvi bir saray tikdirdi. Bu saray iki böyük aləmin gözəlliklərini, şahlığa layiq 
bütün  mədəniyyəti  əks  etdirən  şəkildə  idi.  «Siyavuş  gərd»  (Siyavuş  sarayı)  adını 
daşıyan bu tikilini «Şahnamə» belə tərif edir: 
 
...Nə kərmaşi kərm və nə sərmaş sərd  
Həmə sayi   - şadi və aramu hard  
Nə bini dər an  şəhr — i billar kəs,  
Yəki bostan əz behiştəst və bər  
Həmə abha ruşən və huşguvar  
Həmişə bərri yomu o çün bəhar»
8
 
 
Əfrasiyabın  əmri  ilə  dünyadan  xərac  almağa  çıxmış,  Piran  geri  dönəndə 
padşahın  söylədiyi xəbərlər əsnasında  ən əvvəl  «Siyavuş  gərd» dən bəhs ilə deyir 
ki: 
Siyavuş yegi cayuki  şəht nəğz  
Pəsəndideyi mərdum paki məğz  
Yeki şəhr didəm ke əndər zəmip  
Nə binəd çinan kəs be Turan zəmin.
9
 
                                                           
6
 
Heç bir iş bəyəndirə bilmədim. Açıldığımla yumulduğum bir oldu. Gözü məni görməkdən 
bezdi. Bezgin bir hüzurda isə cəsur ola bilmərəm.
 
7
 
Əfrasiyabın vəziri.
 
8
 
Nə  soyuq,  nə  isti  -  hər  tərəf  fərəh,  rahat.  Cənnətdən  bir  bostan  taparkən,    orada      xəstə   
görünməz.   suları   saf   və dadlı,   çölləri   daima   bahar. 
 


22 
 
Günün  yarısı  gündüz,  yarısı  gecədir.  Ayın  yarısı  aydınlıq,  yarısı 
qaranlıqdır. İlin yarısı  isti, yarısı soyuqdur. 
Dünya  ta  ilk  yaradılışından  bəri  iki  üz-üzə  qüvvənin,  iki  qarşı  nöqtənin 
çarpışmalarına  savaş  meydanı  olmuş,  insanlıq  tarixi  adətən  bu  çarpışmaların, 
macəraları, avantüraları ilə bu çarpışmaların alın yazısından ibarət olmuşdur. 
Təbiətin  hər  şeyində  dualizm  olduğu  kimi,  gəlib  keçici  tarix  də  bu 
ikilikdən  yaxa qurtara bilməmişdir. Bu dualizm, bilxassə İranın dini Zərdüştlükdə 
özünü  göstərir.  Hər  Hürmüzdə  qarşı  bir  Əhrimən
10
 vardır.  Bunlar  daima  vuruşur, 
qələbə gah onun, gah o birinin olub çarpışma dünyalar durduqca davam edir. 
Firdovsinin  fəlsəfə  olayları,  başdan  ayağa  Hürmüzd  ilə  Əhrimən 
ikiliyindən ibarətdir. Onun Rüstəm pəhləvanın diliylə söylətdiyi: 
 
Çinin əst rəm səray dürüşt  
Gahi püşt zin və gahi zinbe pürüşt —
11
 
 
Hikmətli «Şahnamə»nin hər səhifəsində hər hansı bir pəhləvanın vəziyyəti 
«səadət rütbəsindən zəmiliyə»  düşüncə,  həmən bu  sözü təkrar edib durur.  «Çinin 
əst» fələyin gərdişidir— deyə yazılır. 
Bu fəlsəfə yalnız qatı bir iranlı olan Firdovsinin Rüstəmi ilə «Ağ dev»ində 
deyil,  Qərb  ədəbiyyatı  ustadlarından  olan  alman  şairi  «Hötenin  Faustu  ilə 
Mefistofelində də görünür. 
Siyavuş,  rəhmli  fikirlərlə  dolu  dünyanı  cənnətə  döndərmək    istəyən  
padşah    sifətli    bir  Faust  ikən,    Gərsivəz  özünə  müqabil    şeytani  bir    qərəzlə 
Mefistofel  rolunu oynayır. O,  «mühasir bir İran  şahzadəsinin» Turan xaqanlarına 
uyğunlaşmasını   götürə bilmir.  Siyavuş   Əfrasiyaba   şikayət edərək deyir ki, 
 
Fürüstadə aməd zi Kavus şah 
Cehani bənəzdiki o çənəkah  
Zirum vəz çin nizəş aməd niyam  
Həmi yadi Kavus girəd becan
12
 
                                                                                                                                      
9
 
Siyavuş «zövq ərbabının xoşuna gələcək bir diyar salmışdır ki, belə bir şəhəri kimsə bütün 
Turan ölkəsində tapa bilməz.
 
10
 
Zərdüşt dininə inananların pislik tanrısı, şeytan.
 
11
 
«Bu qoca və sərt dünyanın adəti belədir  ki, gah insana yəhərin» belində,  gah da yəhəri 
insanın belində gəzdirir» — mənasında olan bu beyt Rüstəmin sözüdür. Ova çıxan Rüstəm 
atı  Rəxşi  otlamağa  buraxmış,  yəhərini  çıxarıb  başı  altına  qoymuş,  uyumuşdu.  Oyananda 
Rəxşin  qaçırıldığını  anlamış,  yəhərini  belinə  alaraq  atını  aramağa  getdiyi  zaman  Firdovsi 
ona bu beyti söylədir. 
 


23 
 
 
Xain — qorxaqdır — deyərlər. Bunu tərsinə söyləsək, «qorxaq xain olur». 
Əfrasiyabın  Siyavuşa  olan  hörməti  qorxusundan  idi.  «Qorxan  gözə  çöp  düşər» 
zərbi — məsəli məşhurdur. Gərsivəz, Şekspir qəhrəmanlarından Yaqo kimi Otello 
yaradılışlı  Əfrasiyaba  vasvası  təlqinlər  verməyə  başladı.  Gərsivəz  bu  təlqinlərlə 
Əfrasiyabı  yoldan  çıxarmağa  müvəffəq  oldu.  Halbuki,  bir  az  əvvəl  ən  yaxın,  ən 
mötəbər adamı qoca dindardan Siyavuş haqqında 
 
Be din zib in ki, damadı —tüst  
Be hubi bekan dil şadi tüst.
13
 
 
tə'rifini eşidən Əfrasiyabın ürəyi nə qədər şən və nə dərəcədə rahat olmuşdu. 
«Yaqo»nun  dəsmal  intriqasını  bilirsinizsə,  Əfrasiyabla  Siyavuş  da 
Gərsivəzin belə məlul bir hiyləsinə qurban olurlar. 
Əfrasiyab qəfil əsgər yığıb «Siyavuş gərd» şəhərini alır. Siyavuşla dostları 
mühasirə olunur. 
Siyavuş, bəxtinin döndüyünü və başına gələcək fəlakəti hiss etmiş və hiss 
etdiklərini Pirana demişdi: 
 
«Çu harəm fəvəd cayi —arəstə 
Pədid ayəd əz hər sui  hastə 
Nəbayəd mera şad bu den bəsi 
Nəşinəd bərin gah digər kəsi»
14
  
 
Belə  bir  hissi  həyatda  görməkdən  öncə  duyan  Siyavuş,  Əfrasiyabın  hərb 
etmək  üçün  gəldiyi  xəbərini  alınca,  qaçmağa  qərar  verdi.  Hər  tərəf  mühasirə 
edilmişdi.  Özünü  belə  bir  vəziyyətdə  görüncə,  alın  yazısına  təslim  oldu.  Dost 
vəfasını yada salıb son anda olsa da qarşı-qarşıya gəlmək istədilər. Fəqət: 
 
«Çi qoft an hirədmənd bareyu huş,  
Ke ba əhtəri — bes be mərdi — məkuş»
15
 
                                                                                                                                      
12
 
Gizli   şəkildə neçə dəfə  Kavus şahdan  özünə elçi   gəlmişdir.  Rum   ilə Çindən də yenə 
adamlar gəlmiş, həm də Kavusun adına içki içilir. 
 
13
 
Kürəkəniniz  öz   gözəl   əxlaqı   və   ədəbi   ilə   mal və   mülkünüzə   layiqdir. 
 
14
 
Bir yer abad və gözəl olsa, hər tərəfdən alıcıları zühur edər. Buna artıq məmnun olunmaz. 
Bu taxta başqa birisi oturar.
 
15
 
O qamət və ağıl sahibi dedi ki, nəhs talehlə mərdlik etmə. 
 


24 
 
Siyavuş Əfrasiyabla üz-üzə gəldi: 
 
«Çera cəng çü amədi ba spah  
Çera qüst xaki — mera bi günah
16
 
 
deyə  sordu.  Əfrasiyabı  xəbərdar  etmək  istədi,  fəqət  məlun  Gərsivəz  fürsət 
verməyib elə bil arxadan dəsmal götürürmüş kimi Siyavuşa: 
 
«Gər idər çənin bi günah amədi  
Çe ra ba zireh nəzd şah amədi.  
Pe zirə şudən zin pişan rah nist  
Kaman və zireh hədiye şah nist»
17
 
 
deyə  iblisanə  bir  əda  ilə  xitab  etdi.  Artıq  hər  şey  bitmiş,  Əfrasiyabın  ürəyi 
dostluqdan dönmüş, Gərsivəzin hiyləsi ağlını çalmış hakim bilicilərin özünə: 
 
Əgər ba Siyavuş günədşah cəng  
Çu dibə şəvəd ruyi kiti be rəng  
Və gər u şəvəd bər dəsti—şah  
Be Turan namənd səru taxt və gah  
Sərazir aşub gərdəd zəmin  
Zibehr Siyavuş be cənk, o be gin»
18
 
 
dediklərini tamamilə unutmuşdu. Artıq hiddət və qəzəb gözlərini bürümüş, heç bir 
şey görmür, Siyavuşun «Azəri heykəlinə bənzər başını» kəsmək üçün cəllada əmr 
verirdi. 
Bu  qurcunc  anda  Əfrasiyabın  qızı  Firəngiz  gəldi.  Siyavuşun  günahsız 
olduğunu  yana-yaxıla  söylədi,  atasına  rica  etdi.  Onun  əfv  edilməsini  istədi.  Fəqət 
bu  ricalarla  o,  heç  bir  şeyə  müvəffəq  ola  bilmədi,  əksinə  az  qaldı  özünü  öldür-
sünlər.  Yalnız  bəzi  nəsihətçilərin  yol  göstərməsi  ilə  ölüm  təhlükəsindən  sovuşub 
edamı  həbslə  əvəz  etdilər.  Cəlladlıq  vəzifəsini  Gərv  adlı  bir  sərkərdə  yerinə 
                                                           
16
 
Nə üçün   əsgərlərinlə  savaşcı   kimi   gəldin,   günahsız  ikən   nədən   məni öldürmək 
istədin?
 
17
 
Əgər   sən   belə   günahsız   idin,   nə   üçün   şahın   yanına   zirehli   çıxdın? Hüzura 
çıxmaq belə olmaz. Yayla zireh şaha təqdim ediləcək hədiyyə deyil.
 
18
 
Şah  Siyavuşla  vuruşarsa,  dünya  üzü  ipəkli  qumaş  kimi  simsiyah  olar  və  əgər  o,  şahın 
əlində  ölərsə,  Turanın  taxt  və  tacı  bərbad  olar,  aləm  çarpışar.  Siyavuşdan  ötrü  dünya 
müharibə və kinlə dolar.  
 


25 
 
yetirirdi. Bu adam vaxtiylə  müsabiqələrin birində Siyavuşdan acı bir  məğlubiyyət 
dadmışdı. İndi əlinə keçən fürsətdən istifadə edərək Siyavuşu öldürməkdən xüsusi 
bir  zövq  alırdı.  Gərvin  intiqamı,  xəncərlə  Siyavuşun    məsum    boğazında  acı    bir  
kinlə  işlərkən, İran Turan barışığının o məzmun böyüyü (təşəbbüsçüsü — M. Ə.) 
son olaraq dedi ki: 
 
Əz İrai və Turan bər ayəd xuruş  
Cihani—zahiri men ayəd be quş.
19
 
 
Siyavuşla bağlı nöqtələr. 
1  —  Siyavuş  bir  simvoldur.  2  —  Federasyon  nəzəriyyəsi.  3.  Siyavuş 
sülhsevər federalistdir. 4. — Firdovsidə qan hikməti. 
 
Firdovsinin  düşüncəsinə  görə,  qanı  iki  millətdən  qarışmış  olan 
qəhrəmanlar, mütləq bu iki millətin sahib olduğu kimi düşünüb, bir fikir və həddət 
bəslərlər. 
Biz bu hikməti Siyavuş hekayəsinin hər beytində görürük. Siyavuş, yarısı 
Turanlı,  yarısı iranlı olduğundan bu iki aləmi  məsud  görmək, onları birləşdirmək 
istəyir. 
Söhrab da belədir: o da bir turanlı xanımdan doğulduğu üçün İran şahını 
öldürmək,  Turan  xalqını  ucaltmaq  atası  Rüstəmi  birləşmiş  İran-Turan  taxtına 
oturtmaq, anası Təhminəni də «Banu cihan» elan etmək xəyalı ilə dolaşır. 
Makedoniyalı  böyük  İskəndər  belədir.  O,  Rum  sarayı  Filokusun  Darab
20
 
şaha getmiş qızından doğulduğu üçün deyir ki, Rum ilə İrana sahib olub böyük bir 
imperatorluq vücuda gətirə bildi. 
Başqa  bu    kimi    misal  və  mühakimələri  Firdovsidə  bulmaq  daima 
mümkündür. 
Yalnız  Siyavuşun  digər  «Birlikçi»lərdən  fərqi  budur  ki,  o,  birliyi 
düşmənlik və zorlamayla deyil, barış və ittifaqla meydana gətirmək istəyirdi. 
Dönən  dövran  hər  zaman  iki  mühüm  axının  ahəngi  ilə  tənzim  edilir, 
ixtilafı  ilə  pozulur.  Bir  qüvvə,  bütün  səbirsizliklə  ağrı  —  acıları  mərkəzə  doğru 
çəkər,  digər  qüvvə  də  səbirsizliklə  sızlanmaları  mərkəzdən  dəf  edər.  Mərkəzlə 
dairə  arasında  müvazinət  olmuşsa,  «çərxi-fələk«  aləmin  arzusunca  dönmüş,  tərsi 
olmuşsa,  dünya  və  aləmə  fəsad  və  ixtilafların  çıxmasıyla  həyatın  nizamı 
pozulmuşdur. 
                                                           
19
 
İran və  Turan bir hərəkət başlar ki, dünya mənim qanımdan coşar.
 
20
  
Kiyaniyan deyilən əski fars hökmdarlarından doqquzuncusu Keyqubad (Aras oğlu). 
 


26 
 
Dünyanın  idarəsi,  nə  çoxluğun  ağalığından  ibarət  olan  zorbalıq,  nə  də 
azğınlığın itaətsizliyindən başqa bir şey olmayan səlahiyyətlədir. 
«La cəbra və la təfvizə, bel ətrun beynəl ətrin»  
«Nə cəbr, nə də səlahiyyət -    ancaq bu iki imkandan birinə tərcihlədir». 
Dönən  dövran  və  ya  çərxi-fələk  təbiri  fələyə  aid  sözlərdən  olsa  da,  bu 
yoldakı təbii qanunlar sosiologiyada da qəbul edilən bir ölçüdür. 
Bir  qüvvə  insanları  bir  arada  toplayıb  bir  mərkəzə  tabe  tutaraq,  fərdi 
səmiyyətə,  məhkum  edən  bir  şəkildə  istibdad,  mərkəziyyət,  digər  şəkildə—
səmiyyətçilik,  kollektivizm adını alır. Digər qüvvə də hürriyyətdir.  Şəxsiyyəti hər 
şeyin  üstündə  görərək,  fərdi  səmiyyətin  əsarətindən  qurtarıcı  bir  şəkildə 
özünüidarə, digər şəkildə də istiqlal və ya muxtariyyət  (avtonomiya) adını alır. 
Çərxi-fələk hərbə-zorba və səlahiyyətlə dönmədiyi kimi, insan toplusu nə 
sırf səmiyyətçiliklə mərkəziyyət, nə də sırf yalnızlıq və muxtariyyətlə idarə olunur. 
Nə  mərkəziyyət,  nə  də  özünüidarə,  nə  səmiyyətlik,  nə  fərdiyyətçilik  — 
bəlkə ikisi arasında bir şey: Federasyon, ittifaq. 
Bu  surətlə  gül  ilə  göz  muncuğu  kimi  səmiyyətlə  fərdin  çeşidli  şəxsinin, 
hökumətlə  millətin  vəzifələri  konkret  olub,  biri digərini  əksildici  deyil,  bilavasitə 
bir-birlərini tamamlayıcıdır. 
Öylə  bir  nəzəriyyə  gözəl  şəkildə  hazırlandıqdan  sonra  Siyavuş  əsrindəki 
İran-Turan vəziyyətini seyr edək. 
Əfrasiyab  Turanı,  Keykavus  isə  İranı  mərkəzi  birlikdən  qaçıran  bir 
qüvvədir. Söhrab ilə Keyxosrov
21
 bilavasitə əda üçün haqq bilməyən birlikçilərdir. 
Siyavuş  isə  İranınkını  İrana,  Turanınkını  Turana  vermək  şərtiylə  orta  yol  tutmuş 
Federasyonçu, federalist bir birlikçidir. 
Bu  xarakteriylə  Siyavuş,  mifoloji  və  xəyalçı  tip  olsa  da,  İran-Turan 
federasiyonunun klassik bir işarətidir. 
Siyavuşun  siyasi hərəkət tərzi də əsrimizin siyasi ədalət idealı ilə tamam 
uyğundur:  Turan  işğalındakı  İran  torpaqlarını  xilas  edib  İrana  verincəyə  qədər,  o, 
düşmən və hərbçidir. 
Əfrasiyab İranın haqqını təslim və barışmaq təklif edəndə, görürük ki, o, 
dost və barışdırıcıdır. Barışmaq təklifini, o, cani-dildən qəbul edirdi: çünki belə bir 
sülhlə iki aləmi şad etmək onun idealı idi. 
Bu idealın xətrinə idi ki, o, yurdunu da atdı, atasını da tərk etdi. 
Firdovsi  zehniyyətində  qan  hikmətinin  hakim  olduğunu  söyləmişdik.  Bu 
hikmətə görə qəribə işarələr zühur edir. 
                                                           
21
 
Söhrab,  Rüstəm  pəhləvanın  Turan  şahzadəsindən  doğulmuş  oğludur  ki,  atası  tərəfindən 
öldürülmüşdür.  Keyxosrov  yenə  Siyavuşun  bir  Turan  şahzadəsindən  doğulmuş    yekanə 
oğludur  ki, atasının   intiqamını   Əfrasiyabdan almışdır. 
 


27 
 
Xalis Turan qanlı Əfrasiyab 
Xalis İran qanlı Keykavus 
İki  qan  qarışanda  Siyavuş  hasil  olur.  Yenə  bu  hikmətin  səbəbindədir  ki, 
vətən  padşahı  üçün  zərurət  gələndə  gözünü  yumaraq  qan  tökən  pəhləvanlardan 
İranda Rüstəm, Turanda Piran var ki, qarşı tərəfin haqqını tanıdığı halda yenə qan 
tökür,  padşahlarına  müxalif  ola  bilmirlər.  Halbuki  Siyavuş  elə  deyildir.  O,  iki 
tərəfin  üstün  cəhətlərini  özündə  topladığı  üçün,  yaxşı  bir  niyyətin  (yəni  ittifaqın), 
daşıyıcısı, hərbin deyil, barışığın geri dönməz bir qəhrəmanıdır. 
Siyavuşun  ölümü  ilə  barışıq  nöqtəsi  yox  olduğundan  İran  ilə  Turan  bir-
birinə qarışdı. İntiqam haqdır və tarixin ən mühüm əməllərindən biridir. Siyavuşun 
intiqamı Əfrasiyabdan alındı. 
Firdovsinin  İran  mənbələrindən  aldığı  mifologiyaya  görə,  hər  nə  qədər 
«Turan günahsız bir şahzadənin qanı bahasına xaraba qaldı»: — deyə  göstərilirsə 
də,  bu  kitabı  anlaya  bilən  zövq  sahibi  bu  talesizliyin  Turana  deyil,  Siyavuşluğu 
qövrə yamayan Əfrasiyablıqla Keykavusluğa aid olduğunu dərhal dərk edər. 
 
 
 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə