15
Ehtimal ki, təqibdən bir müddət uzaq olmaq üçün bura daha sərfəli idi. Fəqət Lahıc
dağlarının ən möhtəşəmi olan Nihala baxan gözəl mənzərəsi, Girdiman çayının
gecə ay işığında oxşayıcı axıntısı və yad gözündən uzaq olan kiçik bağçası ilə o, o
anda yaşadığım ruh halını kağız üzərinə tökmək üçün ən əlverişli şərtlərə malik idi.
Altıncı gün yenə yerimizi dəyişməyə məcbur olduq. İki günlüyünə bizi
başqa bir evə köçürtdülər. Burada sonuncu bölümün qaralamasını bitirirdim.
Artıq Lahıcda qala bilmirdik. Evlərində müsafir olduğumuz vətəndaşların
bir qismi qaralanmış, kənd ümumi gözətləmə təhdidi altında qalmışdı. Bir an əvvəl
Lahıcı tərk etmək gərək idi. Boşa çıxan iki təşəbbüsdən sonra dağlıq sahədən enib
ovalığa gəlmişdik. Keçdiyimiz kəndlərdən birisində qaralama halında olan
―Siyavuş‖un üzünü köçürtdüm. Təmizə çıxarılan nüsxəni qonağı olduğumuz
kəndliyə verib, qaralamasını özümlə götürdüm. Qəzaya uğramayacağımızdan əmin
ola bilməzdim. Tələf və ya yaxalanacağı təxmin olunan yanımdakı nüsxədən başqa
digər bir nüsxəsi də olsun deyə bir tədbirə lüzum görmüşdüm. Burası
arkadaşlarıma xitabən əlavə etdiyim vəsiyyətnamədə daha açıqca görülməkdədir.
Qorxduğum bir əmr vaqe olmuş, bulunduğumuz yer təsadüfən kəşf edilmiş, evimiz
basılaraq, həbs olunmuşduq.
Təslim olmzadan qabaq, yanımdakı nüsxəni
təbii ki, tələf etmişdim.
Bir çox qəza və qədər keçirdikdən sonra Moskvaya aparıldım. İki il mənfi
bir həyat keçirdim... Bu iki il müddətində ―Səyavuş‖un ikinci nüsxəsinin əmanət
verdiyim kəndlidə sağ – salim qaldığına aid açıqca bir məlumat ala bilmədim.
Nüsxə, arkadaşların da əlinə keçməmişdi. Kəndli, xəbərdarlıq etdiyimə görə
kağızımı almadan kitabı kimsəyə verməyəcəyini anlatmışdı.
İki illik mənfi həyatdan sonra daha az macəralı olmayan bir təşəbbüslə
qurtularaqFinlandiyaya keçdim. Nəhayət, buraya (İstambul nəzərdə tutulur. – M.
Ə.) gəldim. Tam üç il sonra itirdiyimi buldum. ―Əsrimizin Siyavuşu‖ bir çox
muşkulat və macəralara məruz qaldıqdan sonra bolşevik çəpərini yararaq İstambula
qədər gəlmiş, yazarının özünə aid üzüntüsünü yox etmişdir.
Arkadaşlardan bəziləri itirdiyim bu əsərə görə duyduğum üzüntünü
gördüyü zaman, ―madam ki mövzu məlumunuzdur, yenidən yazarsınız‖ – deyə
təsəlli verirlərdi.
Ehtimal ki, bu mövzu yenidən yazıla bilərdi, fəqət o zamankı hal, ruh halı
və vəziyyət bir daha geri gələmməz. 1920-ci ildə Lahıcda qaçaq bir həyat yaşayan
Əli Əhmədoğlunun
1
əsəri ilə 1923-cü ildə İstambulda yaşayan Məhəmməd Əmin
Rəsulzadənin əsəri arasındakı fərq aşkar olsa gərək.
―Əsrimizin Səyavuşu‖ Türklə başlayan iki tarixin də həzin bir vaqeə və
hadisənin yanğılı bir ağısıdır. Yazılan vaqeədə iştirak etmiş bir fərd sifətiylə və
ətdən, qandan, sinirdən yaranmış bir canlı olmaqla hisslərinin təsirinə qapılmış,
1
Saxlandığım zaman daşıdığım gizli ad.
16
fəqət adı çəkilən şərtlər içərisində təsadüfən, bəlirli bir qayə güdmədən, bu anda
duyulan çox dərin bir təsiri hekayə edən bu əsərin səmimiyyəti əlbəttə, inkar
olunmaz. Təsadüf edilən qüsurların xoş niyyətli qarşılanması rica olunur.
Belə ki, əsər yazılarkən bir çox istiarə və misalları etibarı ilə Azərbaycan
ədəbi mühitini nəzərə alınmışdır. Bu qədər macəraların sonunda özünü İstambulda
nəşr etmək qismət olmuşdur. Bu qismət özünə bir şivə təshihi ilə bir bölük yaxın
adamların əlavəsindən başqa itkiyə uğramamışdır.
―Siyavuş‖, meydana gəlməsi ilə Lahıcdakı kitabxana sahibi, bizi bir ata
kimi bəsləyən o sevimli ixtiyar və nəhayət, ölüm təhlükəsinə qarşı əmanəti şahid
kimi göstərən o mərd kəndlilərə borcludur. Burada onlara mənən təşəkkür etməyi
vəzifə sayıram. Bolşeviklərin qəhrinə məruz qalmasınlar deyə adlarının açıq
göstərməmək zərurəti ilə üzgünəm. İnşallah, onun da növbəsi gələr.
Dostları ilə paylaş: