5
dilində
inqilabi
qəzet
və
intibahnamələrin
göndərilməsi
bilavasitə
M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə
Xanlar Səfərəliyevin Bibi – Heybətdə dəfni günü, onun qəbri üstündə keçirilən
böyük yığıncaqda P. Caparidze, S. M. Əfəndiyev, İ. V. Stalin ilə birlikdə M. Ə.
Rəsulzadə də alovlu nitq söyləmişdir. Onu da qeyd etmək lazımdır ki, M. Ə.
Rəsulzadə əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda
inqilabi fəaliyyət göstərən İ. Stalinlə çox səmimi və yaxın dost olmuşdur. Hələ
1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini, fəhlələri tətilə dəvət etdiyi
üçün, neft quyusuna atmaq istəmişlər. Özünü hadisə yerinə çatdıran M. Ə.
Rəsulzadə Stalini ölümdən xilas etmişdir. O, Stalinin Bayıl həbsxanasından gizli
surətdə qaçırılmasının da təşkilatçısı olmuşdur. 1954-cü ildə, İstanbulda çıxan
―Dünya‖ qəzeti M. Ə. Rəsulzadənin ―Stalin ilə inqilab‖ adlı sil – silə xatirə
məqaləsini çap etmişdir. O, həmin yazıda da bu barədə söz aşır (―Dünya‖ qəzeti,
23 may 1954-cü il).
M. Ə. Rəsulzadənin həmin dövrdə Əlibəy Hüseynzadənin (1864 - 1941)
redaktor olduğu ―Füyuzat‖, həmçinin Əhmədbəy Ağayevin (1869 - 1939)
redaktorluğu ilə çıxan ―İrşad‖ və ―Tərəqqi‖ qəzetlərində müxtəlif mövzularda
məqalələri və şerləri çap olunmuşdur.
Müəyyən müddət o ―İrşad‖ qəzetinin müvəqqəti redaktoru da olmuşdur.
1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun (1885 -
1948) ―Türk – rus və rus – türk lüğəti‖ kitabının naşiri M. Ə. Rəsulzadə olmuşdur.
Yenə də həmin ildə o A. Bluyumun ―Fəhlə sinfinə hansı azadlıq lazımdır (Xalq
nümayəndəliyi haqqında)‖ kitabını Azərbaycan dilinə tərcümə edib və ―Təkamül‖
qəzeti redaksiyası adından Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir.
Həmin dövrlərdə bolşeviklərin Rusiya imperiyasının sərhədlərini
saxlamaqla və yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq uğrunda mübarizə
apardıqlarını hiss eləyən M.Ə.Rəsulzadə RSDFP – nın sıralarından uzaqlaşdı. O,
rus müstəmləkə üsul – idarəsinə qarşı Azərbaycan milli istiqlal hərəkatının təməl
daşını qurmağa başladı.
1908-xci il dekabrın 5-də Məmməd Əminin ―Qaranlıqda işıqlar‖ pyesi
tamaşaya qoyuldu. Pyesin ana xətti milli oyanış və istiqlal hərəkatının təbliği təşkil
edirdi. O, özünün bu əsəri ilə ―Azərbaycana muxtariyyət‖ şüarı fikrini yaymağa
başlamış və rus çarizm üsul – idarəsi istibdadını yıxmağa çağırırdı. Onun bu pyesi
Azərbaycanda milli – istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu
əsərdən başqa M. Ə. Rəsulzadənin həmin ildə yazdığı ―Nagəhan bəla‖ adlı
pyesi də
vardır.
1908-ci ilin axırında M. Ə. Rəsulzadə çar üsul – idarəsi tərəfindən onun
həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək və İrana yola düşür.
O, İranda şahlıq üsul – idarəsinə qarşı başlanmış məşrutə inqilabının əsas
rəhbərlərindən biri olur. M. Ə. Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı
Səttərxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və
6
kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir.
Bu müşahidələr sonralar M. Ə. Rəsulzadənin ədəbi yaradıcılığına da təsirsiz
qalmır.
Məmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı
(Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab,Süleyman Mirzə, Seyid
Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat
partiyasının əsasını qoyur. O bu partiyanın əsas orqanı olan ―İrane nou‖ və ―İrane
Ahat‖ qəzetlərinin baş redaktoru olur. Həmin qəzetlərdə M. Ə. Rəsulzadənin çoxlu
məqalələri, şer və publisist yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda
Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə
(1878 - 1969) M. Ə. Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq:
Dostları ilə paylaş: