Məmməd Əmin Rəsulzadə


Adı  müstəqil  Azərbaycan  —  özü  Rusiyanın  federativ  bir



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix18.04.2022
ölçüsü1,06 Mb.
#85569
1   ...   10   11   12   13   14   15   16   17   ...   25
M.Ə.Rəsulzadə

Adı  müstəqil  Azərbaycan  —  özü  Rusiyanın  federativ  bir 
hissəsi! Daha doğrusu muxtar bir vilayəti! 
Millətsevər  Azərbaycan  Türkçülərinin  vaxtiylə  kimsəyə  sözlə  inandıra 
bilmədikləri  həqiqətləri  bolşeviklər  işləri  ilə  isbat  etdilər.  Xalq  həyəcana  gəldi. 
Aldanmış  adam  qızğınlığı  ilə  dil  və  dodağını  dişlədi:  fəqət  iş-işdən  keçmiş,  ox 
yayından  çıxmışdı.  Beləliklə,  səbir  kasası  daşdı.  Gəncə,  Tərtər,  Qarabağ  və 
Zaqatala  üsyanları  meydana  gəldi.  Qızıl  bolşeviklər  Nikolay  generalı 
Levandovskinin  mərifətiylə  üsyanı  qanlı  bir  şəkildə  yatırtdılar.  Çoluca-cocuğa 
baxılmadı,  qarıya-qocaya  asınmadı,  Azərbaycanlı  Türk  qanı  sel  kimi  axdı.  Onu 
ermənidən qurtaracaq deyə gözlədiyi qüvvə bu təmiz ürəkli xalqı öz qanına buladı. 
Bakının  həyəcanını  toplar,  çaxmaqlı  tüfənglər,  əjdahavari  əmrlər, 
yezidvari tədbirlərlə  yatırdılar. Həbslər, qeybə çıxmalar, edamlar başladı, Firəngiz 
tutulub qapalı bir evdə həbs edildiyi kimi, millətpərvərlər də həbsə alındı. Müsavat 
klubları  bağladılıb  bütün  mallarına  əl  uzandı  və  tərəfdarları  qanundan  kənar  elan 
olundu. 
Fəqət Türk taxt-tacının qiyafəsinə girən bu qanlı cəllad yalnız özünə qarşı 
mübarizə edən türkçüləri deyil, ona aldanan türkləri də qəhr etdi. 
Hazır  qüvvə  —  Yardım  alayı  dağıldı.  Türkiyəli  zabitlər  qismən  həbs 
olundu, qismən hüdud kənarına çıxarıldı. 
 
 
 
 


49 
 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə