Məmməd Əmin Rəsulzadə



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix18.04.2022
ölçüsü1,06 Mb.
#85569
1   ...   14   15   16   17   18   19   20   21   ...   25
M.Ə.Rəsulzadə

 
Lahıc, iyul 1920 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


53 
 
Çağdaş 
Azərbaycan       
ədəbiyyatı 
 
 
 
 
 
 
 


54 
 
Bir  neçə  ay  əvvəl  Azərbaycanın  mədəni  ənənələrindən  bəhs  edərkən  bu 
mövzunun bir hissəsinə toxunduq, orada XIX yüzillikdə Azərbaycan ədəbiyyatının 
keçdiyi  mərhələləri  göstərdik,  onun  1905-ci  il  rus  inqilabından  sonrakı  inkişaf 
mərhələsindəki şəxsiyyətlərini qeydetdik və nəhayət, 1918-ci ildə milli Azərbaycan 
Respublikasının  qurulması  və  istiqlalının  elanına  qədər  baş  verən  ədəbi  hadisələr 
üzərində dayandıq və söhbətimizi burada qurtardıq. 
İndi  söhbətimizi  həmin  yerdən  başlayacaq  və  sözü  yaşadığımız  günlərə 
keçirməyə  səy  edəcəyik.  Bunu  edərkən  dəmir  pərdə  arxasındakı  hadisələrə  aid 
qaynaqlardan kifayət qədər istifadə etmək üçün bütün imkanlara, təəssüf ki, malik 
olmadığımızı nəzərə almanızı da ayrıca rica edəcək, yol veriləcək nöqsanlar üçün 
öncədən üzr istəyəcəm. 
Milli  Azərbaycan  Respublikasının  qurulduğu  1917-ci  və  1918-ci  illərdə 
Azərbaycan  xalqı  tarixinin  ən  həyəcanlı  günlərini  yaşayırdı.  Ədəbiyyat  bu 
həyəcana  tərcüman  olur,  milli  istiqlal  günlərinə  yaxınlaşmanın  şövq  və  sevinci 
içində  yaşayır,  böyük  ümidini  bütün  həssaslığı  ilə  tərənnüm  edirdi.  İndi  soyuq 
Sibirin  uzaq  tundralarında,  sovet  cəlladlarının  vəhşi  işgəncələrinə  davam 
gətirməyərək  vətən  mücahidlərinin  bəxtinə  əcəl  camını  içmiş  şair  Əliyusif  ha-
disələrin  inkişafını bu ilhamlı  beytlərlə təsvir edirdi: 
 
Çox dolaşdım  əski Şərqin ölü, hissiz yurdunu  
Sübh olmuşdu, fəqət bir oyanan görmədim  
Anlamazdı kimsə onun o şübheli dərdini.  
Ağlamazdı ona kimsə, qəlbi yanıq görmədim.  
Dedilər ki, öksüz Şərqin xəzan görmüş bağında,  
Yeni başdan qızıl güllər, yasəmənlər açacaq,  
Bu qaranlıq gecələrin ıssız, tutqun çağında  
Almas yıldız doğacaq da, ufka yıldız saçacaq
50
.  
Dedilər ki, Azərbaycan türklərinim elində  
Əski atəş yeni başdan alovlanmış. coşmuşdur, 
Əvət, əvət, bir gün Şərqə Kəbə olan bu ölkə, 
Yenə onu təqdis ilə ziyarətgah edəcək  
Bütün Turan, Oğuz nəsli, hətta bütün Şərq bəlkə  
Yenə onu  təqdis ilə ziyarətgah edəcək. 
Ey türk oğlu, səni tanrı Şərqə hadi
51
göndərdi,  
Yatmış yurdu qardaş kimi dirilt, qaldır, oyandır,  
Ürəyində sönməyəcək bir həqiqi od yandır!.. 
 
                                                           
50
 
Türkcə məsəldir.
 
51
 
Yol göstərən, bələdçi
 


55 
 
Azərbaycanın yeni yazmağa başlayan digər şairləri də belə nikbin görüşlər 
və romantik hisslərlə həyəcanlı idilər. Az zamanda bir çox ədəbi məclislər açılır və 
jurnallar çap edilir. Hüseyn Cavid, Məhəmməd Hadi, Abdulla Şaiq və başqaları bir 
çox  yeni  əsərlər  nəşr  edirlər.  Bunlardan  Hüseyn  Cavidin  «Şeyx  Sənan»ını, 
Məhəmməd  Hadinin  «Eşq  ilahəsi»-ni,  Əhməd  Cavadın  «Qoşma»sını,  Cəfər 
Cabbarlının «Qız qalası»nı və sairləri qeyd edə bilərik. 
Milli  Qurtuluş  hərəkatının,  Azərbaycan  ruhunun  həssas  tellərinə  təsir 
dərəcəsini  əks  etdirən  milli  şair  Əhməd  Cavadın  28  may  İstiqlal  günü  münasibəti 
ilə  hürriyyət
52
 pərisinə  müraciət  etdiyi  «Nədən  yarandım?»  parçası  son  dərəcə 
lirikdir. Onun bu lirizmindən biz də aşina olaq: 
 
Sən qüdrətin aşıb, çoşan vaxtında  
Mələklərin gülüşündən yarandın!  
Sehr dilli bir fırçanın əliylə,  
Ahuların duruşundan yarandın!  
Ay işığı gözəlliyin, qızlığın,  
Çiçəklərlə öpüşündən yarandın!  
Sərinlətdin baxışınla könlümü,  
Buludların uçuşundan yarandın!  
Qaranlıqda qırılırkən ümidim,  
Dan ulduzu yürüşündən yarandın!  
Masəvadan uçmuş birər kölgənin,  
Dan yeriylə görüşündən yarandın!  
Gözəllikçin təbiətlə qüdrətin  
Yavaşca bir sokuşundan
53
 yarandın!  
Qələm əldə ilhamımı dinlərkən,  
Sən qəlbimin duruşundan yarandın! 
 
Azərbaycanın həmlələr və həyəcanlar tərənnüm edən  coşqun rübabına  ən 
ağır  bir  zərbə  endirildi.  Hürriyyətin  feyzli
54
 havasından  doymadan,  milli  istiqlalın 
verdiyi bütün nemətlərdən hələ faydalanmadan, Azərbaycan ədəbiyyatı yenidən ta-
rixin ona ayırdığı faciəli və həzin qismətinə qatlanmaq zərurətinə düşdü. 
Sovet istilası ədəbiyyatın maneəsiz irəliləməsi üçün əngəllər törətdi. Milli 
ruha  yabançı  olan  kommunist  hökuməti  formaca  milli  olan  ədəbiyyata  əvvəlcə 
                                                           
52
 
Azadlıq. 
53
 
Sərinlik 
54
 
Ləzzətli 
 


56 
 
səbrlə  yanaşdısa  da,  məlum  olduğu  kimi,  ona  beynəlmiləl  proletar  məzmunu  ver-
məyə çalışdı. 
Lakin sovet işğal hökuməti milli Azərbaycan ruhunu çürütmək və burada 
«proletkult»  deyilən  bir  mədəniyyət  yaratmaq  sahəsində  sərf  etdiyi  əməklərində 
müvəffəq  ola  bilmir,  bu  iş  üçün  o  özünə  lazım  olan  vasitələrə  malik  deyildi. 
Ədəbiyyat  əski  ustadların  əlində  idi.  Görünüşdə  mövcud  vəziyyətə  uyğun  olaraq, 
yeni  hökumətin  bəzən  sərtliyini,  bəzən  də  diplomatca  yumşaqlığını  dadan  bu 
yazıçılar öz çətin və ağır işləri ilə məşğul idilər. 
«Molla  Nəsrəddin»in  əski  müdiri  Cəlil  Məmmədquluzadə  «Kamança» 
adlı bir pyes  yazır. Təəssüflər doğuracaq erməni-müsəlman toqquşması əsnasında 
bir  erməni  kamançaçı  ondan  intiqam  almaq  istəyən  bir  türkün  əlinə  keçir.  Lakin 
sənətkar  hər  iki  millət  üçün  ortaq  olan  bir  musiqi  çalmaqla  düşməninin  qəlbini 
yumşaldır  və  beləliklə  ölümdən  qurtarır.  Nədənsə  pyesi  o  zaman  səhnəyə 
qoymurdular. 
Həmin yazıçının «Anamın kitabı» adlı başqa bir əsəri də çox böyük rəğbət 
doğurur.  Üç  oğul  müxtəlif  məmləkətlərdə  oxumuşlar:  İran  məktəbinin  şagirdi 
molla  olub  dönmüş,  özü  ilə  əski  sxolastik  zehniyyətini  gətirmişdir.  Türkiyə  tər-
biyəsi alan o birisi Azərbaycan şivəsini İstambul ağzı
55
 ilə dəyişdirməyi bir mərifət 
sayır.  Rusiyada  təhsil  görmüş  üçüncü  oğul  isə  tamam  başqa  şeylərdən  zövq  alır. 
Ailədə  ixtilaf  başlayır.  Bu  qarışıqlıqdan  bezmiş  ixtiyar  baba  oğullarına  öyüd 
verərək  ananın  kitabından  uzaqlaşmamağı  tövsiyə  edir.  Cəmiyyəti  öz  ana 
kökündən  ayırmaq  istəyən  kommunistlərə,  xalqı  «Anamın  kitabı»na  çağıran  bu 
əsər xoş gəlməmiş, onun üçün də oynanması uzun zaman qadağan edilmişdi.  
Süleyman  bəy  Axundzadənin  «Laçın  yuvası»  adlı  pyesi  də  eyni  cür 
qarşılanmışdır. Əhvalat Qarabağda cərəyan edir. Azərbaycanlı gənc bir kommunist 
Qarabağın  keçilməz  meşələrindən  birində  yerləşən  bəy  qəsrini  tutur.  İnqilabçının 
nişanlısı  olan  qız  ondan  üz  çevirir.  Lakin  inqilabçı  uzun  bir  monoloqla  qızı 
inandırmağa çalışır, inqilabın lazım olduğunu ona sübut etmək istəyir. «Yalnız bu 
yolla müsəlman məmləkətlər dünya imperializminin əlindən qurtulacaqlar» deyir. 
Pyesin  sosial  səbəbə  deyil,  sadəcə  siyasi  taktikaya  dayanan  bu 
inqilabçılığı qırmızı senzuraya çox da xoş gəlməmişdi. 
Bu,  senzuraya  görə  Azərbaycan  öz  qüvvələri  ilə  və  ictimai-iqtisadi 
motivlərlə  sovetləşmişdir.  Halbuki  «Laçın  yuvası»-nı  tutan  Azərbaycanlı 
kommunist  oranı  sadəcə  olaraq  imperializmin  Şərqdəki  səngərini  daha  yaxşı  yıxa 
bilmək  üçün  tutur.  İnqilab  məqsəd  ikən  burada  vasitə  kimi  göstərilmişdir.
 
«Şeyx  Sənan»  müəllifi  Hüseyn  Cavid  Azərbaycanın  sovet-
                                                           
55
 
Ləhcəsi 
 


57 
 
ləşdirilməsindən  sonra  bir  çox  mənzumələr  yazır.  Bunlardan  mənsur  «Topal 
Teymur» ilə  mənzum  «Peyğəmbər»  sovet  rəhbərlərini çox məşğul edir.  Şairin bu 
iki  əsəri  oxucularda  olduqca  dərin  təsir  buraxır.  Öncə  oynanmasına  icazə  verilən 
«Topal Teymur» tamaşaçıları həyəcana gətirir. Dövlət teatrında pyes bir neçə dəfə 
oynanır. Əhali türklüyün ümumi qəhrəman tipi Teymurləngdən fövqəladə dərəcədə 
məmnun  və  coşğun  olur.  Məsələni  sonradan  başa  düşən  bolşeviklər  pyesin  gös-
tərilməsini  qadağan  edirlər.  «sovet  çörəyini  yediyi  halda  tarixin  panturanist 
tiplərini  idealizə  etməyə  cəsarət  edən»  şairə  qarşı  sovet  tənqidçiləri  atəş 
püskürürdülər.  «Topal  Teymur»  müəllifinə  uzun  zaman  hiddətlənmiş  hökumətin 
şiddətli  cəzalarına  qatlanmaq  lazım  gəlir.  Onu  sıxışdırırlar,  qəzet  sütunlarında 
tənqid edirlər. 
Şairin  ikinci  əsəri  nisbətən  daha  yaxşı  qarşılanır.  Lakin  «Peyğəmbər» 
mənzuməsində  də  bolşevik  məzhəbli  marksizm  əqidəçiliyi  burada  da  az  «küfr» 
tapmamışdı. 
Bolşevizm  şəraitində  sənətkarlarımızın  hansı  üsullarla  öz  fikirlərini 
söyləməyə fürsət axtardığını göstərə bilmək üçün bu son dərəcə gözəl əsərdən bəzi 
parçaları nümunə gətirək: 
«Peyğəmbər»də  həzrəti-Məhəmmədin  həyatı  təsvir  edilir.  Mənzum  dram 
olan  bu  pyes  Bisət,  Dəvət,  Hisrət,  Nüsrət  adlı  dörd  pərdədən  ibarətdir.  Birinci 
pərdədə  peyğəmbər,  Hərra  dağına  çıxır.  Burada  ona  vəhy  gəlir.  Cəzb  olunmuş 
halda o bu sözləri söyləyir: 
 
Öylə bir əsr içindəyəm  ki, cahan  
Zülmü vəhşətlə qovrulub yanıyor.  
Üz çevirmiş də tanrıdan insan  
Küfrü haq, səhli mərifət sanıyor.  
Dinləməz kimsə qəlbi, vicdanı  
Məhv edən haqlı, məhv olan haqsız...  
Başçıdır xalqa bir yığın cani,  
Həp münafiq, şərəfsiz, əxlaqsız,  
Gülüyor nurla daima zülmət,  
Gülüyor fəzlə qarşı fisqü fücur.  
Ah, ədalət, hüquq və hürriyyət  
Ayaq altında çeynənib gediyor 
 
Peyğəmbərin  bu  bədbin  həbsi-halındakı
56
 qaranlıq  tablonu  sovet 
tənqidçiləri,  təbii  ki,  kapitalist  və  burjua  aləminə  aid  edirlər.  Lakin  oxucu  və  ya 
                                                           
56
 
Söhbət, ürəyini boşaltmaq 
 


58 
 
tamaşaçılar burada «kommunist cənnəti» içindəki reallıqları görürlər. Bir dəstə ca-
hillərin  ayaqları  altında  insanlıq  haqlarını  tandalayanlar  onlar  deyilmi? 
«İmansızlıqda  həqiqət»  və  «biliksizlikdə  mərifət»  görənlər  onlara  hakim  olan 
xamlar onların özləri deyilmi? 
«Zülmü vəhşətlə qovrulub yanan» ölkə onların öz yurdlarıdır!.. 
Ümidsizliyə  qapılan, düşüncəyə  dalan Peyğəmbərin  yanına  Cəbrail  gəlir. 
Ona qızıl cildli kitab gətirir və cəsarətləndirmək üçün deyir ki: 
 
Əlverir səndə olsun əzmü səbat 
                                         Bu qaranlıq mühiti get parlat! 
Həqqi anlat da olma heç məyus. 
 
Cəbrailin bu təlqinlərinə uyan Peyğəmbər dəvətə başlayır: 
 
Ən kiçik zərrə, ən böyük aləm  
Tanrı eşqilə rəqs edib duruyor  
İncə bir rəmzdir, o, çox mübhəm,  
Hər böyük qəlb o rəmz için vuruyor  
Yüksələn haqqa yaxlaşır ancaq  
Onu duymaz sürüklənən həşərat.  
Bir  günəşdir o, möhtəşəm, parlaq, 
Nuru heç dərk edərmi kor, heyhat! 
Nerdə parlarsa haqq, şərəf, vicdan, 
Eyilik, doğruluq, gözəllik, inan 
Orda var sevgi, orda var iman. 
Orda var şübhəsiz, böyük yaradan! 
 
Daha sonra qızıl  kitabı, yəni  Quranı  iqtibas edən  Peyğəmbər deyir ki: 
 
Ulu tanrı, o görünməz yaradan  
Əmr edər yalnız ədalət, ehsan,  
O, fəna işləri, fəhşiyyatı,  
Nəhy edər, varlığının isbatı  
Bu təbiət, bu məlabətli fəza...  
Onca birdir: ulu, zəngin, füqəra. 
 
«Məhrumlar»  məmləkətində,  bir  məmləkətdə  ki,  özünü  heç  bir  şeylə 
göstərməyən  bir  gənc  varlı  bir  ailəyə  mənsub  olduğuna  görə  cəzalandırılır, 
«Allahın  varlı  ilə  kasıba  fərq  qoymadığı»ndan  danışmaq  nə  böyük  cəsarət,  nə  də 
məharət tələb edirdi. Lakin şairin əsl cəsarətini biz indi görəcəyik. 


59 
 
Peyğəmbər  təbliğat  apararkən  təhqirlərə  məruz  qalır.  Onun  dişini 
sındırırlar,  ələ  salırlar.  Döyülmüş  və  təhqir  edilmiş  Peyğəmbərin  naümid  bir 
çağında tarix rəmzi deyilən bir skelet səhnəyə çıxır və ona bir qılınc uzadaraq belə 
söyləyir: 
 
İnqilab istəyirmisən, mənə bax!  
İştə kəskin qılınc, kitabı burax.  
Parlayıb durmadıqca əldə silah,  
Əzilərsən, qanın olar da mübah.  
Eyləməz yardım incə hikmətlər,  
Quru söz: busələr, məhəbbətlər,  
Əvət, ancaq qılıncdadır qüvvət,  
Bundadır haq, şərəf və hürriyyət!
57
 
 
Peyğəmbər qılıncı əlinə alaraq deyir: 
 
Əvət ən doğru, ən gözəl ayin:  
Əhli-vicdanə busə, xainə—kin!.. 
 
İndi  sadəcə  inandırmaq  deyil  məcbur  etmək  silahına  da  malik  olan 
Peyğəmbər bir  əlində  «Allahın kitabı», o biri  əlində isə polad bir  qılınc aşağıdakı 
monoloqu söyləyir: 
 
Bu qılınc, bir də bu mə'nalı kitab!  
İştə kafi sizə... Yox başqa xitab,  
Açar ancaq bu kitab el gözünü,  
Siləcəkdir bu qılınc zülm izini.  
haq, vətən, zövqi-səadət, cənnət 
 həp qılınc kölkəsi altında, əvət!.. 
       
   
İşçi   sinfini   qılıncı   ilə    qurulan     dövrün    fikri,    şübhəsiz    bolşevik    
zövqünü    oxşayar,    lakin    yurdsevərlərin  «qılınc  kölgəsindəki   vətən» anlayışı   
heç  də  əsl  kommunistlərin  xoşlanacaqları  bir  şey  deyildir.  Kommunist    rejimi  və 
istilası  altında  əzilən  Azərbaycan  vətənində  azərbaycanlı  şairin  yaratdığı 
Peyğəmbərin dilindən söylənən vətən şüarının ifadəsi xüsusilə aydındır. Bu sözlər 
vətənpərvərlik mənasında işlənir. 
                                                           
57
 
Bu şer parçasındakı son 7 misranı şairin bu əsərinin çapında və həmin kitabın izahat 
hissəsində tapa bilmədik. (Hüseyn Cavid.  Əsərləri, Üçüncü cild, «Yazıçı», Bakı, 1984).
 


60 
 
Vətəni sadəcə sözdə sevmək kifayət deyil. Çünki hər hansı bir haqq kimi 
vətən də ancaq mübarizədə qazanılır. Böyük bir  sənətkarlıqla yazılmış bu əsərdən 
Azərbaycan oxucusunun alacağı    hissə məhz budur. 
Yurdsevərlik  bu  əsərin  təfərrüatında  da  özünü  göstərir.  Bir  misal. 
Peyğəmbərə gülən yaramaz küçə uşaqlarının dilindən bu beytlər səslənir: 
 
 Deyir göydə bağçalar var, 
 Orda çiçəklər nur saçar. 
 İnsan mələk kimi uçar.  
İstəməm, masaldır onlar. 
Mən vuruldum yalnız sana, 
Vətən! Ah, sevgili ana!  
Dün bir quş gördüm yaralı,  
Düşmüş yurdundan aralı 
 Dişlərdi köksünü çalı,  
Söylərdi san hər məalı: 
Vəhşi qartal qıydı   mana 
Vətən!.. ah, sevgili ana!.. 
 
Bu sözlərdə bolşeviklər, yəqin ki, komsomol allahsızlığı görürlər. Halbuki 
yurdsevər  Azərbaycan,  şübhəsiz,  köksü  dəlinən  yaralı  quşun  şəxsində  müqəddəs 
atəş  məmləkətinin  simvolu  Prometeyi  görür:  Prometey  keçmişdəki  ikibaşlı  çarlıq 
qartalının yerini tutan bolşevizmin oraq və çəkici tərəfindən parçalanıb didilir. 
Hüseyn  Cavidin  qeyd  etdiyimiz  bu  iki  əsərindən  başqa  sovet  dövründə 
yazılmış digər əsərləri də vardır. 
Bunlardan  «Uçurum»la  «İblis»dən  bir-iki  parça  vermək  istərdik. 
«Uçurum»da  İstanbulda  baş  verən  bir  əhvalat  təsvir  edilir.  Rəssam  Cəlal  Parisə 
gedir,  Anjel  adlı  işvəkar  bir  fransız  gözəlinə  vurulur,  İstanbulda  qoyduğu  gənc 
qadını  ilə  uşağını  unudur,  bir  qısqanclıq  səhnəsi  əsnasında  qadının  qucağındakı 
kiçik yavrusu balkondan düşüb ölür. Sonunda Anjel də onu tərk edir, kor-peşman 
qadınına dönür, əfv edilməsini istəyir və əfv edilmədiyindən özünü uçuruma ataraq 
həlak  olur.  Əsərin  moralist  və  idealist  qəhrəmanı  Əkrəm  Parisə  getmək  üzrə  olan 
arkadaşı Cəlala istiqamət vermək diləyi ilə bunları söyləyir: 
 
Əvət, bu çox  gözəl düşüncə, lakin  
Səyahətdən zövq alan bir türk için  
Krım yaylaları, İdil boyları,  
Qafqaz   dağları , şanlı türk soyları 
Birər sərgidir, seyrinə doyulmaz 
Gənc bir rəssam üçün dəyərsiz olmaz. 


61 
 
Cəlalın tablolarını seyr edərək məharət və bacarığına heyran qalan Əkrəm 
Peyğəmbər  şairinin  qələmlə  təsvir  etdiyi  bir  tablonun  fırça  ilə  rəsmini  çəkməyi 
arzulayır: 
Mən öylə bir rəssam olsaydım əgər  
Hicaz ölkəsinə eylərdim səfər.  
Uğraşıb durardım bir xeyli müddət,  
Bir çox düşüncədən sonra, nəhayət  
Təsvir eylər idim gənclik çağında 
 Böyük Məhəmmədi hərra dağında. 
     
  
Eyni  motivi  biz  şairin  əsərləri  arasında  müstəsna  yer  tutan  «İblis»də  də 
görürük. Bu əsərində şair əsasən hürriyyət və insani fikirlərin bir romantiki olaraq 
meydana  çıxır.  İnsanların  lənətlərinə  qarşı  özünu  müdafiə  edən  İblisin  dili  ilə 
insanlar  arasındakı  təzadı  təsvir  edir  və  adəm  övladının  düşgünlüyünu  və  öz 
cinsinə  qarşı  canavar  kəsildiyini  göstərir.  Əsərin  İblis  adından  söylənən  son 
monoloqonu birlikdə dinləyək: 
 
İbl i s ! O böyük nə qədər calibi-heyrət! 
Hər ölkədə, hər dildə anılmaqda o şöhrət,  
Hər qülbədə, kaşanədə, viranədə İblis!  
Hər Kəbədə, bütxanədə, meyxanədə İblis!  
Hər kəs məni dinlər, fəqət eylər yenə nifrət  
Hər kəs mənə aciz qul ikən, bəslər ədavət,  
Lakin məni təhqir edən ey əbləhü miskin!  
Olduqca müsəllət sənə, bil, nəfsi-ləimin,  
Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsan,  
Daim ayaq altında sönüb məhv olasaqsan.  
Mənsiz də, əmin ol, sizə rəhbərlik edən var:  
Qan püskürən, atəş sovuran kinli krallar,  
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,  
Altun və qadın düşgünü divanə bəbəklər. 
Min hiylə quran tülku siyasilər, o hər an  
Məzhəb çıxaran, yol ayıran xadimi-ədyan,  
Onlar, əvət onlar sizi çeynətməyə kafi,  
Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi...  
Mən tərk edirəm sizləri əlan, nəmə lazım!  
Heçdən gələrək, heçliyə olmaqdayım azim.  
İblis nədir? 
— Cümlə xəyanətlərə bais!..—  
Ya hər kəsə xain olan insan nədir? 
— İblis. 


62 
 
Ən  qatı  bir  inqilabçı  ədasıyla  yazılan  bu  əsərində  dahi  şair  onu  tərk 
etməyən  ana  düşüncəsinə
58
—milliyyət  və  türkçülük  fikrinə  xüsusi  bir  yer  ayırır: 
Turanın qurtulması üçün yalnız qılıncın kifayət olmadığını bir qəhrəmanın dili ilə 
 
Turanda qılıncdan daha kəskin ulu qüvvət,  
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!.. 
 
deyə ifadə edir. 
Bu  mədəniyyət  və  urfan  olmazsa,  şairin  söylədiyi  bir  türk  zabitinin 
fikrincə türk ordusu: 
 
İstərsə bütün Hindi də, Əfqanı da sarsın,  
İstərsə bütün qarşı çıxan manei yıxsın,  
Turanı basıb bağrına Altaylara çıxsın,  
Mümkün deyil, əsla olamaz naili-amal,  
Etdikcə xəyanət əli bu milləti pamal. 
 
Ədəbi  fəaliyyətinin  sonlarına  doğru  Cavid  yeni  bir  əsərinin  nəşrinə 
müvəffəq  oldu.  Bu  mənzum  faciənin  adı  —  «Siyavuş»dan  görüldüyü  kimi, 
məzmunu  «Şahnamə»dən  alınmışdır.  Böyük  İran  şairinin  bu  məzlum  qəhrəmanı, 
onun  yaşadığı  faciələr,  müvəffəqiyyətsizliklər,  təbiidir  ki,  Azərbaycanın  romantik 
şairi  tərəfindən  istər  zamanın  tələbi  və  istərsə  səhnə  texnikası  baxımından  çox 
gözəl  işlənmişdir.  Liberal  bir  aristokrat  tipi  olan  Siyavuşun  xarakterik  cəhətləri 
məzlumlara  və  yoxsullara  acımaq,  şəhvətə,  zülm  və  zorakılığa  qarşı  nifrət 
bəsləmək hisslərini göstərən sizkilərlə çox gözəl qabardılmışdır. 
Cavidin digər əsərləri kimi, «Siyavuş»da türk şerinin gözəlliyinin sirlərini 
bilən bir sənətkarın ifadə parlaqlığı vardır. 
Rəqs    edən    gözəl    qadının    son    dərəcə    lətif    nəğməsi: 
 
Qayğısız baharın ilıq busəsi  
Tellərimə qondu zülmət uçarkən.  
Sərxoş bülbüllərin o bayğın səsi  
Oxşadı ruhumu güllər açarkən.  
Yasəmən, nilufər, sünbül, bənəfşə  
Mey sundular mana almas jalədən  
Günəş uryan vücudumu əmdikcə 
Bir tülə büründüm sanki lalədən. 
                                                                                                                        
 
                                                           
58
 
Əsas düşüncə mənasında
 


63 
 
Lakin  bu  pyesdə  biz  lirik  nəğmələrin  yanında  gözəl  düzülmüş  səhnələrin 
hər  gəlişini  müşayiət  edən  bir  çox  dərin  mənalı  fəlsəfi  fikirlər  də  tapırıq.  Oxucu 
burada  hürriyyət  üçün  çarpışmağa  çağıran  coşğun  xitablara  rast  gəlir.  Kəndli 
üsyanlarının  qorxubilməz  gənc  başbuğu
59
 Altay  arkadaşlarına  aşağıdakı  beytlərlə 
müraciət edir: 
 
Zülmə qarşı dikbaş və məğrur olun!  
Hürriyyət uğrunda çox cəsur olun!  
Səadət pərisi gülməz qullara,  
Munis olar ancaq dəmir qollara. 
 
Bu bir dəvət ki, sosial və milli əsirliyin təmsilçisi olan Sovet hökumətinə 
qarşı dəfələrlə üsyan edən və əsərin yazıldığı zaman həqiqətən üsyan vəziyyətində 
olan indiki kəndli başçıları da iki əllə imza atarlar. 
Bolşevik  istilasının  ilk  dövrlərində  Hüseyn  Cavidə,  nisbətən,  daha  yaxşı 
yazmaq  və  yazdıqlarını  oxutmaq  və  dinlətmək  müyəssər  olur.  Halbuki  milli 
cərəyanın digər nümayəndəsi Cavad Axundzadənin işi bolşevik dövründə qətiyyən 
gətirmir.  Əski  bir  «müsavatçı»  olduğuna  görə  onu  həbs  edirlər.  Mətbuat 
səhifələrində,  ədəbiyyat  qurultaylarında  hər  yerdən  uzaqlaşdırılır  və  qovulur. 
Əsərlərini  nəşr  etmirlər  və  nəşr  olunanları  isə  toplayırlar.  Bütün  bunlara 
baxmayaraq onun yazdığı parçalar əldən-ələ gəzərək gənc kommunistlərin arasında 
belə  yayılır.  Gənc  bolşevik  şairlər  öz  yazdıqları  şerlərini  Cavadın  tənqid  və 
təqdirinə  ərz  edəcək  dərəcədə  onun  təsirinə  düşürlər.  Siyasi  olmayan  parçaları 
bəzən  fürsət  olduqda  mətbuat  səhifələrində  özünə  yer  tapır.  Bunların  çoxu 
rəmzidir. Bu rəmzlər çekist ruhlu tənqidçilər tərəfindən deşifrə olunub şairə hücum 
üçün  bir  vasitə  olur.  Cavad  rəmziliyinin  başlıca  mövzusu  Azərbaycan  təbiətinin 
mənzərələridir. 
 
Əyil  Kürüm, əyil  keç!  
Dövran sənin deyil, keç! 
 
Başqa bir şerində Göy gölü təsvir edir. Gəncə civarında
60
 bir yayla gölünə 
həsr edilmiş bu lirik şeri dinləyək: 
 
Dumanlı dağların yaşıl qoynunda,  
                                                           
59
 
Başçı , rəhbər
 
60
 
Ətrafında  
 


64 
 
Tapmış  gözəllikdə kamalı Göy Göl.  
                                   Yaşıl gərdanbəndi
61
 gözəl boynunda  
                                   Əks etmiş dağların camalı   Göy  Göl. 
 
Yayılmış şöhrətin  şərqə, şimala  
Şairlər heyrandır səndəki hala.  
Dumanlı dağlara gələn suala  
Bir cavab almamış, soralı Göy  Göl. 
 
Tapılmaz dünyada bənzərin bəlkə,  
Zəvvarın
62
  olmuşdur böyük bir ölkə,  
Olaydı könlündə yaşıl bir kölgə,  
Düşəydi sinənə, yaralı   Göy  Göl. 
 
Sənin gözəlliyin gəlməz ki, saya.  
Qoynunda yer vardır ulduza, aya,  
Oldun sən onlara mehriban daya,  
Fələk büsatını quralı, Göy Göl. 
 
Kəsin eyşü nu şu, gələnlər, susun,  
Dumandan yorğanı, döşəyi yosun,  
Bir yorğun pəri var, bir az uyusun,  
Uyusun dağların maralı Göy Göl. 
 
Dolanır başına göydə buludlar,  
Bəzənmiş eşqinlə çiçəklər, otlar,  
Öpər yanağından qurbanlar otlar,  
Ayrılıq könlünü qıralı   Göy  Göl. 
 
Bir sözün varmıdır əsən yellərə?  
Sifariş etməyə uzaq ellərə...  
Yayılsın şöhrətin bütün dillərə,  
Olursa olsun qoy haralı, Göy  Göl... 
 
 
 
Çekist  ruhlu  sovet  tənqidçiləri  «Bir  sözün  varmıdır  əsən  yellərə,  sifariş 
etməyə  uzaq  ellərə»  beytində  əks-inqilabçı  bir  rəmz  görürlər.  Cavad  onların 
                                                           
61
 
Boyunbağı
 
62
 
Ziyaratə gələnlər
 


65 
 
mühakiməsinsə «inqilab tərəfindən uzaq ellərə atılmış müsavatçı millətçilərə» işa-
rə etmək istəyirmiş. Cavada bir aralıq gürcü şairi Şota Rustavelinin «Pələng dərisi 
geymiş  pəhləvan»  adlı  mənzuməsini  şerlə  türkcəyə  tərcümə  etmişdilərsə  də, 
sonralar  onu  tamamilə  inkar  etmiş,  tərcüməsini  də  aradan  götürmüşlər.  Hüseyn 
Cavid kimi o da ziyalılara qarşı tətbiq olunan ümumi təmizləmə, qətliam
63
 illərində  
Azərbaycan mühitindən uzaqlaşdırılmış, gedər-gəlməz  bir   diyara  göndərilmişdir.   
Sibirin  ucqar  bir  guşəsində,  məhrumiyyət  və  səfalətlər  içində  əziz  yurdunun 
yolunda qalan gözlərini əbədi olaraq qapayan böyük şairin bu vəhşət dünyasından 
qəti— əlaqə etdiyini
64
 faciənin şahidi olan bir azərbaycanlıdan acılarla xəbər aldıq.
 
  Bolşevik  dövründən  əvvəlki  yazıçılardan  sovet  idarəsi  altında  ən  böyük 
müvəffəqiyyət  Cəfər  Cabbarlıya  nəsib  oldu.  Radikal  düşüncəsi,  yetişdiyi  sosial 
sinif,  əsasən  məzlumların  və  nəsibsizlərin  həyatından  aldığı  mövzular  bolşevik-
lərin  ona  nisbətən  yumşaqlıqla  yanaşmalarına  səbəb  oldu.  Onlar  Cəfəri  özlərinə 
«cığırdaş» sayırlar, pyeslərini şiddətli senzor dəyişdirməsindən, sonra olsa da həm 
nəşr etməyə, həm də oynanmağa buraxırlar. Onun qələmindən  məharətlə  yazılmış 
bir  çox  əsərlər  çıxmışdır.  sovet  tənqidçilərinə  görə  o  mövcud  yazıçılar  arasında 
kollektivist düşünüşü ən çox mənimsəyən bir yazıçı kimi qiymətləndirilsə də, pyes-
lərinə  verdiyi  adların  hamısı  «Vəfalı  Səriyyə»,  «Aydın»,  «Oktay»,  «Sevil»,  «Od 
gəlini»,  «Yaşar»  və  sairə  fərdi  xarakterdədir.  Milli  mühacirət  nəşrlərində  ədəbi 
cərəyanları  yaxından  izləyən  yazıçılarımızdan  Mirzə  Balanın  dediyinə  görə 
individualizm  və  onunla  bərabər  liberalizm  Cabbarlının  bütün  əsərlərində 
mövcuddur.  Bu  fikrə  sovet  tənqidçilərindən  ciddi  olanlara  da  rast  gəlirik.  son 
zamanlarda  Bakıda  nəşr  olunan  iki  cildlik  «Azərbaycan  ədəbiyyatı  tarixi»  də 
Cabbarlını  təhlil  edərkən  qəhrəmanlarının  «faciəviliyi  və  hətta,  anarxizmi» 
üzərində dayanmışdır. həqiqətən də «Aydın» teatr səhnəsini titrədən alqışlar içində 
fikrin,  səyin,  sənətin  və  insanın  həqiqi  şəxsiyyətini  şərtləndirən  bütün  dəyərlərin 
hürriyyətini tələb edir. O, heç bir millətin başqa bir millət üzərində ağalıq etməsini 
istəmir.  İstiqlal  —  bu  ən  böyük  bir  feyzdir.  «Rədd  olsun  osmanlıların  hicazdakı, 
ingilislərin hindistandakı və rusların da Azərbaycandakı ağalıqları...» 
«Oktay» həyatın hər sahəsində və xüsusilə mədəniyyəti səhətdə yaşayışın 
milliləşməsi  üçün  vuruşur.  Aktyorların  səhnəarxası  yaşayışlarına  aid  bir  əsər 
oynanır. Səhnə içində bir səhnə göstərilir. Burada türk qadını rolunu oynayan, lakin 
türk  olmayan  bir  aktrisa  naz  edir  və  səhnəyə  çıxmaq  istəmir.  Bu  anda  pyesin 
qəhrəmanı  Oktay  səhnəyə  çıxır  və  hiddətli  bir  əda  ilə  tamaşaçılara  bağırır:  «Bir 
aktrisa da verə bilməyəsəksənsə, öl!..» 
Müraciət müdhiş bir təsir bağışlayır. Tamaşaçılar arasından Gənc bir türk 
qızı çıxaraq səhnəyə gəlir və nazlanan  aktrisanın yerini  məharətlə tutur. Qeyri-adi 
bir təsir. 
                                                           
63
Ümumi qırğın, ucdantutma qılıncdan keçirtmə 
64
 Əlaqənin kəsilməsi, ölmək mənasında 


66 
 
Tamaşaçıların həyəcanı sözlə ifadə edilməsi mümkün olmayamaq bir dərəcədə!.. 
«Od  gəlini»ni  Cəfər  «Çeka»  həbsindən  çıxdıqdan  sonra  yazmışdır.  O, 
vaxtilə  istər  məmləkətdə,  istərsə  məmləkət  xaricində  səs  salmış  bir  hadisəyə  görə 
«müsavatçılar»  qrupu  ilə  birlikdə  həbs  edilmişdi.  Bu  əsərdə  atəşpərəst  Azər-
baycanın  müsəlman-ərəb  istilasına  qarşı  mübarizəsi  təsvir  edilir.  Yeni  sahiblər 
məmləkətin  bütün  zənginliklərini  çapıb  aparırlar.  Neft  dövlətin  malı  elan  edilir. 
Ərəbistana daşınır. Azərbaycanlıları  islam dinini  qəbul etməyə məcbur edirlər. 
Xalq  üsyan  edir.  Gənc  Elxan  sevgilisinin  baş  örtüyündən  düzəltdiyi  bir 
bayraqla meydana atılır. Müdhiş bir mübarizədən sonra onu tuturlar, əsir edirlər və 
edamına  qərar  verirlər.  Əlləri  arxasında  bağlı  halda  dar  ağacının  altında  onu 
şəhadət  kəlməsini  oxumağa  məcbur  edirlər.  O  isə  «bütün  dünya  desə  də  mən 
demərəm «La ilahə illallah» — deyə hayqırır. 
Mənzərənin  rəmziliyi  göz  qabağındadır.  Tamaşaçılar  üçün  «ərəb»  və 
«islam»  sözləri  yerinə  «rus»  və  «kommunizm»  sözlərini  qoymaq  mənanı 
aktuallaşdırmaq üçün kifayətdir. 
Cabbarlı  yalnız  yazıçı  deyil,  eyni  zamanda  rejissordur.  Məşhur  musiqi 
professoru  Qliyer  onun  «Şahsənəm»  adlı  mənzum  pyesini  nota  çevirərək  opera 
yazmışdır. «Qız qalası» mənzuməsi kimi, əsərlərindən bir qismi rusca ilə bərabər, 
Qafqaz dillərinə də tərcümə edilmişdir. Dramlarından başqa Cabbarlının şerləri və 
hekayələri  də  vardı.  Cabbarlının  dramaturqluğu  Azərbaycan  dramaturgiyasında 
mühüm bir mərhələdir. Tənqidçilərdən biri onun xüsusiyyətlərindən bəhs edərkən 
o cümlədən belə deyir: 
«Cabbarlı  öz  yaradıcılığında  Azərbaycan  klassik  dramaturgiyasının  ən 
gözəl  cəhətlərini  davam  etdirməklə  bərabər  dünya  dramaturgiyasının  da 
nailiyyətlərindən  faydalanıb.  İbsen  kimi  aktual,  qəti  və  cəsarətli,  Şiller  kimi  üs-
yankar,  Şekpsir  kimi  əngin  və  rəngarəng,  Qorki  kimi  ideyalı  olmağa  çalışan, 
öyrənən,  arayan  Cabbarlı  Azərbaycan  dramaturgiyasında  sosial  realizmin  əsasını 
qoydu» 
Aydın,  Oktay,  Elxan  kimi  qəhrəmanların  da  ətrafındakı  insanlarda 
həyəcanlar oyadacaq xüsusiyyətlər vardır. Onlar alovlu sözləri ilə, açıq fikirləri ilə 
və  cəsarətli  hərəkətləriylə  insanları  sarsıdaraq  arxaları  ilə  aparırlar.  Fəlakət  və 
cəfalətlərə  baxmayaraq  mübarizəyə  gedən  bu  insanlar  anlaşılmaz  bir  qüvvətlə  bu 
rəhbərlərindən ayrılmırlar. hətta qəhrəmanlar bunları işin təhlükəliliyi ilə tanış edib 
təhlükədən  uzaqlaşdırmaq  istədikləri  zaman  belə  onlar  özlərini  gözləyən  səfalara 
məmnuniyyətlə  hazır  olduqlarını  bildirirlər.  Cabbarlıda  kişi  qəhrəmanlar  kimi 
qadın  qəhrəmanları  da  yetkin  tiplərdir.  Onun  əsərlərində  Azərbaycan 
cəmiyyətindəki bütün  məsələlər kimi qadın  məsələsi də real bir  şəkildə qoyulmuş 
və həll edilmişdir. Qız qalasındakı Durna mətanətli və namuslu Azərbaycan qızının 
şüurlaşdırılmış  tipidir.  Cabbarlının  əsərlərindəki  qadın  surətləri  passiv  etirazdan 
başlayaraq aktiv protestə və sosial mübarizəyə qədər yüksəlir. 


67 
 
Cabbarlı dramlarının bir xüsusiyyəti də müsbət qəhrəmanlarının qüdrətini 
göstərmək üçün qarşılarına çıxan mənfi tipləri yetkin bir şəkildə və qüvvətli olaraq 
təsvir  etməsidir  ki,  bununla  şeytanlara  qələbə  çala  bilən  qəhrəmanların  ilahi 
qüvvələri haqqı ilə  təqdir və  təsəvvür oluna  bilsin. Ümumi iclas  çərçivəsi içində, 
təəssüf ki, Cabbarlının əsər və tiplərinin təfsilini və təhlilini verə bilməyəcəyik. 
O,  gənc  yaşlarında,  qüvvət  və  enerji  ilə  dolu  ikən,  1934-cü  ilin  sonunda 
vəfat etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan komissarları onun tabutu 
başında  növbəyə  durdular  və  bununla  onun  kommunist  deyilkən,  kommunistliyi 
mənimsədiyini  göstərmək  istədilər.  Kommunist  olmadığını  göstərən  hadisələrdən 
biri də onun Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqdir. Bu 
nitqində  o,  «həqiqi  sənətkar  və  yazıçının  şanına  yaraşmayan  sosial  sifariş» 
üsulunun, yəni şairləri hökumət tərəfindən müəyyən mövzularda  yazmağa  məcbur   
edilmənin   əleyhinə  çıxmışdır. 
Bolşevik 
istilasından 
əvvəlki 
məşhur 
adlarla 
bərabər 
sovet 
Azərbaycanında  yaradıcılıq  istiqlalı  göstərən  yeni  bəzi  yazarlar  da  görürük. 
Belələrinə  biz  həyatı  təsvir  edən  hekayə,  novella  və  roman  yazanlar  arasında  rast 
gəlirik.  Bunlar  əksər  hallarda  rəsmi  sovet  tənqidçiləri  tərəfindən  şiddətli  tənqid 
edilir.  Misal  üçün  Sabit  Rəhman  adlı  birisi  tərəfindən  yazılan  «Vəfasız»  romanı 
üzərində dayanaq. «Vəfasız»ın xülasəsi budur: 
Yoxsul bir müəzzin ailəsinin qonşuluğuna sovet məmuru köçür. Məmurun 
səkkiz  yaşlı  pioner,  yəni  kiçik  kommunist  bir  oğlu  var.  Yaramaz  pioner 
qonşularına rahatlıq vermir. Müəzzinin bağçasında o, qırmadığı fidan, qoparmadığı 
budaq  qoymur,  hər  şeyi  alt-üst  edir  Müəzzinin  ailəsi  yeni  qonşunun  əlindən  zara 
gəlir.  Müəzzinin  arvadı  xəstələnir.  Yeganə  oğul  işsizdir.  Özü  artıq  qocadır, 
həyatının  son  günlərini  yaşayır.  Az-çox  dəyəri  olan  bütün  əşyasını  satmışdır: 
müəzzinin  ailəsi  artıq  sözün  tam  mənasında  acdır.  Nəhayət  məscid  də  bağlanır. 
Həyat çıxılmaz bir vəziyyətdədir. 
Günlərin bir günü həyətdən atılan bir daşla müəzzinin pəncərəsinin şüşəsi 
qırılır: bu daş xəstə yatağındakı qadının qəlbinə dəyir, qadın bir daha ayılmamaqla 
bayılır. Bundan son dərəcə mütəəssir olan ixtiyar, oğluna müraciət edərək deyir ki: 
«Oğlum  Saleh,  anan  aslıqdan  və  pionerin  atdığı  daşdan  öldü.  Bir  azdan  mən  də 
öləcəyəm. Nə qədər kədərli olsa da, ehtimal ki, sən də öləcəksən. Lakin, oğlum, iki 
gözüm, öz işimiz uğrunda şərəf və namusla ölək». 
Bir    az    sonra    ixtiyar    müəzzin    ağlını    itirir.    Yetim qalan Saleh 
iş  axtarmağa  başlayır.  Müəzzin  oğlu  olduğu  üçün  onu  hər  yerdən  qovurlar. 
Nəhayət, o, qonşudakı kommunist Sultanla  tanış   olur.   Sultan   bütün   hallarda  
ona      müti      olmaq  şərti  ilə  müdiri  olduğu  idarədə  bir  iş  verir.  Burada  Saleh 
məmurlardan   İncə   adlı   gənc   bir   qızla  tanış   olur.   Sultanın    eşqini    rədd   
etmiş    İncənin    qüdrətli    müdir    tərəfindən   təqib   edildiyini   öyrənən   Saleh    
"bunu      qıza      xəbər  verir.  Bu  «xəyanət»dən  xəbər  tutan  Sultan  Salehi  öz 
himayəsindən      məhrum      edir,      o,      xidmətdən      çıxarılır      və      müəzzin      oğlu 


68 
 
olduğu   üçün  komsomoldan   (yəni   gənc   kommunist təşkilatı) çıxarılır. Saleh 
yenə küçələrdədir. 
Göy altında ona yer olmadığını düşündüyü ümidsiz bir çağında Saleh öz-
özünə söyləyir: «Yeni rejim anamı öldürdü, atamı dəli etdi, məni isə hər hüquqdan 
məhrum  etdi,  qovdu.  Nə  etməli...  hüquqlardan  məhrum  edilmiş  bütün  səfil 
məhrumların  intiqamını  almalı...»  qərarını  verir  və  kommunist  Sultanın  yanına 
gedir. 
Görürsünüz  ki,  bu  hekayədə  sovet  həyatı  olduqca  real  bir  şəkildə 
göstərilir.  Təqib  olunan  insanın  faciəsi  təsvir  olunur  və  təzyiqlərə  qarşı  mübarizə 
aparan qəhrəman tipi verilir. Göstərdiyi bu cəsarətli realizmi üçün sovet tənqidinin 
yazıçıya müdhiş hücumlar edəcəyini bilmək çətin deyildir. Bu tənqid ona «tərsinə 
realist»  adını  verir,  «sinfi  düşmən,  xırda  burjua  zehniyyətinin  əsiri»  elan  edir. 
Bakıda çap edilən «Bakinski raboçi» qəzetinin ədəbiyyat tənqidçisinə görə (№125, 
1934-sü  il)  yazıçı  «ənənələrin  toruna  düşmüş,  inqilabçılığa  məxsus  əhatədən 
məhrum  bir  zavallıdır».  Bu  tənqidçi  «sovet  rejiminin  ədalətsizliyindən,  anasının 
öldürüldüyündən,  atasının  dəli  olduğundan  və  özünün  də  dilənçi  halına 
düşdüyündən» bəhs edilən Salehə qarşı hiddət və kinlə doludur. 
Sabit Rəhmanın öncə sovet təqdirini alıb hökumət mətbuatında çap edilən 
bu  romanı  kimi  H.  Axundlunun  «Kələfin  ucu»  adlı  romanı  da  öncə  eyni  şəkildə 
təqdir  olunub  dövlət  tərəfindən  nəşr  edilir,  mükafatlandırılır,  sonradan  «əks-
inqilabçı və müsavatçı» ruhuyla zəhərlənmiş ideyalarla bulaşıq bir əsər kimi aradan 
götürülür.  «Kələfin  ucu»nda  təsvir  olunan  qəhrəman  bir  kənd  uşağı  ikən  Bakıya 
gəlmiş  və  burada  inqilabçı  proletar  mühitində  «əsil  kommunist»  olmaq  əvəzinə 
«millətçilik»  ruhuyla  aşılanır.  Bunu  öncə  hiss  etməmiş  sovet  çekistləri  sonra 
ayılırlar, əsəri də, müəllifi də aradan götürürlər. 
1937-ci  il  radələrində  bütün  sovetlərdə  olduğu  kimi,  Azərbaycanda  da 
şiddətli  təmizləmələr  oldu.  Qətliam  dövrü  deyilən  bu  illərdə  Azərbaycandakı 
mədəni qüvvələr əsaslı surətdə təmizləndi. Azərbaycanın sovetləşdirilməsində mü-
hüm  rolu  olan  yerli  kommunistlərin  belə  boğazlandığı  bu  qanlı  illərdə  Hüseyn 
Cavid,  Əhməd  Cavad  kimi  milli  şairlərin  də  məhv  ediləcəyinə  şübhə  yox  idi. 
Onları  və  onlara  bənzəyənləri  meydandan  götürdülər.  Sadəcə  qismən  öldürməklə 
kifayətlənməyib,  təmsil  etdikləri  ədəbi  cərəyana  da  yeni  bir  istiqamət  vermək 
istədilər.  Türklük  və  türkçülük  ideologiyası  qoxuyan  duyğu  və  düşüncələr  kimi 
«türk»  termini  də  qadağan  edildi.  İdeologiyadakı  kommunizm  kimi, 
terminologiyada  da  sovetizm  hakim  olur.  Bu  terminlərin  islam  və  Avropa 
sistemindən  rus  sisteminə  keçilməsi  və  Azərbaycan  dilində  olmayan  sözlərin 
yerinə  ərəbcədən,  farscadan  və  hətta  qeyri  bir  türk  dilindən  deyil,  ancaq  rusca 
kəlmələrin  qoyulması  deməkdi.  Böyük  bir  «sovet  milləti»  yaradılırdı.  Çoxdilli 
sovet elləri bu millətin yüksək mənafeyinə xidmət edəsək, kiçik millətlər böyük rus 
milləti  ilə  birləşmək  yolunda  yüksələcəkdi.  Hakim  ruh  bu  idi.  1939-cu  ildə  türk 
xalqlarına  tətbiq  olunan  bu  mədəniyyət  siyasətinin  qəlibi  tapıldı.  Ərəb  hərfləri 


69 
 
sistemindən vaxtilə latın hərfləri sisteminə keçirilmiş türk yazıları kirillica deyilən 
rus  hərfləri  sisteminə  keçdi.  O  gündən  etibarən  ideologiya  da  sözdə  sovet  idealı 
deyilən «böyük rus milləti və birləşmək» əsnasında yürüdülür 
Bu dövrdən başlayaraq azəri və ya Azərbaycan türkcəsi yox, Azərbaycan 
dili,  milləti  və  ədəbiyyatı  vardır.  Millət  və  dinin  birləşməsindən  yaranan  mədəni 
mühit yox, yalnız kommunist ideologiyası və sovet vətənpərvərliyi vardır. Məhəlli 
və  milli  dəyərlər  yalnız  bu  «müştərək  və  böyük  vətən»in  mənfəətinə  uyğun 
gəldikdə sayılır və sevilir, əks təqdirdə əzilir və öldürülürlər. 
Azərbaycan  ədəbiyyatı  indi  bu  şəraitdə  yaşamağa  məcburdur.  Bu 
məcburiyyətlər  və  təzyiqlər  nəticəsində  ayaq  üstə  durmaq  istəyən  bir  yazıçı,  ədib 
və  şair  təsadüfi  deyil  ki,  tarixcə  bağlı  olduğu  islam  və  türk  ideallarından  üz 
çevirəcək,  mədəni  dünya  ölçülərinə  xor  baxacaq  və  hətta  1939-cu  ildən  əvvəlki 
illərdə  yazılan  sovet  Azərbaycanı  ədəbiyyatının  əsərlərini  belə  rədd  və  inkar 
edəcəkdir.  Necə  ki,  əsil  sovet  dövründə  yetişən  və  bir  kommunist  ədib  və  şair 
olaraq şöhrət qazanan adamlar belə əvvəlki yazılarından imtina etmişlər, «böyük» 
Stalinin iltifatını qazanmaq və kökslərinə Lenin ordenini taxmaqla karyera düzəldə 
bilmək üçün Səməd Vurğun kimi əski şerlərinin öldüyünü elan etmişlər. 
Buna 
baxmayaraq 
Azərbaycanın 
potensial  mədəni  qüvvələrinin 
fəaliyyətdən  qalmadığına  şahid  oluruq.  Sovet  vətənpərvərliyinin  kadrları  içində 
belə  Azərbaycanın  özünəməxsus  potensialı  öz  təsirini  göstərməkdə  və  varlığını 
isbat  üçün  çalışmaqdadır.  Son  illərdə  bir  çox  tərcümə  ədəbiyyatı  nümunələri 
yaranmışdır. Şərq və Qərb klassiklərindən bir çoxu Azərbaycan dilinə çevrilmişdir. 
Bunlar  arasında  Nizaminin  bütün  əsərləri,  rus  şairi  Puşkinin  «Yevgeni  Onegin», 
gürcü  şairi  Şota  Rustavelinin  «Pələng  dərisi  geymiş  pəhləvan»  mənzuməsi 
mənzum  olaraq  türkcəyə  tərcümə  edilmişdir.  Tərcümə  əsərlərindən  başqa  orijinal 
əsərlər  də  yazılmışdır:  bunlar  arasında  yuxarıda  haqqında  danışdığımız  Səməd 
Vurğun  Stalini  idealizə  edən  əsərlər  yanında  bir  də  «Vaqif»  adlı  mənzum  dram 
yazmışdır.  «Vaqif»  XVIII  yüzillikdə  yaşamış  məşhur  Azərbaycan  şairi  Molla 
Pənah  Vaqifin  həyat  və  əsərlərindən  ilham  almaqla  yazılmışdır.  Ümumi  sovet 
vətənpərvərliyinə  rəvac  verən  son  rus  əsərlərindən  öyrənməklə  Azərbaycan 
vətənpərvərliyinə  rəvac  verən  bu  pyes  çağdaş  Azərbaycan  səhnəsinin  ən  uğurlu 
əsəri  sayılır.  Səmədin  dili,  şairlik  qüdrəti  və  vətənpərvərliyi  necə  anlaması 
haqqında  bir  fikir  yaratmaq  üçün  onun  bu  mənzuməsindən  bəzi  beytləri  birgə 
gözdən keçirək: 
Şair Vaqif, məlum olduğu kimi, Ağa Məhəmməd şah Qacar ilə müharibə 
edən  Qarabağ  xanının  vəziri  idi.  Pyesə  görə,  Qarabağ  xanı  məğlub  olmuş, 
Məhəmməd  şahın  keyf  məclisi  qurulmuşdur.  Vaqif  tutularaq  onun  hüzuruna 
gətirilir. Şair içəri girərkən Qacara baş əymir. 
Q A C A R — Aha, baş əymir hüzurumda bu!...  
ŞEYX —Yoxdur vicdanında qanun qorxusu.  
Q A C A R — (Vaqifə) — Şair, hökmdarın hüzurundasan.  


70 
 
V A Q İ F — Bunu sizsiz belə düşünürəm mən.  
Q A C A R — Bəs baş əymədiniz?  
V A Qİ F — Əymədim, bəli! 
Əyilməz vicdanın böyük heykəli...  
QACAR— Qılınclar toqquşub iş görən zaman 
Neylər dediyiniz quru bir vicdan?  
VAQİF —Vicdan dedikləri bir həqiqətdir — 
Beşiyi, yuvası əbədiyyətdir...  
Q A C A R — Bəs zindan necədir, qaranlıq zindan?  
V A Q İ F — Soyuq məzara da zinətdir insan...  
Q A C A R — Aha, sınayırdım idrakinizi, 
Doğrudan bir şair görürəm sizi.  
Xoşbəxt xəlq eləmiş sizi yaradan!  
V A QİF —Dünyada qalacaq yalnız yaradan!..  
QACAR — Çox gözəl, çox gözəl, inanın ki mən  
Sizin ruhunuzu sevdim ürəkdən.  
Göylərə baş çəkən bu şanlı saray,  
Göylərin büsatı o ulduz, o ay, —  
Sizə tapşırılsın bu gündən gərək  
Ancaq bir şərtim var...  
V A Q İ F — Buyurun görək!  
QA C A R— Gərək fars dilində yazsın sənətkar. 
V A Q İ F - Farsın Xəyyamı var, Firdovsisi var, 
Nə çoxdur onlarda böyük sənətkar. 
Azəri yurdunun oğluyam mən də, 
Az-az uydururam yeri gələndə.  
QACAR —Yaxşı, gəl əl götür bu inadından, 
Bu qədər naşükür olmasın insan!  
V A Qİ F — Aldada bilməmiş dünyanın varı 
Bir məslək eşqilə yaşayanları! 
Mən ellər bağında azad bir quşam, 
Mənsəbə, şöhrətə satılmamışam!..  
VƏZİR — Yaxşı da... Çarıqlı kiçik bir ölkə 
Böyük Firdovsilər yaratdı bəlkə?..  
VAQİF—Dayan,.. bu bağçanın hər bir bucağı 
Neçə çiçək, neçə güllər bitirmiş. 
Sizin güldüyünüz çoban torpağı 
Nizamilər, Füzulilər yetirmiş.
65
 
                                                           
65
 
Müəllif bəzi parçaları ixtisarla vermişdir.
 


71 
 
Son illərin məhsulu olan bir mənzumə üzərində də dayanmaq istərdik. 700 
misradan  ibarət  bu  mənzumə  heca  vəznində  yazılmış  bir  poemadır.  Klassik 
dastanlar  üslubunda,  Dədə  Qorqud  dastanlarının  rəng  və  ahəngi  ilə  yazılan  və 
Azərbaycan şivəsi və ədəbi zövqünün xüsusiyyət və ünsürlərini daşıyaraq ənənəvi 
həyat tablolarını canlandıran bu dastan: 
 
«Şah İsmayıl dövründən  
Təbrizin Qəmərindən  
Sizə bir nağılım var,  
Qulaq asın, a dostlar!» — 
 
sözləri ilə başlayır. 
Cəfər  Xəndan  imzasını  daşıyan  müəllifin  bu  əsərinin  qısaca  məzmunu 
belədir: 
Şah  İsmayılın  toyudur.  Bu  münasibətlə  Təbrizə  dünyanın  hər  tərəfindən 
gəlmişlər.  Hindistan  şahzadəsi  də  bunların  arasındadır.  Bütün  şəhər  şahanə  toy 
münasibəti  ilə  əylənir.  Meydanda  gənc  oğlanlarla  qızlar  cıdıra  çıxırlar.  Cıdırın 
diqqəti çəkən ən parlaq ulduzu gənc və gözəl bir qızdır: 
 
Onun adı  Qəmərmiş,  
Günəşdən nur əmərmiş. 
                                        Aya baxma deyərmiş  
Günə baxma deyərmiş... 
 
Hindistan    şahzadəsi    bu  «ləkəsiz  Azərbaycan  ayı»na  vurulur.  «Ləkəsiz 
ay» təbiri şairindir: 
 
Qəməriylə öyünür,  
Göydəki kəhkəşanlar.  
Təbriz deyir: mənim də  
Yerdə bir Qəmərim var.  
Əgər ləkəlidirsə   
Göyda ayın yanağı:  
Ləkəsiz ay doğurmuş  
Azərbaycan torpağı! 
   
 Qəmərlə  şahzadə  nişanlanırlar  və  birlikdə  Hindistana  gedirlər.  Təbrizin 
Qəmərlə vidalaşması səhnəsi çox canlıdır. 
 
Qəmər ayrılan zaman  
Ona Təbriz uzaqdan:  


72 
 
Getmə, getmə deyirdi,  
Dəvə zınqırovları  
Həzin-həzin çalırdı  
Göy məsciddən göylərə  
Zil azan ucalırdı.  
Qəlbində Azərbaycan  
Qəmər getdi uzağa  
Kim bilir, dönəcəkmi  
Bir də doğma torpağa?!. 
     
Hindistanda  Qəmərin  həyatı  naz  və  nemət  içində  keçir.  Şahanə  həyat 
yaşayır, lakin ruhu iztirabdadır. Vətən ayrılığı ona rahatlıq vermir: 
 
Başqa bir aləm  varmış  
Vətən adlı sevgidə  
Unutdurur hər şeyi  
Qürbət eldə bu sevgi,  
Canlanır hər çiçəkdə  
Hər bir güldə bu sevgi.  
Vətən eşqi əzizdir,  
O hər şeydən ucadır,  
Onun şanlı tarixi  
Tarixlərdən  qocadır! 
 
Gözləri  daima  vətən  yolunda  qalan,  qəlbi  həsrətlə  yanan  Qəmər, 
Hindistandakı  sarayın  pəncərəsindən  baxarkən  o  tərəflərdən  gələn  bir  karvanın 
keçdiyini görür, adam göndərərək sarvandan bir xəbər öyrənmək istəyir. Gətirilən 
xəbər  qorxuncdur.  Azərbaycanı  düşmən  orduları  tutmuşdur.  Təbriz  küçələri 
səngərə  çevrilmişdir.  Yurdun  gəncləri  aslan  kimi  çarpışırlar.  Evlər,  obalar  atəş 
içindədir. Qəmər  nə  etsin. Qanadı olsaydı, oraya  uçardı.  Dərdini kimə  açsın. Hər 
şeyi var, amma azadlığı yoxdu O get-gedə daha çox kədərlənir, az qalır dəli olsun. 
Kədər və ümidsizlik içində 
 
Nə vaxt qurtulacaqdır  
Bu əzablar, ilahi?! —  
Nədir səndən küsməyən  
Bir ürəyin günahı?! 
Məgər sənin vətənin  
Yurdun, yuvan yoxmudur?! 
     


73 
 
 —  deyə  Allaha  sitəmli  bir  dillə  müraciət  edir.  Vətən  sözü  Qəmərin  dilindən 
düşmür. Fikri də, zikri də vətəndir. Bir gün yuxusunda özünü Azərbaycanda görür: 
 
Təsəllidir yuxu da,  
Gördü Qəmər yuxuda:  
Azərbaycana gəlmiş.  
Elə bildi təzədən  
Doğub cahana gəlmiş. 
 
Qəmər nəğmə oxuyur,  
Oxuduğu söz budur.  
«Gülüm, Vətən yaxşıdır,  
Köynək kətan yaxşıdır.  
Qürbət cənnət olsa da  
Yenə Vətən yaxşıdır». 
 
Qəmər görür röyada  
Arzusuna çatıbdır:  
Sevgilisi tutubdur  
Onu cıdır düzündə  
Sevinc gülür gözündə.  
Qucaqlayır yarını,  
Ömrünün baharını 
Onu Azərbaycana  
Vətən deyib qalırlar 
Burda məskən salırlar. 
     
 Lakin  Qəmər  sərsəm  vəziyyətdə  diksinərək  oyanır,  bütün  bünların  bir  yuxu 
olduğunu görür və qəhrindən boğazı düyünlənir. 
 
Əl atır qələmdana  
«Apar Azərbaycana» 
Sözlərini yazır o  
Sonra dərin bir yuxu  
Alır onu qoynuna  
Ölüm hökm edir ona  
Yüz məşvərət etdilər  
Saraydakı həkimlər,  
Fəqət verən olmadı  
O mərəzdən bir xəbər  
Neçin Qəmər gülmədi?  


74 
 
Saray əhli bilmədi:  
— Bülbül çəmənsiz olmaz,  
İnsan vətənsiz olmaz!.. 
       
Sovet  idarəsi  altında  hər  növ  məhrumiyyətlərə,  maneələrə  və  cəllad 
tədbirlərinə  baxmayaraq  milli  hiss  ilə  yurdsevərlik  şüurunun  nə  kimi  həmlələrlə 
qarşılandığını  və  nə  şəkildə  inkişaf  etdiyini  olduğu  kimi  izah  edə  bilmək  üçün 
müstəqil  bir  konfransa  ehtiyac  var.  İndi  isə  1933-cü  ildə  Bakıda  nəşr  edilmiş 
«Azərbaycan  ədəbiyyatı  tarixi»nə  yazılmış  müqəddimədən      bir    neçə    sətri   
nümunə   gətirməklə  kifayətlənirik: 
«Vətən  və  xalqa  dərin  sevgi  və  hörmət  bizim  ədəbiyyatın  ən  nəsib 
xüsusiyyətlərindən biridir. Xalqını  göz  bəbəyi  kimi  sevən  ondan ayrılmağı özünə 
ölüm  hesab  edən  böyük  demokrat  Həsən  bəy  Zərdabi  yazmışdır:  «Bir  gün 
gimnaziyanın direktoru mənə məlum eylədi ki,  sərdarın hökmünə görə gərək mən 
Yekaterinedar  şəhərinin  gimnaziyasına  müəllim  gedəm,  ona  görə  mən  ərizə  verib 
qulluqdan  çıxdım.  Çünki  mən  Bakıdan  çıxıb  müsəlman  işlərindən  kənar  olmağı 
özüm üçün ölüm hesab edirdim». 
Sovet senzurasının icazəsi daxilində Azərbaycan yurdsevərliyindən ancaq 
bu qədər bəhs edilə bilər. Bundan artığına, hələ qırmızı rus istilasına qarşı yönəlmiş 
həqiqi  yurdsevərliyə  qətiyyən  meydan  verilməz.  Qüvvəsini  məmləkətin  tarixi  və 
milli  ənənələrindən  alan  bu  cərəyanın  əlamətlərini  bizə  sovet  əsirliyinin  tam 
mənzərəsini yaradan gizli şerlər verirlər. Budur, faciələrə uğrayaraq faciələrlə dolu 
həyatından bezmiş, nə üçün doğulduğunu özü-özündən  soruşan şair: 
 
Nə yazayım artıq yurduma dair,  
Düşmən zəhər salır, dostlar gizlənir...  
Bilməm ki, yurdunu sevən bir şair,  
Neçin də bir cani kimi gizlənir. 
 
Yolu kəsmədim mən, qaçaq olmadım,  
Qurulu bir həyatı pozmadı  
Dostu arxadan bıçaqladım 
Heç qətlə fərman yazmadın mən ki... 
               
              Bəs neçün qəribəm bu doğma eldə  
              Məhbəsmi dörd yanım, mən ki, boğuldum:  
              Məlun bir zamanda, məhkum bir eldə  
              Bu yerdə mən neçin şair doğuldum?.. 
      
Şairi  boğan  bu  havasızlıq  daha  böyük  təsirlə  qadın  şairin  riqqətli  qəlbini 
titrədir. Onun duyduğu əzabı bir «hicran» adlı parçada görürük: 


75 
 
Bir solğun çiçəyəm, bir sarı yarpaq  
Candan şikayətkar, canandan iraq,  
Çıxdım ki, yollardan alayım soraq. 
Xəbər verən yoxdur, sorma dedilər! 
 
Ayrılınca hilal qaşlı yarımdan,  
Mən yaslara batdım, geymədim  əlvan.  
Düşünüb o ulduz gözləri hər an,  
Ağlarkən, özünü yorma dedilər! 
 
Mənim  göylərimdən günəş çəkildi  
Parlaq həyatıma zülmət töküldü:  
Vərəmli qəlbimə oxlar tikildi,  
Qoy axsın qanları, sarma dedilər! 
 
Günəşim bir daha doğmayacaqmı?  
Vəhşi qaranlığı boğmayacaqmı?  
Kölgələri şəfəq qovmayacaqmı?  
Sordum, ümidini  qırma dedilər. 
 
Milli 
Azərbaycan 
öz  bağrından  fədakar  müşahidlər  yetişdirir. 
Qəhrəmanlıqla ölməyi şərəfsiz yaşamaqdan üstün tutan bunlar kişi kimi savaşır və 
itirilmiş  hürriyyətlə  istiqlalın  geri  alınması  uğrunda  sovet  zindanları  ilə  uzaq 
Şimalın buzlu sahillərini saysız qurbanlarla doldururlar. Bu igidlər arasında şahanə 
həyəcanlarla  yaşayan  istedadlı  gənclər  az  deyildir.  Bu  məhbus  şairlər  haqqında 
vaxtı ilə Bakıdan gələn mühacirət nəşriyyatında nəşr edilmiş bir məktubda təfsilat 
verilmişdi. Milli düşmənə qarşı kin və mübarizə ruhu ilə qabaran bu canlı parçalar 
arasında  diqqətəlayiq  bir  şerləşmə  vardır.  Məhbuslardan  biri  edamlar  və 
işgəncələrə  məruz  qalan  məhbusların  qorxunc  vəziyyətini  «Yazma!»  adlı  şerdə 
belə təsvir edir: 
 
Görürəm, qanlı  qaranlıqların  
Zülmə baş əydirən alçaqlıqların  
Ölümdən yapdığı qorxunc bir varlıq  
Əlləri qazmada dərin  məzarlıq.  
Hayqırmaq istədim: «məzarçı qazma.  
Qazma, yaşayıram, ölməmişəm mən!..  
Qəlbim, qanım istidir səninkindən  
Ümidim böyükdür, gömülməz, qazma! 
Kiçikdir mənimçin aldığın ölçün, 
Bu  məzarı öz boyuna biçdin! 


76 
 
Boş yerə yorulma... göy yerə sığmaz!» 
Ancaq... 
Susdurur səsi qaranlıqların 
Qan köpürən öskürəkli nəfəsi... 
Cınladır afaqı bir bayquş səsi 
Acı bir fəryadla bağırır: «Yazma!» 
       
Məhbus     şairlə    zindanda    əzab    çəkən     arkadaşı     özünə «Yaz!» 
— deyə müraciət edir: 
 
Üfüqdə duyulan bayquşun səsi 
Qulaqlar çınladar, ruhlar hırpalar,
66
  
Qaranlığın qan donduran nəfəsi  
Bəzən bizi belə qorxuya salar.  
Əvət, söylədiyin alçaq qatillər,  
Hər yerə soxular, hər yeri gəzər  
Yıxar, yaxar, boğar, yıxdırar, əzər!  
Bəlkə hər şey edər, lakin o şeytan  
Bir cənnət var, orda bir şey edəməz.  
O cənnət ideal, bəkçisi
67
 iman,  
İman olan yerdə şeytan yaşamaz! 
      
Millətin  parlaq  gələcəyinə  böyük  ümidlər  bağlayaraq  hürriyyətə  susamış, 
mübarizə  həyəcanının  gərkinliyini  daşıyan  bu  igidlərin  əsil  qəhrəmanlığı  ilə  bizi 
həqiqi mənada tanış edən şer bolşevik senzurasından azad olaraq mühacirətdə nəşr 
edilən Azərbaycan ədəbiyyatıdır. Bu ədəbiyyatda, 
 
İstiqlal, o yaşayan millətin qəlbində can,  
İstiqlal, o səadət, həyat, zəfər, şərəf, can,  
İstiqlal, o sönməyən müəbbəd bir məşalə,  
Könüllərdə tutuşur, gözlərdə sönsə belə. 
 
deyən  Gültəkin  adını  daşıyan  alovlu  şairin  yazıları  xüsusi  bir  yer  tutur. 
Gültəkinin şerlərində biz həqiqi milli-inqilab mübarizəsinin nəşidələrini
68
 görürük. 
Mübarizənin  ədalətliliyinə  və  qələbə  ilə  nəticələnəcəyinə  bağlanan  ümid, 
Gültəkində  adətən  dini  bir  mahiyyət  alır.  Gültəkin  şerlərinin  təfsilatı  ilə 
                                                           
66
 
Əzab vermək  
 
67
 
Keşikçi
 
68
 
Beyt və ya misra
 


77 
 
araşdırılması  bizi  çox  məşğul  edir,  vaxtımız  və  iclasımızın  çərçivəsi  buna  imkan 
vermir.  Bir  neçə  misalla  kifayətlənirik,  düşünürük  ki,  bu  bir    neçə  misallada 
Gültəkinin yaradıcılığı haqqında müəyyən fikir yarana bilər. 
Onun milli istiqlal və milli bayrağa müraciət etdiyi bir şer: 
 
Hür dedim özümə, zəncir qıraraq,  
Get də kəməndini cəhənnəmdə yak!  
Yurdumun müəbbəd nigahbanıdır  
Asırlar altından yüksələn bayraq! 
 
Bayrağımız ölməz, ölərsə əgər,  
Torpağın altına köçər ölkələr. 
 
Azəri qanıyla yuyundun, yetər  
Etdiyin Neronun zülmündən betər...  
Bir zəhər sunsa
69
 da, əməl doğrudu  
Türklüyün qəlbinə vurduğun neştər. 
 
Qaldıqca  ruslarda diyarım  mənim  
İntiqam alacaq şüarım mənim! 
 
Azəri oğluyam, adımda şan var,  
Damarlarımda zülmə hayqıran qan var:  
Məni öksüz
70
 sanıb kükrəmə, düşmən,  
Bax, arxamda haqqı sevən cahan var. 
 
O cındır bayrağın əlbət solacaq,  
Azərbaycan yenə mənim olacaq! 
 
Qurtuluş, ey nazlı, sevimli pəri,  
Könüldən vurğundur sənə azəri,  
Dişimlə qıraram bir gün gələr də  
Bağrına saplanan qanlı xəncəri. 
 
Yaşa, ey həsrətlə doğan istiqlal!  
Yaşa ey türk, yaşa ey gözəl hilal! 
                                                           
69
 
Təqdim etmək, uzatmaq
 
70
 
Yetim 
 


78 
 
     Gültəkinin  yanında  milli  mühacirət  şəraitində  yaşayan  və  yurdsevərlik 
ideyalarını  tərənnüm  edən  başqa  şairlər  də  vardır.  Bunlardan  Sənan  və  Yayçılı 
Kərimi  göstərə  bilərik.  Budur,  Sənanın  «İstiqlal  şəhidlərinə»  müraciət  etdiyi  bir 
parça: 
Məşhədində nə daş, nə məzarın var,  
Qara torpaqlardır qanlı kəfənin... 
Həsrətlə can verdin ah və zarın var,  
Uyu ağuşunda yanıq vətənin...  
Analar! Dindirin həp göz yaşını,  
Qoymayın onlara məzar daşını...  
Onlar yüksəlmişlər başqa aləmə  
«Ölürük, yaşasın istiqlal» — deyə.  
Qalxın, ey mələklər, bir ləhzə susun  
Süsləyin əflakı  salama durun.  
İstiqlal ediniz canfədaları  
Qanlı qələbəylə şühədaları....  
Siz ey gözəl yurdun qoynunda yatan  
Şühəda! Yolunuz sevgi izləri...  
Hərarətli eşqin zəhrini dadan  
Nəsil unutmayacaq əlbət sizləri! 
       
 Yayçılı  Kərim  Anadolu  istiqlal  hərbi  zamanı  Şərq  komandanlığı 
tərəfindən  himayə  edilən  azərbaycanlı  yetim  uşaqlar  arasından  yetişmiş  gənc  bir 
şairdir.  Hələ  uşaqkən  yaşadığı  faciələrlə  duyduğu  iztirab  bu  içli
71
 şairi  həsrət  və 
iztirab hissləri ilə canlandırmışdır. Bunu biz onun  Araz çayına  müraciət etdiyi bir 
şerindən görürük: 
 
Suyundan son ayrılıq damlasını içərkən,  
Tutuşmuş bir od kimi bağrımı yaxdın, Araz,  
Birər damla qan idi gözlərimdə birikən
72
  
Çox acı  xatirəylə könlümə axtın, Araz! 
 
Bir zamanlar nə coşqun, nə qədər şən axardın, 
Köpürən sularınla dağı, daşı yarardın.  
Söylə: büllur suların nədən belə bulandı?..  
                                                           
71
 
Həyacanlı  
 
72
 
Toplanan   yığışan 
 


79 
 
Sən ki  günəşdən parlaq, aydan bərraqdın, Araz! 
      
              Çoxdandır ayrılmışıq ana-ata yurdundan,  
              Fələk cananı almış aşiqlərin qoynundan.  
              Söylə, yoxmu bir xəbər o dərdli anamızdan?..  
              Sən də mi könlümüzü sonsuz buraxdın, Araz!.. 
      
Ədəbiyyat bir millətin ruhunu əks etdirən ən gözəl aynadır - deyirlər. Bu 
tərif  baxımından  yuxarıdakı  iqtibas  etdiyimiz  materiallar  bizə  kommunizm 
ölkəsində,  qırmızı  istilanın  milli  hissi  öldürdüyünə  dair  söylənən  bəzi  bədbin 
hökmlərin mübaliğəli olduğunu göstərir. 
        Həyat meydanına partlayışlı günlərdə atılan və sovet istilasından qaçaraq indi 
mühacirətdə  olan  Almas  Yıldırım  vətənə  bağlılıq  hissini  «Qürbətdə»  adlı  şerində 
coşğun bir ifadə ilə anlatmaqdadır: 
 
Mən torpağı atəşlə yoğrulan bir diyarın, 
Doğdum  yad çəkmələrlə,tapdanan yaxasında 
Ömrümü udub keçən hər qışın, hər baharın,  
İçində mən ağlaram  yalnız onun yasında. 
 
Basdığın hər torpağın qoy  cənnət olsun yeri 
Mən onu bircə anda adlayıb keçəcəyəm 
Getsin də buz bağlasın hər bir çeşmənin gözü 
Mən yenə o içdiyim ağunu
73
, içəcəyəm. 
 
Gəlsin hər çiçək mənə versin baharı müjdə,  
Könlümdəki dağların getməz başımdan qışı...       
Mən edəməm eşqimə yad bir məbəddə səcdə,  
Burax, getdiyim yolun tufanlar olsun eşi
74

 
Mən qürbətdə ölərsəm, qəlbinə salma çilə,
75
  
              Söylə dostlar gömməsin nəşimi torpaqlara...  
              Yaxaraq vücudumu kül edib verin yelə  
 Bəlkə bir zərrə alsın rüzgar bizim dağlara? 
 
Yox, mən ölmək istəməm, görmədən doğma yurdu,  
Mən orda ağlamışam, mən orda güləcəyəm.  
                                                           
73
 Zəhər 
74
 Yoldaş 
75
 Əzab,iztirab 


80 
 
Elə et, sevinməsin Kremlin vəhşi qurdu,  
Mən tufanla doğmuşam, tufanla öləcəyəm!.. 
       
Bu  ruhda  və  bu  inamda  nə  qədər  gənc  qüvvələr  müxtəlif  sovet 
zindanlarında məhv olurlar. Zülm görmüş bu azərbaycanlı qardaşlarına ithaf etdiyi 
gözəl  bir  şerinə  şair  Gültəkin  «Buzlu  cəhənnəm»  başlığını  vermişdir.  Bu 
dinləyəcəyiniz şairin şah əsəridir: 
 
Sibirya, ey soyuq və qorxunc dəniz  
Şimalın köksündə uyuma səssiz,  
Qalx, bir müsafirin gəldi, diqqət et:  
Sənə hədiyyələr gətirdi — vəhşət!.. 
 
Əlinin buzunu eşqlə ərit,  
Çıx, acıyan qəlblə qucağını aç. 
Hədiyyən bir dəmət
76
 saralmış igid  
Hamsı bitkin
77
, hamsı xəstə, hamsı ac. 
 
Sən ey bu gün yalnız qatilin deyil,  
Haq deyən başın da qəbri olan yer: 
Bu solğun dəmətin önündə əyil, 
 Ona ölüm vermə, həyat və ruh ver! 
 
Düşün ki, həpsini düşmən soldurmuş..  
Hicran qəlblərinə bir damğa vurmuş...  
Onları yollamış bədbəxt bir diyar,  
Qəlblərində kədər, gözlərində nəm,  
Onları incitmə, yetimdir onlar,  
Ey soyuqla yaxan buzlu cəhənnəm! 
 
Söylə tapındığın məbudun qışa,  
Qucağında çılpaq uyuyanlar var.  
Acısın məhv olan bu yaşayışa,  
Dinsin qasırğalar, həp fırtınalar... 
 
Soyuğun altında bir yumaq kimi,  
                                                           
76
 
Dəstə
 
77
 
Gücdən düşmüş 
 


81 
 
Gömüldüyü qara, 
Rüzgarların ilıq bir bucaq kimi,  
Açılsın onlara. 
 
Of... bu boğucu qaranlıq  
Hardan endi gözəl yerə?!  
Tıxandı hər nəfəs artıq,  
Sanki boğuluyor kürə...  
Bulanıq bir yerin kirli yaxası
78
  
Yerdə sürünüyor iştə Tundra...  
Sibirya, Sibirya... əvət Sibirya:  
Təbiətin o bir zalım cakası...
79
 
 
Nənə! 
Yenə 
Nələr düşündün ki, doldu gözlərin? 
Rahatsızmı yoxsa sənin də yerin? 
Yoxsa oğlunumu sən xatırladın? 
Yox... onu düşünmə, indi övladın 
Buzlu üfüqlərin qucağındadır, 
O, ən əməlpərvər bir çağındadır:  
Əmdikcə soyuğu, «yenə ver» deyir:  
Qəlbindəki alov bax, nələr deyir:  
Sil göz yaşlarını, dur, gözlə onu  
Hər donduran qışın bahardır sonu!..                
Və sizə, ey ölümün qorxunc yolunda  
Dəmir addımlarla yürüyən gənclər!  
Siz ey bir taleyin gizli qolunda  
Yürürkən bəxti də sürüyən, gənclər!  
Uzadın siz mənə əlinizi,  
Təbrik eyləyim mən, igidlər sizi!  
Baş əymədiniz siz haq yeyənlərə,  
Dediniz yaşamaz azəri haqsız,   
Sizi kəsmək üçün enən xəncərə  
«Hürriyyət istərik» — deyə yazdınız!  
Səlamət yoludur istədiyiniz yol,  
Günəşlər doğacaq izlərinizdə.  
Yalnız deyilsiniz, yoldaşınız bol, 
                                                           
78
 
Yer, sahil
 
79
 
Lovğa
 


82 
 
Bir imanlı millət var yerinizdə.  
Düşmən saldırsa da dörd yandan sizə  
Qorxmayın «qurtuluş çox mahal» deyə,  
Biz də gəlirik o yoldan sizə  
İstiqlal, istiqlal, istiqlal, —deyə! 
 
        Dünya  tarixinin  xülasəsi  haqq  ilə  batil,  hürriyyətlə  əsarət  mübarizəsinin  bir 
ifadəsidir.  Bir  yandan  hürriyyət  və  demokrati  o  biri  yandan  isə  totalitarizm  ilə 
kommunizm  cəbhəsinə  ayrılan  bu  günkü  dünya  mənzərəsi  həmin  mübarizənin 
yeni, böyük qarşılaşması deməkdir. Bu, bəlkə də son qarşılaşmadır. Bu mübarizədə 
həqiqi  ədib  və  şairlərin  vicdanına  tərcüman  olan  böyük  şərhçilərə  görə  vətən, 
hürriyyət  və  istiqlal  ideallarına  bağlı  qaldığını  güclü  surətdə  elan  edən  milli 
Azərbaycan  türklüyünün  yeri  çoxdan  təyin  olunmuşdur.  Müqəddəratını 
hürriyyətsevər  millətlərin  və  mədəniyyət  dünyasının  müqəddəratı  ilə  bağlamış 
Azərbaycan  hürriyyət  və  demokratiya  cəbhəsinin  son  və  qəti  zəfərinə  əsla  şübhə 
etməz!  Duyduğu  min  bir  iztirabdan  sonra  arzuladığı  hürriyyət  və  istiqlalına 
qovuşaçaq, şair Gültəkinin bu beytini zəfər sevincləri içində təkrar edəcək: 
 
Sən bizimsən, bizimsən, durduqca bədəndə can,  
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!.. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


83 
 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə