87
mənsub rus dənizçilərinin qüvvələrinə arxalanan bolşeviklər seçkilərin yenidən ke-
çirilməsini tələb etdilər və bu dəfə min bir hiylə və müdaxilə ilə istədikləri çoxluğu
təmin edə bildilər. Bolşevik partiyasının Cənubi Qafqazya komitəsinə görə Qızıl
Ordu tərəfindən tutulmasından əvvəl Bakıdakı türk (yəni azərbaycanlı)
kommunistlərin sayı 300-dən çox deyildi. Rus kommunist partiyasının Bakı
komitəsində 3 erməni, 2 rus və bir də gürcü vardı.
Milli Azərbaycan Respublikasının müdafiə qüvvələrini qırdıqdan sonra
sovet Ordusu irəliləyərək Ermənistan ilə Gürsüstanı «sovetləşdirdi» və sadəcə,
Qafqazyanı tutaraq 1914-cü ildəki sərhədlərini bərpa etdi. Zatən istədiyi də bu idi.
Türkiyəyə yardım təbliğatı artıq söhbət mövzusu deyildi. Lakin əsil
bolşevik hakimiyyəti indi başlanırdı. Bütün milli müəssisələr bağlanılır, milli ordu
dağıdılır, ziyalılar öldürülür, «Çeka» vəhşiliklər törədir, «soyğunçuluq həftəsi»
təşkil edilir, sinfi mübarizə alovlandırılır, ictimai nifrət qızışdırılır, qardaş qardaşa
qarşı
təhrik edilir, bir sözlə, məmləkət sovetləşdirilirdi.
Bütün bunlarla bərabər milli müqavimət davam edirdi və Azərbaycanın
hər tərəfində qanlı hadisələr olurdu. Müxtəlif yerlərdə davam edən üsyanlar
arasında 1920-ci ildə baş vermiş Gəncə üsyanı xüsusilə diqqətəlayiqdir. Buradakı
üsyanı yatırmaq üçün Qızıl Ordu 8000 nəfərlik hərbi hissə göndərmişdi. silahlı
üsyanlar məmləkətdə daimi hal almışdı. 1925-ci ildə verdiyi bir raportunda
Azərbaycan Daxili İşlər komissarı Bağırov 52-dən artıq üsyan hadisəsini qeyd edir.
Kəndlərin kollektivləşdirilməsi illərində (1930—1932) Azərbaycandakı üsyanlar
xüsusilə şiddətlənir. Bəzi şəhərlər minlərlə üsyançının əlində qalırdı. Bu zamankı
vəziyyətin «qorxuncluğu»na sovet komissarı Elinvanın məşhur bir bəyanatında
rəsmən şəhadət edilmişdir. Milli müqavimət kütləvi üsyanlardan başqa, müxtəlif
növ təxribatçılıq xarakterinidə daşıyırdı.
Bu əməli müqavimət hadisələri ilə bərabər məmləkətdə siyasi
konspirasiya, yəni gizli çalışma aktları da. güclü şəkildə davam etdi. Gizli
bəyannamələr,
hətta
qəzetlər
nəşr
olundu. Bakıda, «Çeka»nın lap
yaxınlığında"gizli bir mətbəə işləyirdi: burada çap edilən «İstiqlal» qəzeti 19-
cu nömrəsini buraxmağa müvəffəq olmuşdu. Bu mətbəənin sirri yalnız bir təsadüf
nətisəsində açıldı: polis qəlp pul düzəldən; maşın axtararkən «Müsavat»
mətbəəsinin üstünə çıxdı,
Bu hadisə sovet hökumətinin görünməmiş təzyiqinə səbəb olur.
Yaxalanan müsavatçılara işgəncələr verilir. Məhbuslar gördükləri zülmlərə görə
aclıq elan edirlər.Müsavatçıların Solovki adı ilə məşhur olan sürgün yerindəki
qəhrəmandıq mücadiləsinin keçmişdə «çekist» ikən, sonra qaçaraq 1936-cı ildə
Şanxayda «sovetlərdə ölüm kampaniyaları» adı ilə nəşr etdirdiyi əsərdə Kiselev-
Qromov təfsilatı ilə bəhs edilir. Solovki və buna bənzər sürgün yerləri ilə bütün
sovet zindanlarında iztirab çəkənlər, təbii, sadəcə müsavatçılar deyil, ümumiyyətlə
bütün milli zümrələrin nümayəndələri idi. Bolşevik leksikonu Azərbaycandakı
88
bütün vətənpərvərləri müsavatçı adlandırır. Müsavatçılıq vətənpərvərliyin
sinonimidir.
Azərbaycan Kommunist Partiyasının XVI Bakı qurultayında söz söyləyən
partiya katibi Bağırov demişdir ki: «İndiki halda «Müsavat» partiyası mərkəzi
komitəsinin üzvlərindən dördü «Çeka» həbsxanasındadır. Bunlardan hər biri
sovet dövlət idarəsində yüksək mövqe tuturdu, sovet məmurluğu ilə müsavat
partizanlığını bir şəxsdə necə birləşdirdiklərini onlardan soruşduqda onlar: bu həm
asan, həm də ucuz başa gəlir deyə zarafat edirlərmiş. Bolşeviklərin —
milliyyətçiliyi tamamilə yox etdik, — dedikləri bir çox bəyanatlarına baxmayaraq
sovet mətbuatı ilə hökuməti son illərə qədər Azərbaycan vətənpərvərliyinin rəmzi
kimi tanınan müsavatizmlə şiddətli mübarizə aparmışlar. 1932-ci ildə toplanan
AKP-nin qurultayının qərarına görə «Müsavat» partiyası ilə sadəcə daxildə deyil,
xaricdə də mübarizə aparılmalıdır.
1937-ci ildə sovet Azərbaycanının IX qurultayında Azərbaycan
hökumətinin baş naziri Rəhmanov yeni Sovet konstitusiyasına dair çıxışında 1918-
ci ilin 28 mayında Azərbaycanı sovet Rusiyasından ayırmağa cəsarət etmiş
«Müsavat» partiyasının üstünə düşür. Ona görə «Müsavatçıların Azərbaycandakı
hakimiyyəti tarixin ən qaranlıq dövrüdür», o, «inqilab əleyhdarı olan müsavat
Dostları ilə paylaş: