Məmməd Əmin Rəsulzadə



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix18.04.2022
ölçüsü1,06 Mb.
#85569
1   2   3   4   5   6   7   8   9   ...   25
M.Ə.Rəsulzadə

“Azərbaycan 
qayəsi”ni 
yayırdı.  M.  Ə.  Rəsulzadə  öz  yazılarında  ―müsəlman‖,  ―türk‖,  ―tatar‖ 
kimi  müxtəlif  ifadələr  altında  tanınmış  bu  xalqı  ―azərbaycanlı‖  kimi  qeyd  edirdi. 
Halbuki,  bunu  1935-ci  ildən  tarixi  ədəbiyyatda  İ.  Stalinin  adına  çıxırlar.  Mirzə 
Davud  Hüseynov  1927-ci  ildə  Tiflisdə,  rus  dilində  çap  olunmuş  ―Müsavat‖ 
partiyası  keçmişdə  və  bu  gün‖  adlı  kitabında  yazır  ki,  guya  1917-ci  ilə  qədər 
―Rəsulzadə  üçün  Qafqazın  tərkibində  Azərbaycanın  mövcud  olması  ideyası  yox 
idi.  Azərbaycan  adı  altında  o  vaxt  ancaq  İran  Azərbaycanı  başa  düşülürdü‖. 
Əlbəttə,  bu  yanlış  fikirdir.  Yuxarıda  göstərdiyimiz  kimi,  M.  Ə.  Rəsulzadə  hələ 
1911-ci  ildə  İstambulda  ―Türk  yurdu‖  jurnalında  çap  etdirdiyi  ―İran  türkləri‖ 
məqaləsində  Azərbaycanın  Qafqazın  tərkibində  olmasını  qeyd  etmişdir.  Bunu  da 
göstərmək  lazımdır  ki,  hələ  M.  Ə.  Rəsulzadədən  qabaq  maarifçi  ziyalılarımızda 
azərbaycançılıq qayəsi rişə halında olsa da, var idi. Ancaq bunu tam şəkildə siyasət 
meydanına M. Ə. Rəsulzadə gətirdi.  
 
 
 
 
 
M.  Ə.  Rəsulzadə  1915-ci  ilin  avqustundan  ―Açıq  söz‖  qəzetini  nəşr  edir 
ki, bu da əslində gizlin fəaliyyət göstərən ―Müsavat‖ partiyasının orqanı idi. 
 
1917-  ci  ildə  fevral  burjua  inqilabı  baş  verdi.  Silah  və  zor  gücünə  kiçik 
xalqların  torpaqlarını  işğal  edib,  dünyanın  altıda  bir  hissəsinə  çevrilmiş  Böyük 
Rusiya  imperiyası  dağılmağa  üz  qoydu...  Əsən  azadlıq  mehi  müstəmləkə  halında 
inləməkdə olan xalqlarda öz müstəqil dövlətlərini yaratmaq arzusu baş qaldırmışdı. 
Həmin  ilin  martından  açıq  fəaliyyətə  başlamış  ―Müsavat‖  partiyasının  orqanı 



 
―Açıq  söz‖  qəzeti  yazırdı:  ―Şimdiyə  qədər  qayəmiz,  amalımız  məlum  olmayan, 
hüriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və 
siyasi  proqramımız  bulunmayan,  bulunsa  da,  mindən  birimizin  belə  xəbəri 
olmayan  biz  müsəlmanlar  müdhiş  inqilab  tufanları  içərisində  kompassız  ortada 
qaldımızdan  hara  gedib  çırpınmağa,  hansı  tərəfə  vurnuxmağı  bilməyib, 
cəmiyyətlərimiz də divanələr  dəstəsi kimi boğaz  – boğaza gəlmişlər‖ (―Açıq söz‖ 
qəzeti,  №  431,  1917-ci  il).  Həmin  ildə  Gəncədə  Nəsibbəy  Yusifbəylinin  (1881  - 
1920)  rəhbərliyi  altında  ―Türk  Ədəm  Mərkəziyyət‖  (federalisist  –  M.  Əliyev) 
partiyası  fəaliyyətə  başladı.  Partiya  öz  proqramı  ilə  xalqı  tanış  etmək  üçün 
Gəncənin  Şah  Abbas  məscidinin  həyətində  böyük  mitinq  keçirdi.  Bu  mitinq 
―Yaşasasın demokratik respublika‖, ―Yaşasın Azərbaycan muxtariyyəti‖, ―Yaşasın 
Türk Ədəm Mərkəziyyət partiyası‖ şüarları altında keçirilmişdir (―Баку‖ qəzeti, № 
80, 12 aprel, 1917-ci il).    
 
 
 
 
 
 
1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. 
Qurultay  M.  Ə.  Rəsulzadənin  təklifi  ilə  Rusiyanı  federativ  şəkildə  təşkil  etmək 
haqqında  qərar  çıxardı.  Bu  qurultayda  ―Azərbaycan  qayəsi‖  məsələsi  yenidən 
ortalığa  atıldı.  Həmin  ilin  mayında  maarifpərvər  Azərbaycan  varlılarından  Şəmsi 
Əsədullayevin (1840 - 1913) Moskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı 
əzəmətli  binada  Rusiya  müsəlmanlarının  qurultayı  açıldı.  M.  Ə.  Rəsulzadə 
Rusiyanı  federativ  şəkildə  qurmaq  haqqında  məruzə  ilə  çıxış  etdi.  Qurultay  səs 
çoxluğu  ilə  M.  Ə.  Rəsulzadənin  ―Türk  tatarlığı,  Türküstan,  Qazaxıstan, 
Başqırdıstan  və  Azərbaycan  –  Dağıstan  kimi  bir  neçə  muxtariyyətlərdən  ibarət 
olacaq  gələcək  Rusiyanı  federativ  şəkildə  qurmaq‖  barəsində  təklifini  qəbul  etdi. 
O,  həmin  dövrdə  özünün  ―Cəmaət  idarəsi‖  və  ―Bizə  hansı  hökumət  faydalıdır?‖ 
kitablarını  çap  etdirmişdir.  M.  Ə.  Rəsulzadənin  Moskva  müsəlman  qurultayında 
etdiyi məruzə Əhməd Salikovun çıxışı ilə birlikdə ―Şəkli idarə haqqında iki baxış‖ 
adı  altında  həmin  dövrdə  çap  olunmuşdur.  Həmin  ayda  M.  Ə.  Rəsulzadənin 
redaktorluğu  ilə  ―Qardaş  köməyi‖  jurnalı  çap  olundu.  Jurnalın  təəssüf  ki,  bircə 
nömrəsi çıxdı.    
 
 
 
 
 
 
 
1917-ci  il  iyunun  ikinci  yarısında  ―Müsəlman  demokratik  ―Müsavat‖ 
Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə