Məmməd Əmin Rəsulzadə


partiyası‖  ilə  ―Türk  Ədəm  Mərkəziyyət  partiyası‖  birləşib,  ―Türk  Əədm



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə5/25
tarix18.04.2022
ölçüsü1,06 Mb.
#85569
1   2   3   4   5   6   7   8   9   ...   25
M.Ə.Rəsulzadə


partiyası‖  ilə  ―Türk  Ədəm  Mərkəziyyət  partiyası‖  birləşib,  ―Türk  Əədm 
Mərkəziyyət  partiyası  ―Müsavat‖  adı  altında  çıxış  etməyə  başladı  (―Açıq  söz‖ 
qəzeti,  №  501,  18  iyun,  1917-ci  il).  Onun  çöbələri  nəinki  Azərbaycanın  bütün 
qəzalarında  və  hətta  Rusiyanın  Həştərxan,  Stavropol  şəhərlərində,  Ukraynanın, 
Gürcüstanın  və  Ermənistanın  paytaxtlarında,  Türküstanın  mərkəzi  Daşkənddə, 
Cənubi  Azərbaycanın  mərkəzi  Təbrizdə,  İranın  Gilan  vilayətinin  mərkəzi  Rəştdə 
və  Türkiyənin  paytaxtı  İstambulda  təşkil  olundu.  O,  burjua  xadimi  kimi  onu 
damlamağa çalışanlara cavab olaraq yazırdı ki, mən kasıbçılığın üzündən ali təhsil 
də  ala  bilməmişəm,  öz  pulu  ilə  Rusiyada  və  Qərbi  Avropada  ali  təhsil  alıb  və  bu 
gün  özünü  bolşevik  kimi  qələmə  verən  sizləri  nə  adlandırmaq  olar  (―Açıq  söz‖ 
qəzeti №549, 24 avqust 1917-ci il). Bunu da qeyd etmək lazımdır ki, onun ―MAR‖, 



 
―MAR-zadə‖,  ―M.R-zadə‖,  ―Haman‖,  ―Sosialist‖  və  s.  kimi  gizli  imzalarla  xeyli 
məqalələri müxtəlif dövrü mətbuatın səhifələrində çap olunmuşdur.  
1917-ci  il  oktyabrın  26-dan  31-nə  qədər  500  nümayəndənin  iştirakı  ilə 
Bakıda təntənəli surətdə keçirilən ―Türk Ədəmi Mərkəziyyət partiyası ―Müsavat‖ın 
birinci  qurultayında  Məmməd  Əmin  Rəsulzadə    Mərkəzi  Komitənin  sədri 
seçilmişdir.  Bu  qurultaydan  sonra  Bakıda  və  Azərbaycanın  bütün  qəzalarında 
―Azərbaycana  muxtariyyət‖  şüarı  altında  xalqımızın  milli  hərəkatı  başlanmışdır. 
Həmin  dövr  xalqımızın  tarixinə  Milli  Azərbaycan  hərəkatı  kimi  daxil  olmuşdur. 
 
1917-ci ilin payızında M. Ə. Rəsulzadə Rusiya parlamentinə Azərbaycan 
və Türküstandan millət vəkili seçilmişdir.    
 
 
 
 
1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri 
nəticəsində  ləğv  olundu.  Həmin  ayın  27-də  seymin  müsəlman  fraksiyasına  daxil 
olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şurası yarandı. 
Səs çoxluğu ilə M. Ə. Rəsulzadə milli şuranın sədri seçildi. 1918-ci ilin mayın 28-
də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan 
olunmasını  dünyaya  yaydılar.  Bu  o  demək  idi  ki,  xalqımız  öz  varlığını,  bir  xalq 
kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır, onun da dünyada müstəqil surətdə 
yaşayan xalqlar kimi öz etnoqrafik sərhədləri daxilində azad yaşamağa hüququ var. 
Bitərəf  Fətəlixan  İskəndər  oğlu  Xoyskinin  (1875  -  1920)  başçılığı  ilə  Azərbaycan 
Demokratik  Respublikası  hökuməti  təşkil  olundu.  Beləliklə,  Azərbaycan  xalqı 
nəinki  türkdilli  xalqlar    arasında,  həmçinin,  bütün  islam  aləmində  ilk  dəfə  olaraq 
respublika  üsul  –  idarəsinə  qədəm  qoydu.  İyunun  17-də  Azərbaycan  Azərbaycan 
milli  şurasının    iclasında  M.  Ə.  Rəsulzadə  öz  alovlu  nitqində  deyirdi:  ―Dünya 
müharibəsi  və  Rusiya  inqilabının  təsiri  ilə  yeni  doğmuş  və  həyat  siyasətinə  ilk 
qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu 
yeni türk nuzad siyasəti rişə və buluğ  bulub da millətlər zümrəsinə bəsail – həyat 
olaraq  girə  biləcək,  yoxsa  sısqa  cocuq  kimi  südəmər  halında  tərki  –  həyat 
edəcəkdir?  İştə  bütün  zehinləri  işğal  edən  bir  məsələ!  İştə  bir  zaman  ki, 
müqəddərat  milliliyi  əllərinə  alanlar  üçün  Azərbaycan  nuzadini  tələf  etditməmək 
kimi  müşkül,  fəqət  müşkulliyi  ilə  bərabər  şərəfli  bir  vəzifə  və  məsuliyyət  tərtib 
ediyor‖ (―Azərbaycan‖ qəzeti, № 41, 1918-ci il).  
 
 
 
 
Gördüyünüz kimi, M. Ə. Rəsulzadə özünün bu alovlu nitqində hələ birinci 
dünya  müharibəsi  ərəfəsində  ―Dirilik‖  jurnalı  səhifələrində  qaldırdığı  və  sonralar 
isə  1917-ci  ilin  aprelində  Bakıda  keçirilən  Qafqaz  müsəlmanlarının  qurultayında 
yenidən ortalığa atılan ―Azərbaycan qayəsi―dən söhbət açır. Onu da qeyd edək ki, 
təəssüf ki, bir sıra görkəmli inqilabçıların əsərlərində 1918-ci il mayın 28-nə kimi, 
yəni  Azərbaycan  istiqlaliyyəti  elan  olunana  qədər,  bu  torpağın  Azərbaycan 
adlandırılması  barədə,  bu  xalqın  Azərbaycan  xalqı  olduğu  barədə  bir  kəlmə  də 
yoxdur. Onlar əsas bir məsələni unutmuşlar ki, rus xalqı müstəmləkə xalq deyildi. 
Onlar  yalnız  sinfi  ziddiyyətləri  aradan  qaldırmaq  uğrunda  mübarizə  aparırdılar. 
Amma  Azərbaycan  müstəmləkə  idi  və  hətta  ölkənin  adı  belə  xəritələrdən 


10 
 
silinmişdi. Müstəmləkə olan bir ölkədə isə ancaq milli azadlıq hərəkatından söhbət 
gedə  bilərdi.  Azərbaycan  xalqı  qarşısında  ancaq  müstəmləkədən  azad  olub,  öz 
müstəqil  milli  dövlətini  yaratmaq  məsələsi  dayanırdı.  Bu  çətin  vəzifəni  M.  Ə. 
Rəsulzadənin  rəhbərliyi  altında  qabaqcıl  Azərbaycan  ziyalıları  o  dövrdə  öz 
üzərlərinə götürdülər.  
 
 
 
 
 
 
 
1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında M. 
Ə.  Rəsulzadə    demişdir:  ―Biz  o  zaman  ki,  bizim  üçün  ən  yaxşı  məsələni  – 
―Azərbaycan  muxtariyyəti‖ni  müdafiə  edirdik,  biz  onda  sağ  və  sol  tərəfdən 
amansız tənqidə məruz qalmışdıq. Sağdan bizə deyirdilər ki, azərbaycançılıq şüarı 
ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla  -  Allah yıxsın 
–  siz  İslamın  əsasını  sarsıdırsınız.  Soldan  isə  bizi  məzəmmət  edirdilər  ki, 
Azərbaycan  muxtariyyətini  tələb  edərək  biz  vahid  demokratik  cəbhəni  yarırıq. 
―Müsavat‖  partiyası  birinci  olaraq  Azərbaycanın  müstəqilliyi  bayrağını  yüksəyə 
qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir 
ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir... Bir 
dəfə  yüksələn  bayraq  bir  daha  enməz!‖  (―Azərbaycan‖  (rusca)  qəzeti,  №  59,  13 
dekabr 1918-ci il).  
 
 
 
 
 
 
 
Bakı  Dövlət  Universitetinin  yaranması  da  M.  Ə.  Rəsulzadənin  adı  ilə 
bağlıdır.  Bu  məsələ  ətrafında  o,  bir  neçə  dəfə  Azərbaycan  parlamentində  çıxış 
etmiş və universitetin açılmasını qəti tələb etmişdir. Universitetin ilk rektoru olmuş 
professor V. İ. Razumovski 1922-ci ildə çap etdirdiyi ―Bakı şəhərində universitetin 
əsasının  qoyulması‖  adlı  xatirə  oçerkində  yazır:  ―M.  Ə.  Rəsulzadənin  sayəsində, 
onun  gücü,  maarifçilik  köməyi  ilə  ―Müsavat‖  partiyasında  universitetin  açıq  və 
gizli  düşmənləri  partiyanın  qərarına  tabe  olmağa  məcbur  olmuşlar,  biz  öz 
tərəfimizdə  artıq  iki  partiyaya  malik  idik,  ―Müsavat‖  və  sosialistlər,  bu  da 
parlamentdə  çoxluğu  təmin  edirdi.‖  (Bakı  Dövlət  Universitetinin  xəbərləri,  №  2, 
1922-ci il). 1920-ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış, ―1920-ci il  
üçün  Azərbaycan  respublikasının  təqvim  -  ünvanı‖nda  oxuyuruq  ki,  M.  Ə. 
Rəsulzadə  ―Tarixi  –filologiya  fakültəsində  ―Osmanlı  ədəbiyyatı  tarixi‖ndən  dərs 
demişdir. 
 
 
 
 
 
 
 
 
Azərbaycan istiqlalının ildönümü ilə əlaqədar olaraq 1919-cu ildə Bakıda 
bircə nömrəsi çap olunmuş və lakin geniş oxucu kütləsinə çatdırılmamış ―İstiqlal‖ 
jurnalında  M.  Ə.  Rəsulzadənin  ―Azərbaycan  Respublikası‖  adlı  əsəri  çap 
olunmuşdur.  
 
 
 
 
 
 
 
 
1920 - ci ildə aprel hadisələrindən sonra M. Ə. Rəsulzadə Lahıcda həbsə 
alındı. Onun tutulması xəbəri həmin ilin noyabrın əvvəllərində Vladiqafqaz (indiki 
Orconikidze) şəhərində olan İ. V. Stalinə çatdırıldı. Stalin heç kəsə xəbər vermədən 
Bakıya  gələrək,  XI  Ordunun  xüsusi  şöbəsinin  rəisi  V.  Pankratova  RSFSR  –i 
Millətlər Komissarlığı adından göstəriş  verdi və özü şəxsən həbsxanaya gedib M. 
Ə. Rəsulzadəni azad etdi. Bununla, İ. V. Stalin 1905-ci ildə onu ölümdən qurtaran 
keçmiş  inqilabçı  dostu  M.  Ə.  Rəsulzadənin  qarşısında  öz  tarixi  vicdan  borcunu 


11 
 
yerinə  yetirdi. O, M. Ə. Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR 
Millətlər  Komissarlığında  mətbuat  müvəkkili  vəzifəsinə  təyin  etdi.  M.  Ə. 
Rəsulzadə  RSFSR    Millətlər  komissarlığına  tabe  olan  Moskva  Şərqşünaslıq 
(keçmiş Lazarev) institutunda da fars dilindən dərs demişdir. RSFSR –in Millətlər 
komissarlığının orqanı olan ―Novıy Vostok‖ jurnalının 1922-ci il 1-ci nömrəsində 
xəbər verilir ki, 2-ci nömrədə M. Ə. Rəsulzadənin  ―Qədim İranın kommunistləri‖ 
adlı  məqaləsi  çap  olunacaq.  Məzdəkizm  hərəkatından  bəhs  edən  bu  məqalə  çap 
olunmamışdır. Bunu M. Ə. Rəsulzadənin  mühacirətə  getməsi ilə  izah etmək olar. 
M. Ə. Rəsulzadənin xaricə getməsinin düzgün təfsilatı onun vəfatı münasibətilə ilə 
məşhur  Azərbaycan  ədəbiyyatşünası,  Türkiyədə  vəfat  etmiş  Əbdülvahab 
Yurdsevərin (1898 - 1976) xatirə yazısında öz əksini tapmışdır. O yazır: ―Müsavat‖ 
partiyasının  gizli  mərkəzi  komitəsinin  ən  mühüm  təşəbbüslərindən  biri  M.  Ə. 
Rəsulzadəni  Moskvadan  qaçırmaq  olmuşdur.  Əvvəlcə  bir  yoldaş  vasitəsilə,  sonra 
isə  sabiq  Parlament  üzvü,  mərhum  Rəhimbəy  Vəkilovu  (1897-  1937)  və  Bakı 
əsgəri təşkilatının rəisi, şəhid yoldaşımız doktor Dadaş Həsənzadəni (1898- 1926) 
bir  qədər  pul  ilə  Moskvaya  göndərmək  surətilə  M.  Ə.  Rəsulzadə  ilə  təmasda 
olmuşlar.    M.  Ə.  Rəsulzadəyə  təklif  olunmuşdur  ki,  elmi  –  tədqiqat  adı  ilə 
Leninqrada  getsin.  Onun  oradan  rəhmətlik  tatar  maarifçilərindən  Musa  Cərullah 
Bigiyevin  (1875-  1949)  müəssər  yardımı  ilə  və  qayıqla  Fin  körfəzi  üzərindən 
üzərək Finlandiyaya  qaçırılması təmin edilmişdir. (―Azərbaycan‖  jurnalı,  Ankara, 
№  3,  1955-ci  il).  Sonralar  SSRİ  –də  baş  vermiş  faciəli  hadisələr  göstərdi  ki,  bu, 
yeganə  düzgün  yol  idi.  Heç  şübhəsiz,  M.  Ə.  Rəsulzadə  1925-ci  ildən  sonra  sağ 
qalmayacaqdı.  Beləliklə,  M.  Ə.  Rəsulzadənin  mühacirət  dövrü  başlanır.  1928-ci 
ildə  İstambulda  M.  Ə.  Rəsulzadənin  ―Azərbaycan  respublikasının  keçmişi, 
təşəkkülü  və  indiki  vəziyyəti‖,  ―Əsrimizin  Səyavuşu‖,  ―İstiqlal  məfkurəsi  və 
gənclik‖ kitabları çap edilir. 1923-cü ildən onu redaktorluğu ilə İstambulda ―Yeni 
Qafqasya‖  jurnalı  nəşrə  başlayır.  M.  Ə.  Rəsulzadə  1928-ci  ildə  İstambulda 
―İnqilabçı  Sosializmin  iflası  və  demokratiyanın  gələcəyi‖,  ―Millət  və  Bolşevizm‖ 
və  ―Qafqasya  türkləri‖  kimi  əsərlərini  çap  etdirmişdir.  Həmin  ildə  onun 
redaktorluğu ilə  ―Azəri türkü (1928-  1931), sonra  isə  ―Odlu  yurd‖  (1929  -  1930) 
jurnalları  və  həftəlik  ―Bildiriş‖  (1929  -  1931)  respublikasının  qəzeti  də  nəşr 
edilməkdə  idi.  1930-cu  ildə  M.  Ə.  Rəsulzadənin  Parisdə  fransız  dilində 
―Azərbaycan və istiqlaliyyəti‖ və rus dilində ―Qafqaz problemi ilə əlaqədar olaraq 
panturanizm‖  kitabları  çap  olundu.  1931-ci  ildən  M.  Ə.  Rəsulzadənin  mühacirət 
dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə 
nəşr  edilən  ―İstiqlal‖  (1932-  1934)  qəzeti  və  ―Qurtuluş‖  (1934-  1938)  jurnalı  çap 
edilirdi.  1933-cü  ildə  M.  Ə.  Rəsulzadənin  Berlində  çap  olunan  ―Azərbaycan 
respublikası haqqında bəzi qeydlər‖ adlı kitabı da böyük maraq doğurur. 
 
M. Ə. Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi, onun 1936-cı ildə 
Berlində  ―Çağdaş  Azərbaycan  ədəbiyyatı‖  məqaləsi  çap  edilmişdir.  1938-ci  ildə 
Berlində alman dilində ―Azərbaycan problemi‖ və 1939-cu ildə Varşavada polyak 


12 
 
dilində  çıxmış  ―Azərbaycanın  huriyyət  savaşı‖  kitablarının  adlarını  çəkməmək 
olmaz.  O,  1938-ci  ildən  Polşa  hökümətində  məsləhətçi  işləmiş,  sonralar,  1940-cı 
ildən Rumıniyada yaşamışdır. Onun 1943-cü ildə İstambulda nəşr olunmuş ―İslam 
–  türk  ensiklopediyasının‖  1-ci  cildində  ―Azərbaycan  ləhcəsi‖  adlı  məqaləsi  yer 
almışdır.  1947-ci  ildən  Ankaraya  köçən  M.  Ə.  Rəsulzadənin  1949-cu  ildə 
―Azərbaycanın  kültür  kələnkləri‖  adlı  kitabı  işıq  üzü  görmüşdür.  Onun  ―Çağdaş 
Azərbaycan  tarixi‖  (1951-ci  il)  kitabları  həmin  illərdə  M.  Ə.  Rəsulzadənin 
məhsuldar işlədiyini göstərir.  
 
 
 
 
 
 
O,  1951-ci  ildə  Ankarada  ―Azərbaycan  şairi  Nizami‖  adlı  sanballı 
monoqrafiyasını  çap  etdirməklə  dünya  nizamişünaslığına  bir  çox  yeniliklər 
gətirmişdir.  Həmin  ildə  M.  Ə.  Rəsulzadənin  Nyu  –  Yorkda  ingilis  dilində  nəşr 
olunan  ―Ukrayna‖  toplusunun  1951-ci  il  3-cü  nömrəsinin  7-ci  cildində 
―Azərbaycan respublikası‖ məqaləsi çap edilmişdir. Londonda ingilis dilində nəşr 
olunan ―Britaniya ensiklopediyası‖nda ―Müsavat‖ partiyasının yaranması tarixi və 
Azərbaycan  Demokratik  Respublikasının  təşəkkülünə  aid‖  məqalə  də  onun 
qələmindən  çıxmışdır.  İkinci  dünya  müharibəsindən  sonra  Türkiyədə  nəşr 
edilməkdə  olan  ―Türk  ensiklopediyası‖nda  Azərbaycana  aid  məqalələrin  bir  çoxu 
M. Ə. Rəsulzadə tərəfindən yazılmışdır. Ankarada  yaşadığı dövrdə o, ―Türk tarix 
qurumu‖  və  ―Türk  dili  qurumu‖  ilə  yaxından  əməkdaşlıq  etmişdir.  1952-ci  ildən 
Ankarada  nəşr  olunan  ―Azərbaycan‖  jurnalında  xalqımızın  tarixi  və  ədəbiyyatı 
haqqında  bir  sil  –  silə  məqaləsini  də  bura  əlavə  etsək,  M.  Ə.  Rəsulzadənin 
heyrətamiz  yaradacılığı  haqqında  təsəvvür  daha  da  aydınlaşar.  O,  ikinci  dünya 
müharibəsinə qədər Parisdə rusca nəşr olunan ―Qafqaz‖ (1932- 1938) və fransızca 
buraxılan ―Prometey‖ (1928 - 1939) jurnallarında öz məqalələri ilə çıxış etmişdir. 
Onun  1920  –ci  ildən  sonra  işlətdiyi  açıq  və  gizli  imzalardan  ―Məmməd  Əmin 
Rəsulzadə‖,  ―Yalvac  oğlu‖,  ―Məmməd  Əmin‖,  ―M.  Əlif  Rəsulzadə‖  və  .s  qeyd 
etmək olar.  
 
 
 
 
 
 
 
 
Ankara  universitetinin  tibb  fakultəsinin  klinikasında  şəkər  xəstəliyindən 
yatan Məmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç 
dəfə  ―Azərbaycan...    Azərbaycan...  Azərbaycan...‖  deyərək  əbədiyyətə  qovuşdu. 
Ankara radiosu martın 7-də saat 22-45 dəqiqədə sabiq Azərbaycan milli şurasının 
sədri  M.  Ə.  Rəsulzadənin  vəfat  etdiyini  təəssüflə  bildirdi.  O,  Ankara  Əsri 
qəbiristanlığında  dəfn  edilib.  Vəfatı  münasibəti  ilə  Türkiyədə,  İranda  və  Qərbi 
Avropa  ölkələrində  xeyli  nekroloq  çap  olunub.  Bunlardan  ən  marzqlısı  S.  H. 
Tağızadənin  çap  etdirdiyi  nekroloqdur.  Əsli  Ordubaddan  olan,  özü  Təbrizdə 
dünyaya  gəlmiş,  M.  Ə.  Rəsulzadə  ilə  birlikdə  İran  məşrutə  inqilabının  əsas 
rəhbərlərindən  biri  hesab  edilən,  sonralar  Pəhləvi  üsul  –  idarəsinin  tərəfdarına 
çevrilən və öz doğma xalqına yad bir adam olan, İranın ən görkəmli dövlət xadimi, 
diplomatı  və  alimi  sayılan  Seyid  Həsən  Tağızadə  ―Sühən‖  jurnalında  yazırdı: 
―Rəsulzadə,  bütün  ömrüm  boyunca,  Şərq  dünyasında  tayına  rastlaşmadığım, 
mübaliğəsiz  söyləyə  biləcəyim  fövqəladə    nadir  insanlardan  biri  idi.  Məmməd 


13 
 
Əmin  bəy  tərbiyəli,  qüvvətli  və  sağlam  məntiq  sahibi,  təmiz  qəlbi,  doğru  sözlü, 
mətanətli,  tam  mənasıyla  dürüst,  fikir  və  yoluna  dərin  bir  iman  bəsləyən  fədakar, 
mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast 
gəlmək mümkün deyildir‖ (―Sühən‖ jurnalı, Tehran, № 4, 1955-ci il).   
 
1978-ci  ildə,  ölümündən  23  il  sonra:  -  Ankarada  M.  Ə.  Rəsulzadənin 
―Milli təsanüd‖ (―Milli həmrəylik‖) adlı kitabı nəşr olundu. 1985-ci ildə dünyanın 
ən  qədim  universitetlərindən  biri  olan  Oksfordda  M.  Ə.  Rəsulzadənin―Qafqaz 
problemi  ilə  əlaqədar  olaraq  panturanizm‖  adlı  kitabı  ingilis  dilində  öz  sözlə,  rus 
dilində  ikinci  dəfə  çap  edilmişdir.  M.  Ə.  Rəsulzadənin  1989-cu  ildə  ―Əsrimizin 
Səyavuşu‖  və  1990-cı  ildə  isə  ―Azərbaycan  respublikasının  keçmişi,  təşəkkülü  və 
indiki vəziyyəti‖ adlı kitabları Ankarada yenidən işıq üzü görmüşdür.   
 
Azərbaycan  milli  dövlətinin  yaradıcısı.  Xalqımızın  böyük  oğlu  və 
görkəmli mütəfəkkir Məmməd Əmin Rəsulzadənin ədəbi – tarixi irsini geniş oxucu 
kütləsinə  çatdırmağın  vaxtı  çoxdan  gəlib  çatmışdır.  Bu  baxımdan  ilk  dəfə 
xalqımıza  təqdim  olunan  M.  Ə.  Rəsulzadənin  ―Əsrimizin  Səyavuşu‖  (―Türk 
dilindən  tərcümə  edən  Miyas  Əlizadə‖),  ―Çağdaş  Azərbaycan  ədəbiyyatı‖  və 
―Çağdaş  Azərbaycan  tarixi‖  (hər  iki  əsəri  türk  dilindən  tərcümə  eləyən  Paşa  Əli 
oğludur)  əsərləri  inanırıq  ki,  geniş  oxucu  kütkləsi  tərəfindən  rəğbətlə 
qarşılanacaqdır.  
                                                                                          
                                                                                               

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə