Məmməd Əmin Rəsulzadə



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix18.04.2022
ölçüsü1,06 Mb.
#85569
1   ...   5   6   7   8   9   10   11   12   ...   25
M.Ə.Rəsulzadə

ƏFSANƏDƏN HƏQİQƏTƏ 
 
1  —  Pəhləvanlıq  dövründən  xalq  dövrünə.  2  —  İndiki  məfhuma  görə 
millət.  3  —  Əsrin  Siyavuşu  neсə  olmalıdır.  4.  —  Сoğrafiya  və  tarixin  nəzərində 
Azərbaycan.  5.  —  Azərbaycanın  yaradılışındakı    (mayasındakı  .  —  M.  Ə.) 
məğrurluq. 
Tarixin  pəhləvanlıq  dövrü  deyilən  əski  bir  qismi  vardır.  Hər  bir  millətin 
tarixi buradan başlayır. Bu dövr tarixində millətlərdən, millətin əsil kütləsini təşkil 
edən  xalqdan,  xalqın  adət  və  əxlaqından  bəhs  olunmur:  bütün  həyat  ayrı-ayrı 
qəhrəmanların  xəyal  olmuş  şəxslərində  mifoloji  (əsatiri)  simalarında  canlanır. 
Siyavuş dövrü ilə hekayəsi də pəhləvanlıq dövrünə aid belə bir rəvayətdir. 
Halbuki  zaman  irəlilədiksə  həyat  tərzi  dəyişir,  getdikcə  cəmiyyətin 
fəaliyyət  yoluna  çevrilən  fərdlər  çoxalır,  nəhayət,  ortaya    siniflər      və    təbəqələr   
gəldikdə,  tarixin   təbiəti  də dəyişir. 
XX əsr demokratik fikirlər dövrüdür. Şəxsi fərq qoyulan və cəngavər olan
sayılan  aristokratiyanın  yerini  indi  mütəfəkkir  və  texniki  bilik  sahibi,  sadə  xalq 
demokratiyası  tutmağa  başladı.  Köhnə  əsrdə  xalqın  fövqündə  təsəvvür  olunan 
despot  firon  qəhrəmanların  taxtında  indi  xalqın  ümumi  idrakının  daşıyıcısı  fikir 
sahibi  insanlar  oturmağa  başladı.  Daha  sadəsi  —  hakimiyyət    imperatorlardan, 
sultanlardan,  şahlardan  xalqa,  bilgi  kahinlər,  sehirbazlar  və  ilahilərdən  ,alimlərə, 
texniki elm sahibləri və yazarlara keçdi. 
Hakimiyyət  xalqdan  deyil,  Allah  tərəfindən  bir  bəxşiş  olaraq  verildiyi 
zaman hökmdarlar çoban, məhkumlar qoyun hökmündə  idilər.   Məsuliyyət  yalnız  


28 
 
çobana  aid   olduğundan   iradə ilə hökm də onun idi. Buna görə də  qanına görə o, 
ayırıcı  (separatist)  və  ya  ittifaqçı,  döyüşkən  və  ya  barışsevər  olurdu.  Hakimiyyət 
xalqa  keçdikdə,  artıq  çoban  —  çobanlıq  yoxdur.  Hakimlər  xalq  üçün,  xalq  da 
hakimlərdən  ötrü  məsuldur.  Bunun  üçündür      ki,  yalnız      hakimlər    daha  
demokratik  yolla  xidmət edənlər deyil, bütün  xalq, yaradılışına ruh və tərbiyəsinə 
görə ayırıcı və ya inqilabçı, savaşçı və ya barışçı olur. 
Əsrimizdəki      sosiologiya  elminin    ən    son      nəzəriyyəsi,  qan  davasının 
millətlər  üzərindəki  təsirinə  Firdovsi  əsrinin  mütəfəkkirləri        qədər        əhəmiyyət   
vermir.  İndiki        məfhuma  görə,     qan     hər     nə    qədər     «Ateizm»  sıxışdırsa  da, 
millətlər üzərində mütləq hakim ola bilməz. 
Əlbəttə, millət, bu günkü  məfhumuyla bir  qan  və irq təsirindən   ziyadə 
müştərək    bir    bilikdən      ibarətdir.  Avstriya  siyasət  yazarlarından  sprinker  «Bir 
fərdin milləti öz nəfsini   müəyyən   bir   mədəniyyət   zümrəsinə  mənsub   bilməsi   
ilə  təyin  edilir,»  —  deyir.  Demək  «Mən  ərəfe  pəfsəhu  kəd  ərəfe  Rəbbahu»  (öz 
gözəllik və əzəmətinin fərqinə varan insan Allahın gözəllik və əzəmətinin fərqinə 
varır.). Bunu belə desək, «Mən ərəfe  nəfsəhu kəd ərəfe  millətehu»   (öz gözəllik 
və  əzəmətinin  fərqində  olan    insan  öz  millətinin    də    gözəllik  və    əzəmətinin  
fərqinə  varır) —  mənası  ortaya  çıxır  
 
 
 
 
Əski  zaman  qəhrəmanları  üzərində  qanın  görduyü  işi,  indiki    millətlər 
üzərində  mədəniyyətlərlə  ideologiyalar      körməkdədir.  Dili,  dini,    əxlaqı,  adəti, 
tarixi      və    ən'ənəsi    bir  olan  xalq  milli  bir  mədəniyyət  yaradır:  dinləri,  dilləri  və 
yaxud  tarixi    müqəddəratları,  hətta  bəzən    coğrafi    mövqeləri  bir  olan  millətlər 
müştərək  bir  mədəniyyət  yaradırlar.  Bəzən  iki  ayrı  soydan  olan  mədəniyyətlərin 
iştirakı  o  qədər  sıx  olur  ki,  xətti—zatında  iki  mədəniyyətdən  bir  mədəniyyət,  iki 
millətdən bir millət nümunəsi meydana gəlir. 
Türklük,  ərəblik,  farslıq  müştərək  bir  mədəniyyət  küməsi  meydana 
gətirmişdir.  İslamlıq  bu  millətlər  arasında  müştərək  bir  mədəniyyət  vücuda 
gətirmişdir. Necə ki, bir xristian mədəniyyəti var  — buna Avropa mədəniyyəti də 
deyirlər. Necə ki, islam mədəniyyətinə şərq mədəniyyəti deyilir. 
Qədim Siyavuş İran-Turan qanından doğulub-böyüdüyü bir şəxs idi. Nəsil 
vacib  edir  ki,  əsrimizin  Siyavuş  Turan  mədəniyyətlərinin,  mifologiyalarının  və 
bunların qarışmasına  daha   çox   məruz   qalmış   bir   xalq,  bir cəmiyyət  olsun. 
Medyalıların    əski   iranlılar   olduğu   aşkar aşkarlığı inkar edənlər də 
yox deyildir. Medyalıların olduğu indiyə kimi şübhəlidir 
Bisütun
22
 kitabələrindəki  bir  çox  zaman  anlaşılmayıb  və  hansı  insanlara 
mənsub  olduğu  kəşf  edilməyən  üçüncü  lövhənin  Medya  dilində  yazılmış  olduğu 
təxmin  edilmişdi.  Sonra  Assurcanın  gəlişməsi  və  çivi  yazısının  oxunuşundakı 
                                                           
22
 
Kirmanşah civarında aşiq Fərhadın sevgilisi  Şirin üçün dəldiyi söylənən dağın adı. 
(Arasoğlu).
 


29 
 
müvəffəqiyyətlər bunun Turani cinsdə bir dil olduğunda şübhə qoymadı. Assur dili 
bizə  assur-babil  mədəniyyətinin  qurucuları  olan  daha  əski  qövmlərdən  bəhs  etdi. 
Bunlar şumerlərin Turani olduqlarını isbat edən vəsiqələr, Medya babında da yeni 
təxminlərə səbəb oldu. Fransız şərqşünaslarından Le Norman əski Şərq tarixinə aid 
nəşr etdiyi əsərində Medyaya «Turan Medya»sı deyir. Və dikər arkadaşına təqdim 
edərək buradakı   qövmlərin  türk  olduqlarını   belə  iddia edir. 
İran tarixinin Medyada bulduğu Aryanilər, yerlilər deyildir. Onlar buraya 
Şərqdən  gəldilər.  Buradakı  yerliləri  sıxışdırdılar.  Yerlilər  birdən-birə  təslim 
olmurdular. İllərlə  müqavimət göstərmiş, mövcudiyyətlərini müdafiə və  mühafizə 
etmişdilər. 
İranilər  yerləşdikdən  sonra  buralar  təkrar  Turanilərin  hücumuna  məruz 
qalmışdır.  İran-Turan  savaşlarının  mühüm  qismi  Şimali  İran  ilə  Cənub-Şərqi 
Qafqasyadan  ibarət  olan  bu  ərazi  üzərində  cərəyan  etmişdir.  İskitlərin,  Xəzərlərin 
hücumuna məruz qalan buralar uzun müddət İranın mülkü olmuşdur. Dərbənddəki 
tarixi qala divarlarının binasını «Dərbəndnamə» Nuşirəvana aid edir. 
Turanlı Tomris xanım burada bulunmuş iranlı Keyxosrovun fəci sonu Kür 
çayının sahilində olmuşdur. 
«Anam Tomris kəsmədimi Keyxosrovun başını».
23
 
Xülasə,  buralar  bəzən  turanlıların,  bəzən  də  iranlıların  maddi  və  mənəvi 
nüfuzunda qalmışdı. 
İndiki  Azərbaycandan  ibarət  olan  bura  əhalisinin  türkmü,  yoxsa,  farsmı 
olması  çox  zaman  münaqişəli  olub,  insanlarına,  xalq  ədəbiyyatına,  aşıq  dastanları 
ilə çoban türkülərinə, ən'ənə və adətlərinə baxanlar türk, rəsmi yazılarına baxanlar 
da fars demişlər. Kimisi bunları türkləşmiş fars, kimisi farslaşmış türk deyə qəbul 
etmişdir. 
«Şahnamə»də İran-Turan savaşlarının yalnız pəhləvanlıq-bahadırlıq əsrinə 
aid  təzahüratı  əks  edilmişdir.  Halbuki,  bu  savaş  pəhləvanlıq  dövrünə  və  yalnız 
qovğa  və  öldürmələrə  aid  olmamış,  daha  çox  uzanmış  və  daha  ziyadə  çeşidlilik 
göstərmişdir.  Bu  savaşın  əsgəri  müsabiqədən  başqa,  fəlsəfi,  əxlaqi,  dini  və  ədəbi 
səhifələri də olmuşdur. 
Azərbaysan,  İran-Turan  çəkişməsinin  bilavasitə  bu  cəhətlərinə  əks-səda 
yeri  olmuşdur.  Burada  Nizami,  Xaqani,  Fələki  kimi  hərarətli,  farsca  şer  yazan 
azərbaycanlı  türk  şairləri  yetişdiyi  kimi,  əsərlərini  türkcə  yazan  Füzuli,  Nəsimi, 
Xətai kimi türk şairləri də çıxmışdır. 
Azərbaycan  teatrının  vücudu,  «türk  Molyeri»,  Mirzə  Fətəli  burada 
yetişdiyi  kimi,  «Səyahətnameyi»  —  İbrahim  bəy»  adlı  fars  «Kuvadis»inin  yazarı 
da burada yetişmişdir
24
 
                                                           
23
 
Azərbaycan dastanlarından
 
24
 
«Kuvadis» Avropada məşhur Ləhistanlı Senkeviçin əsəridir. 


30 
 
Əbdürrəhim  Talıbzadə  elmi  əsərlərini  farsca  yazmışdır.  Həsən  bəy  
Məlikzadə xalis türkcə yazmışdır. 
Azərbaycanın dəyərli alim və şairi bakılı Abbasqulu ağa əsərlərini qismən 
farsca, qismən də türkcə yazmışdır. 
Azərbaycanda  şiəliyin  hər  çeşidi  bulunduğu  kimi,  sünni  məzhəbindəki 
parçaların əksəri mövcuddur. 
Çayxanalarında saz aşıqları tərəfindən «Aşıq Qərib», «Koroğlu» və «Əsli 
və  Kərəm»  dastanları  yana-yaxıla  söylənir,  hamamlarının  divarlarında  ağ  devin
25
 
köksünü parçalamış Rüstəm pəhləvanın rəsmi görünür. 
Sazlarında  «Kərəmi»  tarlarında  «Şahnaz»  çalınıb,  dağlarında  «bayatı», 
bağlarında  «təsnif»  oxunur.  Bütün  bunlar  böyük  dalğalar  halında  Xəzər  dənizinin 
qüzeyindən  və  güneyindən  gələn  türk  boylarının  X  əsrdən  etibarən  Anadoluda 
olduğu  kimi,  Azərbaycanda  da  Siyavuş  yaradılışında  bir  cəmiyyətin,  bir  xalqın 
varlığı isbat etməzmi? 
 
 
 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə