Məmməd Əmin Rəsulzadə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix25.06.2018
ölçüsü0,54 Mb.
#51269
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

Xalq görsə inqilab olar 

 

Salon-vaqonda  yemək  süfrəsi  baĢında  ikən  qatarımız  qələbəlik  bir 

stansiyada dayandı; burada bir az gözləyəcəkdi. Stalin Məhəmməd Əliyə pərdələri 

endir dedi. Məhəmməd Əli: 

-

 

YoldaĢ Stalin, bu niyə? - deyə soruĢdu. 



-

 

Bayırdakılar masamızı görməsinlər, - dedi. 



-

 

Görürlər görsünlər, nə olar ki?.. 



-

 

Qulaq  asın,  necə  yəni  nə  olar,  səfalət  və  məhrumiyyət  içində  olan  xalq 



bizim bolluq içində olduğumuzu görsə inqilab olar, bilmirsən? 

 

Trotskiyə qarşı dərin bir nifrət 

 

VətəndaĢ  müharibəsi  və  inqilab  zümrəsi  içindəki  çəkiĢmələrə,  bolĢevik-



menĢevik  münaqiĢələrinə  aid  cürbəcür  mövzular  ətrafında  inqilab  aktyorlarından 

bəhs edən Stalin, Lenindən böyük bir ehtiramla bəs edir, onun rus olduğunu yerli-

yersiz qeyd edirdi. 

O  zaman  adı  Leninin  adı  ilə  bərabər  çəkilən  Trotskinin  hər  Ģeydən  əlavə 

yəhudi  olması  səbəbindən  baĢda  ola  bilməyəcəyini  söylərdi.  “Xalq  dövlətin 

baĢındakı  Ģəxsə  çox  diqqət  edir.  Onun  bütün  sümüklərini  bir-bir  öyrənir,  əslinə-

nəcabətinə əhəmiyyət verir” - deyirdi. 

Bu  arada  bir  münasibət  gətirərək  özünə  Leninin  nədən  daima  Lenin  adı 

yanında  bir  də  Ulyanov  adını  qeyd  etməyi  unutmamasının  səbəbini  soruĢdum 

(görünür,  Lenin  bunu  özünün  yəhudi  deyil,  əsl  rus  olduğunu  göstərmək  üçün 

edirdi). Bir az düĢündü və: “Bunun səbəbini bilmirəm”, - dedi. 

Lenin Stalin üçün “böyük bir müəllim”, “dahi bir rəhbər” idi. Nə qədər sərt 

və çətin əmrləri olurdusa, bunları  mütləq  yerinə  yetirmək  onun üçün bir zövq idi. 

Sarisın  (sonra  Stalinqrad)  cəbhəsi  müĢkül  bir  vəziyyətdə  ikən  Lenin  nə  bahasına 

olursa-olsun  Sarisını  əldə  saxlamalısan  deyə  göndərdiyi  teleqrama  Stalin  “əlim 

titrəməz!”  deyə  cavab  vermiĢ  və  özündə  zəiflik  hiss  edən  hər  kəsi  güllələtmək 

surətilə istənilən nəticəni təmin etmiĢdi. 

Trotskiyə  gəlincə,  bu  “əski  menĢevik”dən  Stalin  istehza  ilə  danıĢırdı. 

Stalinə  görə  o,  təmtəraq  sevən,  xudpərəst,  qeyri-səmimi,  dəyərsiz,  yalançı  bir  dil 

pəhləvanı  imiĢ.  Uzun  zaman  bolĢevik  əleyhdarı  bir  menĢevik  ikən  onun  Leninə 

yalnız son dəmdə “zəfər təranəsi çalaraq gəldiyini” istehzalı bir dillə qeyd edirdi. 

1919-cu  ildə  VarĢava  altındakı  məğlubiyyəti  üçün  Qızıl  Ordu  Stalinin  ifadəsinə 

görə yalnız Trotskinin ədəbazlığına borclu imiĢ. 

 

 

 

 



Antisemitizm 

 

Trotskini  tənqid  və  istehza  edərkən  Stalinin  ifadəsindən  çox  da 

gizlədilməyən  bir  antisemitizm  qoxusu  gəlirdi.  Bir  gün  qatarımızın  durduğu 

stansiyaların birində  bayırdan içəri girən  Stalin  müəmmalı  bir  əda  ilə  mənə  xitab 

edərək: 

-

 



YoldaĢ Rəsulzadə, Siz QaĢqar proletariatını tanıyırsınızmı?- deyə soruĢdu. 

-

 



Orada proletariat nə gəzir! - deyə cavab verdim. O: 

-

 



Hə!..  Cühudun  (rusca  həqarətlə  deyilən  “jid”  təbirini  iĢlədərək)  birisi 

gəlib,  özünü  mənə  QaĢqar  proletariatının  nümayəndəsi  deyə  təqdim  edir,  belə 

bir proletariatdan xəbərim yoxdur, deyə onu rədd etdim. - dedi. 

 

Avropalılar haqqındakı hissiyatı 

 

Çiçerinin  xarici  siyasətdəki  rolunu  da  Slalin  ciddi  saymırdı.  “Tülkü 



avropalılar  bizim  hərif  diplomatlarımızı  aldadırlar”  deyirdi.  Gürcü  və  rus 

dillərindən  baĢqa  bir  dil  bilməyən  və  Avropaya  qısa  müddətdə  yalnız  bir  dəfə 

Leninlə  görüĢmək  üçün  gedən  və  orada  ikən  son  dərəcə  sıxılan  Stalin  Avropa 

mədəniyyəti  deyilən  Ģey  haqqında  yüksək  bir  fikir  sahibi  deyildi.  Onun  üçün  bu 

mədəniyyət  slavyanofillərin  düĢündükləri  kimi  çürümüĢ  bir  mədəniyyət  idi.  Əsl 

yeni  və  sağlam  mədəniyyəti  sovetlər  yaradacaq,  buradan  dünyaya  yeni  bir  iĢıq 

yayılacaqdı. 

Bu gün Rusiyada artıq çəkinmədən təriflənən mədəni sahədəki rus liderliyi 

Stalinin  söhbətlərində  hələ  o  zaman  sezilirdi.  Rus  onun  üçün  dünyanın  mənən 

olduğu kimi təbiətcə də ən məhsuldar bir milləti idi. Kənddə rast gəldiyi hamilə rus 

qadınının  “on  beĢ  uĢağım  var,  on  altıncısı  da  elə  buradadır”,  deyə  böyük  bir 

iftixarla qarnını göstərdiyini, bəhs etdiyi qadını təqlid edən bir jestlə canlandırırdı. 

Avropa  kapitalistləri  öz  mədəniyyətlərini  ya  Ġngiltərə  və  Fransa  kimi 

əllərinə keçirərək müstəmləkələrinə çevirdikləri ölkələr hesabına, ya da Almaniya 

kimi  məğlubiyyətə  uğratdığı  Fransanı  hərraca  qoymaq  surəti  ilə  təmin  etmiĢlər. 

Sənayecə  bu  millətdən  çox  geri  qalan  Rusiyanı  inkiĢaf  etdirmək  üçün  daxili 

müstəmləkəçilikdən  istifadə  etməkdən  baĢqa  bir  çarə  qalmamıĢdır.  Leninin 

təsəvvür  etdiyi  beĢillik  plan  isə  inqilabi  Rusiyanı  bir  an  əvvəl  sənayeləĢdirməyə 

yönəlmiĢ  bir  əzmdir.  Rusiyada  əzəmətli  bir  sənayeləĢdirmə  planı  tətbiq  olunacaq; 

bu  sahədə  əsrlərin  nəticəsi  olan  gerilik  aradan  qaldırılacaq;  kommunist  inqilabını 

bütün dünyaya yaymaq üçün müstəmləkə və yarımmüstəmləkə halında olan bütün 

ġərq millətlərinin Qərb kapitalistlərinə qarĢı apardıqları istiqlal mübarizəsinə özləri 

həm dayaq, həm də rəhbər olacaq. 

Stalinin bu yolda elə “siqayi-müzari” ilə (indiki-gələcək zaman formasında) 

bəhs  etdiyi  planlara  qarĢı  cəbhədən  hücum  etmək  bizim  vəziyyətimizdə  olanlar 

üçün bir “nəzakətsizlik” olardı; /onun/ nəzəri-diqqətini görülmək üzrə olan iĢlərin 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə