Məmməd Əmin Rəsulzadə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix25.06.2018
ölçüsü0,54 Mb.
#51269
1   2   3   4   5   6   7   8   9   ...   25

Moskvada  iki  il  və  Moskvadan  qaçıĢ  fəsillərini  ehtiva  edən  bu  xatirələr  çağdaĢ 

tarixçilərin iĢinə yarayarsa, sərf edilən əmək boĢa getməmiĢ olar qənaətindəyəm. 

Bu  xatirələri  Stalin  həyatda  ikən  edilən  bəzi  təkliflərə  rəğmən  nəĢr  etmək 

istəməmiĢdim;  çünki  obyektiv  olaraq  nəql  olunacaq  hadisələrin  bir  qismi,  bir 

baxımdan, qərəzli izaha yer qoya bilərdi. Ġndi isə bu ehtimal meydandan qalxmıĢ, 

Stalin artıq tarixə qarıĢmıĢdır. 

 

ÇARLIĞA QARŞI MÜCADİLƏ YARIM 100 İL ÖNCƏ 

 

Qafqazın  bir  parçasını  təĢkil  edən  məmləkətin  -  Azərbaycanın  Rusiya 



imperatorluğu  tərəfindən  istilasından  yüz  ilə  yaxın  bir  zaman  keçirdi.  Bu  dövr 

əsnasında  bütün  milli  müəssisələrimizi  dağıtmaq  politikasını  güdən  çarlıq 

məqsədinə pək də nail olmamıĢdı. Milli özəllikləri (xüsusiyyətləri) heç bir zaman 

unutmamıĢ  xalqımızda  hürriyyət  və  milli  istiqlal  fikirlərini  mənimsəyən  yeni  bir 

münəvvər  nəsil  yetiĢmiĢdi:  bu  nəsil  mənsub  olduğu  kütləyə  istifadə  edə  bildiyi 

vasitələrlə xidmət etmək istəyirdi. 

1903-cü  ildə  Uzaq  ġərqdə  tarixi  bir  hadisə  baĢ  göstərdi.  Avropa 

mədəniyyətinə 

uyğunlaĢmıĢ 

Yaponiya 

Susima 

açıqlarında 



qoca 

rus 


imperatorluğunun  ta  Baltik  dənizindən  qalxaraq  gələn  hərb  gəmisini  bir  həmlədə 

suyun  dibinə  batırdı;  arxasından  Port-Arturun  fəthi  və  bir-birini  qovalayan  yapon 

zəfərləri gəldi. 

Bütün dünyanı, xüsusilə Yaxın ġərq ilə Ģəxsən Rusiyanı həyəcana verən bu 

hadisə  çarlığın  əsrlər  görmüĢ  binasını  sarsıtdı.  Rusiya  daxilindəki  hürriyyət  və 

ixtilal  ünsürləri  hərəkətə  gəldilər:  bunlar  çar  rejimindən  məmnun  olmayan  xalq 

kütlələrini inqilablaĢdırmaq üçün əllərindən gələni əsirgəmədilər. Bu məqsədlə hər 

tərəfdə hürriyyət və demokratik fikirlərini yayan təĢkilatlar quruldu. 

Çarlığa qarĢı mücadilə (mübarizə) edən siyasi zümrə və siniflər çarlığı təĢkil 

edən  millətlər,  zümrələr  və  siniflər  qədər  hər  cür  rəng  və  ahəng  daĢıyan  bir  çox 

partiyalara  ayrılmıĢdılar.  Fəqət  bütün  müxalifət  və  ixtilal  partiyası  və  qruplarını 

müĢtərək  bir  bölünmə  xətti  ilə  iki  cəbhəyə  ayırmaq  qabildi.  Bunlardan  bir  qismi 

Rusiyada parlamentli bir idarə təsisi ilə kifayətlənir,  mütləq çarlıq (çarizm) rejimi 

yerinə  məĢruti  (konstitusiyalı)  bir  krallıq  qurmaq  istəyirdi.  Bunlar  liberal-burjua 

partiyaları  idi.  Radikal-demokratlarla  sosialistlər  ikinci  qismi  təĢkil  edirdilər. 

Bunlar  çarlığın  devrilməsini,  yerində  demokratik  bir  cümhuriyyət  rejiminin 

qurulmasını tələb edirdilər. Eyni zamanda siyasi bir inqilabla kifayətlənməyən bu 

qrupa  daxil  olan  sosialist  partiyaları  Avropa  kapitalizmindən  fərqli  sosial  bir 

reform proqramının tətbiqini də vacib görürdülər. 

Sosialist  partiyaları  idealist-xalqçı  ideologiyasında  sosialist-devrimçilərlə 

(qısaca eser), tarixi materializm ideologiyası daĢıyan sosial-demokrat (qısaca eser) 

zümrələrinə ayrılırdılar. 

 



Bolşevik - menşevik mücadiləsi 

 

Sosial - demokratlar məĢhur London konqresində (1903) ikiyə parçalanmıĢ; 

bir  qolu  Leninin  liderliyində  bolĢevik,  digər  qolu  da  Martovun  liderliyində 

menĢevik fraksiyalarını təĢkil edirdilər. 

O  sıralarda  Qafqaz  çarlıq  idarə  sistemi  daxilində  bir  visruvalıq  (vitse-

krallıq,  caniĢinlik)  Ģəklində  idarə  olunurdu.  Əksəriyyətlə  çar  xanədanına  mənsub 

bir  prins  tərəfindən  idarə  olunan  Qafqazın  idarə  və  intellektual  mərkəzini  təĢkil 

edən Tiflisdə menĢeviklər, petrol ocaqlar (neft mədənləri) ilə olduqca çiçəklənmiĢ 

bir  sənaye  mərkəzi  olan  Bakıda  mədən  və  liman  iĢçiləri  arasında  isə  bolĢeviklər 

yuva qurmuĢdular. Sosial - demokrat partiyası Tiflis ilə Bakıda adətən bir qərargah 

qurmuĢ,  bu  iki  düĢmən  fraksiyası  ixtilal  hərəkatı  üzərində  müəssir  olmaq  üçün 

Qafqazın xalq kütlələrini qazanmağa çalıĢırdılar.  

Məlum  olduğu  üzrə  bu  iki  fraksiyanı  bir-birinə  toqquĢduran  ana  mövzu 

məĢhur taktika məsələsi idi. MenĢeviklər rejimə qarĢı siyasi yolla mübarizə edərək 

çarlığı  devirmək,  yerinə  cümhuriyyət  idarəsi  qoymağa  tərəfdar  olub,  sosializm 

prinsiplərinin  sosial  quruluĢda  müəssir  olmasını  tələb  etdikləri  halda,  mövcud 

kapitalizm  Ģərtləri  içində  sosial  bünövrənin  cəbr  və  inqilab  yolu  ilə  deyil,  tədrici 

evolyusiya  üsulları  ilə  gəliĢdirilməsini  (inkiĢafını)  tövsiyə  edirdilər;  bu  məqsədlə 

onlar  burjua  sinfinin  çarlıq  rejimi  əleyhində  olan  liberal  və  radikal  zümrələri  ilə 

siyasi  koalisiya  yapmağı  lüzumlu  görürdülər.  Bir  inqilab  partiyası  olaraq 

konspirasiya  və gizli  fəaliyyətdə olmasına baxmayaraq, bu fraksiya  üzvləri Ģərtlər 

əlveriĢli  olunca  qanuni  imkanlardan  da  istifadə  etməyi  lüzumlu  bulurdular:  bu 

məqsədlə  onlar  iĢçi  (fəhlə)  sindikalarına  soxularaq  bunları  iĢçi  sinfinin  həqiqi 

mənfəətlərini  müdafiəyə  ilk  sırada  önəm  verməyə  təĢviq  edirdilər.  Bir  ixtilal 

partiyası  olaraq  bulunduğu  konspirasiya  Ģərtləri  daxilində  belə  menĢeviklər 

demokratik  üsullara  sədaqəti  zəruri  görür,  təĢkilata  daxil  komitələrin  aĢağıdan 

yuxarıya gələn demokratik bir seçim ierarxiyasına qəti bir önəm verirdilər. 

Halbuki  bolĢeviklər  buna  tamamilə  zidd  olan  bir  taktika  yeridirdilər;  bir 

kərə  bunlar  burjua  partiyaları  ilə  hər  cür  koalisiyanın  əleyhində  idilər;  siyasi  bir 

sistem olaraq, çarlıq rejimi ilə birlikdə onlar iqtisadi bir sistem olaraq kapitalizmi 

də  devirmək  əzmində  idilər.  ĠĢçi  sindikalarına,  iĢçilərin  ekonomik  mənfəətlərini 

müdafiədən ziyada bunları rejimə qarĢı daima müxalif və mücadilə edən bir ixtilal 

orqanı  kimi  baxırdılar.  Partiyanın  öz  içindəki  təĢkilat  sisteminə  gəlincə,  aĢağıdan 

yuxarıya  gedən  bir  demokratik  sistemi  deyil,  yuxarıdan  aĢağıya  gələn  bir  ixtilal 

sistemini müdafiə edirdilər. “Ġnqilabçı azlıq” hakimiyyəti və mərkəziyyət bolĢevik 

partiyasının dəyiĢməz Ģüarı idi. 

 O  zamankı  Ģərtlər  daxilində  Bakı  Azərbaycan  cümhuriyyətinin  paytaxtını 

təĢkil  edən  Bakı  o  zamankı  Ģərtlər  daxilində  yalnız  Rusiyada  sosialist 

cərəyanlarının  və  çar  əleyhdarı  hərəkatların  qaynar  bir  ocağı  deyil,  eyni  zamanda 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə