Məmməd Əmin Rəsulzadə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix25.06.2018
ölçüsü0,54 Mb.
#51269
1   2   3   4   5   6   7   8   9   ...   25

Qafqazda  yaĢayan  müsəlmanların  və  xüsusilə  Azərbaycan  türklərinin  milli 

hərəkatına mərkəzlik yapan bir Ģəhər idi. 

Milli  Azərbaycan  hərəkatının  hər  dürlü  siyasi,  sosial,  iqtisadi  və  kültürəl 

(mədəni)  hərəkatları  üzərində  müəssir  olan  mərkəzi  müəssisələr  əksəriyyətlə 

burada bulunurdu. Bakı sənayesində, petrol ocaqlarında çalıĢan iĢçilərin böyük bir 

qismi  ilə  orta  məktəblərdə  təhsil  edən  gəncliyin  mühüm  qismini  Azərbaycan 

türkləri  təĢkil  edirdilər.  Bu  səbəblə  burada  fəaliyyətdə  bulunan  ümumi  ixtilal  və 

müxalifət  cərəyanlarının  yanında  müstəqilən  hərəkatda  bulunan  yerli  və  milli 

qruplarla  təĢkilatlar  da  vardı.  O  cümlədən  tərəfimdən  təĢkil  olunmuĢ,  üzvləri 

müxalif  rus  liselərində  və  digər  orta  məktəblərdə  oxuyan  Azərbaycan  türk 

tələbələrindən  ibarət  gizli  bir  dərnək  vardı.  Bu  dərnək  mənsublarının  milli 

hisslərini  təhrik  etmək,  rus  məktəblərində  oxudulmayan  türkcəni  öz-özünə 

ilərlətmək,  yerli  ədiblərin  əsərlərini  oxumaq,  çarlıq  əleyhinə  yazılmıĢ  ixtilal 

Ģeirlərini  əzbərləmək  və  arada-sırada  mətbəə  üsulu  ilə  basılmıĢ  bəyannamələr 

dağıtmaq, iĢçilər arasına  gedərək hürriyyət və inqilab fikirlərini bunların arasında 

sistemli  surətdə  yaymaq  kimi  fəaliyyətlər  də  olurdu.  Dərnəyin  mətbəə  üsulu  ilə 

intiĢar edən bir də “Hümmət” adını daĢıyan bir dərgisi (jurnalı) vardı. 

Cəmiyyət və xüsusilə gənclik içindəki hər cür qaynaĢma və birləĢmələri öz 

nüfuzları  altına  almaq  üçün  rəqabət  edən  bolĢeviklərlə  menĢeviklərin  fürsət 

qaçırmayan  propaqandistləri,  təbii,  bizim  dərnəyə  də  soxulur,  hər  necə  olsa  da 

bizləri  öz  hesablarına  qazanmaq  istəyirdilər.  BolĢevik  fraksiyası  Tiflisə  nisbətən 

Bakıda daha qüvvətli idi. 

Gərək  bəhs  etdiyim  bu  dərnəyimizə  soxulan  propaqandistlərdən,  gərəksə 

baĢqa  Ģərtlər  daxilində  qarĢılaĢdığım  çarlıq  əleyhdarı  bəzi  Ģəxslərdən  Bakıda 

bolĢevik  fraksiyasını  idarə  edən  Koba  adında  enerjili  birisinin  olduğunu 

eĢitmiĢdim. 



 

Stalinlə ilk təmas 

 

Bakı  Petrol  Sənayesi  ĠĢçiləri  Sindikası  adını  daĢıyan  bir  təĢkilat  vardı; 



iĢçilərin sırf ekonomik mənfəətlərilə əlaqədar olan bu rəsmi quruluĢ pərdəsi altında 

gizlidən-gizliyə  siyasi  fəaliyyət  də  icra  olunurdu.  Çarlıq  əleyhində  gizli  olaraq 

çalıĢan  milli  təĢkilat  üzvlərindən  əmim  oğlu  Məhəmməd  Əli  yuxarıda  adı  keçən 

sindikada  katiblik  vəzifəsini  yapardı.  Bir  gün  o,  Kobranın  bizimlə  görüĢmək 

istədiyini xəbər verdi.

*

 



Bakı  civarında  olan  Balaxanı  petrol  ocaqları  məhəllərində  bir  fabrikanın 

iĢçilərinə  məxsus  evlərdən  birində  çox  bəsit  bir  otaqda  qarĢımıza  zəif,  üzgün  və 

                                                           

*

  Məlum  olduğu  üzrə  “Koba”  Ġosif  Vissarionoviç  CuqaĢvilinin  ilk  istifadə  etdiyi  uydurma  addır. 



Qafqazda  ikən bu  adı  götürmüĢdü;  Stalin  adını  isə  sonra,  Rusiya  daxilində  çalıĢmağa baĢlarkən qəbul 

etmiĢdi. Yenə məlum olduğu üzrə “Koba” bir güclü romanından alınmıĢ çarlığa qarĢı mücadilə edən bir 

çete qəhrəmanının adıdır.  



ortadan bir az uzun boylu birisi çıxdı. Bəsit qiyafəli olan bu zatın çiçək pozuğu ilə 

çopurlanmıĢ  üzünə  diqqət  etdim,  ciddi  bir  tövrlə  gülümsünürdü.  Bizi  təbii  və 

sərbəst bir əda ilə qarĢıladı. Gürcü aksenti qüvvətlə hiss olunan bir rusca danıĢırdı. 

Adi xoĢ-beĢdən sonra söz siyasi və sosial məsələlərə keçdi. 

ġübhəsiz ki, müsahibə o günlərin ən aktual bir məsələsi üzərinə gələcəkdi. 

O zamankı sosialistlər, ümumiyyətlə, marksistlər, bolĢeviklərdə xüsusən iĢçi sinfini 

və xüsusilə proletariatı idealizə etmək bir moda idi. Koba proletariat sinfinin digər 

siniflərə  nisbətlə  tarixən  üstün  bir  sinif  olması  üzərində  durdu,  dünyadakı 

ədalətsizliklərin  əsl  səbəbi  mülkiyyət  əsasına  dayanan  kapitalist  sistemindədir, 

dedi.  Dünyanı  həqiqətən  məsum  görmək  istəyən  həqiqi  hürriyyət  və  ədalət 

tərəfdarları  ona  görə  bu  sistemi  kökündən  yıxmalıdırlar.  Millətləri  və  çalıĢan 

xalqları  zülm  və  istibdadı  altında  tutan  çarlıq  bu  sistemə  əsaslanmıĢdır.  Çarlığın 

kökünü  tamamilə  kəsmək  üçün  bu  mülkiyyət  sistemi  yıxılmalıdır.  Belə  dərin  bir 

inqilaba ancaq  mülkiyyətlə bağlı olmayan proletariat sinfi hazır olar. Çünki o heç 

bir Ģeyə malik deyildir, onun malı ancaq iki əli ilə bir baĢıdır. Ġnqilab mövzusunda 

yalnız  proletariatın  səmimiyyətinə  inanmaq  mümkündür.  Marksistlərin  məĢhur 

seçilmiĢ  sinif  nəzəriyyəsinə  uydurulan  bu  formulu  Stalin  bir  də  praktikada 

rastladığı  bariz  bir  misalla  təsvir  etdi.  Mən,  dedi,  bir  qrup  iĢçilərlə  konspirasiya 

Ģəraitində arada-sırada tapıĢır, təĢkilat və təbliğat iĢlərilə məĢğul olurdum. 

Bu qrupa gedib-gələnlərin biri haqqında bir gün  yoldaĢlara Ģübhələndiyimi 

söylədim, bu adam mənim heç xoĢuma getmir, dedim. Etibar edə bilmirəm. Sonra 

bir  neçə  dəfə  qarĢılaĢsaq  da,  o  adamı  aramızda  görmədim.  Bir  gün  maraqlandım, 

nə oldu bu yoldaĢ, dedim, niyə gəlmir, deyə soruĢdum. ĠĢçilər: 

- Koba yoldaĢ, siz bu adama etibar yoxdur, dediniz ha!.. Biz də onu dərhal 

təmizliyə verdik!.. dedilər. 

Ġlk  tanıĢ  olduğu  bizlərə  “proletariat  sədaqəti”  haqqında  anlatdığı  bu 

əhvalatdan çıxarılacaq nəticə aydındır. 

 

Kobanın Vışinskiyə bir təbliği 

 

Kobanı  çox  seyrək  olaraq  arada-sırada  görürdüm.  Dürlü  konspirasiya 



Ģərtləri daxilində nadir təsadüflər bizi qarĢılaĢdırırdı. 

1905-ci ildən  sonra çarlıq  mexanizmasında baĢ  verən sarsıntı  və zəifləmək 

üzündən  bəzi  yerlərdə  bir  sıra  ixtilal  yüksəliĢi  zühur  edirdi.  Bakı  bu  yüksəliĢ 

yerlərindən  biri  idi.  Burada  müxtəlif  vasitələrlə  baĢ  verən  ümumi  tətilllər,  siyasi 

nümayiĢlər  və  ümumi  əfkarı  çalxalandıran  bir  sıra  soyğunçuluq,  siyasi  qətl  kimi 

hadisələrin  havası  içində  müxtəlif  ixtilal  təĢkilatlarının  yarı  gizli  fəaliyyətləri 

formalaĢmaqda idi. Tez-tez toplantılar, konqreslər və konfranslar olurdu. 

Günün  birində  Bakı  civarında  petrol  təsfiyəxanalarının  (neftayırma 

zavodlarının)  bulunduğu  QaraĢəhər  deyilən  bir  məhəldə  idik.  Gecənin  gec 

saatlarında  bir  dülgər  atelyesində  çarlıq  əleyhdarı  müxtəlif  inqilab  təĢkilatlarına 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə