Məmməd Əmin Rəsulzadə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə5/25
tarix25.06.2018
ölçüsü0,54 Mb.
#51269
1   2   3   4   5   6   7   8   9   ...   25

mənsub  delegelərdən  ibarət  bir  konfransda  idik.  Günün  taktikasına  aid  olan 

müĢtərək  məsələlər  müzakirə  edilməkdə  idi.  Müzakirələr  yuxarıda  qeyd  etdiyim 

bolĢevik-menĢevik  görüĢü  üzərinə  cərəyan  edirdi.  BolĢevik  görüĢünü  Koba,  yəni 

Stalin,  menĢevik  görüĢünü  isə  indi  sovetlərin  millətlərarası  sözçülüyünü  yapan 

Andrey VıĢinski müdafiə edirdi. 

O  zaman  azərbaycanca  intiĢar  edən  çarlıq  əleyhdarı  milli  müxalifət  orqanı 

“Təkamül” qəzetəsini bu toplantıda mən təmsil edirdim. Müzakirələr rusca idi. Rus 

olmayan bir çoxları kimi mənim ruscam da çox mükəmməl sayılmazdı. Üslub və 

qramer  xətası  da  yapmamıĢ  deyildim.  Müzakirədə  iĢtirak  ilə  təmsil  etdiyim  milli 

müxalifət cərəyanının anladığı taktika icabı olaraq baltanı çarlığın da kökünə vuran 

bolĢevik görüĢünə üstünlük verən bir ifadəm vardı. Bunu həzm etməyən o zamankı 

menĢevik VıĢinski yapdığım yanlıĢlıqlara eyhamla: 

-

 

YoldaĢ, ədəbi deyil!.. - deyə üslubuma taxıldı (sataĢdı). Koba isə dərhal: 



-

 

Haydı,  yoldaĢ  VıĢinski,  bir  çıxıb  türkcə,  azərbaycanca  danıĢ,  baxaq  kim 



daha ədəbi danıĢır?.. - deyə ona qarĢı çıxdı. 

 

Türkiyədə Gənc Türklər inqilabı 

 

1908-ci ildə Türkiyədə Gənc Türklər inqilabı baĢ vermiĢdi. Hürriyyətsevən 



dərnəklərdə,  xüsusən  Qafqaz  türk  və  müsəlmanlarının  fikir  və  siyasi  hərəkat 

mərkəzi  olan  Bakıda  bu  hadisə  günün  mövzusu  idi.  Bir  təsadüflə  Kobaya  rast 

gəldim. 

-  Osmanlı inqilabı haqqında bizim dərgiyə bir məqalə yazsanız, dedi. 

“Bizim  dərgi”dən  məqsədi  yuxarıda  bir  münasibətlə  qeyd  etdiyim  Sənaye 

ĠĢçiləri  Sindikasının  orqanı  “Qudok”  (“Düdük”)  idi.  Məqaləni  yazdım.  “Qudok” 

redaksiyonuna gətirdim. Redaksiyanın o zamankı bir çox müəssisələr kimi iki üzü 

vardı. Bir üzü rəsmi idi. Dərginin hökumətdən icazə almıĢ imtiyaz sahibi və məsul 

müdiri iĢçilərdən SaĢa Samartsev adında birisi idi. Bunun arxasında dərginin bir də 

gizli bir redaksiya heyəti vardı ki, buraya Koba ilə Timofeyev adında partiyalı bir 

münəvvər  daxildi.  Heyət  bir  çəkməçi  dükanının  pərdə  ilə  ayrılan  arxa  tərəfində 

toplanırdı.  Türkiyədəki  məĢrutiyyət  inqilabı  haqqında  yazdığım  məqaləni  burada, 

bu çəkməçi dükanında oxuyacaq, tədqiq edəcəkdik. Məqaləni oxuduq. Timofeyev 

onu Ģiddətlə tənqid etdi: 

-  Öz  burjuaziyamızı  tənqid  edir  və  hətta  ona  xor  baxırıq.  Rəsulzadənin 

məqaləsində  isə  Türkiyə  burjua  inqilabı  öyülür.  Özümüzdə  xoĢ  görmədiyimiz 

bir Ģeyi nə deyə Türkiyədə xoĢ görüb, idealizə etməliyik? - dedi: məqalənin rəddini 

istədi. 


Koba müdaxilə etdi: 

-  YoldaĢ  yanılır,  məsələni  çox  bəsitləĢdirirsən,  -  dedi.  -  Rusiya  Ģəraiti  ilə 

Türkiyə  Ģəraiti  bir-birindən  ayrıdır;  bizdə  bir  reaksiyon  deyə  hesab  olunan  hadisə 



Türkiyədə  bir  tərəqqi  hadisəsidir.  Rəsulzadənin  məqaləsi  çox  yerindədir,  orada 

yürüdülən mühakimə çox haqlıdır, məqalə basılmalıdır. Nəhayət, məqalə basıldı. 



 

Bizim 200 rublə 

 

Yuxarıda  izah  etdiyim  hərci-mərc  illərində  Rusiyada  və  Qafqaziyanın  hər 



tərəfində  olduğu  kimi,  Bakıda  da  müxtəlif  izinli  və  izinsiz  cəmiyyətlər  fəaliyyət 

halında  idilər.  Ümumi  xeyir  iĢləri  və  maarif  yapan  cəmiyyətlərlə  bərabər  gizli 

fəaliyyətlərdə  bulunan  siyasi-ideoloji  təĢkilatlardan  baĢqa  hökumət  idarəsindəki 

zəiflikdən  istifadə  edən  bir  çox  soyğunçu  dəstələri  də  fəaliyyətdə  idilər.  Müxtəlif 

ideyalar  namına  möhtəkirlik  yapan  bu  quldur  dəstələri  zənginləri  təhdid  edərək 

para çəkir, bəzilərini çalıb-çapır, aldıqları girov pulu müqabilində buraxır, çox kərə 

böyük  firmalara  göndərdikləri  təhdid  məktubları  ilə  bunları  xərraca  bağlayırdılar. 

Bakının  məĢhur  milyonerlərindən  Musa  Nağı  bir  aralıq  tutulmuĢ,  verdiyi  böyük 

miqdarda  bir  nicat  puluna  müqabil  hürriyyətinə  qovuĢmuĢdu.  Hali-fəaliyyətdə 

bulunan  bu  quldur  dəstələri  arasında  bolĢevik  partiyası  hesabına  çalıĢan  bir 

dəstənin  də  mövcudiyyətindən  bəhs  olunurdu.  Bu  çetenin  baĢında  isə  Erivan 

meydanının qəhrəmanı (bu hadisə məĢhurdur) Ģəxsən Kobanın bulunduğu sonradan 

öyrənilmiĢdi. 

Sonraları,  Ġstanbulda  eĢitdiyim  bir  rəvayəti  bu  söylədiklərimlə  ilgili 

olduğundan burada zikr edim: 

Sözü  keçən  dövrdə  polisin  acizliyini  görən  bəzi  firmalar  təhlükəsizliyini 

verdikləri  dolğunca  maaĢ  müqabilində  Bakının  “qoçu”  deyə  məĢhur  olan 

qoçaqlarına  əmanət  etmiĢdilər.  O  cümlədən  məĢhur  petrol  Ģirkəti  Nobel  bu 

məqsədlə  H.M.-yev  deyilən  birisilə  bağlaĢmıĢdı.  Bu  zat  1927-28-ci  illərdə 

emiqrant ikən Ġstanbulda bir çoxlarına Bakıya aid xatirələri arasında Ģayani-diqqət 

bir hekayə danıĢmıĢdı: 

BolĢevik partiyasının təhdid qolundan adı keçən firmanın neft alan Ģöbəsinə 

bir  məktub  gəlir.  Məktub  50  000  rublənin  müəyyən  gün  və  saatda  gələcək 

yoldaĢlara  təslim edilmək  üzrə  hazırlanmasını tələb edir. Firmanın  müdiri H.M.-i 

çağırır və  ondan təyin olunan saatda  terroristlərlə  qarĢılanmasını tələb edir. H.M. 

bir neçə qoçusu ilə birlikdə gözləyir. Təyin olunan saatda iki yoldaĢı ilə Koba (yəni 

Stalin) peyda olur. Qorxu təlqin edən sərt bir baxıĢla H.M.-i süzən Koba ona ismi 

ilə xitab edərək qandırıcı bir ifadə ilə: 

-  H.,  deyir,  biz  adi  bir  oğru-quldur  deyilik.  Kapitalizmə  qarĢı  vuruĢan  bir 

iĢçi  partiyasıyıq. Hədəfimiz  Rusiya  çarlığıdır. Biz  iĢçilər  bu zülmün altındayıqsa, 

siz  müsəlmanlar  iki  zülmün  altındasınız.  BaĢqasının  xüsusi  mənfəətini  qorumaq 

üçün bizə qarĢı silah çəkmək, canınızı mənasız yerə hədər etməkdir. Halbuki bizim 

aldığımız paralar hürriyyət üçün sərf olunur; bir millət olaraq sizin hürriyyətiniz də 

bunun içindədir. 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə