Məmməd Əmin Rəsulzadə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix25.06.2018
ölçüsü0,54 Mb.
#51269
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

martında cəbhələrdən dönüb, Bakıda cəmləĢmiĢ rus hərbi hissələrini təhrik edərək 

Bakıdakı türk və müsəlman əhali üzərində bir qətliam tərtib etmiĢdi. 

Stalin  indi  bu  hadisəyə  iĢarə  edirdi.  Bununla  o,  bir  tərəfdən  1918-ci  ildəki 

mart faciəsinin bütün qəbahətini ġaumyanın boynuna yükləyir, digər tərəfdən də o 

zamanın  erməni  məsələsində  alınan  bolĢevik  istiqamətini  sözarası  tənqid  etməklə 

türk-erməni ixtilafını istismar etmək istəyirdi. 

Stalinə dedim: 

-   Məsələ  ġaumyanın  Ģəxsiyyətində  deyildir,  yalnız  1918-ci  ildə  deyil,  siz 

buraya indi də gəlməməli idiniz! 

Stalin  diqqətlə  üzümə  baxdı.  Lisaniylə  deyil,  halı  ilə  “nə  üçün”  deyə 

soruĢurdu: 

-

 



 Çünki  rus  gücü  ilə  təsis  olunan  proletariat  diktaturası  Azərbaycanda  rus 

hakimiyyətinin təsisindən baĢqa bir Ģey ola bilməz, - deyə soruĢurdu. 

-

 

 Çünki  rus  gücü  ilə  təsis  olunan  proletariat  diktaturası  Azərbaycanda  rus 



hakimiyyətinin təsisindən baĢqa bir Ģey ola bilməz, - deyə davam etdim. 

Fikrimi bir misalla izah edərək əlavə etdim: 

-

 

 Təsəvvür edin ki, almanlar gəlir. Moskvada bir Sovet hökuməti qururlar, 



bu necə olar? - deyə soruĢdum: 

-

 



 Bizdən daha yaxĢı tətbiqat yaparlar, - deyə Stalin gülümsədi. 

-

 



 Fəqət  rus  xalqı  da  daha  yaxĢı  idarəni  necə  qəbul  edər?..  Təxmin  edə 

bilməzsinizmi? - cavabını verdim. 

Stalin mənalı bir baxıĢla üzümə baxdı... Bu baxıĢda rus xalqının ruhiyyatını 

mən  daha  yaxĢı  bilirəm,  deyən  ifadə  vardı.  Stalin  bir  ləhzə  düĢündükdən  sonra 

mövzunu dəyiĢdirdi. 

-

 



 YaxĢı,  dedi,  -  olan  olub,  keçən  keçib.  Ġndi  nə  düĢünürsünüz,  ondan 

danıĢaq. 

-

 

 Sizin,  -  dedim,  -  burada  Pankratovun  bu  masası  baĢında  bir  heyət  məni 



istintaq  edirdi.  Ġstintaqı  idarə  edən  müstəntiq,  fəhlədən  yetiĢmə  bir  gənc  idi. 

Məndən soruĢurdu. 

-

 

 Dağlarda  dolaĢırdınız,  orada  yaxalandığınız  zaman  nə  düĢünürdünüz?  - 



deyə məndən cavab gözləyirdi. Ona: 

-

 



 Hadisələri  müĢahidə  ilə  məĢğul  idim,  -  cavabını  verdim.  Qane  olmadı. 

Məni daha çox danıĢdırmaq istəyirdi, dedi ki: 

-

 

 Necə  ola  bilər,  Siz  Müsavat  hökumətinin  ruhu  idiniz,  milli  Azərbaycan 



hökuməti  Sizin  mənəvi  təsiriniz  sayəsində  fəaliyyət  göstərirdi.  Belə  bir 

adamın  hadisələr  qarĢısında  passiv  bir  müĢahidə  durumunda  qaldığına  inana 

bilərəmmi?  Biz  sizin  həbsxananızda  ikən  düĢünür,  özümüzə  görə  bəzi  planlar 

qururduq. Həbsdən çıxınca onu-bunu edəcəyik, deyirdik. Siz necə olur ki, heç bir 

Ģey  düĢünmür,  sadəcə,  müĢahidə  ilə  vaxt  keçirir,  fəaliyyətsiz  qalırdınız?  -  deyə 

müstəntiq üzümə baxdı, ona: 




-

 

 Siz  məndən  daha  gəncsiniz,  aradakı  fərq  hər  halda  bundan  irəli  gəlmiĢ 



olar, - cavabını verdim. 

Onunla  səmimiyyətlə,  əlbəttə  ki,  danıĢa  bilməzdim;  çünki  məni  yaxĢı 

tanımırdı. Cavabımı can qurtarmaq üçün uydurulan bir Ģey deyə düĢünər, səmimi 

qəbul etməzdi; fəqət Sizə, əski səmimiyyəti xatırlayan bir əda ilə danıĢan Kobaya 

müstəntiqin anlamadığı “ədalət”in əsl səbəbini izah edə bilərəm. 

Siz  demokratiyanın  müqəddəs  saydığı  böyük  haqqı,  milli  istiqlal  haqqını 

tapdalayaraq  sərhədimizi  keçdiniz.  Buna  gücümüzün  yetdiyi  qədər  müqavimət 

göstərdik.  Üstün  qüvvə  ilə  yurdumuzu  bundan  sonra  davam  etdirməyə  bizim 

qüvvələrimiz çatmırdı. Millətlərarası daha böyük qüvvəyə istinad etməyimiz lazım 

gəlirdi.  Halbuki  yaĢadığımız  Ģərtlər  daxilində  istinad  edəcəyimiz  böyük  qüvvələr 

ġərqdəki  milli  istiqlal  hərəkatları  ilə,  xüsusən  milli  Türkiyə  hərəkatı  ilə  düĢmən 

vəziyyətindədirlər.  Siz  də  bu  vəziyyətdən  istifadə  edərək  Türkiyəyə  yardım  üçün 

Azərbaycandan keçid istəmək Ģüarı altında məmləkətə soxulursunuz, bu məqsədlə 

burada  olan  macəraçı  bir  qrup  ünsürdən  də  istifadə  edir  və  ümumi-əfkarı 

aldadırsınız.  YaranmıĢ  bu  Ģərtlər  daxilində  biz  iki  od  arasında  qalan  bir  adam 

vəziyyətində  idik.  Bu  vəziyyətdə  bizə  əlveriĢli  vaxt  gəlincəyə  qədər  gözləmək 

lazım  gəlirdi.  Müstəntiqinizin  anlamadığı  Ģey  bir  “ətalət”  deyil,  bir  “intizar”  idi. 

Sovet iĢğalını tanımayaraq yenidən fəal mübarizəyə baĢlamaq haqqını saxlamaqla 

əlveriĢli bir Ģərait yaranıncaya qədər gözləyəcəkdik. Stalin: 

-

 



 YaxĢı,  fərz  edək  istədiyiniz  Ģərtlər  mövcuddur  və  öz  qüvvələrinizlə 

hərəkət etmək imkanındasınız; o halda bizə qarĢı nə edərdiniz? - deyə soruĢdu. 

-

 

 Heç düĢünmədən həmən sizə qarĢı qiyam qaldırarıq, - dedim. 



-

 

 YaxĢı,  amma  siz  kiçik  bir  məmləkətsiniz,  öz  baĢınıza  müstəqil  olaraq 



özünüzü idarə edə bilməzsiniz; baĢqa böyük bir dövlətlə necə də olsa, anlaĢmanız 

lazımdır, - dedi; mən: 

-

 

 Bu  təqdirdə  biz  yenə  böyük  qonĢumuz  olan  sizinlə  anlaĢardıq,  fəqət 



Nərimanın anlaĢdığı tərzdə yox, - dedim. 

Stalin güldü: 

-   Nərimanmı bizimlə, yoxsa bizmi Nərimanla; anlaĢdıq?! - dedi. 

Bir saatdan çox çəkən söhbət qurtarmaq üzrə idi. Stalin söhbəti praktik bir 

nəticəyə  gətirmək  niyyətilə  sözü  təkrar  bizim  “Hürriyyət”ə  gətirdi.  Bakıda 

qalmağıma,  yoxsa  Moskvaya  getməyə  üstünlük  verdiyimi  bilmək  istəyirdi.  Ona 

dedim ki: 

-   Madam ki, bizə azadlıq rəva görülür, o halda dörd divar arasında məhbus 

olaraq  düĢünüb,  qərara  gəlməkdənsə,  bütün  məsələləri  azadlıq  havası  içində 

sağlam bir baĢ ilə düĢünüb, həll etməyə üstünlük verirəm. 

-

 

YaxĢı, - deyə razılaĢdı. Səsləndi. Bir az sonra Pankratov içəri girdi. Söhbət 



əsnasında qaranlıq bir mətbəxdə saxlandığımızı, hal-əhval soruĢması münasibətilə 

anlatmıĢ olduğumdan, içəri girən Pankratova: 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə