Məmməd Rahimin 110 illik yubileyi münasibətilə Vətənpərvər şair



Yüklə 23,74 Kb.
tarix15.03.2018
ölçüsü23,74 Kb.


ŞİRVAN ŞƏHƏR MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

c:\users\user\desktop\memmed-rahim-shair.jpg

Məmməd Rahimin 110 illik yubileyi

münasibətilə
Vətənpərvər şair

/metodik vəsait/

Şirvan-2017

Məmməd Rahim-110.
Məmməd Abbas oğlu Hüseynov (Məmməd Rahim) 1907-ci il aprel ayının 20-də Bakıda anadan olmuşdur. İbtidai təhsilə Bakıdakı 5-ci rus- tatar məktəbində başlamış, sonra təhsilini 23saylı məktəbdə davam etdirmişdir. 1928-ci ildə Azərbaycan Pedaqoji İnistitutunun şərqşunaslıq fakultəsinə daxil olmuş, institutu bitirdikdən sonra bir neçə il Bakının orta məktəblərində müəllimlik etmişdir.

Şair yazmağa hələ orta məktəbdə oxuduğu illərdə başlanmışdır. Şairin “Gördüm” adlı ilk şeiri 1926-ci ildə “Gənc işçi” qəzetində, sonra isə, Gənc qızıl qələmlər” adlı məcmuədə dərs olunmuşdur. 1930 – cu ildə, Arzular”adlı ilk şeirlər kitabı, 1937-ci ildə “İkinci kitab”,”Partizanın tüfəngi”, “Nübar”, “İldırımın kitabı”, 1942 – ci ildə “Vətən sevgisi”, 1943-ci ildə “Şəhərin nəğməsi”, 1946 ci ildə”Ölməz qəhrəman”, 1948 –ci ildə “Xəzər sahillərində”əsərləri , 1549- cu ildə, Leninqrad göylərində”, 1954- ci ildə “İşıq”,”İki qardaş”, “Ögey ana”və.s.poemaları,1955-ci ildə “Sevgi”, “Balaca bağbanlar”, 1957-ci ildə “Məhəbbətin baharı”kitabları çap olunmuşdur.

Şairin 1955-ci 1957-ci illərdə iki cildlik “Seçilmiş əsərləri”Azərnəşr tərəfindən nəşr edilmişdir.

60 -70-ci illəri M.Rahimin yaradıcılığında daha məhsuldar dövr adlandırmaq olar.Həmin illərdə bir neçə poema, yüzlərlə şeir yazmış, 10-dan çox kitabını:”Şeirlər və poemalar”, “Arzular gül açanda”, “Tonqal başında”, “Dayağım”Məhəbbət dastanı və. s. çap etdirmişdir. Görkəmli şairin bir çox əsərləri başqa xalqların dillərinə tərcümə olunmuşdur.” Leninqrad göylərində” poeması şairə ümumittifaq şöhrəti qazandırmışdır. 1948 – ci ildə çap olunmuş poema Azərbaycan ədəbiyyatında xüsusi yer tutan əsərlərdəndir. Poemada olduqca mənalı bir motiv vardır, o da vətən yolunda həlak olanların ölməzliyidir. Onun”Moskva”,”Satqınlara cavab”şeirləri bilavasitə sülh uğrunda mübarizəyə, müharibə qızışdıranların ifşasına həsr edilmişdir.Satira və yumor M.Rahim yaradıcılığında aparıcı xətt olmasa da,hər halda özünəməxsus yer tutur.

Şair 1940 ci ildə Azərbaycanın “Əməkdar incəsənət xadimi” fəxri adına, 1948-ci ildə”Leninqrad göylərində”poemasında görə Stalin mükafatına layiq görülmüş, 1950 - ci ildə “Lenin”, 1957 – ci ildə Qırmızı əmək bayrağı” ordenləri ilə təltif olunmuşdur. 1964 –ci ildə Azərbaycanın “Xalq şairi”fəxri adını almışdır . 1967 –ci ildə ikinci dəfə “Lenin”, 1977-ci ildə “Oktyabr inqilabı” ordenləri ilə mükafatlandırılmışdır.

Məmməd Rahim 1977 – ci il may ayının 6-da Bakı şəhərində vəfat etmişdir.




Həyat və yaradıcılığının əsas tarixləri.
1907 -- Bakıda anadan olmuşdur.

1928 -- Azərbaycan Pedaqoji İnstitutunun şərqşunaslıq fakultəsinə daxil olmuşdur.

1926 -- “Gördüm” adlı ilk seiri “Gənc işçi”qəzetində dərs olunmuşdur.

1930 -- “Arzular” adlı ilk şeirlər kitabı çap olunmuşdur.

1937-- “İkinci kitab”, “Partizanın tüfəngi” “Nübar “, “İldırımın kitabı “,

1942 -- “Vətən sevgisi” ,

1943 -- “Şəhərin nəğməsi”,

1946 -- “Ölməz qəhrəman”,

1948 -- “Xəzər sahillərində “ əsərləri,

1949 -- “Leninqrad göylərində , 1954-cü ildə “İşıq”, “İki qardaş”, “Ögey ana”poemaları.

1955 -- “Sevgi”,”Balaca bağbanlar”,

1957 -- “Məhəbbətin baharı” kitabları çap olunmuşdur.

1940 -- “Əməkdar incəsənət xadimi”fəxri adına layiq görülmüşdür.

1948 -- “Leninqrad göylərində” poemasına görə Stalin mükafatı.

1950 -- “Lenin”,

1957-- “Qırmızı əmək bayrağı” ordenləri ilə təltif olunmuşdur.

1964 -- Azərbaycan “Xalq şairi” fəxri adını almışdır.

1967 -- ikinci dəfə “Lenin”,

1977 -- “Oktyabr inqilabı” ordenləri ilə mükafatlandırılmışdır.

1977 – may ayının 6 – da Bakı şəhərində vəfat etmişdir.

Şair Məmməd Rahimin yaradıcılığının kitabxanalarda təbliği.
XX əsr Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan Məmməd Rahim ədəbi yaradıcılığa 20- ci illərin ortalarından başlanmış, Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza, Osman Sərıvəlli kimi qüdrətli sənətkarlar ilə bir sırada addımla – mışdır. M. Rahim yaradıcılığa başladığı ilk vaxtlardan bu yenidənqurma və döyüş illəri- nin ruhu, qayəsi, ideyaları, qayğı və təsiri ilə əhatə olunmuş, özünü axtarmağa, yeni günlərə uyğun yeni şair olmağa səy göstərmişdir. Onun yaradıcılığının qaynaqlarını təşkil edən qabaqcıl ənənələr şairin poeziyasına millilik, xalq ruhu, Vətən məhəbbəti gətirmiş , bu milli, təbii zəmin üzərində yetişən Rahim poeziyasının ictimai- siyası və fəlsəfi məzmununu əsaslandıra bilmişdir.

Xalq şairi Məmməd Rahimin aprel ayının 20-də 110 illik yubileyi qeyd olunacaqdır.

Şairin yubileyi ilə əlaqədar kitabxanalarda bir sıra tədbilər həyata keçirmək olar. Mühari- bə mövzusuna toxunan şair bu mövzuda çoxlu əsərlər yazmışdır.Kitabxanalarımız bu mövzuda yazılmış əsərlərin müzakirələrini keçirə bilərlə. Eyni zamanlarda ədəbi –bədii gecə,şeirlərindən ibarət bədii qiraət, oxucu konfransı bə s. keçirmək olar. Mərkəzi kitab- xana və filiallarda şairin yubileyi ilə əlaqədar olaraq “Məmməd Rahim – 110” başlığı sər- gilər hazırlanmalıdır.Çünki sərgilər keçirilən tədbirləri bilavasitə tamamlayır.

Vətən sevgisi şairi cəbhələrə, ordu hissələrinə apardı, o öz alovlu çıxışları,həyacanlı misraları ilə əsgərlərimizi faşizm üzərində cahanşümül,tarixi qələbə uğrunda əzm və hünərlə vuruşmağa çağırdı. Vətənpərvər şairi M.Rahim dahi səfərləri olan Xaqani və Nizaminin bir –birinə münasibəti fonunda həm əsərlərini, qələmdaşlarını vahid amala xidmət etməyə,birliyə, vəhdətə çağırırdı;xalqı, Vətəni ucaltmağa səsləyirdi.Müharibə şəraitində yaşayan vətənimizdə onun şeirləri yenə də aktualdır. Bu mövzuda yazılmış şeirlər oxucuları vətənpərvərliyə səsləyir.


Yaxşı bilir yağı düşmən bir orduyam,alayam,

Güllə batmaz, top dağıtmaz bir möhtəşəm qalayam.

Kitabxanalarda keçirilən tədbirlərdə aşağıdakı ədəbiyyatlardan istifadə etmək olar:

1.Seçilmiş əsərləri iki cilddə / M.Rahim, tərt. ed.:s.Quliyeva, İ.Əliyeva.- Bakı: Avrasiya Press, 2006 –ci 272 s.

2. Seçilmiş əsərləri: iki cilddə / M.Rahim; tərt.:ed.: S.Quliyeva, İ.Əliyeva.- Bakı: Avrasiya Press, 2006.c.ıı.-368 s.

3. Məmməd Rahim.-110 / topl. Tərt. ed. Və ön söz. müəl.S.Xəyal; red.T.Həsənzada.-Bakı:[ M.B.M.],2012- 131,[ 1]s.

4.Rəfili, O M.Rahimin “Lelinqrad göylərində “ poemasında Hüseynbala surəti // Rəfili O. Fələstin coxbucaqlısı.-Bakı,2014.-s.181-183.

5.Yusifli V.”Yarat sən köçəndə ellər söyləsin”:Aprelin 20-də xalq şairi M. Rahimin doğum günü idi./v.Yusifli // Ədalət.- 2015.- 22 aprel –s.7.



Tərtib edən Heydərova T.
: front -> files -> libraries -> 2474 -> documents
documents -> Şİrvan şƏHƏr məRKƏZLƏŞDİRİlMİŞ Kİtabxana sistemi M. F. Axundzadənin anadan olmasi münasibətilə Mirzə Fətəli Axundzadə-205
documents -> Münasibətilə “ İstiqlarlın əbədiyyət rəmzi- azərbaycan bayrağı” /metodiki vəsait
documents -> Şİrvan şƏHƏr məRKƏZLƏŞDİRİlMİŞ Kİtabxana sistemi Xocalı soyqırımının 25-ci ildönümü Xocalı soyqırımı /metodiki vəsait
documents -> Tövsiyə biblioqrafiyası 2015 Ensiklopediya Baş redaksiyasının yaradılmasının 50 illiyi
documents -> Metodiki vəsait/ Şİrvan-2018 Xocalı qisasa səsləyir bizi
documents -> Şİrvan şƏHƏr məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi Alik Rzayev
documents -> Şİrvan şƏHƏr məRKƏZLƏŞDİRİlMİŞ Kİtabxana sistemi Cəmşid Əmirovun anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan ədəbiyyatında detektiv janrın banisi
documents -> Azərbaycan Respublikası Şirvan şəhər Mədəniyyət və Turizm Nazirliyi mks-nin metodika və biblioqrafiya şöbəsi
documents -> Təkrarsız mahnıların əbədiyaşar müəllifi /metodiki vəsait
documents -> Azərbaycan Respublikası Şirvan şəhər Mədəniyyət və Turizm Nazirliyi mks-nin metodika və biblioqrafiya şöbəsi


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə