Məmməd Süleymanov: Azərbaycanda Sol hərəkatın



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix06.02.2018
ölçüsü0,51 Mb.
#26447
1   2   3   4   5   6   7   8   9   ...   25

4

 №1 Fevral 2014

Məmməd Süleymanov

Azərbaycanda Sol hərəkatın tarixi

1901-ci il. “Nina” mətbəəsi

“Xanım”  anlamı  daşıyan  “Nina”  adı  ilə 

qədim  şumerlər  öz  ilahələrini  adlandırırdı.  Əfsanəvi 

Nineviyanın və Assuriya imperiyasının yaradıcısını bu 

cür çağırırdılar. Elə bu adı da inqilabçıların Bakıdakı 

ilk gizli mətbəəsi daşıyırdı.

1898-ci  ilin  martında  yaranan  Rusiya  sosial-

demokrat  partiyasının  (RSDP)  artıq  cəmisi  3  il  sonra  Bakıda  komitəsi  fəaliyyət 

göstərirdi. Onun yaranmasında misilsiz xidmət oynayan şəxs gürcü inqilabçısı Lado 

Ketsxoveli idi. 1900-cü ildə Tiflis sosdemlərinin tapşırığı ilə Bakıya gələn Lado 1 il 

sonra partiyanın gizli mətbəəsinin təşkilini nail oldu. Tez-tez ünvanını dəyişən “Nina” 

mətbəəsinin yaranmasında böyük səy göstərən digər şəxslər isə Bakı komitəsinin ilk 

tərkibinə daxil olan Avel Yenukidze, Lev Krasin, Qalperin, Eyzenbet və Faynberq idi.

Bolşevik Vano  Bolkvadze  sonralar  xatırlayacaqdı:  “Tiflisdəki  mərkəzi  qrupun 

və Bakıdakı yoldaşların köməkliyi ilə Ketsxoveli çap maşını və mətbəə üçün gərəkli 

olan bütün avadanlığı əldə etdi. Ketsxoveli Tiflis partiya qrupuna yığıcı gərək olduğunu 

bildirdi  və  məni  Bakıya  yolladılar.  Əvvəlki  vaxtlar  mətbəədə  ikicə  nəfər  çalışırdı  – 

Ketsxoveli və mən. 2 ay sonra o, Tiflisdən yenə kömək tələb etdi və Viktor Suladzeni 

bizə köməyə göndərdilər. 1902-ci ilin sentyabrında Ladonun həbsindən sonra yaranan 

təhlükəli vəziyyətə görə “Nina”nı müvəqqəti ləğv etməli olduq”



TARİX


5

***


Sosial-demokratların  Bakı  komitəsi  artıq  1902-ci  ildə  mütəşəkkil  güc  idi  və 

struktur cəhətdən 5 rayona bölünmüşdü: Balaxanı, Bibiheybət, Qaraşəhər, Ağşəhər və 

Şəhər. Rəhbərlik genişlənmiş, yeni simalar partiya işinə qoşulmuşdu. Onların arasında 

Ə.Axundov,  M.Məmmədyarov,  İ.Sturua,  L.Kununyants,  M.Kobetski  və  başqaları 

vardı.

“Nina”  mətbəəsi  “İskra”  redaksiyasının  tapşırıqları  ilə  işləyir,  habelə  bü-



tün  Qafqaz  təşkilatlarına  xidmət  göstərirdi. Artıq  1901-ci  ildə  Bakıda  Tiflis  sosial-

demokratlarının orqanı olan “Brdzola” (“Mübarizə”) qəzetinin ilk sayı işıq üzü görür. 

Fəaliyyətə başladıqdan 1 il sonra, güclü konspirasiyaya baxmayaraq Ketsxoveli 

və Yenukidze həbs olunur, ancaq buna bamayaraq,  bir neçə ay sonra “Nina” öz işini 

Lev Krasinin başçılığı altına bərpa edir. Ketsxovelinin taleyi isə faciəvi olur. Rotmistr 

Vladimir Runiçin əmri ilə həbs edilən Ketsxovelini ilk növbədə gizli mətbəə qurmaqda 

ittiham edirlər. Bir müddət Bayılda, sonra isə Metex türməsində saxlanılır, istintaqla 

əməkdaşlıqdan  imtina  edir,  məhbusları  öz  hüquqları  uğrunda  mübarizəyə  qaldırır. 

1903-cü ildə Ketsxoveli türmədə odlu silahla qətlə yetirilir. Onun cəlladı Runiç də çox 

yaşamır – 1908-ci ildə Tiflisdə tramvayda gedərkən naməlum şəxsin atdığı 3 güllə ilə 

yerindəcə keçinir. Bununla da, Ketsxovelinin sirdaşları inqilabçının qisasını alırlar.

***


1902-ci ilin sonunda təhlükəsizlik səbəbindən fəaliyyətini müvəqqəti dayandıran 

“Nina” sonrakı il yenidən işini bərpa edir. Burada Marksın, Engelsin əsərləri, habelə 

rusca, ermənicə və gürcücə vərəqələr də çap edilir. Lev Krasinin səyləri ilə güclənən 

mətbəənin gücü sonralar o qədər artır ki, gizli çalışmasına baxmayaraq, bütün Rusiya 

İmperiyasını çap məhsulları ilə təmin etməyə yetir.  Bu gücə nail olmaq üçün Trifon 

Yenukidze (Avelin qardaşı) və Krasin “kustar” keyfiyyətə son qoymaq və yeni, müasir 

avadanlıq almaq qərarına gəlirlər. Yeni  avadanlıq – xaricdən güclü tipoqrafiya maşını 

almaq üçün isə çoxlu pul lazım idi: 3 min rubl. Bəs bu pulu haradan tapmalı?

Çıxış  yolunu  Krasin  tapır.  O,  incəsənət,  mədəniyyət,  sənaye,  ticarət  və  bank 

dairələrində  asanlıqla  özünə  tanışlar  tapmaq,  zənginlərə  özünü  onların  adamı  kimi 

göstərmək kimi qabiliyyətə malik şəxsiyyət idi. Krasin Peterburqa yollanır və məşhur 



6

 №1 Fevral 2014

aktrisa Vera Komissarjevskayanı (1864-1910) Bakıda xeyriyyə konserti verməyə razı 

salır.

Komissarjevskaya  Bakıya  gəlir,  biletlərin  baha  olmasına  baxmayaraq,  Bakı 



varlıları onun xeyriyyə konsertinə təşrif buyurmağı özlərinə fəxr sayırlar. Beləliklə, 

onların ağıllarına da gəlmir ki, pullarını İnqilabın maliyyələşdirilməsinə xərcləyirlər. 

Krasin sonralar da maliyyə toplamaq üçün Bakıda gəlmə artistlərin çıxışlarını 

dəfələrlə təşkil edəcəkdi.

Beləliklə, tələb olunan məbləğ toplanır. Qalır avadanlığı sifariş vermək və Bakıya 

gətirmək. Bunu isə qeyri-leqal fəaliyyətdə olan inqilabçılar yox, çap işi ilə leqal məşğul 

olan naşir edə bilərdi. Bu məqsədlə xırda, ancaq leqal mətbəə sahibi olan Ovannesyansa 

müraciət olunur.

Bəxşiş  müqabilində  Ovanesyans  yeni  çap  maşınını  Almaniyanın  Leypsiq 

şəhərində  sifariş  verməyə  və  Bakıya  gətizdirməyə  razı  olur.  Sonra  yeni  problem 

başlayır: Ovanesyansın o dövr texnikasının son dəbi olan avadanlığa tamahı düşür və 

maşını Krasinə təhvil verməkdən imtina edir. O, pulu da, bəxşişi də geri qaytarmağa 

razı olduğunu deyir.

SSRİ-də “Nina” mətbəəsinin ev-muzeyi



7

Vəziyyətdən  yeganə  çıxış  yolu  avadanlığı  oğurlamaqdı.  Trifon  Yenukidze 

yoldaşları ilə günün günorta çağı Ovanesyansın mətbəəsinə hücum çəkərək qıfılları 

qırıb “Auqsburq” avadanlığını götürür. Bu, o qədər gözlənilməz addım idi ki, yoldan 

keçən polis də qətiyyən şübhələnmir, əksinə, avadanlığı arabaya yükləməkdə sosial-

demokratlara yardım edir.

***

“Nina” mətbəəsində 1903-cü ilin noyabrından 1905-ci ilin noyabrınadək ümumi 



tirajı 1,5 milyon nüsxəni ötən çoxsaylı və müxtəlif dillərdə qeyri-leqal materiallar nəşr 

edilir. O cümlədən, “İskra”nın Bakıda hər nömrəsinin tirajı 10-15 min nüsxə idi ki, bu 

da böyük rəqəmdir.

1903-cü ildə RSDRP 2 qanada – bolşeviklərə və menşeviklərə bölünəndən sonra 

“Nina” birincilərin ixtiyarında qalır. Buna baxmayaraq, mətbəənin işindən menşeviklər 

və Bakı eserləri də yararlanırlar.

Fəaliyyətinin bütün dövründə polisin bircə dəfə də mətbəənin izinə düşə bilməməsi 

inqilabçıların fəaliyyətindəki mükəmməl konspirasiyadan xəbər verir. Bu məxfilik isə 

ilk növbədə Leonid Krasinin xidməti idi. Kübar dairələrdə dolaşan, həm Peterburqda, 

həm də Bakıda çoxsaylı imkanlı dost və tanışları olan (məsələn, Maksim Qorki 1926-

cı ildə yazdığı “Leonid Krasin” məqaləsində onun milyonçu Savva Morozovla necə 

tanış olduğunu, dostlaşdığını və Morozovdan mətbəə üçün ildə 24 min rubl aldığını 

təsvir edib) Krasin ixtisasca mühəndis-elektrik idi. O vaxtlar Krasin Bakıda elektrik 

stansiyasının tikintisinə rəhbərlik edirdi. Bu status ona çoxlu üstünlüklər qazandırırdı. 

Məsələn,  sərhəddə  ilişməmək  üçün Avropadan  “İskra”nın  maket  vərəqlərini  Bakıya 

texniki  kitabların  arasında  göndərirdilər.  Özünə  hörmət  edən  hər  bir  mühəndisin 

xaricdən elmi kitablar sifariş etməsi isə adidən adi və şübhə yaratmayan təfərrüat idi.

Yaxud,  tipqrafiyanı  da  Krasin  elektrik  stansiyasının  tikintisi  gedən  ərazidə 

quraşdırır. Bu barədə o, sonralar xatırlayırdı:

“Hələ tikilməkdə olan elektrik stansiyası ədəbiyyat, şriftlər və digər ləvazimatların 

gizlədilməsi üçün əlverişli baza idi. Axtarışa gələn jandarmlar bu texniki qaladan baş 

aça bilmədiklərinə görə tez də bezib və əllərini yelləyib gedirdilər...” 

İri tikintidə nə isə axtarıb tapmaq doğrudan da müşkül məsələdir. Tikinti sona 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə