Məmməd Süleymanov: Azərbaycanda Sol hərəkatın



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix06.02.2018
ölçüsü0,51 Mb.
#26447
1   2   3   4   5   6   7   8   9   ...   25

8

 №1 Fevral 2014

yaxınlaşdıqca Krasin də mətbəənin yerini dəyişir və “Şamaxinka” ərazisinə köçürür. 

Bu “şən rayon”da xəfiyyələri sevmirdilər, polislər də burunlarını oralara soxmağa risq 

etmirdi.


Bir sözlə, hakimiyyət “Nina”nı aşkarlaya bilmədi, Krasindən şübhələnməyə isə 

heç bir dəlil yoxdu. Elektrik stansiyasında direktor köməkçisi işləyən Krasin RSDRP 

Bakı komitəsinin az qala bütün üzvlərini də burada işə düzəltmişdi. Məsələn, Kozenko 

elektrik stansiyasında mühasib, Qalperin – statist, Yenukidze – çertyojçəkən, Alliluyev 

(Stalinin gələcək qayınatası) isə montyor işləyirdi. Bununla da, onlar həm maaş alır, 

həm də əlavə şübhələrdən xilas olurdular.

Mətbəədə  də  işçilər  quru  entuziazmla  fəaliyyət  göstərmirdi.  Ştatda  1903-cü 

ildə Sibirə göndərilərkən yolda qaçıb Bakıya qayıdan Avel Yenukidzedən əlavə daha 

8 nəfər çalışır, hər biri də ayda 25 rubl məvacib alırdı. İldə 1 dəfə işçi məzuniyyətə 

çıxır və vaxtını Bakıdan kənarda keçirirdi. Mətbəə isə nəinki xərcləri bağlayır, həm də 

partiyanın kassasına xeyir gətirirdi. 

1901-1902-ci illərdə “Nina” mətbəəsi bu binada yerləşmişdir. Bakı, Vorotsnovki və 

Balaxanski küçələrinin kəsişməsi.



9

***


“İskra”dan əlavə, “Nina”da gürcü dilində “Brdzola” və rusca “Cənub fəhləsi” 

(“Yujnıy  raboçiy”)  qəzetləri  də  nəşr  olunurdu.  Sonralar  “Nina”  Vıborqa  (o  vaxtkı 

Finlandiyanın  ərazisi)  köçürüldü  və  1905-ci  ildə  leqal  status  aldı.  1906-cı  ilin 

yanvarında Mərkəzi Komitənin qərarı ilə “Nina mətbəəsi ləğv olundu, avadanlıqları 

isə Peteerburqa daşındı.

1938-ci ildə Azərbaycan kommunist partiyasının Mərkəzi Komitəsinin qərarı ilə 

“Nina”nın yerləşdiyi ev təmir olunaraq ev-muzeyə çevrildi. Təbii ki, o muzey artıq 

yoxdur.


“Nina”nın əsas simalarının taleyi də müxtəlif cür formalaşdı. Leonid Krasin 1-ci 

Dünya Müharibəsi ərəfəsində siyasətdən uzaqlaşaraq Almaniyaya köçdü və “Simens” 

şirkətində  çalışdı,  ancaq  Oktyabr  İnqilabından  sonra  Leninin  təklifini  qəbul  edərək 

Rusiyaya qayıtdı. SSRİ-nin Londonda ticarət nümayəndəsi kimi çalışarkən – 1926-cı 

ildə 56 yaşında vəfat etdi.

Stalinin yaxın dostu olan Avel Yenukidze Sovet dövlətində yüksək vəzifələrdə 

çalışdı. Sonralar “Nina” dövrünü əhatə edən “Bizim Qafqazdakı gizli mətbəələrimiz” 

kitabını yazdı. 1937-ci ildə 60 yaşında güllələndi.

Trifon  Yenukidze  də  1937-ci  ildə  edam  olundu.  Stalinin  gələcək  qayınatası 

Sergey Alliluyev 1945-ci ilin iyulunda 79 yaşında Moskvada mədə xərçəngindən vəfat 

etdi. İvan Sturua Gürcüstan SSR-in torpaq naziri vəzifəsində çalışdı və 1931-ci ildə 61 

yaşında Tiflisdə vəfat etdi. Vano Bolkvadze isə 1937-ci ildə güllələndi... 



1903-cü il. Bakı tətilləri

1903-cü ilin yayında Bakını tətillər dalğası bürüdü. 20 gün davam edən etirazlar 

tezliklə  imperiyanın  digər  cənub  vilayətlərinə  də  sıçradı.  Tarixçilər  Bakı  tətillərini 

“Cənubi Rusiyada ilk ümumi tətil” adlandırırlar. İstər iqtisadi, istər siyasi nəticələrinə 

görə çox böyük iz qoyan və Bakı proletariatının ilk mütəşəkkil çıxışı olan bu tətillərin 

təsvirinə keçməzdən əvvəl onun səbəbləri və o illərin Bakısının vəziyyətini gözdən 

keçirməyə ehtiyac var.

1883-cü  ildən  başlayaraq  Bakıda  neft  istehsalı  durmadan  artırdı.  Kapitalist 




10

 №1 Fevral 2014

inkişaf yoluna qədəm qoyan Bakı neft sənayesi 20 ildən də az vaxt ərzində o dövrdə 

dünyada çıxarılan neftin ümumi həcminin 50 faizdən çoxunu təmin edirdi. Ancaq bu, 

1901-ci ilə qədər davam etdi. Və əgər 1883-cü ildə Bakıda cəmisi 60,37 milyon pud 

(62,5 pud = 1 ton) neft çıxarılmışdısa və 1901-ci ildə bu rəqəm 671,57 milyon puda 

qədər artmışdısa (yəni, 11 dəfə!), 1902-ci ildən başlayaraq bu rəqəm dönməz şəkildə 

azalmağa başlamışdı. Bunun da səbəbi dünyanı bürüyən növbəti iqtisadi böhran idi.

1900-1903-cü illərin iqtisadi böhranı neft istehsalının bütün sahələrini vurdu – 

neftin hasilatı, emalı, kəşfiyyat və qazma işlərinin həcmi azaldı, istismar olunmayan neft 

quyularının sayı isə artdı. Böhran illərində Bakıya əcnəbi kapital qoyuluşu da zəiflədi, 

buna  baxmayaraq,  əcnəbilərin  bu  sahədə  mövqeləri  güclü  olaraq  qalırdı.  Məsələn, 

1910-cu ildə Bakı neft yataqlarının 60 faizinə 3 trest – “Royal Doyç Şell”, “Nobel 

qardaşlarının neft hasilatı cəmiyyəti” və “Rusiya baş neft cəmiyyəti” nəzarət edirdi.

İqtisadi böhran Bakı əhalisinin güzaranını da xeyli çətinləşdirdi. Həmin dövrü 

təsvir  edən  Manaf  Süleymanov  özünün  “Eşitdiklərim.  Oxuduqlarım,  Gördüklərim” 

kitabında yazır:

“1900-1902-ci illərdə Mərkəzi Rusiyada quraqlıq üzündən aclıq düşür, minlərlə 

ac-yalavaclar Bakıya axışır; işsizlər ordusu yaranır, cinayət, macəraçılıq həddini aşır, 

hökumət orqanları 15 min ac-sərgərdanı zorla gəmilərə doldurub geri qaytarır. Zülm 

günü-gündən artır, ehtiyac, yarıtox, yarıac güzəran, sahiblərin, məmurların özbaşınalığı 

hüquqsuz fəhlələri zara gətirirdi, onların səbr kasaları aşıb-daşırdı...”

Beləliklə,  az  müddətdə  neft  bumunun  gətirdiyi  sərvətə  və  iş  yerlərinə  gözləri 

qamaşaraq bir tikə çörək üçün Bakıya axışan on minlərlə bəxtsiz insan iqtisadi böhran 

nəticəsində hər şeyindən olurdu. Neft ilğımı müvəqqəti olaraq bitməkdəydi. Sanki Bakı 

inkişafının pik nöqtəsini keçib indi də enişə yuvarlanırdı.

***


İqor Abrosimov özünün “Bakı ailəsinin şəxsi həyatı...” kitabında yazırdı:

“Rusiyanın heç bir şəhəri o illərdə Bakı qədər sürətlə inkişaf etməmişdi. 1903-cü 

ildə Bakıda artıq 200 mindən çox adam yaşayırdı. Şəhər kənarındakı neft yataqları təkcə 

Rusiyanı yanacaqla təmin etmirdi, həm də böyük həcmdə neft ixracata göndərilirdi. 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə