Məmməd Süleymanov: Azərbaycanda Sol hərəkatın



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix06.02.2018
ölçüsü0,51 Mb.
#26447
1   2   3   4   5   6   7   8   9   ...   25

18

 №1 Fevral 2014

faktorlar istehlak üçün istehsal olunan əmtəələrin qiymətinə təsir edir. İşçilər həm də 

bazarda istehlakçı olduqlarından onlara təklif olunan maaşlar bazarda əmtəələrə qarşı 

mövcud olan effektiv tələbin əsas hissəsini təşkil edir. İlk dövrlərdə effektiv tələb yuxarı 

olsa da, maaşların nisbətən artmasına baxmayaraq işçilər davamlı olaraq əmtəələrin 

istehsal surəti ilə ayaqlaşa bilmirlər. Nəticədə tələb olunandan artıq istehsal əmələ gəlir. 

Bu halda sahibkarlar təklifin artması nəticəsində qiymətlərin azalması ilə üzləşirlər. Bu 

isə onlara istehsalatı və nəticə etibarilə mənfəəti ən azı sabit saxlamağa mane olur. Bu 

halda, əhalinin alıcılıq qabiliyyətini və effektiv tələbi artırmaq məqsədilə kredit sistemi 

ortaya çıxır. 

***

Kredit imkan verir ki, cəmiyyətin bütün təbəqələrinin yığımlarını istehsalat üçün 



səfərbər etməklə yanaşı, adətən istehsal olunmuş əmtəələrin ümumi dəyərinə müvafiq 

olan pul bazası bir neçə dəfə artırılsın. Belə artım ona görə mümkün olur ki, heç vaxt 

hər kəs eyni zamanda öz vəsaitlərini banklardan geri istəmir və nəticə etibarilə banklar 

əllərində olan vəsaitlərdən bir neçə dəfə artıq miqdarda vəsaiti kredit kimi alıcılara və 

sahibkarlara təklif edə bilirlər. Maliyyə imkanlarının artması nəticəsində sahibkarlar 

yüksək rəqabət şəraitində fəaliyyət göstərir. İstehsal ən yüksək həddə qalxır, işsizlik 

ən  aşağı  həddə  düşür.  Lakin,vəsait  uğrunda  sahibkarlar  arasında  rəqabətdən  dolayı 

həm kredit faizləri və nəticə etibarilə həm də işçilərin maaş tələbləri artmağa başlayır. 

Mərkəzi bank faiz dərəcələrini sabit saxlamaq üçün dövriyyədəki pul kütləsini artıra 

bilər, lakin, bu inflyasiyaya gətirib çıxaracaq və sahibkarlar istənilən halda “mənfəət 

məhdudiyyəti” ilə üzləşəcəklər. Məhdudlaşan mənfəət tələsinə düşən sahibkarlar ya 

sıradan çıxır (bu halda monopoliyalaşma meyllilikləri artır), ya işçi qüvvəsi və maliyyə 

kapitalının bol olduğu yerlərə köçür, yaxud da maliyyə sisteminə sərmayelər qoymağa 

başlayırlar. Dövriyyədə küllü miqdarda “yalançı kapital” əmələ gəlir və yüksək rəqabət 

nəticəsində maliyyə və spekulyasiya əməliyyatları, yəni, “puldan pul yaratma” kütləvi 

hal alır. Marks bunu “Kapitalist istehsal formasının məhz bu istehsal forması çərçivəsində 

ləğvi” adlandırırdı. İstehsal olunmuş əmtəələrin ümumi dəyəri ilə maliyyə kapitalının 

dövriyyəsi arasında ciddi fərq əmələ gəlir. İstehsalatda aralıq istehsal vasitələri ticarəti 

ilə əmtəə istehsalı, istehsalat və gəlirin bölüşdürülməsi arasında ziddiyyətlər ən yüksək 



19

həddə  çatır.  İstismar,  beləliklə  də  əlavə  dəyər  yaradılması  ən  aşağı  həddə  enir  və 

şişmiş  şarın  partlaması  yalnız  zaman  məsələsinə  çevrilir.  Mərkəzi  bank,  beynəlxalq 

ticarət şəraiti, qanunverici orqanların müdaxilələri isə bu prosesi biraz ləngidə, yaxud 

sürətləndirə bilər. Qarşısını almaq isə mümkün deyil. Kapital bir proses kimi dəyərləri 

məhv etməli və hər şeyi başlanğıca qaytarmalıdır. 



2008-ci  il  Qlobal  Maliyyə  Böhranı  və  onun  Marksist  böhran  nəzəriyyəsi 

əsasında izahı

(Yer məhdudluğu səbəbindən böhranı əhatə edən hadisələrin təqdimatı ilə onların marksın 

böhran nəzəriyyəsi çərçivəsində müzakirəsi birlikdə təqdim edilir)

Böhran 2000-ci illərdə tikinti sektorunda başlasa da, onun kökü 1970-ci illərdən 

başlayan Tetçer, Reyqan, Pinoçet kimi sağ yönümlü siyasətçilərin yürütdüyü neoliberal 

siyasət  nəticəsində  əmək  bazarındakı  struktural  islahatlar,  həmkarların  sıradan 

çıxarılması  və  maaşların  nəzarətdə  saxlanılması,  banklara  böyük  hüquqi  imkanların 

verilməsi  və  kredit  şərtlərinin  asanlaşdırılması,  maliyə  sektoruna  geniş  imkanların 

yaradılması kimi addımlardan başlayır. 1990-94-cü illərdə Latın Amerikası, 1998-cü 

illərdə Cənub-Şərqi Asiya, 2001-ci ildə ABŞ-da baş vermiş böhranlar məhəlli xarakter 

daşısa  da,  məhz  sözügedən  neoliberal  siyasətin  nəticələri  idi  və  minlərlə  insanın 

taleyi  bahasına  həll  olunurdu.  1998-ci  il  Asiya  böhranından  sonra  bütün  dünyanın 

maliyyə kapitalı ABŞ-a axmağa başlamışdı və ABŞ sərmaye bankları həm ucuz izafi 

vəsaitlərdən, həm də faiz dərəcələrinin azalması (2001-ci ildə Dot-com böhranından 

sonra  ABŞ  Mərkəzi  Bankı  bazarda  likvidliyi,  pul  dövriyyəsinin  sürətini  artırması 

məqsədilə  bank  faizlərini  6.5%-dən  1%-ə  endirir)  səbəbindən  inkişafda  olan  tikinti 

sektoruna yatırımlar etməyə başlamışdı. Əvvəllər Mərkəzi Bankın qiymətli kağızlarını 

alan sərmayeçilərə artıq qoyduqları sərmaye üzərindən cəmi 1% gəlir götürmək sərf 

etmədiyindən sərmayelərini geri çəkirlər. Digər tərəfdən isə sərmaye banklarının küllü 

miqdarda vəsaiti yalnız illik 1% xərclə əldə etmək imkanına sahib oldular.

Bəs  bu  vəsaiti  haraya  yatırmalı?  Cavab  tikinti  sektorunda  idi.  Beləliklə, 

mənzillərə artan effektiv tələbatı qarşılamaq, yaxud, marksist təbircə söyləsək, tələbdən 

artıq istehsal nəticəsində mənzillərin dəyərdən düşməsinin qarşısını almaq məqsədilə 



20

 №1 Fevral 2014

(zatən  münasibət  dialektikdir)  özəl  ipoteka-mənzil  kreditlərinin  həndəsi  silsilə  ilə 

artmağa başlayır. Tezliklə bu kredit paketləri üzərində qurulmuş qiymətli kağızların 

və istiqrazıların, həmçinin onların müxtəlif kateqoriyalar üzrə sığortalanmasının cari 

qiymətlərlə gələcəkdə qiymətli kağızlar bazarında ticarəti nəticəsində ABŞ-ın Leehman 

Brother, GP Morgan, Sitiqrup və digər 10-a qədər sərmaye bankları həddən artıq gəlir 

əldə etməyə başlamışdılar. Müxtəlif orta gəlirli amerikan ailələrinə ipoteka kreditləri 

verən kommersiya bankları toplanmış kredit paketlərini qiymətli kağızlar formasında 

daha geniş maliyyə imkanları olan sərmaye banklarına satırdılar. Digər sözlə, sərmaye 

bankları mərkəzi bankdan (və bir-birlərindən) aşağı faizlə kredit götürüb çoxlu miqdarda 

ipoteka kreditlərini kommersiya bankları vasitəsilə daha yüksək faizlərlə orta gəlirli 

amerikan ailələrinə satırdılar. Sərmaye bankları öz növbəsində bu qiymətli kağızları 

risk dərəcələrinə görə müxtəlif kateqoriyalara bölür, hər kateqoriyanı müxtəlif kredit 

qiymətləndirici agentliklər tərəfindən təhlükəsizlik dərəcəsinə görə sertifikatlaşdırır və 

istiqraz şəklində cari qiymətlərlə gələcəkdə və indi yerli və beynəlxalq, fərdi və hüquqi 

şəxslərə satır və külli miqdarda mənfəət əldə edirdilər. Eyni zamanda, risk faktorları 

aşağı olan, yəni təhlükəsizlik dərəcəsinə görə yüksək qiymətləndirilən ipoteka kredit 

ABŞ maliyyə sənayesinin ABŞ ÜDM-də payı (illər üzrə faiz dərəcələri)



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə