Məmməd Süleymanov: Azərbaycanda Sol hərəkatın



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix06.02.2018
ölçüsü0,51 Mb.
#26447
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

25

etməyə  çalışır.  Ona  görə  də  kapitalizmdə  istehsal  patoloji  artımla  müşahidə  olunur. 

Məhsullar satılmadıqda isə iqtisadiyyatda tələbdən artıq istehsal adlandırılan hal baş 

verir ki, o da öz növbəsində bütün iqtisadi sistemi çökdürə biləcək böhrana səbəb olur. 

Kapitalist çıxış yolunu lazımsız hesab etdiyi personalı ixtisar etməkdə görür və bununla 

da bazardakı alıcılıq qabiliyyətini bir az da aşağı salaraq vəziyyəti daha da çətinləşdirir. 

Zəncirvari mexanizm işə düşür.

İstehlak  cəmiyyəti  ad-

landırdığımız dövrə qədər bu 

problemi  yeni  ələ  keçirilmiş 

koloniyaların  hesabına  ba-

zarları  genişləndirərək  və 

bununla da yeni istehlakçılar 

qazanaraq həll edirdilər. Mə-

lumdur  ki,  Birinci  Dünya 

Müharibəsinin  başlanma  sə-

bəblərindən  əsası  sahibsiz 

koloniyaların  qalmaması  idi. 

Böyük Depressiya vaxtı iqti-

sadçıların  qarşısında  duran 

əsas sual bu cür idi: “istehlakı necə artırmaq olar?” Bütün koloniyalar bölünmüşdü, 

hərbi  münaqişələrlə  bazarın  genişləndirilməsi  o  dövr  üçün  siyasi  cəhətdən  uğurlu 

variant deyildi. Çıxış yolu istehlakı stimullaşdırmaqda idi. Beləcə vəziyyət o dərəcədə 

gülünc həddə çatdı ki, insanlara faydasız işlər qarşılığında real pullar verilirdi, sadəcə 

ona görə ki, onların nəsə almağa pulları olsun. Misal üçün, quyu qazıb dərhal da onu 

doldurmaq kimi işlər. Hər halda bu, işə yaradı və dirçəlmiş istehlak istehsalı da oyatdı. 

Bunun ardınca isə iqtisadiyyat dərsliklərinə yenidən əl gəzdirildi və yeni formul ön 

plana çıxdı: “tələb təklifi müəyyənləşdirir”

1

 . Digər sözlərlə desək, istehlak cəmiyyəti 



bu  sadəcə  sənə  sırınan  malları  aldığın  cəmiyyət  deyil,  bu  elə  cəmiyyətdir  ki,  orada 

lazımsız malların sırınması iqtisadi zərurətdir, çünki əks halda istehsal artımı olmayacaq 

və növbəti iqtisadi böhran baş verəcək. 



26

 №1 Fevral 2014

Marksdan bir neçə söz

İstehlak  kultunun  anlaşılmasına  Karl  Marksdan  başlamaq  lazımdır.  Marks 

göstərir ki, kapitalizmdə istehlak psixologiyasının obyektiv əsası yadlaşmış əmək və 

əmtəə fetişizmidir. İnsanların gözləri önündə onların öz ictimai hərəkətləri əşyaların 

hərəkətləri formasını alır. İnsanın idarə etməli olduğu şeylər onun özünü idarə edir. Əmtəə 

dünyasının  bu  fetişist  xarakteri  əmtəəni  əmələ  gətirən  əməyin  özünəməxsus  ictimai 

xarakteri  ilə  əlaqədardır.  Əşyalaşmış  əməyin  canlı  əmək  üzərindəki  hakimiyyətinin 

nəticəsi kimi əmtəə fetişizmi əməyin yadlaşması ilə bilavasitə əlaqəlidir. Kapitalizmdə 

əşyalar insan üzərində hakimdirlər, onu istismar obyektinə çevirirlər və vampir kimi 

ondan izafi dəyəri soraraq öz əmək prosesindən və əməyinin nəticəsindən yadlaşdırırlar. 

Baxmayaraq ki, biz insanlar başqa planetlərə peyklər göndərməyi, öz məqsədlərimiz 

üçün  böyük  enerjilərdən  istifadə  etməyi,  bir  sözlə  təbiəti  ram  etməyi  öyrənmişik, 

bizim  öz  ictimai  varlığımıza  münasibətimiz  hələ  də  hardasa  “kollektiv  şüursuzluq” 

səviyyəsində qalıb. Müasir kapitalizmdəki təbiət üzərində hakim olan insan əslində öz 

əşyalarının quludur. 

***

Marks  yazır  ki,  “İlk  baxışdan  əmtəə  çox  sadə  və  bayağı  əşya  kimi  görünür. 



Amma onun analizi göstərir ki, o necə metafizik incəliklər və teoloji hiyləgərliklərlə 

zəngindir.” Aydın məsələdir ki, stul üzərində oturmaq, avtomobil bir nöqtədən digərinə 

hərəkət etmək üçündür. Amma insanın ehtiyaclarından yaranan təbii xüsusiyyətlərindən 

başqa,  əmtəənin  “mistik  xüsusiyyətləri”  də  var.  Müdirin  stulu  ilə  işçinin  stulu  bir 

deyil, mahiyyətcə eyni olsalar belə. Rols Roys bəzi xarakteristikalarına görə BMW-

dən  üstün  ola  bilər,  amma  insanları  az  hallarda  texniki  xüsusiyyətlər  maraqlandırır. 

Burada məsələ prestijdədir. İnsanlar bir-birilərini malik olduqları əşyaların dəyərinə 

görə qiymətləndirir, elə iş axtarırlar ki, onlara daha çox istehlak etmək imkanı versin. 

Hazırdırlar xoşlarına gəlməyən işlə məşğul olsunlar, asudə vaxtlarını və sağlamlıqlarını 

itirsinlər, təki istədikləri əşyalara sahib olsunlar. İnsan əməyinin məhsulları elə onların 

öz nəzərlərində fövqəladə güc qazanır. Hakimiyyət vermək, zülm etmək, xoşbəxtlik və 

sevgi bəxş etmək, istismar etmək və gəlir əldə etmək kimi.




27

İstehlak kultu və yadlaşma 

“İnsan  əmtəəyə  çevrilib  və  öz  həyatına  uğurlu  yatırıma  ehtiyacı  olan  kapital 

kimi baxır. Əgər bu, onda uğurlu alınsa deməli onun həyatının mənası var, alınmasa o 

uğursuzdur. Onun dəyərini insani keyfiyyətləri yox tələb müəyyənləşdirir”

(Erix Fromm. “Sağlam cəmiyyət”)

Marksdan  bu  yana  çox  şey  dəyişdi.  İfrat  istehlak  problemi  İkinci  Dünya 

Müharibəsindən sonra ciddi müzakirə mövzusuna çevrildi. Erix Fromm “Sahib olmaq, 

yoxsa Mövcud olmaq” kitabında yazır ki: “Bəşəriyyət Adəmdən bu yana hələ bu cür 

istehlak kultu ilə rastlaşmamışdı. Həvvanın cənnət bağında yediyi alma indi mövcud 

olan  daima  artan  və  mənasız  istehlakçılıqla  müqayisədə  məsumluqdur.”  İstehlak 

obyektləri təkcə qida və əşyalar deyil, mədəniyyəti, incəsənəti də istehlak etmək olar. 

Beləcə guya kütlələrin ehtiyaclarını ödəyən əslində isə sadəcə kütləyə sırınan müxtəlif 

istehsal  istiqamətləri  yarandı.  İstehlak  kultu  reklam  və  manipulyasiyaların  köməyi 

ilə, müasir modelyerlər, tanınmış “şəxsiyyətlər”in dəstəyi ilə möhkəmləndi. Həlledici 

məsələ bu idi ki, istehlak etmək üçün insanların öncə istehlak etmək istəyi olmalıdır. 

Kapitalist üçün istehlak etmək istəyini dəyərə hətta həyat məqsədinə çevirmək elə də 

çətin bir şey deyildi. Beləcə istehlak kultu yarandı.

Fromm  “Sağlam  cəmiyyət”  əsərində  yazır  ki,  biz  əşyaları  sahib  olmaq  üçün 

əldə edirik. Sındırmaq qorxusu ilə heç vaxt istifadə etmədiyimiz bahalı yemək servisi, 

büllur  vaza  yaxud  çoxotaqlı  boş  malikanə,  lazımsız  maşınlar  və  s.  bu  tip  istifadə 

olunmayan sahib olduğumuz əşyalar. Ancaq sahib olma həzzi üçün istehlak daha çox 

XIX əsrə aid idi, bizim dövrümüzdə insanlar saxlamaq üçün yox, daha çox istifadə 

üçün nəzərdə tutulmuş əşyalar alırlar, baxmayaraq ki, bu hal yenə vəziyyəti dəyişmir. 

Maşın, soyuducu, televizor təkcə həqiqi ehtiyac üçün lazım deyil, həm də görünüş və 

prestij üçün lazımdır. Onlar öz sahiblərinə müəyyən status verirlər. Biz dadsız ve qidalı 

olmayan çörəyi ağ və təzə olduğu üçün yeyirik, çünki o, bizim təsəvvürümüzdə bolluq və 

üstünlüklə əlaqələnir. Biz real məhsulla əlaqəni itirib faktiki olaraq öz təxəyyülümüzün 

məhsulunu yeyirik. Bizim zövqümüz, hiss üzvlərimiz istehlak aktında iştirak etmirlər. 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə