Məmmədov Akif Güləli oğlu, pedaqoji elmlər üzrə fəlsəfə doktoru FÜzuliNİn qəZƏLLƏRİNDƏ “quran” motiVLƏRİ



Yüklə 39,9 Kb.
Pdf görüntüsü
tarix01.12.2017
ölçüsü39,9 Kb.
#13386


 

Məmmədov Akif Güləli oğlu, 



pedaqoji elmlər üzrə fəlsəfə doktoru 

FÜZULİNİN QƏZƏLLƏRİNDƏ “QURAN” MOTİVLƏRİ 

Açar sözlər: Quran, qəzəl, ayə, klassik ədəbiyyat, simvol 

Bakı Slavyan Univrsiteti, Bakı şəhəri 

Təkcə Şərq ədəbiyyatı deyil, bütövlükdə dünya ədəbiyyatı zaman-zaman İslam 

dəyərlərindən  bəhrələnmiş,  “Qurani-Kərim”  mövzusunda  saysız-hesabsız  əsərlər 

yaradılmış,  bu  və  ya  digər  ayədən,  Müqəddəs  kitabdakı  adlardan  və  əhvalatlardan 

bəhrələnərək  sənət  inciləri  yaradılmışdır.  Təkcə  bir  faktı  qeyd  edək  ki,  “Yusuf” 

surəsinin  təsiri  ilə  onlarla  poemalar  yazılmış,  lirik  əsərlərdə  Yisif  və  Züleyxa    rəmz 

şəklində  dəfələrlə  işlədilmişdir.  Sovet  dönəmində  Azərbaycanda  dini  təhsil 

olmadığından  həmin  nümunələr  ya  yanlış  şərh  olunmuş,  ya  da  üstündən  sükutla 

keçilmişdir.  Belə  ədiblərdən  biri  də  Məhəmməd  Füzulidir.  M.  Füzulinin 

yaradıcılığında, o cümlədən qəzəllərində tez-tez “Quran” ayələrindən istfadə edilərək 

fikrin daha təsirli çatdırılmasına rast gəlinir.  



Aşiqə şövqünlə can vermək ikən müşkül deyil, 

           Çün Məsihi-vəqtsən, can vermək asandır sana [5, 22] 

(Aşiqə  şövqünlə  can  vermək  sənin  üçün  çətin  deyil  Çünki  zəmanənin 

Məsihisən,  can  vermək  sənin  üçün  asandır).  “Qurani-Kərim”in  bir  neçə  surəsində 

deilir ki, İsa-Məsih peyğəmbər ölüləri dirildir, xəstələrə şəfa verir:

 

“İsrail övladlarının 



peyğəmbəri edər onu və o da belə söyləyər: “...Allah-ın izniylə dirildərəm ölüləri. Nə 

yeyəcək,  nə  saxlayacaqsınız  evinizdə  xəbər  verərərəm  sizə.  Əgər  möminsinizsə, 

əlbəttə, inanarsınız bu əlamətə” (Ali İmran surəsi, 49-cu ayə). Şair gözəli İsa-Məsihə 

bənzətməklə  həm  də  mübaliğə  yaratmışdır.  Aşağıdakı  beyt  də  məhz  bu  ayə  iilə 

bağlıdır: 

Hər dəmindən min Məsiha zindeyi-cavid olur, 

         Sən edən izhari-əcazi Məsiha etmədi  [5,165] 



 

Aşağıdakı  beytdə  isə  Müqəddəs  kitabın  Maidə  surəsində  İsa  peyğəmbərin 



palçıqdan quş düzəldərək ona həyat verməsi hadisəsinə işarə edilmişdir: “Gildən quş 

şəklində  bir  şey  düzəltmişdin.  Mənim  iznimlə  üfləmişdin  onu,  iznimlə  quş  olmuşdu 

o” (Maidə sursi, 110-cu ayə) 

Verər əmvatə ehya badə, guya kim, çıxıb hər gün 

    Salır feyzi-Məsiha badəyə xumxanə xəffası [5, 100] 

(Badə  ölüyə  həyat  verər,  elə  bil  ki,  Məsih  (İsa  peyğəmbər)  yarasanı  (xəffas) 

diriltmək üçün şərab küplərinin saxlandığı yerdə (xumxanə) badəyə salır). Məlumdur 

ki, Şərq ədəbiyyatında, o cümlədən təsəvvüfdə şərab simvolik səciyyə daşıyır. 



       Dadlar qılmağa ol kafər əlindən, gecələr 

       Çıxar ahim göyə ta tuta Məsiha ətəyin [5, 103] 

Müqəddəs  kitabın  “Məryəm”  surəsində  buyurulur  ki,  kafirlər  elə  bildilər  ki, 

İsa-Məsihi  tutub  çarmıxa  çəkdilər,  əslində  isə  Allahın  himayəsi  ilə  o,  xilas  olub 

göylərə yüksəlmişdi: “Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, 

Müdrikdir”(Nisa  surəsi,  158-ci  ayə).  Şair  deyir  ki,  ahım

 

gecələr  kafirlərin  əlindən  



göylərə yüksəlir ki, kömək üçün İsa-Məsihin ətəyindən yapışsın. 

Bu beyt də həmin ayədəki əhvalata işarədir: 



Çox yetirmə göylərə əfğanım, ey kafir, saqın, 

          İncinər nagah Məsiha eşidib əfğanımı [5, 61] 

 

(Ey  kafir,  ahü  naləmi  göylərə  yetirməkdən  çəkin,  çünki  İsa-Məsih 



əfğanımı eşidib inciyər) 

Aşağıdakı  beyt  Müqəddəs  kitabdakı  “Ta  ha”  surəsində  Musa 

peyğəmbərin  əsası  ilə  dənizi  yarması  hadisəsindən  qaynaqlanır:  “Biz 

Musaya:  “Qullarımla  birlikdə  gecə  yola  çıx,  (əsanı  suya  vurmaqla)  onlar 

üçün  dənizdə  quru  yol  aç.  (Düşmənin)  sizə  çatmasından  qorxma, 

çəkinmə!”(– deyə) vəhy etdik” (Ta ha surəsi, 77-ci) 



Navəkin gör kim, yarub əşkim, tutar göz 

pərdəsin, 

   Ey deyən Musa əsası qəti-dərya etmədi [4,165] 


 

Şair  göz  yaşlarını  dəryaya    bənzədir,  gözəlin  kirpikləri  Musa  peyğəmbərin 



əsası kimi sanki dəryanı yarıb aşiqin göz pərdəsin tutur. İkinci  misradakı “Ey deyən 

Musa  əsası  qəti-dərya  etmədi”  (Ey  Musa peyğəmbərin  əsasının  dəryanı  yarmadığını 

deyən) müraciəti də Qurandakı məlum hadisəyə işarə edir. 

Budur fərqi, könül, məhşər gününün ruzi-hicrandan 

Kim, ol can döndərər cismə, bu, cismi ayırar   

candan.[4,135] 

M. Füzuli “Qurani-Kərim”də ölülərin Qiyamət günü dirildiləcəyini xəbər verən  

ayələrə  işarə  edərək  hicran  günü  ilə  məhşər  (Həmin  gün  Şərq  ədəbiyyatında  “cəza 

günü”  ,  “haqq-hesab  günü”,  “hesab  günü”  və  ya  “məhşər  günü”  də  adlandırılır)  

müqayisə  edir  və  Qiyamət  gününün  ölüyə  can  bəxş  etdiyini  (can  döndərər  cismə), 

ayrılıq (hicran) gününün isə can aldığını (cismi ayırar candan) söyləməklə bədii təzad 

yaratmışdır. “Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. Sonra O sizi 

öldürəcək  və  yenə  dirildəcək,  daha  sonra  isə  siz  Ona  qaytarılacaqsınız.”  (Bəqərə 

surəsi, 28-ci ayə). 

 Cəza günündə sorulmaz xətalar eylədiyin, 



Yetər fəğan ilə mən verdiyim əzab sana [5, 33] 

 Müqəddəs  kitaba  görə,  insanlar  bu  dünyadakı  əməllərinə  görə  Qiyamət  günü 

cavab  verəcəklər.  Həmin  gün  günahkar  bəndələrdən  heç  nə  soruşulmaz  və  onlar 

üzücü  əzaba  düçar  olarlar:    “Həqiqətən  də,  Allah  ilə  olan  əhdlərini  ucuz  qiymətə 

satan kəslər üçün axrətdə heç bir pay yoxdur. Allah onları danışdırmaycaq, Qiyamət 

günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün üzücü 

bir əzab vardır”.(Ali İmran surəsi, 77).   Beytin mənası budur ki, Qiyamət günü xəta 

əhlindən  söz  soruşulmadığı  kimi,  məşuqə  də  aşiqindən  hansı  xətalar  etdiyini 

soruşmaz və ona əzab verər.                       

Səcdəgah etmişdi eşq əhli qaşın mehrabın 

Qılmadan xeyli məlaik səcdeyi-Adəm hənuz [4, 73] 

Beytin  məzmunu:  Hələ  mələklər  Adəmə  səcdə  etməzdən  əvvəl  eşq  əhli  sənin 

qaşlarını  səcdəgah  etmişdi.  “Qurani-Kərim”in  aşağıdakı  ayəsində  Allah-təalanın 

insanı  yaratdığı  və  mələklərdən  ona  səcdə  etmələri  tələbi  öz  əksini  tapmışdır:  “Bir 




 

zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa (hamısı) səcdə 



etdi. O imtina edib təkəbbür göstərdi və kafir- oldu” (Bəqərə surəsi, 34-cu ayə) . 

Hiç kim bilmədi təhqiq ilə ağzın sirrini, 

Sirri-ğeybi nə bilir kimsə, xudadan ğeyri [4,168] 

“Qurani-Kərim”in bir neçə ayəsində buyurulur ki, bütün gizlinlər (qeyblər) və 

sirlər  yalnız  Allaha  (Xudaya)  agahdır.  Nümunədə  də  məhz  buna  işarə  edilmişdir:                                                                                                                                                                                                                                

“Sən  ucadan  danışsan  da  (danışmasan  da,  fərqi  yoxdur).  Çünki  (Allah)  sirri  də, 

(bundan) daha gizli olanı da bilir” (Ta ha surəsi, 7-ci ayə) 

Dil ki bir dilbərə sərmənzil idi, ahimilə 

Yelə verdim, adını təxti-Süleyman etdim. [4, 72] 

 Süleyman  peyğəmbərin  adı  “Qurani-Kərim”in  “Bəqərə”,  “Nisa”,  “Ənam”, 

“Ənbiya”,  “Nəml”,  “Səba”  və  “Sad”  surələrində  çəkilir.  Allah-təalanın 

peyğəmbərliklə  yanaşı  səltənət,  hökmranlıq  da  bəxş  etdiyi  insanlardan  biri  də 

Süleyman peyğəmbərdir və Azərbaycan ədəbiyyatında “təxti-Süleyman”, “Süleyman 

mülkü”,  “Süleymana  qalmayan  dünya”  kimi  ifadələr  də  bu  adla  bağlıdır:  “Biz  o 

hökmü  Süleymana  anlatdıq.  Hər  ikisinə  hökmranlıq  (peyğəmbərlik)  və  elm  bəxş 

etdik.  Biz  dağları  və  quşları  Davudla  birlikdə  (Allahı)  tərifləmələri  üçün  (ona)  ram 

etdik. Bunları Biz etdik” (Ənbiya surəsi,79-cu ayə). 

Süleyman məsnədindən divi-gümrah rəğbətin kəsdin, 

Dənizdə xatəmi-hökmi-Süleymandan xəbər verdin [4, 98] 

Qəzəlin  bu  beytində  isə  səbanın  Süleyman  peyğəmbərin  dənizdə  hökmünün 

sona çatmasını xəbər verdiyi göstərilir: 

Şairin başqa beytinə nəzər salaq:  



Bu qəmlər kim mənim vardır, bəirin başına qoysan, 

Çaxar kafir cəhənnəmdən, gülər əhli-əzab oynar [4, 38] 

M. Füzuli Müqəddəs kitabın bu ayəsinə  isnad etməklə  güclü  mübaliğə  yarada 

bilmişdir:  “Şübhəsiz  ki,  ayələrimizi  yalan  sayanlara  və  onlara  təkəbbürlüklə 

yanaşanlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincə onlar 

Cənnətə girməyəcəklər. Biz günahkarları belə cəzalandırırıq” Əraf surəsi, 40-cı ayə). 

Şairi  deyir  ki,  mənim  dərdlərimi  dəvənin  başına  qoysalar,  ağırlığa  tab  gətirməz,    o 




 

qədər  arıqlayar,  nazilər  və  iynənin  gözündən  keçər  və  onda  da  cəhənnəm  əzabına 



düçar olanlar xilas edilərlər. 

Summary 


The Koran Motives in M. Fuzuli’s Ghazals 

A. Mammadov, 

B. 

Ph.D. of Pedagogical Sciences 



There  are  some  beyts  in  Fuzuli’s  ghazals  that take  their  origin  from  “Korani-

Karim”.  Some  of  such  examples  are  given  in  this  article.  Fuzuli’s  creative  work  is 

studied with the help of the appropriate ayats from the Holy Book. 

 

Ədəbiyyat 

1. 


“Qurani-Kərim”. (Ziya Bünyadovun tərcüməsi) 

2. 


Babayev Yaqub. Təriqət ədəbiyyatı: sufilik və hürufilik. Bakı – Nurlan, 

2007-ci il 

3. 

Ərəb və fars sözləri lüğəti. Bakı - Azərbaycan SSR Elmlər 



Akademiyasının nəşriyyatı, 1967-ci il 

4. 


Məhəmməd Füzuli. Seçilmiş əsərləri. Bakı – Azərbaycan Dövlət 

Nəşriyyatı, 1958-ci il 

5. 

Məhəmməd Füzuli. Seçilmiş əsərləri. Bakı – Yazıçı, 1984-cü il 



 

 

 

 


 

FORMA 2. Konfransda iştirak üçün bildiriş 

Soyadı, 

adı, 


atasının 

adı 


Məmmədov Akif Güləli oğlu 

İş yeri 


Bakı 

Slavyan 


Universiteti. 

Müasir 


Azərbaycan 

dili 


kafedrası 

Elmi 


dərəcəsi 

və adı 


Fəlsəfə doktoru, dosent 

Telefon 


055 792 99 85 

E-mail 


ünvanı 

akif.mamedov.1953@mail.ru 

Məqalənin 

adı 


M.Füzulinin  qəzəllərində 

Quran motivləri 

Açar 

sözlər 


Quran,  qəzəl,  ayə,  klassik 

ədəbiyyat, simvol 

Məqalə 

(əlavə 


olunur) 

Əlavə olunur 



 

 

Yüklə 39,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə