Məmmədov Mahil İsa oğlu


  4. DAXİLİ YADDAŞ QURĞULARI



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix08.10.2017
ölçüsü0,74 Mb.
#3614
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

 

55 

4. DAXİLİ YADDAŞ QURĞULARI  

Yaddaş qurğuları  kompüteri təşkil edən 3 əsas elementdən 

biridir. (Prosessor - yaddaş - giriş/çıkış qurğuları). Prosessorun 

emal  etdiyi  (işlətdiyi)  proqramlar  və  proqrama  aid  verilənlər 

yaddaş qurğularında saxlanılır.  

Yaddaş qurğuları aşağıdakı kimi təsnif edir: 

1. Yadda saxlayan elementlərin (yarımkeçiricilər, maqnitlər, 

kondensatorlar,  opto-elektroniklər,  holoqrafiklər,  kriogenlər) 

tipinə görə. 

2.  Funksional  təyinatı  (operativ  (əməli  yaddaş  qurğusu)-

RAM),  bufer  (BYQ),  tam  operativ  (sverxoperativ  (SRAM), 

xarici (xarici  yaddaş qurğusu), daimi (Daimi Yaddaş Qurğusu-

ROM)) üzrə. 

3. Müraciətin (ardıcıl, birbaşa, ünvanlı, assosiativlər, steklər, 

mağazalar) təşkilinin üsuluna görə. 

4. Sayımın (oxunmanın) xarakterinə  üzrə (görə). 

5. Saxlamanın (statik və ya dinamik) üsuluna görə. 

6.Təşkiledilmə (birkoordinatlı, ikikoordinatlı, üçkoordinatlı 

və s.) üsuluna görə. 

Kompüterin yaddaşı - Kompüterin tərkibinə daxil olan bütün 

yaddaş qurğularının məcmusudur. Adətən kompüterin  tərkibinə 

bir neçə müxtəlif tipili yaddaş qurğuları olur.  

Kompüterin 

məhsuldarlıq 

və 

hesablama 



imkanları 

əhəmiyyətli şəkildə yaddaş qurğularının xarakteristikası ilə təyin 

edilir. 

Ümumi  mənada  yaddaşa  informasiyanın  daxil  edilməsi  və 

yaddaşdan  informasiyanın  seçməsi  (oxunması)  yaddaşda 

aparılan  əsas  əməliyyatlardır.  Hər  iki  əməliyyat  yaddaşa 

müraciət və ya yazma/oxuma vaxtı adlanır. 

Yaddaşa  müraciət  zamanı  (yazma  və  ya  oxuma)  yaddaşa 

müraciət vahidi hesab edilir və  müxtəlif tipin yaddaş qurğuları 

üçün  müxtəlif  olur.  Belə  vahid  bit,  bayt,  maşın  sözü  və  ya 

verilənlər bloku ola bilər. 

Yaddaşın həcmi yaddaşı qurğularının ən əhəmiyyətli xarak-

teristikasıdır.  Yaddaşın  həcmi  onda saxlanıla  bilən  verilənlərin 

 

56 

maksimal miqdarıyla təyin edilir. Həcm əsasən baytlarla ölçülür. 

Yaddaşın  sürəti  müraciət  əməliyyatlarının  (yazma/oxuma) 

müddətiylə təyin edilir. 

Yaddaş qurğuları daxili və xarici olmaqla iki yerə bölünür. 

Daxili  yaddaş  qurğuları  əsasən  anakartın  üzərində  biləvasitə 

mikrosxemlərdə  yerləşir  və  ya  slotlar  vasitəsi  ilə  birbaşa 

anakarta  qoşulur.  Daxili  yaddaş  qurğuları  daimi  və  müvəqqəti 

olmaqla iki yerə bölünür. 

EHM-in  daxili  yaddaşı  bir  neçə  YQ-in  qarşılıqlı  əlaqəli 

məcmusu kimi təşkil olunur. Onun tərkibinə, əməli yaddaş qur-

ğusundan (RAM) başqa, YQ-in növbəti tipləri daxil ola bilərlər: 

Daimi  yaddaş  qurğusu  (Daimi  Yaddaş  Qurğusu-ROM)  - 

yalnız  onda  saxlanılan  informasiyanın  oxunması  əməliyyatı 

aparıla  bilər.  Daimi  yaddaş  qurğusunda  informasiyanın  daxil 

edilməsi  (yazılması)  onun  istehsalı  zamanı  yerinə  yetirilir. 

Elektrik kəsilməsi halında belə, daxilindəki məlumatlar etibarlı 

olaraq saxlanılır və silinmir 

Yarımdaimi (proqramlaşdırılan) yaddaş qurğuları (PROM)- 

Əsasən boş olaraq satılan PROM (Proqramlaşdırıla Bilən Yalnız 

Oxunan  Yaddaş)  mikrosxemi  istifadəçi  tərəfindən  proqramlaş-

dırıla  bilir.  Proqramlaşdırma  işləri  üçün  CD  yazana  bənzəyən 

xüsusi bir cihaz istifadə edilir. PROM mikrosxemləri digər ROM 

yaddaşlarına  nəzərən  daha  həssasdırlar.  Statik  elektrikdən  belə 

təsirlənərək daxilindəki məlumatlar pozula bilər. 

EPROM (Erasable Programmable Rom -Silinib Proqramlaş-

dırıla  Bilən  Yalnız  Oxunan  Yaddaş)  PROM  yaddaşlarına 

oxşayır. PROM yaddaşından  yeganə fərqi, istifadəçi tərəfindən 

proqram  dəstəyi  ilə  silinə  bilmə  xüsusiyyətinin  də  olmasıdır. 

Eyni mikrosxemə dəfələrlə yazma və silmə əməliyyatları aparıla 

bilər.  Məlumatın  silinə  bilməsi  üçün  ultraviyole  (UV)  şüası 

istifadə edilir. Yeni bir informasiyanın yazılması üçün, ilk olaraq 

köhnə  informasiyanın  tamamilə  silinməsi  lazımdır.  Yazma  və 

silmə  işləri  üçün  mikrosxem  üzərində  olan  pəncərə  istifadə 

edilir.  Hər  proqramlaşdırma  əməliyyatından  sonra  pəncərə 

üzərindəki  açar  mütləq  bağlanmalıdır.  EPROM-ın  proqram-

laşdırılmasında istifadə edilən xüsusi cihazlar vardır. 

downloaded from KitabYurdu.org



 

57 

Bufer  yaddaş  qurğusu  (BYQ)  -  müxtəlif  sürətlərlə  işləyən 

kompüterin  qurğuları  arasında  informasiya  mübadiləsi  zamanı 

informasiyanın aralıq saxlaması üçün nəzərdə tutulmuş  yaddaş 

qurğusudur.  O  konstruktivdir  funksional  qurğularından  istəni-

ləninin hissəsi ola bilər. 

Yerli yaddaş (cverxoperativnoe ZU, SOZU) - əməli yaddaş 

qurğusunun və prosessorun və ya kanalların arasında daxil edilən 

(qoşulan) bufer yaddaş qurğusudur. Prosessorun yerli yaddaşını 

və kanalların yerli yaddaşını ayırırlar. 

STEK (mağaza) - xüsusi olaraq təşkil edilmiş əməli yaddaş 

qurğusudur.  

Keş-yaddaş  -  stekin  növüdür,  əməli  yaddaş  qurğusundan 

bəzi əmrləri (mikroprosessor üçün daha vacib) saxlanılır. 

Video yaddaş - EHM-in əməli yaddaş qurğusunun sahəsidir 

görülənləri monitorun ekranında yerləşdirilmişdir. 

 Fərdi  kompüterin  daimi  yaddaşında  kompüter  avadanlıq-

larının işini  yoxlayan (məlumatı ekrana çıxarmaqla), əməliyyat 

sisteminin yüklənməsini təmin edən proqramlar toplusu yerləşir. 

Həmin  proqramlar  toplusunun  çox  hissəsi  müəyyən  dərəcədə 

kompüterdə daxiletmə-xaricetmə  əməliyyatlarını  yerinə  yetirir. 

Ona  görə  də  belə  proqramları  BIOS  (Basic  Input-Output 

System– Bazanın Giriş-Çıxış Sistemi) adlandırırlar. BIOS ayrıca 

mikrosxem şəklində hazırlanır. 

Fərdi  kompüterlərə  xidmət  göstərən  proqramların  işləməsi 

üçün  cari  tarix,  saat,  kompüterin  konfiqurasiyası  haqqında 

müəyyən informasiya lazım olur. Bütün bu verilənlər CMOS-da 

saxlanılır.  Bu  ad  onun  hazırlanma  texnologiyası  ilə  bağlıdır: 

Complementary  Metal  Oxide-Semiconductor  (Metal-Oksid 

Yarımkeçirici  Kristal).  Bu  mikrosxem  fərdi  kompüterin 

konfiqurasiyasını, zamanı və tarixi yadda saxlamaq funksiyasını 

həyata keçirir. 

 

 

 

58 



4.1. Əməli yaddaşın təsnifatı 

Operativ yaddaş qurğusu kompüterin ən vacib qurğularından 

biridir. O artıq qırxıncı illərdə yaradılmış arxitekturaya ("İnfor-

matika anlayışlarda və terminlərdə ") görə kompüterlərin birinci 

nəsilində  bəri  bütün  nəsillərdə  mövcuddur.  Kompüterdə 

məlumatların müvəqqəti olaraq saxlanıldığı yaddaş qurğusudur. 

CPU-nu bir başa verilənlər və proqramlarla təchiz edir. İxtiyarı 

müraciətli olması sayəsində yaddaşın zaman itirmədən istənilən 

ünvanındakı informasiyanı oxunub yaza bilir. Disk, CDROM və 

I/O portlarından gələn və gedən informasiyalar müvəqqəti olaraq 

RAM  yaddaşda saxlanılır. RAM-da saxlanılan   informasiyanın 

saxlanılması üçün elektrik enerjisinə ehtiyac duyurlur. Elektrik 

enerjisi  kəsiləndə  RAM-dakı  informasiya  silinir.  Məsələn,  bir 

mətn redaktoru programını (word, lotus) istifadə edərkən yazılan 

hər şey RAM-a ötürülür. İstifadəçi onu diskə qeyd edənə qədər 

(faylda  saxlayana)  RAM-da  qalır.  Mühüm  RAM  istehsalçı-

larından  Kinqston,  Hilevel,  Corsair,  Bigboy  və  Twinmos 

şirkətlərini qeyd etmək olar. 

RAM dinamik  yaddaş quruluşuna malikdir. Hər bir yaddaş 

xanası (bir bit saxlayan) bir ədəd  yarımkeçirici kondansator və 

tranzistordan  ibarətdir.  Kondansator  informasiyanı  saxlayır, 

tranzistor  isə  informasiyanın  oxunması  və  dəyişdirilməsi  üçün 

istifadə  edilir.  Elektrik  yükü  prinsipi  ilə  çalışır.  Verilənlər 

elektrik  yükləri  ilə  təmsil  olunmaqla  yaddaşda  saxlanılır. 

Kondansatorda  elektrik  yükü  varsa  1  yoxsa  0  qəbul  edilir. 

Kondansatorlar iki nömrə arasında izolyasiya  vəsait qoyulması 

ilə  əldə  edilir.  Nömrələrin  sahəsinin  (A)  böyük  olması  və 

nömrələr  arası  məsafənin  (d)  kiçik  olması,  yığacağı  elektrik 

yükü miqdarını artırır. Kondansatorlar uclarına  gərginlik tətbiq 

olunanda sığan qədər yükü yığır. Uclarına bir yük bağlananda isə 

malik  olduqları  elektrik  yükünü  boşaldırlar.  Bir  kondansator 

uclarına hər hansı bir yük bağlanmasa da zamanla boşalır. 

Yarımkeçirici  materiallardan  düzəldilən  və  ölçüləri  çox 

kiçik  olan  kondansator  qurğuları  saniyədə  minlərlə  dəfə, 

downloaded from KitabYurdu.org



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə