Məmmədov Mahil İsa oğlu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix08.10.2017
ölçüsü0,74 Mb.
#3614
1   2   3   4   5   6   7   8   9   ...   27

 

dörd  hesab  əməlini  yerinə  yetirməklə  yanaşı,  alqoritm  və  tri-

qonometriya funksiyalarını həll edən xüsusi (alt) proqramları var 

idi.  Bu  kompüter  da  deşikli  kart  sistemi  ilə  çalışırdı.  Mark-1, 

Aikenin rəhbərliyində hazırlanan və  yaradılan kompüter serial-

larının  ilki  oldu.  Bu  kompüterlə  bugünkü  mənada  kompüter 

dövrü başlamışdır. 

Kompüterlərin  əsas  iş  prinsipləri  XX  əsrin  40-cı  illərində 

Amerika  alimləri  Con  Fon  Neyman,  Q.Qoldsteyn  və  A.Beris 

tərəfindən  işlənmişdir.    Həmin  prinsiplər  1946-cı  ildə  ABŞ-ın 

Pensilvaniya ştatında  Con Mokli və Presper Ekkertin rəhbərliyi 

altında ENIAC (Electronic Numerical Integrator and Computer) 

adlı  universal  kompüterin  yaradılması  ilə  həyata  keçirilmişdir. 

Məhz həmin tarix kompüterlərin   yaranma tarixi  hesab olunur. 

Lakin,  qeyd  etmək  lazımdır  ki,  bir  sıra  ədəbiyyatlarda  ilk 

kompüterin 1943-cü ildə məhşur alim Allan Turinqin rəhbərliyi 

altında  Böyük  Britaniyada  yaradıldığı  və  ikinci  dünya 

müharibəsində  alman  məxfi  məlumatlarının  “oxunması”  üçün 

istifadə edilən «Collos» kompüterinin olması iddia olunur. Lakin 

əksər  alimlər  «Collos»  kompüterinin  texniki  imkanlarının  zəif 

olması  səbəbindən  onu  yalnız kompüter  yaradılmasında atılan 

önəmli  addımlardan  biri  hesab  edərək,  “kompüter  erasının” 

məhz  ENIAC  kompüterilə  başlandığını  qəbul  edirlər.  

Kompüterlər  sürətli  təkamül  yolu  keçmişlər  və  bu  gün  də 

təkmilləşməkdə davam etməkdədirlər. Kompüterlərin təkamülü  

beş mərhələ ilə xarakterizə olunur:    



I  nəsil.    ENIAC    kompüterinin  yaradılması  ilə  başlayır  və 

1946-1955-ci  (1950-1960)  illəri  əhatə  edir.  Birinci  nəsil 

kompüterlərin  element  bazası  çoxsaylı  elektron  lampalardan 

təşkil  olunmuşdur.  Bu  kompüterlər  elmi-texniki  məsələlərin 

həlli üçün istifadə olunurdu. Çox baha olduğundan əsasən hərbi-

sənaye  kompleksində  və  bəzi  dövlət  təşkilatlarında  istifadə 

olunurdu.  Bu  kompüterlər  çox  böyük  həndəsi  ölçülərə  və 

tonlarla ağır kütləyə malik idi. Elektron lampalar böyuk həcmli 

elektrik  enerjisi  sərf  edirdi  və  tez  qızırdı.  Buna  görə  də  əlavə 

soyutma  sistemindən  istifadə  olunurdu.  Məsələn,    ENIAC 

kompüterində 178468 elektron lampa, 7200 kristallik diod, 4100 

 

10 

maqnit elementləri istifadə olunmuşdur və o, 30 ton ağırlığında 

olub, 200 kvadrat metr sahəni tuturdu, 150 Kvt elektrik enerjisi 

sərf edirdi.   

Birinci  nəsil  kompüterlər  yalnız  saniyədə  10-20  min 

əməliyyat  yerinə  yetirə  bilirdi.  Belə  ki,  adicə  loqarifmik  və 

triqonometrik  funksiyaların  hesablanması  üçün  bir  dəqiqədən 

artıq  vaxt  tələb  olunurdu.  Əməliyyatlar  yalnız  ardıcıl  –  bir 

əməliyyat qurtardıqdan sonra digər əməliyyat  yerinə  yetirilirdi. 

Elektron  lampaların  istismar  müddəti  qısa  olduğundan 

kompüterlər texniki cəhətdən də etibarlı deyildi. Kompüterlərin 

operativ  yaddaşı  zəif  olub,  512-2048  bayt  2  təşkil  edirdi. 

Operativ  yaddaş  qurğusu  olaraq  ilk  vaxtlar  civə  doldurulmuş 

kicik diametrli borulardan, sonra isə ferromaqnitlərdən istifadə 

olunmuşdur.  Birinci nəsil kompüterlər üçün proqramlar konkret 

kompüter  üçün  unikal  olan  “maşın  dilində”  tərtib  edilirdi.  Bu 

proqramlar  həddən  artıq  mürəkkəb  olub,  onları  yazmaq  üçün 

proqramlaşdırıcıdan  kompüterin  arxitekturasını  dəqiq  bilməyi 

tələb  edirdi.  Proqramın  daxil  olunması  və  yerinə  yetirilməsi 

idarəetmə  blokunun  açarları  vasitəsilə  həyata  keçirilirdi.  Bu 

proses  mürəkkəb  olduğundan  və  proqramda  meydana  çıxan 

səhvlərin aradan qaldırılması zərurəti proqramın daxil edilməsi 

və  yerinə  yetirilməsi  prosesinin  proqramlaşdırıcı  tərəfindən 

yerinə  yetirilməsini  tələb  edirdi.    Bu  nöqsanlara  baxmayaraq 

birinci nəsil kompüterlər o dövr üçün elmi-texniki tərəqqinin ən 

böyük  nailiyyəti  hesab  olunur  və  mürəkkəb,  əvvəllər  həlli 

mümkünsüz  hesab  edilən  elmi,  mühəndis  məsələləri  həll  etdi. 

Bunun  nəticəsində  bir  sıra  elm  və  sənaye  sahələrində 

fundamental  nəticələr  əldə  olundu.  Xüsusilə,  atom  fizikası  və 

energetikası, riyaziyyat, astronomiya və hərbi-sənaye kompleksi 

sürətlə  inkişaf  etməyə  başladı.      Qərb  dünyası  ilə  müqayisədə 

kecmiş  SSRİ-də,  o  cümlədən  Azərbaycanda  kompüterlər  bir 

qədər  gec,  keçən  əsrin  50-ci  illərinin  əvvəllərindən  başlayaraq 

istifadə edilmişdir.  Sovet sənayesi  MESM ((Малая Электрон-

ная Счетная Машина) 1950-ci ildə S.A. Lebedevin rəhbərliyi 

altında  Ukrayna  Elmlər  Akademiyasının  Elektrotexnika 

İnstitutunda  hazırlanmışdır  və  SSRİ-də  yaradılan  ilk  komputer 

downloaded from KitabYurdu.org



 

11 

hesab  edilir),  BESM,  Strela,  M-1,  M-2,  M-3,  Minsk-1,  M-20, 

Ural-1, Razdan və s. birinci nəsil kompüterlər istehsal etmişdir. 

II nəsil.  Bu mərhələ  1955-1967 –ci illəri əhatə edir. İkinci 

nəsil  kompüterlər  element  bazası  əsasən  yarımkeçiricilərdən 

(tranzistorlardan) ibarət olan kompüterlərdir. Bu kompüterlərdə 

elektron  lampaları  Bell  Laboratories  (ABŞ)  firmasında  Nobel 

mükafatı  laureatları  Uilyam  Şokli,  Uolter  Bratteyn  və  Con 

Bardin tərəfindən yaradılmış tranzistorlar əvəz etdi.Tranzistorlar 

kiçik  ölçüyə  malik  olub,  daha  davamlı,  elektrik  enerjisinə  az 

tələbkar  idi  və  təqribən  40  ədəd  elektron  lampanı  əvəz  edə 

bilirdi.  Bunun  nəticəsində  kompüterlərin    həcmi  və  kütləsi 

dəfələrlə  kiçildi,  elektrik  enerjisinə  tələbat  azaldı,  maya  və 

istismar  dəyəri  ucuzlaşdı.  Eyni  zamanda  məhsuldarlığı, 

funksional imkanları, etibarlığı on dəfələrlə  yüksəldi. Məsələn, 

Mark-1 adlı birinci nəsil kompüter m175,2 × ölçüyə malik olub, 

maya dəyəri 500 min dollar idisə, PDP-1 ikinci nəsil kompüteri 

artıq məişət soyuducusu həcmində  olub 20 min dollara satılırdı.  

İkinci  nəsil  kompüterlərdə  displeylərdən  istifadə  edilməyə 

başlandı. Bu informasiyanın etibarlı qorunmasını təmin etməklə,  

informasiyanın  daxil  və  xaric  olunmasını  xeyli  asanlaşdırdı. 

Operativ  yaddaşın  həcmi  artaraq  minimum  32  kbayt1  oldu.  

İkinci nəsil kompüterlər üçün xüsusi sistem proqram təminatı, o 

cümlədən  informasiyanın  paket  emalı  sistemləri,  sonralar 

əməliyyat  sistemləri  yaradıldı.  Kompüterin  arxitekturasından 

asılı  olmayan  yüksək  səviyyəli  alqoritmik  dillərin  (Fact, 

MathMatic, Algol, Fortran, Kobol və s.) yaranması və onlar üçün 

müvafiq kompilyatorun və standart altproqramlar kitabxanasının 

yaradılması  ilə  proqramlaşdırılma  olduqca  asanlaşdı  və  həll 

olunan  məsələlərin  əhatə  dairəsi  genişləndi.        Kompüterlərin 

ucuzlaşması  və      proqram  təminatının  inkişafı  onların  tətbiq 

sahəsini  xeyli  genişləndirdi.  Kompüterlər  artıq  elmi-texniki 

hesablamalar  aparmaqla  yanaşı  maliyyəiqtisadi,  istehsal-

texnoloji  proseslərin  avtomatlaşdırılması  üçün  tətbiq  edilməyə 

başlandı. Artıq onlar daha çox biznes müəssisələrində, təhsil və 

layihələndirmə  mərkəzlərində  geniş  istifadə  olundu.  Azad 

kompüter bazarı formalaşdı, kompüter istehsalı sürətlə artdı. Bir 

 

12 

sıra böyük firmalar, məsələn,  IBM, CDC, DEC və s. kompüter 

istehsalına başladı. Keçmiş SSRİ-də BESM-3,4, Ural-11,14,16, 

Minsk-22,  M-222,  Mir,  Nairi  ikinci  nəsil  kompüterlər  istehsal 

olunmuş və istifadə edilmişdir. Onların məhsuldarlığı saniyədə 

50-100 min əməliyyat olmuşdu.   



III nəsil. Bu mərhələ 1965-1975-ci illəri əhatə edir. Üçüncü 

nəsil  kompüterlərin    element  bazalarını  inteqral  sxemlər  və  ya 

mikrosxemlər  təşkil  edir.  İlk  mikrosxemlər  1958-ci  ildə  Cek 

Kilbi  və  Robert  Noys  tərəfindən  yaradılmışdır.  Mikrosxemlər 

təqribən  10  мм2  ölçüyə  malik  olub,  on  min  tranzistoru  əvəz 

etməyə qadirdir. Bu isə kompüterlərin sürətlə miniatürləşməsini 

və  ucuzlaşmasını  təmin  etdi.  Bununla  yanaşı  üçüncü  nəsil 

kompüterlərin 

məhsuldarlığı 

əskin 



yüksəldi. 

Artıq 


kompüterlərdə  100  kilobaytlarla  ölçülən  operativ  yaddaşlar 

tətbiq  olunurdu,  onlar  saniyədə  10  milyon  əməliyyat  yerinə 

yetirə  bilirdi.  Miniatürləşmə  ilə  paralel  olaraq  kompüterlərin 

arxitekturasında  köklü  dəyişiklik  baş  verdi.  Xarici  yaddaş 

qurğusu  olaraq  maqnit  disklərindən  və  diski  oxuyan 

qurğulardandiskovodlardan  istifadə  edildi.  Bir  sıra  xüsusi 

təyinatlı kompüterlər məsələn, kosmik raketlərdə,  aviasiyada və 

gəmilərdə  istifadə  edilən  bortkompüterlər  meydana  gəldi.  

Bununla  yanaşı  az  -  təqribən  4  kilovat  enerji  sərf  edən  mini 

kompüterlərin  istehsalına  başlandı.  Məsələn,  ABŞ-da  RDR, 

VAX  mini  kompüterləri  və  SSRİ-də  isə  onların  analoqu  olan 

CM-1/2/3/4/1420  və  s.  istehsal  olundu.    Mini  kompüterlər 

sənayedə  texnoloji  proseslərin  idarə  edilməsində,  informasiya 

banklarının yaradılmasnda və informasiyanın idarə edilməsində 

geniş  istifadə  olunurdu.  Üçüncü  nəsil  kompüterlər  seriya 

şəklində  istehsal  olunurdu.  ABŞ-da  İBM  360,  SSRİ  və    Şərqi 

Avropanın keçmiş sosialist ölkələrində EC seriyalı kompüterlər 

istehsal  olunurdu.  Üçüncü  nəsil  kompüterlərdə  ilk  dəfə  olaraq 

multiproqram rejimi tətbiq olundu. Bu rejim  paralel olaraq bir 

neçə istifadəçinin proqramının yerinə yetirilməsini təmin etdi.   



IV  nəsil.    Bu  mərhələ  böyük  inteqral  sxemlərin  kompüter 

istehsalında tətbiqi ilə  1974-1976 –cı ildən  başlamışdır. Böyük 

inteqral sxemlər  bir kristal üzərində minlərlə tranzistor və digər 

downloaded from KitabYurdu.org




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə