Məmmədov Mahil İsa oğlu


  1.3. Mikrokompüterlərin növləri



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix08.10.2017
ölçüsü0,74 Mb.
#3614
1   2   3   4   5   6   7   8   9   ...   27

 

17 

1.3. Mikrokompüterlərin növləri 

İxtisaslaşma səviyyəsi üzrə təsnifat. İxtisaslaşma səviyyəsi 

üzrə  mikrokompüterlər  iki  yerə  bölünür:  universal  və 

ixtisaslaşmış. Universal kompüterlər müvafiq proqram təminatı 

olduqda  ixtiyari  tətbiqi  məsələni  həll  etməyə  xidmət  edir.   

İxtisaslaşmış  mikrokompüterlər  konkret  təyinatlı  məsələlərin 

həlli  üçün  nəzərdə  tutulmuşdur.  Belə  kompüterlərə  avtomobil-

lərin, gəmilərin, təyyarələrin, kosmik aparatların bort kompüter-

lərini, tibbi avadanlıqlar qoşulmuş minikompüterləri, serverləri  

aid etmək olar.   

Forma ölçülərinə görə təsnifat. Mikrokompüterlərin forma 

ölçülərinə görə aşağıdakı kimi  təsnifatı aparılır:  

• Stolüstü (desktop),  

• Portativ (Portable),   

• Cib (Palmtop)   

Stolüstü  (masaüstü)kompüter  (Desktop)  -  bu  günlər  ən 

məşhur  və  ən  çox  yayılan  kompüter  tipidir.  Bunun  tərkibində 

sistem bloku adlı mərkəzi element  vardır ki, orada  kompüterin 

on  vacib  hissələri  (prosessor,  əməli  yaddaş,  sərt  disk  və  s.) 

yerləşirlər. Sistem blokuna monitor, skaner, printer, modem və 

s. kimi əlavə xarici qurğular qoşulurlar. 

Slolüstü kompüter nisbətən böyük yer tutmasına baxmayaraq, 

gövdəsinin  böyük  hissəci  boşluqlarla  doludur.  Lakin  onun 

qiyməti çox baha olmur və çox sadə bir üsulla təkmilləşdirilir - 

lazım olduqda onun tərkibinə daxil olan istənilən qurğunu digər 

qurğu  ilə  əvəz  etmək  mümkün  olur.  Digər  tərəfdən  isə  öz 

sinfində olan bütün kompüterlər arasında böyük imkanlara malik 

olur.  


Masaüstü  minikompüterlər  funksional  imkanlarının  böyük-

lüyünə,  maya  dəyərinin  ucuz  olmasına,  daha  əvvəl  və  kütləvi 

istehsalına  görə  daha  geniş  yayılmışdır.  Onlar  əsasında 

Avtomatlaşmış İşçi Yerləri yaradılır,  fərdi olaraq bir əmək aləti 

kimi istifadə edilir.   

Portativ  kompüterlər  daşınma  üçün  rahatdır.  Onlardan 

 

18 

əvvəllər  əksər  vaxtlarını  ezamiyyət  və  tədbirlərdə  keçirən 

biznesmenlər,  komersantlar,  müəssisə  və  idarə  rəhbərləri, 

jurnalistlər  istifadə  edirdilər.  Son  illərdə  onların  funksional 

imkanları  xeyli  artdığından  və  qiymətlərinin  ucuzlaşması 

səbəbindən  onlardan  istifadə  edənlərin  əhatə  dairəsi  sürətlə 

genişlənməkdədir.  Hal-hazırda  –Notbook,  Lap  top  və  Sub 

Netbook portativ kompüterləri istehsal olunur. Onlardan adətən 

İnternet-lə və sənədlərlə işləmək üçün, telefon rabitəsi vasitəsilə 

istənilən  coğrafi  nöqtədən  telefon  xəttinə  qoşulmuş  digər 

kompüterlə  informasiya  mübadiləsi  etmək  üçün  istifadə  edilir. 

Əvvələr cib kompüterləri “intellektual qeydiyyat kitabçası” kimi 

yaradılmışdır və bu səbəbdən Personal Digital Assistant (PDA) 

–  “şəxsi  rəqəmli  katibə”  adlandırılmışdır.  Bu  gün  müasir  cib 

kompüterləri geniş funksional imkanlara malikdir. 

Son  zamanlar  cib  kompüterlərinin  və  mobil  telefonların 

imkanlarını 

birləşdirən 

qurğular-smartfonlar 

və 


kommunikatorlar istifadə edilməkdədir. 

a)  Komminikatorlar.  Bu  qurğular  da  praktiki  olaraq,  adi 

FRK-dan heç nə ilə fərqlənmirlər. Yalnız fərq ondan ibarətdir ki, 

burada  daxildə  quraşdırılmış  GSM-modulu  və  adi  mobil 

telefonla  işləməyə  oxşar  iş  görmək  üçün  əlavə  işlənmiş  xüsusi 

proqram  təminatı  vardır.  Belə  ki,  "danışıq"  funksiyaları 

kommunikator  üçün  ikinci  yerdə  durur.  Əsas  məsələ,  əlavə 

modullardan istifadə etməməklə, mobil şəbəkə vasitəsilə GRPS 

protokolu  ilə  internetdə  işləmək  qabiliyyətidir.  Ən  geniş 

yayılmış  Mobile  Windows-2003  bazasında  və  PalmOS 

platformasında yaradılan kommunikatorlardır. 



b) Smartfonlar. Əgər kommunikatorlar adi FRK-dan əmələ 

gəlmişlərsə,  smartfonlar  adi  mobil  telefonlardan  yaranmışlar. 

Vaxt  keçdikcə  bu  iki  qurğu  arasmdakı  sərhəd  yəqin  ki, 

silinəcəkdir,  lakin  indi  bunların  bir-birindən  fərqli  olması  çox 

aydın  görünür.  Kommunikatorlar  -  FRK  ilə  mobil  rabitə 

modulunun  hibridindən  ibarətdir.  Smartfon  isə  -  yalnz  rabitə 

üçün  yaradılan  həddindən  artıq  ağıllı  olan  mobil  qurğudur. 

Aparat  cəhətdən  onlar  kommunikatorlara  uduzurlar  -  buradakı 

prosessorun  işləmə  tezliyi  zəifdir  (200  MHs-dən  çox  olmur), 

downloaded from KitabYurdu.org




 

19 

daxildə  quraşdırılmış  yaddaşın  tutumu  da  (32-64  Mb)  azdır. 

Bundan  başqa,  smartfonda,  FRK-da  mütləq  vacib  olan  “əsas 

idarə qurğusu - stilus" yoxdur, çünki kiçicik ölçüdə ekran üçün 

sadəcə  olaraq,  buna  ehtiyac  yoxdur.  Proqram  təminatında  da 

müəyyən  fərqli  cəhətlər  vardır:  "Windows"un  növbəti 

təkmilləşdirməsi əsasında əldə edilmiş "Phone Edition" proqram 

təminatı  çox  da  geniş  tətbiq  olunmur.  Əksinə,  "SymbianOS" 

xüsusi əməliyyat sistemi ilə idarə olunan qurğulara daha tez-tez. 

rast gəlmək mümkündür. 

Lakin  bütün  bunlara  baxmayaraq,  smartfonlar  FRK-nın 

bütün baza funksiyalarını  yerinə yetirə bilirlər: burada brauzer, 

poçt  kliyenti,  elektron  cədvəli  və  mətn  redaktoru,  planlaşdırıcı 

vardır. Və, əlbəttə ki, oyunlar da mövcuddurlar. 



Uyuşqanlığına görə təsnifat. Dünyada çoxlu adda müxtəlif 

konfiqurasiyalı minikompüterlər istehsal olunur. Onlar müxtəlif 

istehsalçılar  tərəfindən  satışa  buraxılır,  müxtəlif  detallardan 

yığılır  və  müxtəlif  proqramlarla  işləyirlər.  Bu  halda  çox  vacib 

məsələ müxtəlif kompüterlərin öz aralarında uyuşqan olmasıdır. 

Uyuşqanlıqdan    kompüterin  qurğularının  qarşılıqlı  əvəzlənə 

bilməsi,  bir  kompüterdən  digərinə  proqramların  köçürülməsi 

imkanı v ə eyni bir verilənlərlə müxtəlif tip kompüterlərdə birgə 

işləmə  imkanı asılıdır. Aparat uyuşqanlığına görə kompüterlər, 

aparat  platforması  adlanan  anlayışa  görə  f  ərqlənirlər.  Fərdi 

kompüterlər sahəsində bu gün daha geniş iki aparat platforması 

yayılmışdır:  IBM  və  Apple  Macintosh.  Bunlardan  başqa, 

yayılması  ayrı-ayrı  regionlarla  və  ya  sahələrlə  m  əhdudlaşan 

digər  platformalar  da  vardır.  Kompüterlərin  eyni  bir  aparat 

platformasına  aidiyyəti,  onlar  arasında  uyuşqanlığı  artırır, 

müxtəlif  platformalara  məxsusolma  isə  uyuşqanlığı  azaldır. 

Aparat uyuşqanlığından başqa proqram səviyyəsində uyuşqanlıq 

mühümdür. Qeyd edək, IBM və Apple Macintosh kompüterləri 

fərqli  proqram  təminatından  istifadə  edir  yəni,  proqram 

səviyyəsində uyuşan deyil. 

 

 

 

20 



1.4.Müasir fərdi kompüterlənin yaranma tarixi 

Müasir  fərdi  kompüter  elektron  mikrosxemlər  üzərində 

qurulmuş,  ixtiyari  növ  informasiyanın  axtarışı,  qəbulu, 

saxlanması, emalı, əks etdirilməsi və ötürülməsi üçün yaradılmış 

sistemdir, informatikanın əsas alətidir.   

"Kompüter  (Computer)"  sözü  1646  ildən  bəri  İngilis  dildə 

istifadə edilməkdə olduğu halda, 1940-ci ildən əvvəl buraxılan 

lüğətlərdə  "Computer"  sözünün qarşılığı  olaraq  "hesablamaları 

aparan  insan"  tərifi  ilə  qarşılaşırıq.  1940-ci  ildən  əvvəl, 

hesablamaları  həyata  keçirmək  üçün  hazırlanan  və  istehsal 

olunan  maşınlara  hesab  maşını  adı  verildiyi  halda,  "Kompüter 

(Computer)"  sözünün  müasir  mənada  tərifi  və  istifadəsi,  ilk 

elektron  hesablama  qurğularının  genişləndirilməsi  ilə  söz 

mövzusu olmuşdur. 

Elm  və  texnologiyanın  inkişafı  nəticəsində  kompüterlərin 

parametrləri  günbə-gün  yaxşılaşır,  yeni-yeni  texniki  vasitələr 

yaradılır,  mövcud qurğular  daha da təkmilləşdireilirr.  Proqram 

təminatları  kompüterlərin  artan  imkanlarına  uyğunlaşdırılır. 

Böyük  və  kiçik,  mini,  mikro  kompüterlər  arasında  olan  fərq 

aradan qalxır. Mikro kompüterlərin ən geniş yayılmış növü olan 

fərdi  kompüterlər  (FK)  cəld  işləmə  xarakteristikasına  görə 

bundan  əvvəl  mövcud  olan  kompüterləri  çox-çox  geridə 

qoyurlar. 

Fərdi  kompüterlərin  yaranma  tarixi  1974-76-ci  illər  hesab 

olunur.    Amerikanın  "Hewlett  Packard"  şirkətinin  əməkdaşı 



Stiv  Voznyak  70-ci  illərin  ortalarında  tipik  texno-qik  (texnika 

və  kompüter  detalları  ilə  maraqlanan)  idi.  O,  gündüzlər 



"Hewlett Packard" da işləyir, gecələr isə Altair kimi kompüter 

konstruksiyalarının  üzərində  çalışırdı.  O,  ideyasını  həyata 

keçirmək  üçün  işə  dostu  Stiv  Cobsu  da  qoşdu.  Onlar  boş 

vaxtlarını  əllərində  lehimləyici  kompüter  arxasında  qarajda 

keçirirdilər.  

downloaded from KitabYurdu.org




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə