Məmmədov Mahil İsa oğlu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix08.10.2017
ölçüsü0,74 Mb.
#3614
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

 

29 

quruluşu nəzərə alınmırdı. Həmçinin bu cür arxitektura anlayışı 

qurğuların  tərkibini,  prosessor  registrlərinin  sayını,  yaddaş 

tutumunu,  həqiqi  ədədlərin  emalı  üçün  xüsusi  blokun  mövcud 

olub olmamasını, mərkəzi prosessorun takt tezliyini və s. nəzərə 

almırdı.    

Müasir  anlamda  isə  “Kompüterin  arxitekturası”  dedikdə, 

aparat-proqram  vasitələrinin  ümumi  prinsipləri  və  məsələlərin 

həlli  üçün  onların  funksional  imkanlarını  təyin  edən 

xarakteristikaları 

başa 

düşülür. 



Müasir 

kompüterlərin 

arxitekturası  və  arxitekturanın  əsas  komponentləri  şəkil  1.7.1.-

də verilmişdir. 

Müasir  kompüterlərin  arxitekturasının  komponentlərinin 

qısaca olaraq təyinatı və mahiyyətini nəzərdən keçirək: 



Aparat vasitələri: 

  kompüterin  strukturu  -  kompüterin  əsas  qurğuları, onların 

təyinatı, iş prinsipləri, aralarındakı qarşılıqlı əlaqələr. əlaqə-

ləndirmə üsulları və s. nəzərdə tutulur; 

  yaddaşın təşkili - kompüterin yaddaş qurğuları, onların növ-

ləri,  təyinatı,  iş  prinsipi  və  istifadəsi  qaydalarını  nəzərdə 

tutur; 

 

 



Şəkil 1.7.1. Kompüter arxitekturasının əsas 

komponentləri 

 

30 

 

  giriş-çıxışın təşkili - kompüterlərin əsas vəzifəsi informasi-



yanın  emal  edilməsi  və  onun  istifadəçi  üçün  yararlı 

vəziyyətə gətirilməsidir. Bu səbəbdən də istənilən kompüter 

emal  olunacaq  informasiyanın  daxil  edilməsi  və  alınan 

nəticələrin çıxışa verilməsi qurğuları ilə təmin olunmalıdır. 

Bu  komponent  məhz  həmin  qurğular,  onların  təyinatı, 

işləmə  qaydaları  və  onlardan  istifadənin  əsas  prinsiplərini 

əhatə edir; 

  idarəetmə prinsipləri - kompüterin bütövlükdə sistem kimi 

idarə  olunmasını,  eləcə  də  onun  komponentlərinin  idarə 

edilməsinin əsalarını nəzərdə tutur. 



Proqram təminatı: 

  əməliyyat  sistemi -  sistem  proqramlarına  aid  olub kompü-

terin işini təmin edən proqramlar kompleksidir.  Əməliyyat 

sistemləri  kompüterin  konfiqurasiyasının  idarə  edilməsi; 

proseslər, axımlar və tapşırıqların idarə edilməsi;  yaddaşın 

idarə  edilməsi;  giriş-çıxış  alt  sisteminin  idarə  olunması; 

xarici  yaddaşın  idarə  olunması;  fayl  sisteminin  idarə 

edilməsi; 

şəbəkələrin 

dəstəklənməsi; 

informasiya 

təhlükəsizliyinin təmin olunması və s. funksiyaların  yerinə 

yetirilməsini əhatə edir; 

  tətbiqi  proqram  təminatı-  müxtəlif  yönümlü  məsələlərin 

həlli  üçün  yaradılmış  proqramlar,  onların  təyinatı,  iş 

prinsipləri və istifadəsi qaydalarını nəzərdə tutur; 

  proqramlaşdirma  dilləri  -  hazırkı  dövrdə  müxtəlif  təyinatlı 

və  yönümlü  məsələlərin  həlli  üçün  tətbiqi  proqramların 

mövcud olmasına baxmayaraq, bir çox hallarda istifadəçinin 

özü  tərəfindən  yeni  proqramların  tərtibi  tələbatı  meydana 

çıxır.  Proqramlaşdırma  dilləri  məhz  bu  tələbatların 

ödənilməsi üçün istifadə olunan “alətləri”-proqramlaşdırma 

dilləri,  onların  əsas  imkanları,  istifadə  qaydalarını  əhatə 

edir. 


İndiki  nəsilin  bəzi  nümayəndələrini  çıxmaqla  keçmiş  və 

indiki kompüterlərin arxitekturasında məşhur amerika alimi Con 

fon Neyman tərəfüıdən 40-cı illərdə təklif edilən prinsiplər əsas 

downloaded from KitabYurdu.org




 

31 

götürülür.  Başqa  sözlə  desək,  kompüterlər  hələ  ki,  Neyman 

arxitekturası ilə qurulur. 

Neyman arxitekturasının əsas prinsipləri aşağıdakılardır:  

1.Kompüter  proqramla  idarə  olunan  avtomatdır,  yəni 

kompüterin  işləməsi  üçün  proqram  lazımdır.  Proqram  bir 

tərəfdən kompüterin işini idarə edir, digər tərəfdən isə qoyulmuş 

məsələni həll edir.  

2.  Kompüter  ardıcıl  ünvanlanan  vahid  yaddaşa  malik 

olmalıdır.  Yaddaş  birölçülü  və  xəttidir,  yəni  sözlər  vektoru 

şəklindədir. Həmin yaddaşda müəyyən üsulla kodlaşdırılan həm 

proqram, həm də verilənlər saxlanılır.  

3. Əmrlərlə  verilənlər arasında aşkar şəkildə heç  bir fərq 

yoxdur,  yəni  əmrlərə  verilənlər  kimi  baxmaq  olar  və  onlar 

üzərində əməliyyatlar aparıla bilər.  

4.  Verilənlənrin  təyin  edilməsi  aparat  səviyyəsində  yox, 

proqram səviyyəsində aparılır. Məsələn, maşın sözündəki bitlər 

yığımının hər hansı ədəd və ya simvollar sətri olmasını proqram 

müəyyənləşdirir.  

Kompüter  texnikasının  inkişaf  mərhələlərində  Neyman 

arxitekturası  xeyli  təkmilləşdirilmiş  və  kompüterə  qoyulan 

tələblərin 

böyük 

hissəsi 


proqram 

vasitələrinə 

istiqamətləndirilmişdir.  Aparat  vasitələri  ilə  proqram  vasitələri 

arasında qarşılıqlı əlaqələrin yeni səviyyədə təşkili şəkil 1.7.2. -

də göstərilən kompüterin ümumiləşdirilmiş məntiqi strukturuna 

gətirib çıxartdı.  

Kompüterin məntiqi strukturu konstruktiv olaraq müxtəlif 

sinif  kompüterlərdə  müxtəlif  quruluşda  reallaşdırılır.  Neyman 

arxitekturalı hər bir kompüter iki hissədən-mərkəzi və periferiya 

(xarici)  - ibarət olur. Mərkəzi hissə  hesab-məntiq qurğusundan 

(HMQ),  idarəetmə  qurğusundan  (İQ)  və  daxili  yaddaş 

qurğusundan (DYQ)  ibarətdir. Müasir  kompüterlərdə  HMQ  və 

İQ  prosessor  adlanan  bir  qurğuda  birləşdirilir.  Periferiya 

hissəsinə  xarici  yaddaş  qurğuları  (XYQ),  daxiletmə-xaricetmə 

qurğuları  (DXQ)  və  idarə  pultu  (İP)  daxildir.  Köhnə 

kompüterlərdə (I və II nəsil) mərkəzi hissə ilə periferiya hissəsi 

sərt  (dəyişdirilə  bilməyən)  sxemlə  əlaqələndirilirdi.  Bu  isə 

 

32 

periferiya  qurğularının  tərkibini  və  sayını  istifadəçilərin 

tələblərinə  uyğun  quraşdırmağa  imkan  vermirdi.  Müasir 

kompüterlərdə  mərkəzi  hissə  ilə  periferiya  hissəsi  sistem 

interfeysi  adlanan  aparat-proqram  vasitəsilə  əlaqələndirilir.  Bu 

isə  periferiya  qurğularının  sayını  və  tərkibini  dəyişdirməyə 

imkan verir. 

 

 

Şəkil 1.7.2. Kompüterin ümumiləşdirilmiş məntiqi 



strukturu 

 

 

downloaded from KitabYurdu.org



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə