Məmmədov Mahil İsa oğlu


  2.FƏRDİ KOMPÜTERIN QURULUŞU



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix08.10.2017
ölçüsü0,74 Mb.
#3614
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

 

33 

2.FƏRDİ KOMPÜTERIN QURULUŞU 

Fərdi  kompüterlərin  təkmillşdirmələrinin  və  variantlarının 

həddindən  artıq  çox  olmasına  baxmayaraq,  hətta  ekzotik  bir 

kompüterin tərkibi də eyni qurğulardan ibarət olur. Onları şərti 

olaraq 2 hissəyə bölmək olar: 

-  daxili  qurğular  (bəzən  onlar  "komplektləşdiricilər"  də 

adlandırılırlar); 

-   xarici (periferiya) qurğular. 

Cədvəl 2.1. 

Fərdi kompüterin əsas qurğuları 

 

Anakart 


(Mainboard) 

FK-nın digər bütün hissələri anakart üzərinə taxılır. 

 FK-nın  bütün  informasiya  axınını  tənzimləyən,  digər 

komponentlər  arasında  koordinasiya  təmin  edən 

qurğudur. 

Sistem 


bloku 

(Case) 


Anakart və digər bütün  daxili təchizat qurğuları sistem 

blokun içinə montaj edilir. 

Mikroprosessor  

(CPU) 


FK-in  beynidir.  Hesabi  və  məntiqi  əməliyyatları  yerinə 

yetirir. 

Daxili 

Yaddaş  


(RAM) 

FK-də  proqramları  və  sənədləri  aşdıqda  və  üzərində 

işlədilən  müddətdə  yadda  saxlayan  müvəqqəti  daxili 

yaddaş qurğusudur. 

Sərt 

Disk 


(Harddisk) 

Proqramları  və  sənədləri  daimi  olaraq  saxlayan  daimi 

xarici daşınmaz yaddaş qurğusudur.  

Ekran kartı 

Monitorun 

görüntü 


kabelinin 

taxıldığı 

qurğudur. 

Monitorun görüntü keyfiyyəti buna bağlıdır. 

Monitor 

FK-in  standart  çıxış  qurğusudur.  Monitorun  ölçüsü, 

aşağı 

radiasiyalı 



və 

səssiz 


olma 

xüsusiyyəti 

əhəmiyyətlidir. 

CD/DVD-ROM 

sürücüsü 

CD  və  DVD  tipli  daimi  xarici  daşınan  yaddaş  disklərini 

yazıb/oxuyan qurğudur. 

Səs kartı 

Səs tipli informasiyanın mikrafon vasitəsi ilə kompüterə 

daxil  edilməsi  və  səsgüşləndirici  (dinamik)  vasitəsilə 

xaric edilməsini təmin edir. 

Disket sürücüsü 

(Floppy disk 

driver) 


Elastiki  maqnit  disklərindən  (FDD)  ibarət  xarici  daimi 

daşının  yaddaşların  (disket)  yazılıb/oxunmasını  təmin 

edən qurğudur.   

Klaviatura 

FK-in  standart  informasiya  giriş  qurğus  olub,  həm  də 

kompüterin idarə edilməsini təmin edir. 

Mous 

Giriş  qurğusu  olub  kompüterdə  manipulyasiya  işlərini 



icra etmək üçün istifadə edilir. 

 

34 



2.1. Sistem bloku 

Sistem  bloku  (korpus,  case)  —  bu  fərdi  kompüterin  əsas 

elementidir, içəridə kompüterin əsas komponentlərini mühafizə 

edir və birləşdirir, onları  mexaniki zədələrdən və xarici təsirdən 

müdafiə  edir.  Sistem  blokunda  saxlanılan  komponentlər 

kompüterin işləməsi üçün lazım olan ən əhəmiyyətli qurğulardır.   

Kompüter  korpuslarının  hər  biri  müəyyən  məqsəd  üçün 

nəzərdə  tutulmuş  çox  müxtəlif  model  və  növü  mövcuddur. 

Bunlardan ən geniş yayılanları şaquli və üfüqi formalardır. 

Şaquli  forma  (qala,  tower)  sistem  bloku  adətən  masanın 

altında  və  ya  monitorun  yanında  stolun  üstündə  yerləşdirilir. 

Şaquli korpuslar bir neçə növə bölüşür: Slim, Mini-Tower, Midi 

(middle)-Tower, Big (full)-Tower, File Server. 

Slim  –  Flex-ATX  formatının  ana  platası  əsasında  yığılmış 

korpus  öz  ölçüsünə  görə  çox  balacalar.  Üstünlükləri  odur  ki, 

onlar masada minimum yer tuturlar ( və ya masanın altında) və 

çox orijinal görünürlər. 

Amma kifayət qədər böyük miqdarda çatışmazlıqlara malik-

dir:  müasirləşdirmənin  və  təkminləşdirmənin  imkanı  praktik 

olaraq yoxdur, ona görə ki, kompüterin bütün komponentləri bir-

birinə  çox  yaxın  olur.  Soyuma  tam  kifayət  etmir,  buna  görə 

qızma çox tez-tez olur.   

Mini-Tower  (43,2  x  15,2  x  43,2  sm),  -  nisbətən  qısadır, 

əsasən  şaquli  mövqedə  masada  quraşdırma  üçün  nəzərdə 

tutulmuşdur. Bir neçə il əvvəl sistem bloklaru üçün korpusun ən 

tələb edilən tipi idi.  

Onun üzərində 3,5-düym və 5,25-düym elastiki disk qurğu-

larının  istifadəsi  üçün  disk  daşıyıcıları  var  idi.  Belə  tip  əsasən 

ofis  işi  üçün  nəzərdə  tutulmuş  kompüterlərin  quraşdırılması 

məqsədilə  istifadə  olunur.  Bu  gün  belə  korpuslar  istifadədə 

narahatdır,  çünki  onlarda  ATX  formatının  tam  ölçü  ana  pla-

talarını  yerləşdirmək  çətindir.  Bundan  başqa  soyumanın  və 

ventilyasiyanın  əlverişli  sistemini  təşkil  etmək  kifayət  qədər 

çətindir.  Buna  görə  hər  bir  neçə  aydan  bir  daxilində  yığılmış 

downloaded from KitabYurdu.org



 

35 

tozdan təmizləmk tövsiyə edilir. 



Midi (middle) -Tower (49,0 х 17,3 х 43,2 sm), – bu gün ən 

geniş  yayılmış  korpus  formatıdır.  Adətən  o  güclü  oyun  kom-

püterlərində  və  ya  işçi  stansiyalarda  istifadə  olunur.  Ona  tam 

ölçülü ATX ana plata asan yerləşir. Bundan başqa iki və ya üç 

videokart,  bir  neçə  sərt  disk  və  çoxnüvəli  prosessoru  qurmaq 

olur. 


Belə korpus əsasında ev üçün güclü kompüteri yığmaq asan 

olar.  Bu  format  böyük  ölçülərə  malikdir.  Bunun  sayəsində, 

sistem  blokun  havası  əla  təmizlənirlər.  Əlavə  ventilyatorların 

quraşdırılması üçün enmə meydançaları var. Soyuma sisteminin 

təşkili ilə bağlı problemlər yaranmır. 

Ancaq,  öz üstünlüklərinə  baxmayaraq, bəzi  çatışmazlıqları 

da var. O daha çox yerlər tutur.   

Big  (full)  -Tower  (82,0  х  19,0  х  48,2  sm).–  öz  ölçülərinə 

görə  ən  böyük  korpusdur  və  istənilən  ölçülü  sistem  platalarını 

qurmağa imkan verirlər. Bundan başqa onlarda böyük miqdarda 

sərt disk və 5,25-düymlük elastiki disk daşıyıcılar yerləşdirmək 

olur.   

Çox  yaxşı  ventilyasiya  malikdir,  o  böyük  ölçülü  ventilya-

torla  asan  təmin  olunur,  həm  də  korpusun  düzgün  konstruk-

siyasına görə bu korpuslu kompüter çox qızmayacaq. 

Əsasən  belə  korpuslar  kiçik  serverlər  və  ya  kompüterlər 

üçün tətbiq edir. 

File  Server  -  serverlərin  yaradılması  üçün  istifadə  olunur. 

Adətən o 3,5-düym disk qurğuları üçün 8-dən 10-a qədər bölmə 

və 5,25-düym disk qurğuları üçün bir neçə bölmə  yerləşdirilir. 

Belə  korpuslar  güclü  soyutma  və  ventelyasiya  sisteminə 

malikdir. 

Qabaq panel müxtəlif indikatorlara malikdir, bu indiqatorlar 

real  zamanın  rejimi  ilə  FK-ın  işində  bütün  dəyişiklikləri  əks 

etdirirlər  (RAID-massivin  fəallığı,  şəbəkənin  fəallığı  və 

başqaları).  Həmçinin  içəridə  serverin  qurğularının  daha  cox 

soyuması üçün bir neçə əlavə kuler qurur. 

Bir  neçə  qidalandırma  bloku  qurur,  bütovlükdə  sistemin 

səhvə davamlılığını yüksəldir: qidalandırma bloklarından birinin 

 

36 

sıradan  çıxması  halında  sistem  əlavə  qidalandırma  blokuna 

avtomatik keçir və ondan qidalanır. 

Korpusların üfüqi forması "desktop" (ing. - desktop) adlanır. 

"Desktop" formalı korpus iş stolunda quraşdırma üçün nəzərdə 

tutulmuşdur. Adətən o kiçik ölçülərə malikdir və üfüqi yerləşmə 

üçün yarayır, və monitoru onun üzərində qurmağa imkan verir. 

Belə konstruksiyanın zahiri görünüşü kifayət qədər zərifdir, 

amma  "desktop"  korpusuyla  evdə  kompüterin  yığılması  və  ya 

təmiri kifayət qədər çətindir və narahatdır. Bundan başqa, daxili 

həcm  olduqca  azdır,  qidalandırma  blokları  bir  qayda  olaraq, 

kiçik gücə malikdirlər. 

 

 

 



Şəkil 2.1. Korpus tipləri 

  

Qabaq  hissə.  Sistem  blokunun  qabaq  hissəsində  2  əsas 



düymə vardır: 

• Power. Kompüteri işə salmaq (qoşmaq) üçün açardır; 



• Reset düyməsi kompüteri yenidən işə salmaq (restart) üçün 

istifadə  olunur.  Kompüterin  işində  müəyyən  səhvlər  olduqda 

(məsələn, proqramlar və ya avadanlıqlar arasında münaqişə baş 

downloaded from KitabYurdu.org




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə