MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə10/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   6   7   8   9   10   11   12   13   ...   228

 

21

Bu tədqiqatlar torpaqların bonitirovkasına dair qəbul olunmuş  əsasda (Sobolyev, 1958, 1963), lakin 



respublikanın torpaq örtüyünün aqroekoloji xüsusiyyətləri nəzərə alınmaqla, həm dağ  və dağətəyi, həm də 

düzənlik sahələrdə aparılmışdır. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsir göstərən torpağın aqroekoloji 

xüsusiyyətləri aşkar edilmiş, yerli şəraitdə torpaqların keyfiyyətcə qiymətləndirilməsinin metodikası  işlənmiş, 

əsas torpaqların qiymət şkalaları, torpaqların bonitet kartoqramları tərtib edilmişdir.  

Azərbaycanda torpaqların bonitirovkasının inkişafını üç mərhələyə bölmək mümkündür: 

I mərhələ 1965-ci ilə  qədərki dövr olub, akademik V.R.Volobuyevin (1961, 1963) tək-tək işləri nəzərə 

alınmasa, torpaqların bonitirovkasına dair iri həcmli tədqiqat işləri demək olar ki, aparılmamışdır 

(R.Q.Məmmədov, 1962; V.R.Volobuyev, M.E.Salayev, Y.İ.Kostyuçenko, 1967 və s.).  

II mərhələ (1966-1975) – bu dövrdə bir sıra tədqiqat işləri (Y.İ.Kostyuçenko, 1966; MPBabayev, 1967; 

R.Ə.Əliyeva, 1971; Ş.G.Həsənov, 1972; Q.F.Əliyev, 1973; Q.Ş.Yaqubov, 1975) aparılmış və ilk nəticələr əldə 

edilmişdir. Bu dövrdə torpaqların bonitirovkası sahəsində ilk dissertasiya işi Y.İ.Kostyuçenkoya (1966) məxsus 

olmuşdur. Müəllif tərəfindən ilk dəfə olaraq Arazboyu ərazinin dağ-şabalıdı  və boz-qəhvəyi torpaqlarında 

münbitlik amillərinin taxıl bitiklərinin məhsuldarlığına təsiri və onların korrelyativ əlaqəsi tədqiq edilmişdir.  

Özünün dissertasiya işində MPBabayev (1967) Qarabağ düzü torpaqlarının genetik xüsusiyyətləri ilə yanaşı, 

onların keyfiyyət səciyyəsini vermişdir. Tədqiqatçı  Ağdam rayonu torpaqlarının aqroistehsal qruplaşmasını 

aparmış, onların bonitet şkalasını və torpaqlarının bonitet kartoqramını tərtib etmişdir.  

İlk dəfə  R.H.Məmmədov (1969, 1981)  tərəfindən torpaqların aqrofiziki xassələrinə görə 

qiymətləndirilməsinin vahid metodikası təklif olunmuşdur. O, çoxsaylı riyazi hesablamalar nəticəsində torpağın 

kimyəvi, fiziki xassələri ilə  kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı arasında qarşılıqlı  əlaqənin olduğunu 

müəyyən etmişdir.  

Suvarılan torpaqlarda bonitirovkanın metodikasını, regional bonitet şkalalarını  və uyğun olaraq təshih 

əmsallarını (qranulometrik tərkib və şorlaşma dərəcəsini) hazırlamaq məqsədilə R.Ə.Əliyeva (1971) tərəfindən 

Salyan rayonunun qədimdən suvarılan pambıq sahələrində tədqiqat işləri aparılmışdır. Tədqiqatın çöl, laborato-

riya işləri və riyazi hesablamaları nəticəsində pambığın məhsuldarlığı ilə torpağın ayrı-ayrı parametrləri arasında 

korelyativ əlaqə müəyyən olunmuşdur.  

Azərbaycanın cənub-qərb bölgəsi torpaqlarının bonitirovkasının  əsas prinsipləri  Ş.G.Həsənov (1972) 

tərəfindən işlənmişdir. 

Q.F.Əliyev (1973) eroziyaya məruz qalmış torpaqları qiymətləndirmək məqsədilə Şahbuz rayonunda, dağlıq 

şəraitdə müxtəlif torpaq növmüxtəliflikləri arasında keyfiyyət fərqlərini müəyyən etmişdir.  

Yem sahələrinin qiymətləndirilməsi ilk dəfə Q.Ş.Yaqubov (1975) tərəfindən  şimal-qərbi Qobustanın qış 

otlaqlarında aparılmışdır; nəticədə rayonun bütövlükdə  və  Şamaxı rayonunun kolxozlarının otlaq sahələrinin 

torpaqları qiymətləndirilmişdir.  

III mərhələ torpaqların bonitirovkasında müasir mərhələ olub, tədqiqatlarda yeni istiqamətləri özündə 

birləşdirir. Bu mərhələdə dissertasiya işləri (Q.Ş.Məmmədov, 1978, A.H.Vəliyev, 1981; F.L.Piriyeva, 1984; 

S.M.Hüseynov, 1985; Ə.Ə.Mikayılov, 1986; F.D.Ayvazov, 1989; H.M.Hacıyev, 1990; M.M.Əsgərova, 1990; 

K.Ş.Allahverdiyev, 1990; S.R.Tağıyev, 1991) yazılmış, bir sıra tədqiqatlar aparılmış  və elmi əsərlər nəşr 

etdirilmişdir (Q.Ş.Məmmədov, 1976-1984; Ş.G.Həsənov, Q.Ş.Məmmədov, 1978; Q.Ş.Məmmədov, 

S.D.Yaqubova, 1979; N.K.Mikayılov, Q.Ş.Məmmədov, 1978; A.H.Vəliyev, 1979, 1981; N.K.Mikaylov, 

Q.Ş.Məmmədov, A.H.Vəliyev, 1979; S.M.Hüseynov, 1984 və b.). 

Respublikamızda torpaqların bonitirovkasının indiki mərhələsində səciyyəvi xüsusiyyət faktik materialların 

təhlili zamanı riyazi metodların geniş cəlb olunması, TÖS (torpaq örtüyü strukturu) nəzərə alınmaqla ayrı-ayrı 

landşaft komplekslərinin qiymətləndirilməsidir.  

İlk dəfə  Q.Ş.Məmmədov (1976)  tərəfindən torpaqların bonitirovkası zamanı bioiqlim potensialının (BİP) 

zəruriliyi və əhəmiyyəti göstərilmişdir. Bu onunla əsaslandırılmışdır ki, otlaq sahələrinin yemlilik dəyəri (yemin 

keyfiyyəti) iqlim amillərindən asılıdır (Şaşko, 1969, Əyyubov, 1975). Torpaq bonitetinin bioloji məhsuldarlığı 

və otlaq sahələrinin müqayisəli dəyərlilik  əmsalı müəyyən olunmuşdur. Torpağın yuyulma, şorlaşma, 

mədəniləşmə, hidromorfizm və qranulometrik tərkibinə görə  təshih  əmsalları sistemi təklif olunmuşdur. Bu 

təshih  əmsallarının tətbiqi ilə otlaq sahələrinin torpaqlarının qapalı bonitet şkalası  tərtib olunmuşdur.  İlk dəfə 

hər fitosenozun potensial imkanını müəyyən edən yem vahidi xəritəsi tərtib edilmişdir. Təbii otlaq sahələrinin 

balla qiymətləndirilmiş torpaq istifadəçilərinin xəritəsi tərtib edilmişdir.  

D.R.Əhədov (1979) tərəfindən Astara rayonu hüdudlarında çayayararlı torpaqların bonitirovkası üçün krite-

riyalar təyin edilmiş  və ilk dəfə olaraq bonitirovka işlərində çayçılığın intensivləşdirmə  səviyyəsinə diqqət 

yetirilmişdir.  

Lənkəran vilayətində çay və üzümaltı torpaqların aqroekoloji xüsusiyyətləri, bonitirovkası  və onlardan 

səmərəli istifadə edilməsi  A.H.Vəliyev (1981)  tərəfindən öyrənilmiş, torpağın xassələri ilə  məhsuldarlığı 

arasında  əlaqəsi, o cümlədən qranulometrik tərkib, yuyulma dərəcəsi, gilləşməsi, torpağın sıxlığı üçün təshih 

əmsalları tapılmış, üzümün məhsuldarlığı ilə torpaqdakı karbonatlar arasında riyazi asılılıq müəyyən 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə