MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə106/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   102   103   104   105   106   107   108   109   ...   228

 

204


Gil  və  gillicə Gilli 

 

şistlər Holloidlər Daş  kömür 



Lös Gilli 

 

şistlər Dəmir  oksidi 



Vulkanik  kül 

Vulkanik tuflar 

Olit    dəmir kül-

çəsi 

Neft 


 

II – Çöküntü  süxurlar.  Bu  süxurların  əmələ  gəlməsində  4  mərhələ  ayrılır: 1) aşınma  nəticəsində  materi-

alların  toplanması, 2) Aşınmış  materialın aparılması, 3) Onların  çökməsi, 4) Daşlaşması. 

Çöküntü  süxurlar  püskürmə  süxurlarından  tərkib  və  quruluşlarına  görə  fərqlənirlər. Onlar  yumşaq, sə-

pələnən  və  sementləşmiş  olur.Çöküntü  süxurların  tərkibində  dəmir  oksidi çox olur, ümumi  kalium  natriu-

ma  nisbətən  üstünlük  təşkil  edir. 

Çöküntü  süxurlar  mexaniki, kimyəvi  və  orqanogen  olur  (cədvəl 11.2). 

Genetik  xüsusiyyətlərinə  görə  çöküntü  süxurları  elüvial, delüvial, prolüvial, alüvial  və  kolüvial  süxurla-

ra  bölünür. 

Elüvi və ya elüvial  çöküntü  aşınmış  dağ  süxurlarının  aşındığı  yerində  qalmasıdır. 

Delüvi  - xırda  hissəciklərin  yamacların  aşağı  hissələrində  toplanmasına  deyilir. Belə  çöküntülərin  xa-

rakterik  cəhəti  onun  təbəqə – təbəqə  olmasıdır. 

Prolüvi – yamac  su  axınlarının  gətirmə  konuslarında  topladığı  materiala  deyilir. 

Allüvial  çöküntülər  nisbətən  az  sürətlə  axan  böyük  və  kiçik  çayların  gətirdiyi  çöküntülərdir.Yaxşı  çe-

şidləşmiş  və  yuvarlanıb  hamarlanmış  xırda  hissəciklərdən  ibarətdir.Çaybasar  sahələrdə  tipik  allüvi  çökün-

tüləri  toplanır. 

Kolyuvi – dağlıq  ərazidə  yamacların  aşağı  hissəsində  öz  ağırlığı  ilə  və  ya  şaxtaların  təsirilə  toplanan  

qırıntı  (parçalanmış)  materiala  deyilir. 

Aşınma  məhsullarının  külək  vasitəsilə  bir  yerdən  başqa  sahəyə  aparılması  aşınma  məhsulunun  xüsu-

siyyətlindən  və  küləyin  sürətindən  asılıdır. Süxurların  külək  vasitəsilə  uzaq  məsafələrə  daşınması  səhra  

və  yarımsəhra  şəraitində  daha  intensiv  gedərək  eol  mənşəli  çöküntülər  əmələ  gətirir. 

Respublikamızın  ərazisində  torpaqəmələgətirən  süxurlardan  əsasən  karbonatlı  löslər, lösəbənzər  gillicə-

lər, karbonatsız  gillicələr, allüvial  gillicələr, qumlar, duzlu  süxurlar  və  başqalarını  göstərmək  olar.  

 



 

205


11.4. Süxurların aşınması 

 

Massiv - kristal süxurların aşınması.  

Süxur və ya minerallar əmələ gəldiyi yerdəki şəraitdən kəskin ayrılan şəraitə düşdükdə dəyişikliyə uğrayır. 

Massiv-kristal, çöküntü və metamorfik süxurlar səthə çıxarkən mexaniki surətdə xırdalanmağa məruz qalır, kim-

yəvi və bioloji dəyişikliyə uğrayır. Yer qabığının üst səthində gedən bu proseslərin cəminə aşınma deyilir. 

Aşınma zamanı temperatur, su, karbon qazı, oksigen, həmçinin orqanizmlərin fəaliyyəti nəticəsində gedən 

biokimyəvi hadisələr böyük rol oynayır. 

3 aşınma tipi müəyyən edilmişdir: fiziki, kimyəvi və bioloji. Bunlar praktiki olaraq eyni vaxtda baş verir. 

Müxtəlif şəraitlərdə gah bir, gah da digər aşınma tipi üstünlüyə malik olur. 



Fiziki aşınma zamanı süxurlar mexaniki surətdə müxtəlif ölçülü hissələrə parçalanır, lakin onların kimyəvi 

tərkibi dəyişmir. 



Kimyəvi aşınmada isə ilkin mineralların kimyəvi tərkibi dəyişir, yeni minerallar əmələ gəlir, çox vaxt yeni 

yaranan mineralların kimyəvi tərkibi ilkin minerallardan sadə olur. 



Bioloji aşınma – canlı orqanizmlərin təsiri nəticəsində süxur və mineralların xırdalanması prosesinə və onla-

rın kimyəvi tərkibinin dəyişməsinə bioloji aşınma deyilir. 



Fiziki aşınma. Fiziki aşınmanın əsas səbəbi yer səthində sutkalıq və mövsümi temperaturun dəyişməsidir. 

Günəş şüası altında süxurun üst qatları güclü qızır, alt qatları isə istiliyi yaxşı keçirməməsilə əlaqədar öz əvvəlki 

temperaturunu saxlayır. Qızmış üst təbəqə genişlənir, onda gərginlik yaranır və çatlar əmələ gəlir. 

Günəş süxuru qızdırmadığı vaxt isə süxurun üst təbəqəsi şüaları buraxaraq tez soyuyur və sıxılmağa başlayır, 

süxurun daxili hissəsi isə öz temperaturunu saxlayır, həcmi isə dəyişmir. Belə olduqda, süxurun səthində yaran-

mış gərginlik nəticəsində radial istiqamətdə çatlar əmələ gəlir. Bu çatlara dolan su donarkən öz həcmini böyü-

dür, bunun nəticəsində çatların həcmi də genişlənir. 

Süxurda üfüqi və şaquli çatların sayı get-gedə artır və nəticədə yumşaq süxur əmələ gəlir, yəni süxurun müx-

təlif ölçülü qırıntıları və xırda hissələri yaranır. 

Müxtəlif mineralların genişlənməsi əmsalı eyni olmadığı üçün mürəkkəb süxurlar, bəsit (sadə) süxurlara nis-

bətən sürətlə aşınır. Fiziki aşınma prosesində xırdalanan hissələrin ölçüsü yəqin ki, 0,001 mm-dən kiçik olmur. 

Torpaqəmələgəlmə prosesində fiziki aşınma böyük əhəmiyyətə malikdir, o, kimyəvi və bioloji aşınmanın in-

tensiv getməsinə şərait yaradır. Bu onunla aydınlaşdırılır ki, hissələr xırdalandıqca onun xüsusi səthi böyüyür  

və bununla da aşınmanın kimyəvi və bioloji amilləri ilə daha asan əlaqə yaranır. 



Kimyəvi aşınma – Kimyəvi aşınma zamanı minerallar parçalanmaya və sintezə məruz qalır. Bunun nəticə-

sində ilkin süxurda olmayan yeni minerallar yaranır. Kimyəvi aşınmanın əsas amilləri – su, oksigen, karbon qazı 

və temperaturdur. 

Qranitin tərkibinə kvars, çöl şpatı, avqit, slyuda və digər minerallar daxildir. Kvars (SiO

2

) yer səthində çox 



davamlı mineral olduğu üçün planetimizdə olduqca çox toplanmışdır. Çöl şpatı kimyəvi təsirə qarşı az davamlı-

dır. 


Kimyəvi aşınma prosesinin intensivliyinə görə iki əsas tip ayrılır: sialit və allit. Sialit aşınma tipi mülayim 

iqlimi və orta miqdarda atmosfer yağıntıları olan ərazi üçün xarakterikdir. Bu zaman aşınma zamanı əsasən alü-

mosilikatlar və ferrisilikatlar yaranır. 

Allit tipli aşınma rütubətli və isti iqlimi olan ərazi üçün xarakterikdir. Belə şəraitdə süxurda intensiv hidroliz 

gedərək alüminium, dəmir və silisium hidroksidləri əmələ gəlir. 

Bioloji aşınma. – Minerallara bitkinin kökləri, həmçinin mikrobların, bitkinin və heyvanat aləminin fəaliy-

yəti nəticəsində ayrılan və onların çürüməsindən alınan məhsullar təsir göstərir. 

Orqanizmlər davamlı məhsulların aşınmasına böyük təsir göstərir. Akademik V.İ.Vernadski canlı orqanizm-

lərin aşınma prosesində böyük əhəmiyyətini qeyd edərək, belə hesab edir ki, kaolin abiotik şəraitdə davamlıdır. 

Lakin o, orqanizmlərin bilavasitə iştirakilə, yəni bioloji olaraq parçalanır. Bəzi yosunlar silisium turşuları  ayıra-

raq kaolini parçalayır. Belə parçalanma yosunlar tərəfindən ayrılan və tərkibində pektin maddələri olan seliyin 

təsirilə gedir.  

Yağlı-turşu və nitrifikasiya mikroorqanizmləri ayırdığı maddələrlə apatit və silikatları sürətlə parçalayır. Sü-

xurların səthinə göy-yaşıl yosunlar da böyük təsir göstərir. Belə yosunlar və nitrifikasiya bakteriyaları qranitə 

böyük təsir göstərir. 



Çöküntü süxurların aşınması.- Yer səthində çöküntü süxurları  daha geniş yayılmışdır. Bu süxurlar müxtə-

lif torpaqların formalaşmasında çox iştirak edir. 

Çöküntü süxurlar törəmə (təkrar) süxurlar hesab olunur. Bu süxurların tərkibində həm ilkin minerallar, həm 

də massiv kristallik və metamorfik süxurların aşınması nəticəsində əmələ gələn davamlı minerallar vardır. Çö-

küntü süxurların aşınması xüsusiyyəti onun quruluşundan və kimyəvi tərkibindən asılı olaraq gedir. Məsələn, 

konqlomerat və brekçiya əsasən ilkin süxurlardan təşkil olunub, ancaq sementləşmiş maddəsində aşınma prose-

sində yaranan törəmə minerallar iştirak edir. Belə halda çöküntü və ilkin süxurların aşınması prosesində az fərq 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə