MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə108/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   104   105   106   107   108   109   110   111   ...   228

 

207


maddələrlə zənginləşdirir, onun su və hava rejimini dəyişdirir. Qrunt suları səthə yaxın yerləşərsə torpağı hədsiz 

rütubətləndirir, onun şorlaşmasına və bataqlaşmasına səbəb olur. 



Ölkənin (ərazinin) yaşı (vaxt) torpaqəmələgətirən amil kimi.  Hər hansı torpaq tipinin yaranması üçün 

müəyyən vaxt lazımdır. Burada torpağın mütləq və nisbi yaşını ayırmalıdır. Məlum olduğu kimi keçmiş SSRİ-

nin şimal hissəsi yaxın vaxtlarda buzlaqlardan azad olmuşdur. Cənubi Rusiya və Qazaxıstan çölləri (stepləri), 

Türkmənistan və Özbəkistan səhraları, Sibirin və Uzaq Şərqin bir hissəsində buzlaq olmamışdır.  

Tundra torpaqlarını şərti olaraq ən cavan, podzol torpaqları orta yaşlı, qaratorpaq və şabalıdı torpaqları isə 

yetişmiş yaşlı torpaqlar hesab etmək olar. Ən cavan torpaqlar  çayların  gətirmə konuslarında, müasir allüvial 

çöküntülər üzərində inkişaf edən torpaq hesab olunur. 

Beləliklə, torpağın mütləq yaşının başlanğıcı qurunun buzlaqdan, dəniz, göl, okean altından azad olması vax-

tı hesab olunur. Torpağın nisbi yaşı dedikdə isə onun vaxta görə formalaşması sürəti (müddəti) nəzərdə tutulur. 

H. Bennetə görə ana süxurdan 2-3 sm torpağın yaranması üçün 200-1000 il vaxt lazımdır.  



Orqanizimlər və torpaqəmələgəlməsi. 

Torpaq orqanizmləri. Torpağın münbitliyinin yaranmasında canlı orqanizmlər və torpağın üzvi maddələri 

əsəs amil sayılır.  

Torpaqda və onun səthində bakteriyalar, göbələklər, aktinomisetlər, yosunlar, şibyələr, ali bitkilər (mamırlar, 

ayıdöşəyilər, otlar, ağac bitkiləri), ibtidailər, soxulcanlar, həşəratlar və məməlilər yaşayır. 

Əgər edofonu torpaqəmələgəlmə prosesində əhəmiyyətinə görə cərgələrə bölüşdürəsi olsaq, onda birinci cər-

gədə bakterialar, ikincidə –aktinomisetlər, üçüncüdə isə göbələklər durur. İbtidailərə, amyöblərə  və yosunlara 

torpaqda az rast gəlinir.  

Y.H.Mişustinə görə kasıb torpağın (məsələn podzolun) 1qramında 0,3-0,6 milyard, münbit qaratorpaqda –2-

3 milyard mikrob vardır. Suvarılan səhra boz torpağının 1 qramında da mikroorqanizimlərin miqdarı 3milyarda 

çatır.  


Bakteriyalar torpaqda olan mikrocanlıların  ən çoxunu təşkil edir. Bakteriyasız torpaq yoxdur. Onun çox 

miqdarı torpağın üst, əsasən şum qatında yerləşir. 

Oksigenə tələbinə görə bakteriyalar aerob, anaerob, və fakültətiv bakteriyalara bölünür. Aerob bakteriyalar yal-

nız havanın oksigeni şəraitdə, anaerob bakteriyalar havasız şəraitdə, fakültətiv bakteriyalar isə həm havalı, həm də 

havasız şəraitdə fəaliyyət göstərir. 

Çöpşəkilli bakteriyalar batsilla, kürəşəkilli bakteriyalar-kokki, bükülmüş bakteriyalar-spiril, çox bükülmüş 

bakteriyalar isə spiroxetlər adlanır. Bakteriyalar bitki aləminə daxil olanda hüceyrələrində xlorofil olmur.  

Hərəkətli və  hərəkətsiz bakteriyalar mövcuddur. Qidalanmasına görə bakteriyalar avtotrof  və  heterotrof 

bakteriyalara bölünürlər. Avtotrof bakteriyalar karbon qazını mənimsəyərək və karbondan istifadə edərək üzvi 

maddələr yaratmaq qabiliyyətinə malikdir. Heterotrof bakteriyalar isə karbonu yalnız hazır üzvi birləşmələrdən 

mənimsəyir.  

Energiyadan istifadəsinə görə bakteriyalar fotoavtotrofhemoavtotrof və heterotrof bakteriyalara bölünür. 

Fotoavtotroflar günəş işığından, hemoavtoqraflar-mineral birləşmələrin oksidləşməsi zamanı ayrılan energi-

yadan, heteroqraf bakteriyalar isə üzvi birləşmələrin oksidləşmələrindən alınan energiyadan istifadə edirlər.  

Torpaqda hemotraf  bakteriyalar geniş yayılmışdır. Bunlardan dəmir bakteriyaları böyük maraq doğurur. On-

lar dəmirin aşağı oksidli birləşməsini dəmir oksid formasına çevirir: 

2FeCO

3

+3H



2

O+O=2Fe(OH)

3

+2CO


2

+121.2 coul 

Təbiətdə azotun dövranında bilavasitə iştirak edən bakteriyalar xüsusi yer tutur. Bunlar torpaqda nitrifikasi-

ya prosesi apararaq ammoniumu azot turşusuna çevirir:  

2NH


3

+3O


2

=2HNO


2

+2H


2

O+718.9 coul 

belə oksidləşmə reaksiyası Nitronomonos tipli bakteriyaların köməyilə gedir. 

 

Sonra azot turşusu nitrat turşusuna qədər oksidləşir:  



2HNO

2

+O



2

=2HNO


3

+108.7 coul 

Bu reaksiyada nitrobacterlər iştirak edir. 

Nitrifikasiya prosesindən başqa torpaqda mikroorqanizmlərin təsirilə başqa bir proses denitrifikasiya və ya 

nitratların sərbəst azota qədər reduksiya prosesi gedir. Bu proses iki mərhələdə keçir: əvvəlcə nitratlar nitritlərə 

qədər, sonra isə nitritlər – sərbəst azota qədər bərpa (reduksiya) olunur. 

C

6

H



12

O

6



+4NO

3

=6CO



2

+6H


2

O+2N


2

 

və ya 



3C+4KNO

2

+H



2

O=2KHCO


3

+K

2



CO

3

+2N



2

 

Denitrifikasiya prosesi denitrifikator bakteriyaların təsirilə baş verir. 



Mühüm orqanizmlərdən 1860-cı ildə İ.S.Voronin tərəfindən tapılan hemotroflar – kök bakteriyaları və anae-

rob mikroorqanizmin – klostridiumu göstərmək olar. Hər iki mikroorqanizm növü azotun dövranında fəal iştirak 

edir, odur ki, onların torpaqəmələgəlmədə və torpağın münbitliyində böyük əhəmiyyəti vardır. 

İlk dəfə 1938-ci ildə fransız kimyaçısı Bussenq aşkar etmişdir ki, paxlalı bitkilərdən sonra torpaqda daha çox 

azot toplanır. 



 

208


Aktinomisetlər və ya şüalı göbələklər torpaqda, suda və peyində geniş yayılmışdır. 1qram torpaqda aktino-

misetlər 15…36 milyona, və ya 1 hektarda 500:700 kq-a qədər ola bilər. Aktinomisetlər humusun (çürüntünün) 

əmələ gəlməsində fəal iştirak edir. 

Göbələklər –tipik heterotroflar, yəni hazır üzvü maddələrlə qidalananlar hesab olunur. Göbələyin vegetativ 

gövdəsi mitseli adlanır. Ali göbələklərin mitseliləri çoxhüceyrəli olur. 

Göbələklər torpaqəmələgəlmə prosesində böyük əhəmiyyətə malikdir, onlar mürəkkəb üzvi maddələri mine-

ral birləşmələrə  qədər parçalaya bilir. Göbələklər özündən sonra torpaqda suya davamlı struktur yarada bilən 

çoxlu humus saxlayır.  



Yosunlar. Yuxarıda göstərilən bitki orqanizmlərindən fərqli olaraq yosunlar öz hüceyrələrində xlorofil sax-

layır. Onlar işıq şəraitində mineral birləşmələrdən üzvi maddələr yaratmaq qabiliyyətinə malikdir (fotosintez). 

Yosunlar torpaqda, ən çox torpağın üst qatında hərtərəfli yaranıb. Torpaq səthinin nəmliyi yosunların əmələ 

gəlməsi üçün mühüm şərait sayılır. İşıqda yosunlar karbondan – CO

2

-dən istifadə edir,azotu  isə  mineral  birləş-



mələrdən  mənimsəyir.Torpaqda  yosunlar  süxurların  aşınması  prosesində  fəal  iştirak  edir. Diatom  yosunları  

qrupu  əsasən  alümosilikatları  parçalayır. 

Bəzi  göbələklərlə  birlikdə  yosunlar  da  CO

2

 – dən  istifadə  edərək  üzvi  maddələrin  toplanmasında  işti-



rak  edir. 

Yaşıl, göy-yaşıl və diatom yosunlar mövcuddur. 



Şibyələr. Yerüstü yosunlar olub birgə yaşayan göbələklər qrupudur. Beləliklə, şibyədə iki bitki – göbələk və 

onun üzərində yerləşib birgə yaşayan yosun görünür. Bu iki bitkinin simbiozunda yosunlar bütün yaşıl bitkilər 

kimi üzvi maddələr sintez edir, bu zaman onlar  şibyələrin əldə etdiyi sudan istifadə edir, göbələk isə yosunların 

hüceyrələrindən qismən qida kimi istifadə edir. Şibyələrə həm ağaclarda, həm yerdə, qayalarda, daş üzərində, 

dəmir yzərində, hətta şüşə üzərində rast gəlmək olar. 

Mamırlar şibyə və yosunlardan daha inkişaf etmiş vegetativ və çoxalma üzvlərilə seçilir. Mamırlar yaxşı in-

kişaf etmiş xloroplastı olan avtotrof orqanizimlərdir. Boyları 20…30 sm-dən hündür olmur. Kökləri olmur, 

sübstrata xüsusi tükcüklərlə – rizoidlərlə yapışır. Quş mamırının gövdəsi və xırda yarpaqları olur. Sfaqnum və 

ya torf mamırının da  gövdə və xırda yarpaqları olur, onlar həmçinin çoxlu miqdarda havalı hüceyrələrə də ma-

lik olur.  

Mamırlar və şibyələr yararsız sahələrdə, daşlar üzərində pioner bitki kimi inkişaf edir. Məhv olarkən mamır-

lardan çoxlu üzvi  maddələr qalır, sonralar onların üzərində çiçəkli bitkilərin inkişafına şərait yaranır. Mamır-

lar—bataqlıqlarda və bataqlıq meşələrdə əsas torfəmələgətirən bitki sayılır. 



İbtidailər. Torpaqda yaşayan ibtidailərə qamçılılar, kökayaqlılar və infuzorlar daxildir. İbtidailər – aerobdur-

lar. Üzvi maddələrlə zəngin olan torpaqlarda amyöblər yayılır. İbtidailər mürəkkəb üzvi maddələri daha sadə üz-

vi maddələrə çevirir.  

Heyvanat aləmi. Torpaqda çoxlu miqdarda soxulcanlar, qurdlar, gəmiricilər, qarışqalar və həşəratların sürfə-

ləri yaşayır. Onlar öz həzm yolundan xırdalanmış üzvi maddələri keçirərək torpağı ifrazatları ilə zənginləşdirir 

və torpağın mikro və makrostrukturunun yaranmasına şərait yaradır. Bu canlılar həm də torpağı qarışdırır, xırda-

layır, bununla da torpağın aerasiyası yaxşılaşır və torpaqəmələgəlmə prosesi sürətlənir. 

Torpaq soxulcanları öz orqanizmlərindən il ərzində bir hektara 25 ton torpaq keçirir. Soxulcanların ifrazatları 

azot və fosforla zəngin olub, suyadavamlı aqreqatlar yaradır. Soxulcanlar öz həyat fəaliyyəti nəticəsində torpa-

ğın fiziki xassələrini yaxşılaşdırır (məsaməliyi, susızdırmanı).  

Ali bitkilərin torpaqəmələgəlmədə rolu xüsusilə V.R.Vilyams tərəfindən aşkara çıxarılmışdır. O üzvi maddə-

lər yaradan 3 ali yaşıl bitki formasiyası və 3 mikroorqanizmlər qrupu ayırır. 

1.

 



Ağac formasiyası – anaerob mikroblarının zəif iştirakilə ağac bitkilərinin göbələk orqanizmlərilə birliyi. 

2.

 



Ot çəmən formasiyası – əsasən mezofil çəmən bitkilərinin anaerob və aerob bakteriyalarilə birliyi. 

3.

 



Ot çöl (bozqır) formasiyası – kserofil çöl otlarının aerob bakteriyalarilə birliyi. 

İynəyarpaqlı ağacların iştirakilə ağac bitkilərinin altında podzoləmələgəlmə prosesi gedir və podzol torpaq-

lar yaranır. 

Mezofil çəmən ot bitkiləri altında rütubətli çimli-podzol, çimli-çəmən və çimli torpaqlar yaranır. 

Çöl (kserofil) bitkiləri altında çöl (bozqır) torpaqları (qaratorpaq, şabalıdı torpaq) və səhra torpaqları (boz-

qonur) əmələ gəlir. 



Antropogen amil. (insanın təsərrüfat fəaliyyəti) Antropogen amillər bütün torpaq tiplərinə öz təsirini göstər-

mişdir. Bununla əlaqədar olaraq çox yerdə təbii torpaq tipi qalmamışdır, yeni mədəni torpaqlar yaranmış-



dır: bataqlıqlar qurudulmuş, səhra, çöl torpaqlarında suvarılma tətbiq olunmuş, şoran torpaqların meliorasiyası 

işləri aparılmışdır. Dağ ərazilərdə meşələrin yerində bağlar, üzümlüklər yaradılmış, bəzi yerdə təbii relyef dəyiş-

miş, yamaclar terraslara çevrilmişdir.  

Müasir insan nəinki bioloji, hətta geoloji amil olmuşdur. 

 

 



XII Fəsil 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə