MəMMƏdov qəRİb xəLİlov mahmud


TORPAĞIN QORUNMASI VƏ SƏMƏRƏLİ İSTİFADƏSİ



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə109/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   105   106   107   108   109   110   111   112   ...   228

 

209


TORPAĞIN QORUNMASI VƏ SƏMƏRƏLİ İSTİFADƏSİ 

12.1. Dünyanın torpaq resursları və istifadəsi 

Qurunun sahəsi buzlaqlarla birlikdə 149 mln. km

2

 təşkil edir. Bura həmçinin həyatsız səhralar, su anbarları 



və torpaq örtüyü zəif inkişaf etmiş və ya dağılmış sahələr də daxildir .Bunlardan buzlaqlar 16 mln kv. km, buz-

laqlardan azad olmuş sahələr isə 133 mln. kv.km təşkil edir . Qurunun nisbətən istifadə üçün yararlı olan həssəsi 

95 mln.km

2

 , yaxud onun 64 % - ni tutur. Bu məhdud ehtiyat ərazidə bəşəriyyət yerləşmişdir. 



Yuvarlaqlaşdırılmış rəqəmlərə görə demək olar ki , qurunun 10% - i əkin sahəsi, 20 % - i otlaq , 30% - i me-

şələr və müxtəlif tipli yararsız sahələr 40% təşkil edir. 

Bəzi ədəbiyyatlara əsasən kənd təsərrüfatı sahələri (əkin yeri, otlaq və istifadəyə potensial yararlı – yararsız 

yerlər) qurunun 37% -ni , onun isə 1/3 – ni əkin sahələri tutur. 

Dünyanın torpaq resurslarından son min illikdə istifadə olunmasının əsas xarakterik cəhəti əhalinin və ərzağa 

olan tələbatın artımı ilə  əlaqədar  əkin sahəsinin artmasıdır. 12.1 saylı  cədvəldən göründüyü kimi dünyada 

torpaqların  sahəsi hər bir iri rayon daxilində çox az dəyişmiş, meşələrin sahəsi isə azalmışdır. 

Cədvəl 12.1. 

 

Təbii zonanın xüsusiyyətindən asılı olaraq əkin sahəsinin artması ya meşələrin yox edilib şumlanması , ya-



xud da bozqır , preriy , savanna və başqa meşəsiz landşaftların əkin sahəsinə çevrilməsi hesabına olmuşdur. 

Qeyd etmək lazımdır ki , bu və ya digər torpaq sinfinin sahəsinin dəyişməsi mürəkkəb proses olub bir çox tə-

bii və antropogen faktorlardan asılıdır. Belə ki, şumlanmış ərazinin bir hissəsi sonralar kol , meşə və otla örtülə 

bilər. 


Bununla yanaşı torpaq sahələrinin yerdəyişməsi də müşahidə olunur. Dünya əhalisinin artması insanların 

yerləşməsi və onların xidmət sahələri ilə təmin olunması , məsələn , zibilxanalar və onların işlənməsi yerləri , 

yollar , avtomobil dayanacaqları , kollektiv nəqliyyat yerləri və s – nin sahələrinin artırılması lazım gəlir.Bir 

qayda olaraq şəhər kateqoriyası üçün yaşayış məntəqələri salmaq daha əlverişli olan ən yaxşı kənd təsərrüfatı 

sahələri, o cümlədən əkin yerləri ayrılır .  

Hazırda dünyada əkin sahələri 15 mln.kv.km təşkil edir, son 20 ildə demək olar ki , onun artımı dayanmışdır. 

Bu əkinçilik üçün yararlı sahələrin demək olar ki, qurtarması ilə bağlıdır. Dünyada hər adam başına düşən əkin 

sahəsi azalmağa doğru gedir. Belə ki , 1700 – 1950 – ci illərdə adam başınıa 0,41 – 0,48 ha əkin sahəsi düşürdü .  




 

210


Şəkil 12.1.Planetin torpaq fondu (sahə mln.kv.km-la, sağ tərəfdə 

həmin torpaq kateqoriyaları, qurunun ümumi sahəsinə nisbətən %-

lə) (Reymers, 1990) 

 


 

211


Şimali  Amerikada  və  Şərqi  Rusiyada  və  Qazaxıstanda  yeni  kənd  təsərrüfatı  sahələrinin ( xam  torpaq-

ların ) istifadəyə  verilməsilə  əlaqədar  uzun  illər  bu  rəqəm  stabil  qalmışdır.    

Lakin XX əsrin ikinci  yarısında  əhali artımı ilə əlaqədar adambaşına  düşən  əkin  sahəsi 1980-cı  ildə  0,34 

ha, 1990-cı  ildə  isə 0,29  ha-ra  qədər  azaldı.  Əkin  sahəsinin  çoxalmaması ,  əhalinin  isə  artımı  şəraitində  

bu  göstərici  sonrakı  illərdə  də  azalmaqda  davam  edir. 

Cənubi  Amerika  və  Afrikada  rütubətli  ekvatorial  zonada  geniş  massivlər  əkinçilikdə  istifadə  olunmur.   

Bu  zonada  hələ  ki,  əkinçiliyin  dayanıqlı  ekoloji  metodları  tapılmayıb.  Əlbət ki,  rütubətli  ekvatorial  meşə-

lərin  əkin  sahəsinə  çevrilməsini  düzgün  hesab  etmək  olmaz.  Çünki  bu  qlobal  ekoloji  tarazlığın  pozulma-

sına  gətirib  çıxarar.  

Ərzağa  olan  tələbatın  durmadan  artması  və  dünya  iqtisadiyyatının  genişlənməkdə  davam  etməsi  tor-

paq  resurslarının  istifadəsinin  və  onun  vəziyyətinin  strategiyasına  ciddi  təsir  göstərir.   Əgər  istehsala yeni 

torpaq  sahələri  cəlb  etməklə  ərzağa  olan  tələbatı  ödəmək  mümkün  deyilsə,  onda  yalnız  başqa  yol,  yəni  

kənd  təsərrüfatının  səmərələşdirilməsi yolu  ilə  torpağın  münbitliyinin  artırılması  lazımdır.  Lakin  bu  yol  

ekosfer  üçün,  o  cümlədən  həyatın  əsası  sayılan  pedosferin  dayanıqlı  mövcudluğuna  ciddi  təhlükə  yara-

dır.  Belə  təhlükə  kənd  təsərrüfatı  fəaliyyətində  artıq  müxtəlif  cür  real  olaraq  özünü  göstərir.   Kənd  tə-

sərrüfatının  sonrakı  səməriləşdirilməsində  bu  təhlükə  daha  da  güclənə  bilər. 



 

12.2. Su və külək eroziyası 

 

Torpaq  eroziyası  təbii  geomorfoloji  proses  olub  yer  relyefinin  əmələ  gəlməsində  böyük  rol  oynayır.  



Təbii  su  eroziyası adətən torpağın  bütöv bitki  örtüyü  ilə  mühafizə  olunduğu  landşaft  zonalarında müşahi-

də olunur. Dünyada  torpağın  təbii  su  eroziyasının  yayılması  coğrafi  zonallıq  qanununa  tabedir.  



Təbii külək  eroziyası  əsasən  arid  zonalarda ( yarımsəhra  və  səhra )  baş  verir .Təbii  eroziya  prosesi  

zəif  getdiyi  üçün  müşahidə  olunmur, belə  ərazilərdə  torpaqəmələgəlmə  prosesi  nəticəsində  torpaq  bərpa  

olunur. 

Eroziya  prosesinin  əmələ  gəlməsinin  və  inkişafının  əsas  səbəbi  kənd  təsərrüfatı  hesab  olunur. İnsanın  

təsərrüfat  fəaliyətilə  əlaqədar  olaraq  yamacların  kənd  təsərrüfatı  bitkiləri  altında  istifadə  olunması , otlaq  

və  örüşlərin  intensiv  otarılması , meşələrin  məhv  edilməsi , torpağın  yamac  boyu  şumlanması  eroziya  pro-

sesinin  güclənməsinə  səbəb  olur. 

Eroziya  prosesi  dedikdə  torpağın  üst  münbit  qatının  yağış  və  qar  suları  vasitəsilə  yuyulub  aparılması 

, həmçinin  külək  tərəfindən  sovrulub  dağılması  başa  düşülür. Deməli  torpaq  eroziyasının  əsas  iki  tipi  ay-

rılır – su  və  külək  eroziyası . Su  eroziyası  da  öz  növbəsində  səthi  və xətti (yarğan) eroziyasına  bölünür. 



 

Şəkil 12.2. 

 

Yamaclarda səthi eroziya prosesinin inkişafı nəticəsində torpağın münbitliyi aşağı düşür, kənd təsərrüfatı bit-



kilərinin məhsuldarlığı azalır . Məhsulun keyfiyyəti aşağı düşür. Eroziya prosesi zamanı bəzən torpağın şum qatı 

tamamilə yuyulub aparılır. 

Torpaq  eroziyası zamanı torpaqda azot, fosfor və kaliumun mənimsənilən formaları,  bir çox mikroelement-

lər ( yod,  mis,  sink,  kobalt,  marqans,  nikel,  molibden ) də azalır. Bununla da həm məhsuldarlıq, həm də kənd 

təsərrüfatı məhsulunun keyfiyyəti aşağı düşür. 

Eroziya zamanı yağmurların çox hissəsi yamaclardan axıb getdiyindən,  həm də eroziyaya uğramış torpaqla-

rın fiziki xassələri pisləşdiyindən torpaq səthindən buxarlanmaya və transpirasiyaya çox su sərf olunur,  bununla 

da torpaqda quraqlıq yaranır.Çox vaxt eroziya gedən rayonlarda baş verən quraqlığı «eroziya quraqlığı» adlan-

dırırlar . 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə