MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə110/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   106   107   108   109   110   111   112   113   ...   228

 

212


Eroziya prosesi intensiv getdikdə şırımlar, yarğanlar əmələ gələrək kənd təsərrüfat sahələrini əlverişsiz hala 

salır, torpağa qulluq işləri çətinləşir . 

ABŞ – da son 200 il ərzində torpaq örtüyünün 1/3 hissəsi yuyularaq təbii məhsuldarlıq 10 – 15 % aşağı düş-

müşdür. ABŞ - da əkin sahələrinin yarısının eroziyaya qarşı tədbirlərə ehtiyacı vardır. 

Torpağın  eroziyaya qarşı davamlılığı torpaqda olan humusun və karbo-

natların miqdarından, uducu kompleksdəki kationların konsentrasiyasın-

dan, torpağın mexaniki və aqreqat xassələrindən asılıdır. 

Ədəbiyyat məlumatlarına görə  hər il tarlalardan 90 milyon ton torpaq 

yuyulub aparılır. Müqayisə üçün qeyd edək ki, dünyanın çaylarının sülb 

axını ildə 22milyard ton təşkil edir. Hazırki dövrdə torpağın eroziyası əkin-

çilikdən qabaqkı vaxta nisbətən təxminən 5 dəfə intensiv gedir. Yuyulmuş 

topaqlarda olan fosforun miqdarı dünyada il ərzində istehsal olunan fosfor 

kübrəsindən çoxluq təşkil edir.  

Rütubətli ekvator zonasında əkinçilik dövrünə nisbətən eroziya prosesi 

8 dəfə artmışdır .Meşələrin yox edilməsi və əkin sahələrinin artırılması ilə 

əlaqədər burada eroziyanın intensivliyi artmaqda davam edir. 

Eroziya  prosesinin  ən  çox  inkişafı  kifayət  qədər  yağmurlar  düşən  

mülayim  qurşaqda  müşahidə  olunur.Burada  əkinçilik  dövrünün  başlan-

ğıcına  nisbətən  torpaq  eroziyası  33  dəfə  artmışdır. 

Alimlərin  hesablamalarına  görə  1  sm  qalınlığında  münbit  topağın  

yaranması  üçün  300  il  tələb  olunur. Eroziya  prosesi  nəticəsində  bəşə-

riyyət  min  illərlə  yaranan  neçə  santimetrlərlə  münbit  torpaq  qatını  qı-

sa  bir  müddət  ərzində  itirir. 

Bütün  dünyada  torpağın  eroziyası  böyük  bədbəxt  hadisə  hesab olunur. Onun qarşısının alınması  üçün  

müxtəlif  tədbirlər  həyata  keçirilsə  də  istənilən  nəticə əldə  edilmir. Lakin  eroziya  prosesinin qabaqcadan  

qarşısının alınması  onunla  mübarizə  aparmaqdan  və  törətdiyi  nəticələri  aradan  qaldırmaqdan  asandır. 

 

12.3. Azərbaycanda eroziyaya uğramış torpaqların ekoloji problemləri 

Respublikamızın bütün təbii zonalarında torpaq eroziyasının yayılması  və intensivliyinin öyrənilməsi üzrə 

geniş  tədqiqat işləri K.Ə.Ələkbərov (1961), X.M.Mustafayev (1975) və bir çox başqaları  tərəfindən 

aparılmışdır. K.Ə.Ələkbərov torpaq eroziyası üzrə aparılmış tədqiqatların nəticələrini cəmləşdirərək Azərbaycan 

Respublikasının torpaq eroziyası xəritəsini tərtib etmişdir.  

 

Azərbaycanda Eroziya prosesinin əmələ  gəlməsinə  və inkişafına təbii-tarixi amillərdən – relyef, iqlim, 



ərazinin geoloji-geomorfoloji quruluşu, torpaqəmələgətirən süxurların kimyəvi tərkibi, torpaq-bitki örtüyü də 

ciddi təsir göstərir.  

Eroziya prosesinin əmələ  gəlməsində  ərazinin relyefi böyük rol oynayır.  Ərazinin relyefi eroziyanın 

şiddətlənməsinə təsir göstərərək özü də eroziyanın təsirindən tədricən dəyişir. Məsələn, hazırda təsadüf etdiyi-

miz relyef və onun müxtəlif formaları – qobular, dərələr suyun dağıdıcı qüvvəsinin təsirindən torpaqların 

tədricən yuyulması nəticəsində əmələ gəlmişdir.  

Eroziyanın  şiddətli getməsinə yamacların meylliyi, uzunluğu, forması böyük təsir göstərir. Araşdırmalar 

(X.Mustafayev, 1974, 1975) göstərir ki, yamacın meylliyi 3

0

-dən 2


0

-ə azaldıqda hər hektar sahədən torpağın 

yuyulması 6-19 m

3

-dən 12 m



3

-ə qədər azalır.  

Eroziya prosesinin şiddətlənməsinə yamacın forması da təsir göstərir. Belə ki, qabarıq formalı yamaclarda 

səthi su axınının sürəti artdığı üçün eroziya prosesi şiddətli şəkildə, çökək formalı yamaclarda isə nisbətən zəif 

gedir. Düz yamaclarda eroziyanın intensivliyi sahənin meylliyindən asılı olaraq dəyişir.  

Eroziya prosesinin, xüsusən səthi eroziyanın şiddətli getməsində eroziya bazisinin dərinliyi, sahənin qobu 

və ya yarğan  şəbəkəsi ilə parçalanması  əsas səbəb kimi çıxış edir. Eroziya bazisi dedikdə, səthi su axınının 

dağıdıcı qüvvəsini itirdiyi və ondan aşağıda yerin səthini dağıda bilmədiyi səth, yaxud səviyyə nəzərdə tutulur. 

Okeanın, dənizlərin səviyyəsi  əsas, mütləq və ya ümumi eroziya bazisi adlanaraq daimi bir yüksəklik kimi 

qəbul olunur. Ümumi eroziya bazisindən əlavə hər bir çayın hövzəsində yerli və ya məhəlli eroziya bazisi də 

olur. Qobu və yarğan üçün məhəlli eroziya bazisi çayın həmin yerdəki səviyyəsi götürülə bilər. Məhəlli eroziya 

bazisi müvəqqəti xarakter daşıyır. Onun səviyyəsi vaxt keçdikcə eroziya və akumulyasiya prosesinin inkişafı 

nəticəsində dəyişə bilər. Bitki örtüyü seyrək və ya çılpaq olan sahələrdə məhəlli eroziya bazisi nə qədər dərin 

olarsa, yamaclardan axan suların dağıdıcı qüvvəsi də bir o qədər şiddətli olar və eroziya prosesi intensiv şəkildə 

gedər.  

Azərbaycanın düzənlik hissəsində məhəlli eroziya bazisinin dərinliyi 10-100, yüksək dağlıq zonasında isə 

1000-1500 m-dək ola bilər. Sahədə  məhəlli eroziya bazisinin dərinliyi eroziya prosesinə böyük təsir göstərir. 

Respublikada məhəlli eroziya bazisinin dərinlik xəritəsi ilk dəfə K.Ə.Ələkbərov (1961) tərəfindən tərtib 

 

 

Шякил 12.3. Дцнйада 



торпагларын деграда-

сийа дяряъясиня эюря 

й


 

213


edilmişdir. Onun tədqiqatı göstərir ki, Böyük və Kiçik Qafqazın dağlıq hissəsində  məhəlli eroziya bazisinin 

dərinliyi 800-1600 m, bəzi yerlərdə isə daha çox olur. Məhz buna görə də burada eroziya prosesi şiddətli şəkildə 

gedir.  

Eroziya bazisinin dərinliyi Talışın dağlıq hissəsində 600-1000 m, Kür-Araz ovalığında, Talışın Xəzər sahili

Naxçıvanın Araz sahili düzənliyində və Abşeron yarımadasında 50 m təşkil edir. Talaçay, Muxaxçay, Kişçay, 

Kürmükçay, Şəmkirçay və başqa çay hövzələrində eroziya bazisi dərin olan yerlərdə səthi eroziya şiddətli gedir 

və yamacların qobu şəbəkəsi ilə parçalanması müşahidə edilir. Məhəlli eroziya bazisinin aşağı düşməsi 

nəticəsində yamacların meylliyi artır və  təzə qobuların  əmələ  gəlməsi ilə yanaşı olaraq sönmüş qobuların 

təzədən genişlənməsi başlayır. Məhəlli eroziya bazisinin dərinliyi ilə yanaşı olaraq səthi eroziyanın  şiddətli 

şəkildə getməsinə sahənin qobu və ya yarğan şəbəkəsi ilə parçalanması da böyük təsir göstərir. Bu, onunla izah 

edilir ki, ərazi qobu şəbəkəsi ilə parçalanmış olduqda səthi su axınının əmələ gəlməsinə şərait yaranır və bunun-

la əlaqədar olaraq torpaq tədricən yuyulur, münbitliyi azalır (F.Ə.Hacıyev, 1974).  

Eroziya prosesinin əmələ gəlməsinə sahənin geoloji quruluşu, torpaqların, süxurların mexaniki, mineroloji, 

kimyəvi tərkibi də böyük təsir göstərir. Yuxarıda göstərilənlərdən asılı olaraq torpağın su-fiziki xassələri, 

xüsusən su sızdırması  və sututumu dəyişir. Bununla yanaşı, torpağın kimyəvi tərkibi ana süxurun mineroloji

kimyəvi tərkibindən asılı olaraq dəyişir. Ana süxurun su-fiziki xassələri eroziya prosesinin şiddətli getməsinə və 

sürüşmələrin əmələ gəlməsinə ciddi təsir göstərir. Torpaq qatı altında su keçirməyən gilli süxurlar olduqda ero-

ziya şiddətli gedir və sürüşmə hadisəsi müşahidə edilir. Bunun əksinə, allüvial çöküntülər olan sahələrdə düşən 

yağıntılar tədricən torpağa hopur və sürüşmə prosesi baş vermir.  

Sərt süxurlar yayılmış sahələrdə qobu eroziyası zəif gedir. Bunun əksinə, aşınma prosesinə asanlıqla məruz 

qalan III dövrə aid duzlu və gipsli süxurlar yuyulma prosesinə tez düçar olur. Böyük Qafqazın ön hissəsində 

olan Qobustan, Ceyrançöl və III dövrə aid olan Bozdağın cənub yamaclarında asanlıqla yuyulan süxurların 

olması burada səthi və qobu eroziyasının geniş yayılmasına səbəb olmuşdur.  

Eroziya prosesinin inkişafına iqlimin də böyük təsiri vardır. Ümumiyyətlə, iqlimin, xüsusən atmosfer 

çöküntülərinin  torpaqəmələgəlmə prosesində rolu böyükdür. Quruya düşən yağıntının bir hissəsi buxarlanıb 

yenidən atmosferə qayıdır, qismən yerin səthi ilə axır, qismən də torpağa hopur. Yerin səthi ilə axıb gedən at-

mosfer çöküntüləri özləri ilə  aşınma məhsullarını aparır və bu zaman onları müəyyən dərəcədə  şorlaşdırır. 

Süxurların iri hissəsi adətən xeyli uzaqlara aparılır və suyun sürəti azalan kimi, bu süxurlar öz ağırlığı sayəsində 

dibə çökür və nəticədə daş, qum yığınları əmələ gəlir.  

Eroziya prosesinin əmələ  gəlməsi yağıntılar ilə  sıx  əlaqədardır. Belə ki, torpağı dağıdıb özü ilə aparan 

suyun miqdarı düşən yağıntıların miqdarından və formasından asılıdır. Respublikanın dağlıq hissəsində 

müşahidə edilən leysan yağışlarının intensivliyi, ümumiyyətlə, çox (dəqiqədə 10 mm-dən artıq) olur və bunun 

da nəticəsində sel hadisələri baş verir. Azərbaycanda şiddətli leysanlar Lənkəran zonasında və Böyük Qafqazın 

cənub yamacında müşahidə edilir. Ə.C.Əyyubovun (1962) məlumatına görə Böyük Qafqazın cənub yamacında 

bir gündə 50-60 mm miqdarda düşən leysanlar hər il və 80-100 mm miqdarda düşən leysanlar isə 20 ildə bir 

dəfə müşahidə edilir. Bu leysanlar çılpaq yamaclarda eroziya prosesinin şiddətli getməsinə və sel hadisələrinin 

baş verməsinə səbəb olur.  

Səthi su axınının  əmələ  gəlməsinə  və onun miqdarına torpağın su sızdırması böyük təsir göstərir. Su 

sızdırması yaxşı olan sahələrdə yağıntılar torpağa hopur və səthi su axınının əmələ gəlməsi müşahidə edilmir. 

Yüngül gillicəli, qumsal torpaqların su sızdırması yaxşı olduğu üçün eroziya prosesi zəif gedir. Bunun əksinə, 

ağır gillicəli torpaqlarda bitki örtüyü olmadıqda eroziya şiddətli gedir.  

Strukturlu torpaqlara atmosfer çöküntüləri düşdükdə dərhal torpağa hopur və gec buxarlanır, onun su tutumu 

yüksək, su, hava və istilik rejimləri  əlverişli olur. Strukturlu torpaqlarda aqreqat daxilində kapilyar və 

aqreqatlararası qeyri-kapilyar məsamələr vardır. Bu torpaqlarda mikrobioloji proseslər əlverişli şəraitdə gedir və 

bitkilərin kökləri həm üfiqi, həm də şaquli istiqamətdə inkişaf edərək torpaq hissəciklərini bağlayır və pozulub 

dalığmaqdan qoruyur. 

Azərbaycanın elmi – tədqiqat institutları və layihə təşkilatlarının məlumatlarına əsasən Respublika ərazisinin 

36,4% - i müxtəlif dərəcədə eroziya prosesinə məruz qalıb. Onun 14,1% - i zəif, 10,7% - i orta və 11,6% - i şid-

dətli dərəcədə yuyulmuş torpaqlardır. 

Respublikamızın ayrı – ayrı rayonlarında təbii şəraitdən və insanın təsərrüfat fəaliyyətindən asılı olaraq ero-

ziya prosesi müxtəlif formada və müxtəlif dərəcədə inkişaf edib.Belə ki, Mil – Qarabağ zonasında  ərazinin 

30,8% - i, Quba – Xamaz zonasında 48,2% - i, Abşeronda 40,3% - i, Naxçıvan MR – da 70,7 % - i, DQMV – də 

59,3% - i, Şirvanda 27,7 % - i, Şəki – Zaqatala zonasında 55,7% - i eroziyaya məruz qalıb. Düzən rayonlarında 

isə eroziya prosesi olduqca zəif gedir. 

Eroziya hadisəsi su eroziyası və külək eroziyası şəkilində baş verir.Dağlıq şəraitində yamaclarda əsasən su 

eroziyası daha geniş yayılıb.Burada eroziya prosesinin güclü getməsinin əsas səbəbləri dik yamaclarda meşələ-

rin qırılması və eroziyaya qarşı aqrotexniki tədbirləri həyata keçirmədən yamacların şumlanması, dağ – çəmən 

zonasında isə çim qatının dağıdılmasıdır. Belə sahələrdə yağmur suları torpağa hopa bilməyindən səthi su axımı 

əmələ gətirir və torpağı yuyub aparır, bir çox hallarda isə qobu və yarğanların əmələ gəlməsinə səbəb olur. Bu 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə