MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə112/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   108   109   110   111   112   113   114   115   ...   228

 

215


bəzən 5

0

 olduğundan torpağın yuyulması şiddətli gedir və nəticədə yarğanların əmələ gəlməsi müşahidə edilir. 



Bu növ eroziya Kür-Araz ovalığında daha geniş yayılmışdır.  

7. Güclü külək eroziyası Abşeron yarımadası və ona bitişik ərazilərdə müşahidə edilir. Burada küləyin təsiri 

nəticəsində yer səthinin quruluşu da dəyişir. Külək eroziyası Turut-Sarıca, Ceyrançöl massivlərində  də 

yayılmışdır. Bu ərazilərdə külək torpağın münbit qatını sovurmaqla qarayellərin  əmələ  gəlməsinə  səbəb olur. 

Eynilə Kiçik Qafqazın qərb hissəsinin dağətəyi qurşağında əsən şiddətli şimal-qərb küləkləri torpağı sovuraraq 

külək eroziyasının yayılmasına şərait yaradır.  

8. Sovrulan qumlar Xəzər dənizi sahilində, Ələtdən cənubda və Abşeron yarımadasında yayılaraq hərəkət 

edən qum təpəcikləri əmələ gətirir.  



9. Qayalıq yerlərə dəniz səthindən 2800-3000 m hündürlükdə olan açıq sahələr aiddir. Bu ərazilər üçün fi-

ziki aşınma – denudasiya prosesləri daha çox səciyyəvidir.  

Ərazi tiplərinin səciyyəsindən göründüyü kimi, respublikamızın  ərazisində  səth, külək və qobu eroziyası 

geniş yayılmış  və torpaqlar müxtəlif dərəcədə eroziya proseslərinə  məruz qalmışdır. Araşdırmalar göstərir ki, 

eroziya proseslərinin nəzərə çarpacaq dərəcədə təzahür etdiyi zonalarda sel axınlarının əmələ gəlməsi üçün də 

əlverişli şərait yaranmışdır. Respublikamızda sel hadisələri eroziya prosesləri ilə bilavasitə əlaqədar olduğundan 

və lokal xarakter daşıdığı üçün biz onu müstəqil ekoloji problem kimi deyil, eroziyanın tərkibində  nəzərdən 

keçirmişik.  

Respublikamızda sel törədən çayların böyük hissəsi Böyük Qafqazın cənub yamacında yerləşir. Bir sıra 

tədqiqatçılar (S.H.Rüstəmov, 1960) sellərin əmələ gəlməsi şəraitinə, selbasar ayrı-ayrı çay hövzələrinin fiziki-

coğrafi xüsusiyyətlərinə  və sellərin vurduğu ziyanın dərəcəsinə görə respublikanın  ərazisini üç əsas rayona 

bölür: 


1. Şiddətli sel olan rayonlar. Buraya Böyük Qafqazın cənub yamacının mərkəzi hissəsi, Naxçıvan MR-in 

Ordubad, Culfa və  Şahbuz rayonları daxildir. Bu rayonlarda sellərin inkişafına imkan yaradan təbii amillər 

vardır. Böyük Qafqazın cənub yamacı relyef xüsusiyyətlərinə və geoloji quruluşuna görə digər dağlıq rayonlar-

dan kəskin fərqlənir. Burada dağ yamaclarının çox yerləri asanlıqla aşına bilən gil şistlərindən, qum, və 

mergellərdən ibarət olub həm səth və qobu eroziyasının geniş yayılması, həm də sellərin inkiaşafı üçün əlverişli 

şərait yaradır.  



2. Orta dərəcəli sel olan rayonlar. Buraya Kiçik Qafqazda Zəngəzur və Dərələyəz  silsilələrinin Naxçıvan 

MR  ərazisinə düşən yamacları  və Qarabağ silsiləsinin cənub-şərq yamacı daxildir. Bu rayon iqliminin 

kontinentallığı, relyefin girintili-çıxıntılı, bitki örtüyünün zəif olması və eroziya prosesinin geniş yayılması ilə 

respublikanın başqa rayonlarından fərqlənir. Burada sel ən çox Vənənd, Əylis, Ordubad və Çanaxçı çaylarında 

müşahidə edilir.  

3. Zəif dərəcəli sel olan rayonlar. Buraya Quba, Qusar rayonları və Kiçik Qafqazın şimal yamacı daxildir. 

Bu rayonlarda aşınmaya məruz qalan süxurların olması, eroziya prosesinin nisbətən zəif inkişaf etməsi sel 

hadisələrinin seyrək halda baş verməsinə səbəb olur. 

Torpaq  eroziyası  ilə  mübarizə  aparmaq,  eroziya  yayılan  sahələrdə  onun  qarşısını  almaq, torpaqları  

eroziyadan  qorumaq  ümümdövlət  əhəmiyyətli  problemdir  və  təbiətdən  səmərəli  istifadənin  başlıca  vəzifə-

lərindən  biridir. 

Respublikamızın torpaq örtüyü üçün çox ciddi problemə çevrilmiş eroziya proseslərinin və onun törətdiyi 

fəsadların (sel hadisələri və s.) qarşısını almaq, intensivliyini azaldıb təbii həddə endirmək, eroziyaya məruz 

qalmış torpaqların münbitliyini artırmaq, bioloji potensialı və ilkin ekoloji parametrlərini bərpa etməkdən ötrü 

kompleks aqrotexniki, meliorativ, meşəmeliorativ və s. tədbirlərin görülməsi tələb olunur. Bizim fikrimizcə, 

eroziya probleminin həlli aşağıdakı prisiplərə əsaslanmışdır: 

1. Eroziyaya qarşı təklif edilən tədbirlər sistemi (aqrotexniki, meliorativ və s.) vasitəsilə aşağıdakılara nail 

olunmalıdır: 



a. eroziya proseslərinin öz təbii həddində sabitləşməsinə; 

b. torpaq zonası üçün səciyyəvi olan yüksək münbitlik göstəricilərinin reallaşmasına və torpağın ilkin eko-

loji parametrlərinin bərpasına;  



2. Eroziyaya qarşı görülən tədbirlər sistemi Azərbaycanın bütün regionları üçün universal səciyyə 

daşımamalı, yerli iqlim, relyef, torpaq və təsərrüfat fəaliyyətləri nəzərə alınmaqla layihələşdirilməlidir.       



Aqrotexniki tədbirlər. Kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən torpaqlar eroziya proseslərinə qarşı 

daha həssasdırlar. Mülkiyyət (dövlət, bələdiyyə, xüsusi) formasından asılı olmayaraq bu təyinatdan olan torpaq-

lar eroziyaya qarşı müvafiq tədbirlər kompleksinin görülməsini tələb edir. Bunlar aşağıdakılardır: 

a. kənd təsərrüfatı yerlərinin eroziyaya qarşı təşkili düzgün həyata keçirilməli, meylliyi 16

0

-dən çox olan 



yamaclar əkin və örüş altında istifadədən çıxarılmalı, xüsusi tədbirlərdən (kontur-meliorativ, terraslaşdırma və 

s.) sonra çoxillik əkinlər, meyvə bağları, üzümlüklər və meşəliklərin salınması üçün istifadə edilməlidir



b. tarla aə tarlaqoruyucu əkin dövriyyəsi sistemlərinə üstünlük verilməli, bu zaman payızlıq dənli və çoxil-

lik ot bitkiləri üstünlük təşkil etməli,  əkinlər yüksək normada gübrələnməli, herikdən istifadə 

məhdudlaşdırılmalı və ya tamamilə dövriyyədən çıxarılmalıdır; 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə