MəMMƏdov qəRİb xəLİlov mahmud


 Gübrələrdən istifadənin ekoloji problemləri



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə114/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   110   111   112   113   114   115   116   117   ...   228

 

217


12.4. Gübrələrdən istifadənin ekoloji problemləri 

Bitki inkişafı üçün müəyyən miqdarda biogen maddələrə ehtiyac göstərir  (azot birləşmələri, fosfor, kalium 

və s.), bu maddələri o, adətən torpaqdan mənimsəyir. Təbii ekosistemlərdə bitki tərəfindən assimlyasiya olunan 

biogenlər, toxumlar, bitki töküntüləri, ölmüş tumurcuqlar, köklər və s. maddələrin mübadiləsində destruksiya 

prosesləri nəticəsində torpağa qayıdır.  

Azot birləşmələrinin bir hissəsi bakteriyalar vasitəsilə atmosferdən fiksasiya olunur. Biogenlərin bir hissəsi 

yağıntılar vasitəsilə torpağa düşür. Balansın mənfi tərəfləri infiltrasiya, həll olmuş biogenlərin səthi axımı, onla-

rın eroziya prosesi zamanı torpaq hissəcikləri ilə aparılması, həmçinin azot birləşmələrinin qaz şəklinə düşərək 

atmosferə keçməsi hesab olunur. 

İlkin (bakirə) ekosistemlərdə biogen maddələrin, həmçinin humusun balansı yüksək dəqiqliyi ilə qapanır.  

Kənd təsərrüfatı təbii, praktiki olaraq qapalı biogen balansını pozur. Biogenlərin bir hissəsi hər il məhsul tə-

rəfindən aparılır. Aqrosistemlərdə qida maddələrinin aparılması sürəti təbii sistemlərə nisbətən 2-3 dəfə çox 

olur, məhsul nə qədər çox olarsa, qida maddələrinin aparılması da bir o qədər çox olar.  

Dünyada dənli bitkilərin məhsulu vasitəsilə ildə  40 mln. tona qədər, yaxud  1  ha  dənli  bitki  sahəsindən 

63kq azot aparılır. 

Buna görə torpağın münbitliyini saxlamaq və məhsuldarlığı yüksəltmək üçün gübrələrdən istifadə etmək la-

zım gəlir. İntensiv əkinçilikdə gübrəsiz torpağın münbitliyi elə sonrakı ildə aşağı düşür. Yerli şəraitdən asılı olaraq 

adətən azot, fosfor və kalium gübrələrindən müxtəlif formada və birləşmələr şəklində istifadə olunur.  

Qeyd edək ki, dünyanın bütün torpaqlarının tərkibində 150 mld. ton azot vardır. Hətta ən kasıb torpaq sayılan 

çimli-podzol torpaqları tərkibində 20 sm-lik şum qatında hektarda 2-4 ton azot saxlayır. Qaratorpaqda isə bu rə-

qəm 20-30 tona çatır.  

Göründüyü kimi torpaqda artıqlamasılə azot vardır, lakin torpağa yenə də azot verilir. Bunun səbəbi müxtəlif 

azot formaları bitki tərəfindən kifayət qədər mənimsənilə bilmir. Gübrənin tərkibindəki azot ammonium və ya 

nitrat duzları şəklində olub bitki tərəfindən daha yaxşı mənimsənilir, lakin gübrənin davamiyyəti uzunmüddətli 

olmur. Sonrakı ildə gübrənin effektivliyi ilk təsirinə nisbətən 20%-ə enir.  

Uzun illər azot gübrələrinin itməsi əsasən onun axım vasitəsilə çaylara və yeraltı sulara keçməsilə izah edilir-

di.  

Yüksək nəmliyi olan yüngül torpaqlarda tarla bitki ilə örtülü olmadıqda azot birləşmələri yuyulub aşağı qat-



lara keçir. Qalan hallarda isə azotun itməsi denitrifikator-bakteriyaların təsiri altında azot müxtəlif oksidlər və 

molekul formasına keçərək bərpa olunması yolu ilə baş verir.  

Y.V.Novikova (1999) görə Rusiyanın tarlalarından havaya 1,5 mln. ton azot uçur.  

Tarlaya azot gübrələri verildikdə onun miqdarı elə hesablanmalıdır ki, gübrələr məhz bitki tərəfindən mə-

nimsənilsin, ətraf mühitə və insanlara ziyan yetirməsin. Çünki biogen maddələrin çoxluğu ətraf mühiti, saf sula-

rı çirkləndirir, su hövzələrini evtrofikasiyaya uğradır, hətta atmosferin azon qatını təhlükə altına alır.  

Su hövzələrinə daxil olan birləşmiş azotun yarıdan çoxu kənd təsərrüfat istehsalının payına düşür. Suyun qi-

da maddələri ilə, ilk növbədə birləşmiş azotla zənginləşməsi, həddən çox yosunların inkişafına səbəb olur, onlar 

çürüyərək anaerob bakterial parçalanmaya məruz qalır, bu isə oksigeni defisitləşdirir. Bunun nəticəsində balıqlar 

və başqa su heyvanlarının məhvinə gətirib çıxarır. 

Nitratlar normadan artıq yalnız suda deyil, həm də ərzaq və yem bitkilərində toplanır. Öz-özlüyündə insan və 

heyvanların sağlamlığına təhlükə yaratmasa da, onlardan asanlıqla əmələ gələn nitritlər yüksək dərəcədə zəhərli 

olub qanda ağır xəstəliklər törədir. Nitritlərdən nitroaminlər əmələ gələ bilər.  

Müasir  əkinçiliyi aqrokimyəvi vasitələrsiz təsəvvür etmək mümkün deyildir. Bitkiçilikdən alınan 

məhsulların yarısı aqrokimyəvi vasitələrin hesabına əldə edilir. Bəzi hesablamalara görə kimyəvi vasitələrdən 

istifadə bitkiçilikdən alınan məhsulun 50-60, bəzən isə 70%-ni xəstəlik və zərərvericilərdən qoruyur. Digər he-

sablamalara görə Yer kürəsi əhalisinin 30%-i, yəni dörddə birdən də bir qədər çoxu mineral gübrələrin hesabına 

ərzaqla təmin edilir. Hazırda dünyada 300 mln. tondan artıq gübrə istehsal olunur. Bununla belə, yenə  də 

dünyanın bir çox ölkələrində, əsasən də Afrikada bir çox səbəblərdən, o cümlədən qeyri-üzvi və üzvi mineral 

gübrə  qıtlığı  səbəbindən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı olduqca aşağıdır. YUNESKO-nun 

məlumatına görə hər il Yer kürəsində milyonlarla insan aclıqdan ölür, on milyonlarla insan isə ərzaq qıtlığından 

daim  əziyyət çəkir. Bu o zaman baş verir ki, planetimizin əhalisi durmadan artır, adam başına düşən kənd 

təsərrüfatına yararlı torpaqların sahəsi isə ildən-ilə azalmaqda davam edir. Yaşayış  məskənlərinin daim 

genişlənməsi, torpaqların eroziyası, şorlaşma və bataqlaşması dünyanın hər yerində müşahidə edilir.  

Hələ XIX əsrin əvvəllərində Y.Libik sübut etmişdir ki, torpaqdan kənd təsərrüfatı bitkilərinin məhsulu ilə 

birgə biogen elementlər də aparılır. Mineral gübrələr tətbiq edilmədiyi halda torpaqlar qüvvədən düşür. Düzgün 

texnologiyalar  əsasında tətbiq edilən gübrələmə sistemi biosferin çirklənməsinə yol vermir və digər fəsadlar 

törətmir. Əksinə, gübrələmə, qeyd edildiyi kimi məhdud sahədən daha çox məhsul götürməyə imkan verməklə, 

milyonlarla hektar meşə, çəmən, çöl və digər ekosistemləri  qorumağa şərait yaradır. Hesablamalar göstərir ki, 

əgər dünya miqyasında mineral gübrələrin və digər kimyəvi vasitələrin tətbiqi dayandırılarsa, Yer kürəsi 

əhalisini ərzaqla təmin etməkdən ötrü əkinə yararlı torpaqların sahəsini 4-5 dəfə genişləndirmək lazım gələrdi. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə