MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə115/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   111   112   113   114   115   116   117   118   ...   228

 

218


Bundan ötrü isə milyon hektarlarla təbii ekosistemlər, xüsusən də mülayim və tropik qurşağın meşələri məhv 

edilməlidir.  

Mineral gübrələri, həmçinin mikro gübrələri tətbiq etmədən əkinçilikdə qida maddələrinin müsbət balansını 

yaratmaq mümkün deyildir. Mineral və mikro gübrələr  əkinçilikdə biogen elementlərin davranışını 

yaxşılaşdırmaqla yanaşı,  ətraf mühitdə  də bu maddələrin müvazinətini qoruyub saxlayır.  Əkinçilikdə qida 

elementlərinin balansının pozulması  nəticəsində torpaq, bitki və  təbii su hövzələrinin kimyəvi tərkibinin 

pisləşməsi baş verir, bu isə öz növbəsində  kənd təsərrüfatı  və yem bitkilərinin keyfiyyətinə  mənfi təsir 

göstərməklə insanların və ev heyvanlarının xəstələnməsinə gətirib çıxarır. Məsələn, yod çatışmaması endemik 

zob, flor dişlərin kariyesinə, sink ürəyin işemik xəstəliyinə, marqans şəkərli diabetə səbəb olur.  

V.A.Kovda (1978) bir sıra kimyəvi birləşmələrin, elementlərin və  ağır metalların müxtəlif xəstəliklərlə 

əlaqəsi olması haqqında məlumat verir. Məsələn, gübrələmə texnologiyası gözlənilməyəndə azotun nitrat 

formalarının ərzaq məhsullarında, yemdə və suda toplanması baş verir ki, o da insan orqanizminə keçərək bəzi 

xəstəliklərin yaranmasına səbəb olur (Ə.Güləhmədov, MPBabayev, F.Z.Axundov, 1988; Z.R.Mövsümov, 

1994). Nitratlar nitritlərlə birgə konserogen təsir yaradaraq, insan oraqnizmi və  ətraf mühit üçün daha ağır 

fəsadlar törətmək imkanına malikdirlər. Meyvə-tərəvəz və su ilə  qəbul edilmiş nitratların 80%-nin insan 

orqanizmindən xaric edilməsinə baxmayaraq onun mədə-bağırsaq sistemində qalan hissəsi bəzi 

mikroorqanizmlərin və fermentlərin təsiri ilə daha yüksək toksiki maddəyə – nitritə çevrilir. Nitritin insana tok-

siki təsiri nitratdan 10-20 qat artıqdır. Ona görə də nitratın insana zərərli təsiri eyni zamanda nitritin təsiri ilə 

daha da güclənir. Bu maddələrin insan və heyvan orqanizmlərinə  təsir mexanizmi aşağıdakı kimi izah edilir. 

Normal halda qanın tərkibində olan hemoqlobin nəfəs alan zaman havanın oksigenini özünə birləşdirərək 

oksihemoqlabinə çevrilir. Oksihemoqlabin qanla birlikdə toxumalara yayılaraq özünə birləşdirdiyi oksigeni 

bədənin hər yerinə çatdırır. Beləliklə, normal vəziyyətdə hemoqlobin bədəndə oksigen daşıyıcısı  vəzifəsini 

yerinə yetirir.  

Orqanizmə nitrat və nitrit daxil olduqda isə onlar hemoqlobinlə birləşərək methemoqlobin adlanan davamlı 

birləşmə əmələ gətirirlər. Nəticədə qanda hemoqlobinin miqdarı azalır, orqanizmin oksigenlə normal təchizi pozu-

lur. Adətən normal orqanizmdə methemoqlobinin miqdarı hemoqlobinin ümumi miqdarının 2%-ni təşkil edir. 

Kiçik yaşlı uşaqlarda, xüsusilə vaxtından tez doğulmuş körpələrdə methemoqlobinin miqdarı 4%-ə çatır. Yaşlıların 

orqanizmində xüsusi ferment sistemi mövcuddur. Bu sistem əmələ gəlmiş methemoqlobini parçalayaraq hemoqlo-

binin miqdarını  bərpa edir. Uşaqlarda isə bu ferment sistemi fəaliyyət göstərmədiyi üçün nitrat və nitritlə 

zəhərlənmə ölümlə nəticələnə bilir.  

Nitrat və nitritlər orqanizmə kəskin, ötəri və xroniki təsir göstərir. İnsan və heyvan orqanizminə bir dəfəyə 

yüksək miqdarda nitrat və nitrit daxil olduqda methemoqlobinemiya, yəni methemoqlobinin miqdarının 

artması prosesi inkişaf etməyə başlayır. Methemoqlobinin qanda miqdarı 10%-ə çatdıqda  əlamətsiz sianoz 

xəstəliyi müşahidə edilir. Methemoqlobinin miqdarı 20-50%-ə çatdıqda isə sianoz xəstəliyinin inkişafı 

kəskinləşir. Bu xəstəliyin  əsas  əlamətləri oksigen çatışmazlığı, zəiflik, baş  ağrısı, ürək döyünməsi və huşun 

itirilməsidir. Methemoqlobinin miqdarının 50%-ə keçməsi ölümlə nəticələnir. Nitrat azotunun orqanizmə, hətta 

az miqdarda, lakin mütamadi daxil olması insanın xroniki zəhərlənməsinə səbəb olur. Bu zaman qaraciyərdə və 

böyrəklərdə, ürəkdə və ağ ciyərlərdə bəzi dəyişikliklər baş verir (cədvəl 12.2.).  

Mühitdə kükürd, azot və karbon oksidlərinin böyük konsentrasiyası yarananda, bu, nəfəs yollarının 

iltihabına, ağ ciyər xəstəliklərinə və astmaya səbəb olur. Eynilə civə, kadmium, qurğuşun mərkəzi sinir sistemini 

zədələyir, irsi xəstəliklərin (eybəcərlik, psixoz), mutasiyanın yaranmasına gətirib çıxarır. Kadmium birləşmələri 

insan skletini və psixikasını pozan itoy-itoy xəstəliyini də törədir. Bu xəstəlik ilk dəfə Yaponiyada müşahidə 

edilmişdir. Ona görə  də  əkinçiliyin kimyalaşdırılması gübrələmə sistemlərinin keyfiyyəti və  həmçinin  ətraf 

mühitin (hava, su, torpaq), qida və yem bitkilərinin toksiki birləşmələr və ağır metallarla çirklənməsi üzərində 

daimi nəzarətin olmasını tələb edir.  

 

 




 

219


 


 

220


 


 

221


Ətraf mühitin azot gübrələri ilə çirklənməsinin qarşısının alınmasında bioloji azotun böyük rolu vardır. 

Yuxarıda qeyd edildiyi kimi, mikroorqanizmlərin, ilk növbədə paxlalı bitkilərin kök sistemində simbioz 

formasında mövcud olan azot fiksatorlarının vasitəsilə biosferə 7,6 mln. ton bioloji azot daxil olur. 

Hesablamalar göstərir ki, paxlalı bitki əkinlərində  hər hektara əlavə olaraq 20-25 kq bioloji azot daxil olur. 

Digər tərəfdən, paxlalı bitkilərin  ətraf mühitin mühafizəsində  ən  əhəmiyyətli rolu ondan ibarətdir ki, onların 

əkildiyi sahələrə azot gübrələrinin verilməsinə ehtiyac yoxdur.  

Bəzi müəlliflərin (Q.V.Dobrovolski, E.D.Niktin, 1990; S.V. Zonn, A.P.Travleyev, 1989; Q.Ş.Məmmədov, 

1994; Q.Ş.Məmmədov, Q.Ş.Yaqubov, S.Z.Məmmədova, N.F.Həkimova, 2002; V.Q.Mineyev, E.X.Rempe və b. 

1990) nəzərincə, torpaq «özütənzimlənən» sistem olduğundan mineral azotun gəlir-çıxarı arasında müvazinət 

vardır. Mineral azotun torpaqda izafi çoxluğu fonunda denitrifikasiya prosesi güclənir və onun torpaqdan 

yuyulması baş verir. Digər tərəfdən, mineral azotun çoxluğu  bioloji azotun fiksasiyasını ya dayandırır, ya da 

ciddi  şəkildə  zəiflədir. Ona görə, həm mineral azotun torpaqda miqdarının optimallaşdırılması, həm də onun 

bioloji azotla müvazinətinin saxlanması ekoloji və aqrokimyəvi problem olaraq qalır.  

Respublikamızda kənd təsərrüfatında aqrokimyəvi vasitələrdən geniş miqyasda istifadəyə XX əsrin 50-ci 

illərində başlanmışdır. Həmin əsrin 90-cı illərinə kimi bu artım yüksələn xətt üzrə getmişdir. Əgər 1957-ci ildə 

bütün respublika üzrə 133,9 min ton mineral gübrə tətbiq edilirdisə, bu rəqəm 1970-ci ildə 421,3 min ton, 1971-

ci ildə 495,5 min ton, 1973-cü ildə 662,9 min ton, 1975-ci ildə 963,3 min ton, 1976-cı ildə 1074,2 min ton, 

1979-cu ildə 1210 min ton, 1986-cı ildə 1800 min ton olmuşdur. 90-cı illərdə bu göstərici respublikamızda 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə