MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə119/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   115   116   117   118   119   120   121   122   ...   228

 

228


Hazırda beş suvarma üsulundan istifadə olunur: öz axımı ilə suvarma, yağışyağdırma, yeraltı suvarma, damcılarla 

suvarma və aerozol (kiçik dispersli) suvarma. (B.Əliyev, Z.Əliyev, 1998, Aslanov,1999). 



Öz axımı ilə suvarma üsulunda su nəqledici açıq kanallar (və ya boru kəməri) ilə suvarılan sahəyə çatdırı-

lır. Burada su müvəqqəti arxlar, elastik və ya sərt borular vasitəsilə şırımlara və xüsusi ləklərə verilərək torpağa 

hopdurulur. 

Yağışyağdırma ilə suvarma üsulunda su nəqledici kanal və boru kəməri ilə sahəyə çatdırıldıqdan sonra 

maşın, qurğu və cihazlar vasitəsilə yağış şəklində torpaq səthinə yağdırılır. 



Yeraltı suvarma üsulunda suvarma suyu suvarılan sahəyə yer səthindən müəyyən dərinlikdə və bir-birin-

dən müvafiq məsafədə basdırılımış borulara verilir, boruların səthində açılmış deşiklərdən su sızaraq kapilyar-

larla torpağın aktiv təbəqəsini isladır. 

Damcılarla suvarma  üsulunda suvarma suyu fasiləsiz olaraq xüsusi damcıladıcılarla bitkinin və meyvə 

ağacının bilavasitə kök sistemi yayılan zonaya verilir. Suvarma vegetasiya dövründə fasiləsiz aparılır. 

Kiçik dispersli (aerozol) suvarma yağışyağdırma üsulu ilə suvarmanın bir növüdür. Burada suvarma suyu 

torpağa deyil, narın damcılar şəklində bitkinin yer səthində olan gövdəsinə və yarpaqlarına yağdırılır. 

Hazırda respublikamızda əsasən öz axını ilə suvarmadan istifadə olunur, istismar olunan suvarma şəbəkələrinin yal-

nız 9,2%-ni (130 min ha) qapalı suvarma şəbəkələri təşkil edir. (B.Əliyev, Z.Əliyev,1998) 

Açıq drenlər dərinliyi 3,0-3,5m və yamac əmsalı 1,0-2,0 olan adi kanallardan ibarət olub, onlar trassında 

25-35m enində əkinə yararlı torpaq sahəsi itir, bu da meliorasiya olunmuş sahələrdə torpaqdan istifadə əmsalını 

azaldır. (Bayramov,2002). Açıq drenlərin normal işini təmin etmək üçün vaxtaşırı (hər 3-5 ildən bir) lillərdən tə-

mizlənir, buna da xeyli vəsait sərf olunur. 

Açıq drenlərdən fərqli olaraq örtülü (qapalı) drenaj tikilmiş torpaqlarda əkin sahəsinin itkisi olmur. İstismar 

müddətində drenajın dərinliyi sabit qalır, drenajın kanal və yollarında kəsişdiyi yerlərdə əlavə tikintiyə ehtiyac 

qalmır. Örtülü drenajın tikintisi prosesində drenaj xəndəyi əks tökmə torpaqla doldurulur. Drenajüstü torpaq sa-

həsindən əkin üçün istifadə olunur. 

Lakin təəsüflə qeyd etmək lazımdır ki, keçmişdə kolxoz və sovxozların ərazisindəki örtülü drenaj şəbəkələ-

rinin texniki vəziyyəti bir sıra səbəblərdən vaxtından qabaq aşağı düşmüş, qurğular öz funksiyasını tam yeinə 

yetirə bilmir. Mövcud qapalı drenaj şəbəkəsinin 70%-i artıq sıradan çıxmış  və onların bərpa olunması  tələb 

olunmur. (B.Əliyev, Z.Əliyev, 1998).  

Örtülü drenajın səmərəli işi onun torpaq və hidrogeoloji şəraitə uyğun layihələndirilməsindən, tikintinin 

keyfiyyətindən və istismarından asılıdır. N. N. Mahmudov (2002) qeyd edir ki, 1928-1931-ci illərdə    Muğan 

təcrübə meliorativ stansiyasında tikilmiş örtülü drenaj şəbəkəsi indiyə kimi qüsursuz işləyir. 

Hazırda respublikamızda fermer və şəxsi təsərrüfatlarda müasir suvarma üsulları hazırlamaqda Eroziya və 

Suvarma Elmi-tədqiqat İnstitutunun işləri böyük əhəmiyyət kəsb edir. Bu tədqiqatlar nəticəsində fermer və şəxsi 

təsərrüfatlarda açıq şəraitdə və istixanalarda bitkilərin suvarılması məqsədilə mikroyağışyağdırma, impuls-lokal, 

zəif yağışyağdırma və impuls yağışyağdırma sistemləri hazırlanmışdır. (B.Əliyev, Z.Əliyev, 1998) 

Qeyd olunan Elmi-tədqiqat Mərkəzinin apardığı tədqiqatlar göstərir ki, respublikamızda fermer təsərrüfatları üçün 

ən əhəmiyyətli üsullardan biri impulslu damcılarla suvarma sistemidir. Damcılarla suvarma üsulunun əsas üstünlüklərin-

dən biri suvarma suyunu bitkilərə sutka ərzində tələb etdikləri miqdarda onların kök sisteminə vermək mümkündür. 

Damcı üsulu ilə suvarma sisteminin başqa suvarma sistemlərindən üstün cəhəti aşağıdakılardır. (B.Əliyev, H.Vəliyev, 

2001): 


-

 

dağ yamaclarında yüksək, orta və zəif su keçirən torpaqlarda suvarma aparmaq olur; 



-

 

bitkiləri suya olan təlabata uyğun su ilə təmin edir; 



-

 

suvarmanın aparılmasında külək təsir göstərmir; 



-

 

suvarma suyu bitkilər arasında bərabər paylanır; 



-

 

torpağın səthi suvarma nəticəsində sıxlaşır; 



-

 

qrunt sularının səviyyəsi dəyişməz qalır; 



-

 

təkrar şorlaşmanın qarşısı alınır. 



İmpulslu damcılarla suvarma sistemi suya olan təlabatı bütün vegetasiya müddətində fasiləsiz olaraq təmin 

edə bilir, irriqasiya eroziyası müşahidə olunmur, cərgələr arasındakı sahələrdə alaq otlarının inkişafına şərait ya-

ranmır. İmpulslu damcılarla suvarma sistemi vasitəsilə bitkiyə lazım olan miqdarda gübrələr vasitəsilə mineral-

lar çatdırılır. Müəlliflərin hesablamalarına görə bu suvarma sistemini tətbiq etməklə suya 2,5 dəfə qənaət etmək-

lə bitkilərin məhsuldarlığını 2,7 dəfə yüksəltmək olar. 

 



 

229


12.9. Səhralaşma – qlobal ekoloji problemdir 

Səhralaşma dedikdə Yerin bioloji potensialının azalması və ya məhv edilməsi, antropogen fəaliyyət və iqlimin 

dəyişməsi nəticəsində yerüstü ekosistemlərin tükənməsi nəzərdə tutulur. BMT ekspertləri səhralaşma prosesini və 

onun yayılmasını ekoloji situasiyanın pisləşməsi kimi qiymətləndirir, qeyd edilir ki, bu proses nəticəsində yarımquraq 

ərazilərin məhsuldarlığı səhra səviyyəsinə kimi enir. Bununla əlaqədar təbii landşaftlar aridləşir, kənd təsərrüfatı üçün 

yararlığı azalır və ya çevrilir. Səhralaşmanın iki formasını ayırırlar: səhralaşmış sahələrin arealının genişlənməsi (de-

zertifikasiya) və olduğu yerdə səhralaşma prosesinin dərinləşməsi. Hazırda səhralaşmanın arealı çox sürətlə genişlə-

nir: bir dəqiqə ərzində 20 ha münbit torpaq sahəsi səhraya çevrilir, il ərzində bu rəqəm 6 mln hektara çatır. 

Antropogen səhralar planetimizin 6, 7%-ni, yəni Avstraliyanın ¼ - dən artıq sahə tutur.  

Amerika alimi Q.Dreqni üç faktorun (bitki örtüyünün tərkibinin dəyişməsi, torpağın eroziyası və şoranlaş-

ması) indiqatorluğu əsasında 4 səhralaşma dərəcəsi ayırır. 

-  Zəif səhralaşma – bitki örtüyünün və torpağın zəif pozulması. Məhsuldarlığın 10%-dən az aşağı düşməsi 

ilə ifadə olunur. 

- Orta dərəcədə səhralaşma -  mal- qaranın otarılması üçün qeyri-əlverişli şərait yaranır, torpağın eroziyası 

inkişaf edir, məhsuldarlıq 10-50% aşağı düşür. 

-

 



Yüksək dərəcə səhralaşma (güclü səhralaşma) – yem bitkiləri az qiymətli ot növləri və kollarla əvəz olu-

nur, eroziya nəticəsində torpağın münbit qatı dağılır, məhsuldarlıq 50%-dən çox aşağı düşür. Səhralaşmanın bu 

mərhələsində pozulmuş ərazinin bərpası yavaş gedir, yüksək kapital qoyuluşu tələb olunur. 

-

 



Çox yüksək dərəcə səhralaşma (çox güclü) – bərpa olunmaz proses olub torpağın bərpası mümkün de-

yil. 


Göstərilən təsnifata əsasən səhralaşmanın təhlükəlik dərəcəsi xəritəsi tərtib edilmişdir. (Vinokurova, 1998) 

və bu qlobal problemə qarşı beynəlxalq proqram təşkil edilir (yaradılır).  

Alimlərin fikrincə güclü və çox güclü səhralaşmaya məruz qalan rayonlarda hazırda 78 mln. əhali yaşayır və 

onların böyük hissəsi (50 mln-a qədər)  səhralaşmanın  əlverişsiz təsirinin bilavasitə acısını çəkir. 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə