MəMMƏdov qəRİb xəLİlov mahmud


Şəkil 12.6. Səhralaşmanın inkişafının əsas faktorları və səbəbləri



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə120/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   116   117   118   119   120   121   122   123   ...   228

 

230


 

Şəkil 12.6. Səhralaşmanın inkişafının əsas faktorları və səbəbləri 

 

Hesablamalara görə səhralaşmaya məruz qalan torpaqlardan tam alına bilməyən (əksik) ümumi məhsulun illik 



məbləği 16 mlrd. dollara yaxın təşkil edir. 

Uzun illərdən bəri hədsiz antropogen təzyiqin əlverişsiz hava şəraiti ilə qarşılıqlı təsirinin nəticələri səhralaş-

ma prosesinin güclənməsinə səbəb olmuşdur. Buna görə də bu prosesdə insanın və təbiətin iştirakının nə dərəcə-

də olmasını ayırd etmək çətindir. 

Səhralaşmanın ən əsas səbəbi fasiləsiz olaraq meşə sahələrinin azalması nəticəsində kontinental su dövriy-

yəsi intensivliyinin aşağı düşməsi sayılır. Məhz qurunun biotası kontinentlərdə suyun dövriyyəsinin 70-75% -ni 

təmin edir. Təbii meşələrdə Günəş radiasiyasının 90%- i yarpaqlar tərəfindən udulur və transpirasiyaya sərf 

olunur, meşənin yerində insan tərəfindən yaradılan aqrosenozlarda Günəş radiasiyasının yalnız 40%-i transpi-

rasiyaya sərf olunur.  

Səhralaşma prosesinə hədsiz mal-qara otarılması da böyük təsir göstərir. Bu zaman əvvəlcə tədricən otlağın 

vəziyyəti pisləşir və məhsuldarlığı aşağı düşür. Bitki örtüyünün biokütləsi mal-qaranın tələbatını ödəmədikdə səh-

ralaşma prosesinə zəmin yaranır.  

Torpaqdan düzgün istifadə edilmədikdə (nəzarətsiz) də arid iqlimli rayonlarda səhralaşma prosesi baş verir. 

Bu rayonlarda səhralaşma əsasən suvarma ilə əlaqədardır. Dünyada suvarılan torpaqların 30%-ə qədəri şoran-

laşmaya və şorakətləşməyə məruz qalmışdır. Dünyada hər il suvarılan torpaqların 1,5 mln. ha-rı şorlaşaraq sıra-

dan çıxır. Şimali Amerikada deqradasiyaya uğrayan suvarılan torpaqlar 28%, Avropada 16%, Avstraliyada 13% 

təşkil edir. Rusiyada deqradasiyaya uğrayan suvarılan torpaqların sahəsi inkişaf etmiş ölkələrdən çox olub 35%-

ə çatır. 




 

231


Quraqlıq səhralaşma prosesində daha mühüm rol oynayır. Məsələn, 1968-ci ildə Caxeldə 20 il sürən quraq-

lıq nəticəsində tarlaların və otlaqların məhsuldarlığı  aşağı düşmüş, su quyuları qurumuş, çayda su axımları azal-

mış, Çad gölünün səviyyəsi aşağı enmişdir. Quraqlığın ilk dalğası zamanı (1918-1973-cü illər) 250 mindən artıq 

yerli əhali acından ölmuş, mal-qaranın 40%-i məhv olmuşdur. Malidə və Mavrataniyada mal-qaranın 90%-i qı-

rılmışdır. 

 

 

 

Səhralaşmaya qarşı mübarizə 

1977-ci ildə Keniyanın paytaxtı Nayrobi şəhərində BMT-nın keçirdiyi Beynəlxalq konfransda «Səhralaşma-

ya qarşı mübarizə planı» qəbul olundu. Bu plan əsasən ilk öncə inkişaf etməkdə olan ölkələrə aid olub 26 təklif 

irəli sürürdü. Ekspertlərin fikrincə onların yerinə yetirilməsi heç olmasa bu təhlükəli prosesin genişlənməsinin 

qarşısını ala bilərdi. Lakin vəsaitin çatışmazlığı üzündən bu təkliflərin qismən bir hissəsi həyata keçirilə bildi. 

Nəzərdə tutulurdu ki, bu planın həyata keçirilməsi üçün 90 mlrd. dollar (20 il ərzində 4,5 mlrd. dollar) tələb olu-

nur. Bu məbləği tam axtarıb tapmaq mümkün olmadığından planın yerinə yetirilməsi 2015-ci ilə qədər uzadıldı. 

Planın həyata keçirilməsinin ilk növbədə vəzifəsi səhralaşmanın mümkün olan yerdə qlobal masştabda qarşısı-

nın alınması, səmərəli istifadə etmək üçün səhralaşmış ərazilərin bərpası olmuşdur. Planın son məqsədi ekoloji 

imkan çərçivəsində ərazinin məhsuldarlığını saxlamaq və inkişaf etdirməkdir. 



Rio-de-Janeyroda (1992) keçirilən Beynəlxalq konfransda gündəliyə  «21-ci  əsrdə  səhralaşmaya və qu-

raqlığa qarşı mübarizə» məsələsi salınaraq bütün bəşəriyyətin mühüm məsələsi müəyyən edildi.  

Konfransın yekun sənədində qeyd edildi ki, səhralaşmaya qarşı əsas üsullardan biri suyu saxlamağa və torpa-

ğın keyfiyyətini yüksəltməyə qadir olan ağac və bitki örtüyü yaratmaqdan ibarət olmalıdır. Səhralaşmaya qarşı hö-

kümət aşağıdakıları etməlidir: 

1)

 

Torpaqdan səmərəli istifadə haqqında milli plan qəbul etməli; 



2)

 

Quraqlığa davamlı tez böyüyən yerli və digər ağac cinslərindən istifadə edərək meşə əkini  proqramının 



həyata keçirilməsini tezləşdirmək

3)

 



Oduncaqdan yanacaq kimi istifadə olunmasını məhdudlaşdırmaq; 

Problem üzrə monitorinq proqramını gücləndirmək. 

 

12.10. Azərbaycanda səhralaşma problemi 

Azərbaycanda səhralaşma prosesi əsasən dağətəyi, düzənlik və ovalıq ərazilərdə təbii, xüsusən antropogen amillərin 

təsiri nəticəsində baş verir. Bu ərazilərdə yağıntıların orta illik miqdarı 150-300 mm arasında tərəddüd edir, səthi buxar-

lanma yağıntının miqdarından 3-4 dəfə artıqdır. İqlim yarımsəhra və quru bozqır yarımtipinə aiddir.  

Səhralaşma prosesi Kür-Araz ovalığı üçün daha səciyyəvidir. Burada son illər əhalinin artması, ərazidə qaç-

qın və köçkünlərin məskunlaşması, kənd təsərrüfatı, o cümlədən heyvandarlığa olan tələbatın çoxalması, həmçi-

nin təbii qaz və elektrik enerjisinin çatışmaması ilə əlaqədar torpaq və bitki örtüyünün ekstensiv istifadəsi nəti-

cəsində antropogen səhralaşma prosesi güclənmişdir.  

Kür-Araz ovalığında səhralaşma prosesi Şirvan düzündə daha güclü gedir. Burada apardığımız tədqiqatlar 

göstərir ki, bitki və torpaq örtüyünün səhralaşmasının (və ya deqradasiyası) istiqaməti və intensivliyini yaradan 

səbəblər ərazinin ekoloji şəraiti (relyefi, bitki örtüyü, torpağı)  və antropogen amillərin müxtəlifliyi ilə əlaqədar-

dır. Bu baxımdan ərazini aşağıdakı sahələrə bölmək olar:  

1. Kür çayı boyu tuqay meşələrinin deqradasiyası prosesi, orada olan meşələrin məhv edilməsi, hədsiz mal-

qara otarılması və meşə torpaqlarından kənd təsərrüfatında istifadə edilməsi ilə əlaqədar baş vermişdir. 

2. Regionun ovalıq hissəsində suvarılan ərazilərdə səhralaşma prosesini yaradan əsas səbəblər orada drenaj-

kollektor şəbəkəsinin yaradılması və suvarma işləri ilə əlaqədardır. Bu ərazidə səhralaşma prosesi torpağın şor-

laşması, şorakətləşməsi və bataqlaşması istiqamətində gedir.  

3. Regionun dağətəyi hissəsində səhralaşma prosesi bitki örtüyünün pozulması, məhv edilməsi, hədsiz mal-qara 

otarılması, aqrotexniki qaydalara riayət olunmaması ilə əlaqədardır. Bu ərazidə səhralaşma prosesi bitki örtüyünün 

deqradasiyası, səthi və yarğan eroziyası, suvarma aparılan sahələrdə isə irriqasiya eroziyası, bəzən şorlaşma və sürüş-

mə hadisəsinin yaranması istiqamətində gedir. 

Qeyd edildiyi kimi Şirvanın ovalıq hissəsində  səhralaşma prosesi əsasən suvarma işlərinin aparılması ilə 

əlaqədardır. Yeri gəlmişkən qeyd edək ki, Şirvan düzündə suvarma işləri hələ Girdiman dövləti dövründə geniş 

inkişaf etməyə başlamışdır.   

O vaxt suvarılan torpaqlarda taxıl, üzüm və başqa kənd təsərrüfatı bitkiləri becərilirdi. Lakin VIII-XII 

əsrlərdə burada olan suvarma sistemlərinin çoxu dağılmışdır. XV əsrdən sonra Şirvan düzündə suvarma işləri 

yenidən inkişaf etməyə başlamışdır. Suvarma sistemlərinin dövri olaraq dağılması  və yenidən qurulması 

ərazinin təbii  şəraitinin - relyefi, bitki örtüyü və torpağın kökündən dəyişməsinə  səbəb olmuşdur. XIX əsrin 

axırında suvarma işləri sürətlə genişlənmişdir. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə