MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə123/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   119   120   121   122   123   124   125   126   ...   228

 

237


- süzülmə  əmsalı 0,05-0,10 m/sut, zəif su keçirən qatın yerin səthindən dərinliyi 0,6-0,7 m-dən çox olan 

halda, yuma normasının həcmindən asılı olmayaraq dərin yumşaltma aparılır və müvəqqəti dayaz drenlər tətbiq 

edilir; 

- süzülmə əmsalı 0,05-0,10 m/sut, zəif su keçirən qatın yerin səthindən dərinliyi 0,6-0,7 m-dən az, yuma 

normasının həcmi 10-30 min m

3

/ha olan halda da dərin yumşaltma aparılır və müvəqqəti dayaz drenlər tətbiq 



olunur; 

- süzülmə əmsalı 0,05 m/sutkadan az, zəif su keçirən qatın yerin səthindən dərinliyi 0,6-0,7 m-dən çox olan 

halda dərin yumşaltma aparılması  və müvəqqəti dayaz drenlər tətbiq edilməsi ilə yanaşı, torpaqlara kimyəvi 

meliorantlər verilməklə, yaxud da daimi elektrik cərəyanı tətbiq etməklə yuma aparılır; 

- duzların başlıca olaraq torpağın üst qatında yerləşdiyi, aşağı qatların az duzlu və qrunt sularının zəif 

minerallaşma dərəcəsinə malik olduğu halda, dərindən yumşaldılmış torpaqda dərin şırımlar tətbiq etməklə üfiqi 

yuma həyata keçirilir.  

Yuxarıda qeyd olunmuş parametrlərin konkret qiymətlərindən asılı olaraq tətbiq olunan tədbirlərin ölçüləri 

(dayaz drenlərin arasındakı məsafə, şırımların dərinliyi, uzunluğu, torpağın hansı dərinlikdə yumşaldılması və 

s.) müəyyən edilir.  

Təklif olunan əsaslı yuma texnologiyasının tətbiqi  şorlaşmış torpaqları bir-iki yuma mövsümündə yararlı 

hala salmağa və onların kənd təsərrüfatında istifadəyə verilməsinə tam zəmin yaradır.  



3. Ağır qranulometrik tərkibli, zəif sızdırma qabiliyyətli, duz tərkibində sodanın iştirak etdiyi şorlaşmış və 

şorakətləşmiş torpaqlar. Qarabağ və Mil düzündə (Bərdə, Ağcabədi, Beyləqan və İmişli rayonları ərazilərində) 

yerləşmiş bu torpaqlarda adi yuma üsulları  səmərə vermir. Odur ki, bu torpaqlarda əsaslı yumalar 2-ci qrup 

torpaqlarda tövsiyə olunan yuma texnologiyası ilə aparılmaqla yanaşı, həm də kimyəvi meliorantların tətbiqi də 

nəzərdə tutulmalıdır.  

Respublikanın suvarılan  ərazilərində  kənd təsərrüfatı bitkilərindən yüksək və sabit məhsul götürülməsinə 

mənfi təsir edən amillərdən biri də  şorakətlikdir.  Şorakətləşmə respublikamızın torpaqlarının ekologiyasında 

fəal rol oynadığı üçün bizim tərəfimizdən qismən müstəqil ekoloji problem kimi götürülmüşdür.  Şorakət 

torpaqların kənd təsərrüfatı bitkilərinin inkişafına və  məhsuldarlığına mənfi təsiri torpaq məhlulunda olan 

sodanın və uducu kompleksdə natrium və maqnezium kationlarının olması ilə əlaqədardır. V.A.Kovda (1946) 

udulmuş natriumun bitkilərə təsirini belə təsvir etmişdir: 

a. Mübadiləli natriumun miqdarı udma tutumunun 3-5%-i qədər olduqda, onun kənd təsərrüfatı bitkilərinin 

inkişafına təsiri olmur və əksinə müsbət təsir göstərir; 



b. Mübadiləli natriumun miqdarı udma tutumunun 5-10%-ni təşkil etdikdə torpağın aqrofiziki xassələri 

pisləşir. Bunun qarşısını almaq üçün torpağın yüksək aqrotexniki qaydalarla becərilməsi, növbəli əkinin düzgün 

tətbiq edilməsi vacibdir; 

c. Mübadiləli natriumun miqdarı udma tutumunun 10-20%-ni təşkil etdikdə torpaqda yüksək  şorakətlilik 

yaranır, torpağın aqrofiziki xassələri kəskin surətdə pisləşir. Bitkilərin məhsuldarlığı da xeyli aşağı düşür. 

Bununla mübarizə etmək üçün kimyəvi meliorasiya tətbiq olunmalıdır; 

d. Mübadiləli natriumun miqdarı udma tutumunun 20-40%-ə qədəri olduqda torpağın şorakətlilik dərəcəsi 

öz yüksək həddinə çatır, onun münbitliyi kəskin  şəkildə azalır, təbii olaraq kənd təsərrüfatı bitkilərinin 

inkişafına şərait qalmır.  

Şorakətliyin yaranması prosesində torpaqda olan üzvi maddələr suda asan həll ola bilən formalarda suyun 

təsiri ilə üst qatlardan aşağı qatlara yuyulur, əkinaltı qatda bərkimə baş verir, torpağın su və hava xassələri 

pisləşir və belə torpaqların strukturu tədricən pozulur. Bu cür torpaqlar nəm halda yapışqanlı olub, çox gec 

quruyur, quru halda isə çox bərk olur və qaysaq əmələ  gətirir, səthi çat-çat olur, onu yumşaltmaq, becərmək 

üçün böyük zəhmət tələb olunur. Belə torpaqlar adətən quru və isti iqlim şəraitinə malik olan bozqır, yarımsəhra 

və səhra torpaqları arasında ayrı-ayrı ləkələr şəklində yayılmışdır.  

V.R.Volobuyev (1953) Kür-Araz düzənliyində şorakətliyin əmələ gəlməsinin dörd yolunu göstərmişdir: 

1. Torpaqəmələgəlmə  və  aşınma proseslərində torpaq məhlullarının natrium ionları ilə  zənginləşməsi 

nəticəsində baş verən elüvial şorakətləşmə; 

2. Zəif minerallışmış səth sularının torpağa hopması prosesi nəticəsində yuyulma və delüvial yolla əmələ 

gələn şorakətləşmə; 

3. Qrunt sularının kapilyar təsiri nəticəsində şorlaşmadan əvvəl əmələ gəlmiş şorakətləşmə; 

4. Şorlaşmış torpaqların duzlaşması nəticəsində əmələ gələn şorakətləşmə. 

Kür-Araz ovalığında  şorakət torpaqlar əsasən Muğan və Salyan (M.R.Abduyev, 1960, 1961) düzlərində, 

Şirvan düzünün qərbində, Kür sahili zonada, Mil düzünün cənub və  şimal hissələrində yayılmışdır.  Şorakətli 

torpaqlar Antipov-Karatayevə görə (1953) udulmuş natriumun miqdarından asılı olaraq aşağıdakı kimi 

səciyyələnir (cədvəl 12.7.). 

 

Cədvəl 12.7. 

 



 

238


Şorakətləşmiş torpaqların təsnifatı 

 

Şorakətlilik dərəcəsi  

Na, %-lə  

Şorakətləşməmiş torpaqlar  



<5 

Zəif şorakətli torpaqlar  

5-10 

Orta şorakətli torpaqlar  



10-15 

Şiddətli şorakətli torpaqlar  

15-20 

Şorakətli torpaqlar  



>20 

 

Qeyd etmək lazımdır ki, respublika ərazisində  təsadüf olunan şorlaşmış  şorakət torpaqlar öz növbəsində 



neytral və  qələvi (sodalı) olaraq iki qrupa ayrılır. Bütün sodalı  şorlaşmış torpaqlar bu və ya digər dərəcədə 

şorakətli olur. Sodalı şorlaşmış torpaqlar əsasən Qarabağ düzündə yayılmışdır. Belə torpaqlara Mil və Muğan 

düzlərində də ləkələr şəklində rast gəlinir. Bununla yanaşı respublikada maqnezium mənşəli şorakət torpaqların 

da (R.H.Məmmədov, 1975) mövcudluğu məlumdur. Bu torpaqların da öz xüsusiyyətləri vardır (cədvəl 12.8.).  

 

Cədvəl 12.8. 

Torpaqların və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının uducu kompleksindəki maqnezium 

kationunundan asılılığı  (R.H.Məmmədov) 

 

Maqnezi

um 

udulmuş 

əsasların 

cəmində

n %-lə 

Şorakətli



dərəcəsi  

Disperslik 

dərəcəsi  

Şişmə 

faizi  

Suyun 

torpağa 

hopması, 

mm/saat 

Buğdanı



məhsuld

arlığı, 

s/ha 

20-dən 


az  

şorakətsiz 20-dən az 

5-10 

200-500 


30-dan 

çox 


20-30 

zəif 


şorakətli 

20-30 5-10 

100-200 

20-30 


30-40 

orta 


şorakətli  

30-40 10-15 

30-100 

10-20 


40-50 

şiddətli 

şorakətli 

40-50 10-20 

20-60 5-10 

50-dən 


çox 

şorakət 50-dən çox 

20-dən 

çox 


30-dan az  5-dən az 

 

Torpağın uducu kompleksində maqneziumun miqdarı udulmuş əsasların cəminin 20%-dən az olarsa, belə 



torpaqlar maqnezium şorakətsiz, 20-30% olarsa, zəif maqnezium şorakətli, 30-40% olarsa, orta maqnezium 

şorakətli, 40-50% olarsa, şiddətli maqnezium şorakətli və >50% olarsa, maqnezium şorakət adlanır. Şorakətlik 

dərəcəsindən asılı olaraq bitkilərin məhsuldarlığı da dəyişir. Cədvəldən göründüyü kimi buğdanın məhsuldarlığı 

zəif şorakətli torpaqda təxminən 30%, orta şorakətlidə 50%, şiddətli şorakətlidə 75%, şorakət torpaqda isə 90%-

dən artıq aşağı olur. Kür-Araz ovalığında bu torpaqlara Arazboyu zonada, Qarabağ düzündə, Muğan düzündə 

təsadüf edilir.  

Şorakətləşmə prosesində torpaqda yarıqlar (çatlar) əmələ  gəlir və ayrı-ayrı sütunvari struktur parçaları 

yaranır. Prosesin getmə dərəcəsindən asılı olaraq sütunvari qatlar müxtəlif dərinlikdə yerləşir və orada becərilən 

bitkilərə də müxtəlif təsir göstərir. M.R.Abduyev (1968) Azərbaycanda yayılımış şorakət torpaqların, sütunvari 

struktur qatın yerləşdiyi dərinliyə görə  aşağıdakı üç növünü göstərmişdir: qaysaqlı  şorakət torpaqlar; orta 

sütunvari şorakət torpaqlar; dərin sütunvari şorakət torpaqlar.  

Şorakət torpaqların  əmələgəlmə  şəraiti və xüsusiyyətləri nəzərə alınmaqla onları yaxşılaşdırmaq və 

münbitliyini artırmaq məqsədilə əsasən aşağıdakı üsullardan istifadə olunur.  

1.  Kimyəvi meliorasiya üsulu. Bu halda torpağın uducu kompleksində olan natrium ionuna və torpağın 

qələviliyinə ekvivalent miqdarda kimyəvi meliorantlar verilir



2. Aqrobioloji üsul. Bu halda aqronomik və bioloji tədbirlər kompleksi tətbiq edilir (dərin şum və plantaj 

vasitəsilə gips və kalsium-karbonat olan qatlardan istifadə edilir, onların həll olunması təmin edilir).  

Şorakət torpaqların kimyəvi üsulla meliorasiyası iki mərhələdən, fazadan ibarət olmaqla aparılır: 

- meliorasiyanın kimyəvi fazasında uducu kompleksdə olan natrium ionunu kalsium ionu ilə əvəz etmək və 

torpaq məhlulunun qələviliyini ləğv etmək məqsədilə ekvivalent miqdarda kimyəvi meliorant verilir. Bundan 

sonra torpaqda əlverişli struktur yaranır, torpağın su-fiziki xassələri xeyli yaxşılaşır, torpaqda gedən 

mikrobioloji proseslər intensivləşdiyindən münbitlik tədricən artmağa başalyır.  



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə