MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə124/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   120   121   122   123   124   125   126   127   ...   228

 

239


- meliorasiyanın fiziki fazasında – torpağa verilən kalsium duzu və uducu kompleksindən sıxışdırılan 

natrium kationu arasında gedən mübadilə nəticəsində torpaq məhlulunda əmələ gələn kənd təsərrüfatı bitkilərinə 

zərərli duzların (əsasən Na

2

SO



4

) artıq miqdarı su vasitəsilə yuyulub torpaqdan kənar edilir.  

Bir sıra meliorantlar tətbiq etməklə Şirvan və Qarabağ düzlərinin şorlaşmış və şorakətləşmiş torpaqlarında 

çoxsaylı variantlarla təcrübə N.K.Mikayılov (2000) tərəfindən aparılmışdır. Təcrübə nəticələrinin araşdırılması 

gipslə peyinin müvafiq olaraq 15 və 40 t/ha dozalarla birlikdə, sulfat turşusunun 10 t/ha dozada və kimyəvi 

tullantılarının 10-20 t/ha dozada tətbiqi tövsiyə olunmuşdur. 

Hazırda bir sıra aktiv meliorantlardan istifadə etmək qaydaları işlənib hazırlanmışdır (K.H.Teymurov, 1972, 

N.K.Mikayılov, 2000 və b.). Bunlardan turşu məhlullarını, yeni kompleks birləşmələri, CaCl

2

, Ca(NO


3

)

2



, gəcin 

və turşunun birlikdə verilməsini və s. göstərmək olar.  

Şorakət torpaqların meliorasiyasında aqrobioloji kompleksin tətbiqində  əsas məqsəd  şorakətaltı torpaq 

qatının kalsium duzlarını əkin qatına cəlb etmək və bərkimiş şorakət qatı yumşaltmaqdan ibarətdir. Aqrobioloji 

üsul özlüyündə mexaniki, kimyəvi və bioloji tədbirlərin şorakət torpaqlara birgə kompleks meliorativ təsirindən 

ibarətdir. Bu zaman meliorativ becərmə sistemi tətbiq olunur, mexaniki tədbirlər (dərin şum, adi şum və dərin 

yumşaltma) vasitəsilə  şorakət qatın quruluşu dağıdılır, torpaqda olan karbonat duzları  və gips kimyəvi 

meliorasiyaya daxil edilir, mənimsəmə bitkiləri əkilir, onların kök sistemlərinin bioloji təsiri və üzvi qalıqları 

ilə, eləcə də peyin verməklə, torpaqda karbon qazı (CO

2

) artırılır və davamlı struktur yaradılır.  



Şorakət torpaqların növmüxtəlifliyini, şorakət qatdan üstdəki qatın qalınlığı, kalsium duzlarının yerləşdiyi 

dərinliyi, suda asan həll olan duzların miqdarını  və keyfiyyətini nəzərə alaraq torpaqda optimal şumlama 

dərinliyi tətbiq etmək lazımdır.  

Respublika  ərazisində, xüsusilə  də Kür-Araz ovalığında  şorlaşmış  və  şorakətləşmiş torpaqların müəyyən 

dövrlərdə uçotu aparılmış və xəritələri də tərtib olunmuşdur.  

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda V.R. Volobuyevin rəhbərliyi altında Q.Z.Əzizov (1980) 

tərəfindən Kür-Araz düzənliyinin şorluq xəritəsi tərtib edilmişdir.  

Hazırda Dövlət Torpaq və  Xəritəçəkmə Komitəsində Kür-Araz düzənliyinin 1:100000 miqyaslı torpaq 

xəritəsinin tərtib edilməsi üzrə torpaq tədqiqatları aparılır. Bu tədqiqatlar  əsasında elektron torpaq xəritəsi, o 

cümlədən də şorluq və şorakətlik xəritələri tərtib edilmişdir.

 

 



 

240


12.12. Torpağın rekultivasiyası 

Texniki tərəqqi əsrində, dünyanın bir sıra ölkələrində sənayenin yüksək inkişaf etməsilə əlaqədar torpaq ör-

tüyünün pozulması, dağılması  fəlakətli miqyas almışdır.  Əvvəllər kənd təsərrüfatı bitkiləri becərilən sahələr, 

məhsuldar meşələr, çəmənlər, otlaqlar altında olan münbit torpaqların yerində karxanalar qazılmış, yararsız lay-

larla örtülmüş, yollar, borular salarkən dağıdılmışdır. İnsan fəaliyyəti ilə relyefi, hidroloji rejimi dəyişmiş, tor-

paq örtüyü dağılmış və çirklənmiş, bitki örtüyü məhv edilmişdir, belə yerlər pozulmuş sahələr adlanır. Bu za-

man həm də sular və atmosfer də çirklənməyə məruz qalır. Biosferin təmizliyinə xüsusilə təhlükə yaradan mine-

ral xammal istehsal edən, tərkibində bitki və heyvanat aləmi üçün zəhərli sayılan sənaye tullantıları hesab edilir. 

Dağ-mədən sənayesinin fəaliyyəti, xüsusən, faydalı qazıntıların açıq üsullu istehsalı nəticəsində yer qabığı-

nın üst qatlarında dərin dəyişikliklər baş verir, bütün biogeosenotik əlaqələr pozulur. Bu zaman 10 metrlərlə, bə-

zən 100 m dərinliklərdən çıxarılan süxur qatları açılır, qarışdırılır və laylar atılır. Layların səthində çox vaxt bit-

kilərin inkişafı üçün fiziki-kimyəvi xassələri əlverişsiz olan süxurlar yerləşir. Belə ərazilər neçə onilliklər bitki-

siz- çılpaq olub «sənaye səhrasına» çevrilib, «ay landşaftı» da adlanır. Bu sahələr təsərrüfat istifadəsindən çıx-

maqla yanaşı, həm də  ətraf mühitin çirklənmə mənbəyi sayılır. 

Faydalı qazıntıların açıq üsulla çıxarılması təbii komplekslərə kəsgin təsir göstərərək landşaftın komponent-

lərinin dəyişməsinə səbəb olur. Bu zaman torpaq örtüyü, bitki və heyvanat aləmi pozulmaqla yanaşı, həm də li-

togen əsas dəyişir, yəni landşaftın morfoloji hissələrinin görünüşü tamamilə dəyişir. Antropogen kompleks sis-

temində belə ərazilər «təbii - texnogen», yaxud qısa şəkildə «texnogen» landşaft adlanır. Texnogen landşaftın 

digər antropogen landşaftlardan fərqi texnikanın və istehsalın ayrı-ayrı texnologiyasının təsiri nəticəsində dərin 

dəyişikliyə uğramasıdır. Qeyd edək ki, texnikanın təbii ərazi kompleksinə təsiri müsbət istiqamətə də yönəldilir: 

ekoloji şəraitin yaxşılaşdırılması, landşaft və ətraf mühitin optimallaşdırılması istiqamətində hidrotexniki və di-

gər mühəndis qurğularının yaradılması buna misal ola bilər. 

Sənaye tərəfindən pozulmuş ərazilərdə nisbətən qısa bir vaxtda insan təlabatını təmin edən yeni məhsuldar 

və davamlı təbii ərazi kompleksləri yaratmaq üçün insanın aktiv və məqsədyönlü iş görməsi lazım gəlir. Sənaye-

nin neqativ nəticələrini aradan qaldırmaq üçün hazırda sənaye inkişaf etmiş ölkələrdə torpağın rekultivasiyası 

kimi aktual problem irəli sürülür. Pozulmuş torpaqların, ərazilərin bərpası prosesi rekultivasiya adlanır. 

Torpağın rekultivasiyası praktiki, xüsusən nəzəri baxımdan nisbətən yeni istiqamət sayılır. «Rekultivasiya» 

termini faydalı qazıntılarda açıq üsulla istehsalın inkişafı ilə əlaqədar geniş yayılmışdır. Sənaye tərəfindən po-

zulmuş ərazilərin rekultivasiya işlərinə ilk dəfə XIX əsrin ortalarında Almaniyada başlanmışdır. XX əsrin əvvəl-

lərində isə bu işlər İngiltərə və ABŞ –da aparılmışdır. Avropa və ABŞ-da rekultivasiya işləri II Dünya mühari-

bəsi başlamamış və əsasən müharibədən sonra daha geniş vüsət almışdır. 

Ərazinin (torpağın) rekultivasiyasının məqsədi müxtəlif işlərin (mühəndis, dağ-texniki, meliorasiya, kənd tə-

sərrüfatı, meşəçilik və b.) kompleksi kimi müəyyən vaxt ərzində yerinə yetirilərək sənaye tərəfindən pozulmuş 

torpaqların məhsuldarlığını  bərpa etmək və onları müxtəlif istifadə növlərinə qaytarmaq, yəni onların yerində 

daha məhsuldar və səmərəli təşkil olunmuş mədəni-antropogen landşaftların elementlərini yaratmaq, son nəticə-

də texnogen landşaftları optimallaşdıraraq ətraf mühit şəraitini yaxşılaşdırmaqdan ibarətdir. 

Sənaye fəaliyyəti tərəfindən pozulmuş landşaftın rekultivasiyasının istiqaməti və metodları pozulmanın xa-

rakterindən, regionun inkişaf vəziyyəti və perspektivindən, rekultivasiyanın həmin region üçün iqtisadi və sosial 

əhəmiyyətindən, fiziki-coğrafi xüsusiyyətindən asılıdır. Odur ki, müxtəlif ölkələrdə, hətta bir ölkənin müxtəlif 

rayonlarında rekultivasiya işləri oranın spesifik xüsusiyyətlərinə uyğun aparılmalıdır. 

Dünya ölkələrinin əksəriyyətində texnogen landşaftların sonrakı istifadə məqsədindən asılı olaraq aşağıdakı 

əsas rekultivasiya  istiqamətləri məlumdur  (Motorina, Ovçinnikov, 1975). 



1) Kənd təsərrüfatı istiqaməti: pozulmuş ərazidə əkin (səpin), aparmaq, bağ salmaq, çəmən və otlaq kimi isti-

fadə etmək; 



2) Meşə təsərrüfatı istiqaməti: a) məqsədyönlü meşəliklər (torpaqqoruyucu, su tənzimləyici) salmaq; b) istis-

mar əhəmiyyətli meşəlik salmaq. 



3) Yaşıllaşdırma və səhiyyə-gigiyena istiqaməti: 

– istirahət zonası yaratmaq, park yaşıllığı salmaq, ətraf mühiti çirkləndirən tullantı layların konservasiyası və ya 

yaşıllaşdırılması; 

4) Müxtəlif təyinatlı su hövzələri yaratmaq (sutənzimləyici hovuzlar, su anbarı, idman hovuzu, balıq və ov 

yetişdirmək üçün göl və s.). 



5) Pozulmuş ərazidə yaşayış və digər tikililər yaratmaq. 

Yuxarıda göstərilən istiqamətlər bir-birilə sıxı əlaqədədir və pozulmuş landşaftların kompleks optimallaşdı-

rılması prosesində eyni vaxtda həyata keçirilir. 

Torpaqların rekultivasiyası adətən bir neçə ardıcıl mərhələdə həyata keçirilir (Motorina, 1966). 



Birinci mərhələ -  hazırlıq mərhələsi: pozulmuş ərazinin  müayinəsi və tiplərə ayrılması, ərazinin spesifik 

şəraitinin öyrənilməsi (geoloji quruluş, süxurun tərkibi, onun bioloji rekultivasiyaya və digər istifadə növünə ya-

rarlığı, hidroloji şəraitin dinamikasının proqnozu və s.), rekultivasiyanın və rekultivasiya olunan ərazinin istifa-



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə