MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə13/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   9   10   11   12   13   14   15   16   ...   228

 

24

İlk vaxtlar Qafqazın bu maraqlı regionuna tək-tək tədqiqatçılar gəlmişlər. Ayrı-ayrı təbiətşünaslar Qafqazın 



çətin relyef şəraitində yerləşən və  hələ öyrənilməyən zəngin təbiətinə  səyahət etmişlər. XVIII əsrdə  və XIX 

əsrin  əvvəllərində  təbiətşünaslar bitki örtüyü ilə yanaşı, təbiət elminin digər sahələrini-geologiyanı, 

mineralogiyanı, xüsusilə zoologiyanı öyrənməyə başlamışlar.  

1725-ci ildə Sankt-Peterburq Elmlər Akademiyası Qafqaza bir sıra ekspedisiyalar təşkil edərək təbii 

sərvətləri öyrənməyə başladı. Cənubi Qafqazın ilk tədqiqatçısı 1700-1702-ci ildə  məşhur botanik Turnefor 

olmuşdur. 1724-1725-ci illərdə Rusiya Elmlər Akademiyasının ilk botaniki Buksbaum Qafqaza səyahət etdi. 

S.T.Qmelinin başçılıq etdiyi Rusiya Elmlər Akademiyasının ekspedisiyaları  tərəfindən 1770-1773-cü illərdə 

Qafqazın florasının öyrənilməsi sahəsində böyük işlər görülmüşdür.  

XVIII  əsrin sonunda Küldenştatd və Pallas Qafqaz regionu üzrə  zəngin floristik material toplamışlar. 

X.X.Steven Qafqazın, o cümlədən Azərbaycanın bir sıra meşəli rayonlarında olmuşdur. O, 1805-ci ildə Qax-

etiya, Qartaliniya və Somxetiyada və Gəncənin ətraf ərazilərində olmuşdur. X.X.Steven 1810-cu ildə Qafqazın 

bir çox rayonlarına səyahət etmiş, Qubada olaraq Şahdağa, Tufandağa qalxmış, Böyük Qafqazın cənub 

yamacının ayrı-ayrı sahələrini (Şamaxı, Vəndam, Şəki) gəzmiş, Bakıda və Gəncədə olmuşdur. 

Qafqaz bitkiləri, o cümlədən meşə florası nüsxələrinin zəngin kolleksiyası imperator Botanika bağının di-

rektoru K.A.Meyer (1829-1830), Talış florası üzrə isə F.Qoqenager (1834-1835) və E.K.Eyxvald (1820) 

tərəfindən toplanmışdır.  

XIX  əsrin ortalarında o dövrün məşhur dendroloqu Karl Kox Qafqazda böyük botaniki tədqiqatlar 

aparmışdır. Qafqaz üzrə  səyahətini yekunlaşdıraraq  Şərqi Qafqazın ayrı-ayrı hissələrindən kolleksiyalar 

toplamışdır. O, öz işlərində Qafqaz florasının xarakteristikasını vermiş  və Qafqazın floristik əyalətlərə 

bölünməsi təşəbbüsünü göstərmişdir. 1880-ci ildə Kox Qafqaxın bitki örtüyünün xəritəsini tərtib etmişdir.  

XIX əsrin sonlarında toplanmış materiallar əsasında tədqiqatçılar Qafqazın ayrı-ayrı vilayətlərinin florasını 

müqayisə etmiş, floristik və coğrafi-botaniki rayonlaşdırma üzrə  təşəbbüslər göstərmişlər. Bu dövrdə floristik 

tədqiqatlar və bitki növlərinin sistematikası  və coğrafiyasının öyrənilməsilə yanaşı, Qafqaz rayonlarının bitki 

örtüyünü səciyyələndirən dəqiq bitki təsvirləri yerinə yetirilmişdir. Bu baxımdan olan işlərdən görkəmli 

alimlərdən Q.İ.Radde, Y.S.Medvedyev, M.N.Smirnov, Y.A.Voronov, F.P. Keppen, V.N.Lipski, N.İ. Kuznetsov, 

A.Voronin, D.İ.Sosnovski və A.A.Qrossheymin işlərini qeyd etmək olar.  

Bu tədqiqatçılardan Q.İ.Radde, Y.S.Medvedyev və N.İ. Kuznetsov bu və ya digər prinsiplərə əsaslanaraq 

Azərbaycanı da əhatə etməklə Qafqazı bir sıra floristik və botaniki-coğrafi vilayətlərə və əyalətlərə bölmüşlər.  

Şərqi cənubi Qafqazın meşə bitkisinin öyrənilməsində Y.S.Medvedyev və N.İ.Kuznetsovun işləri böyük 

əhəmiyyət kəsb edir. Y.S.Medvedyevin «Zaqafqaziya meşələrinin oçerki» (1882) və «Qafqazda bitki örtüyünün 

vilayətləri haqqında» (1907, 1914) əsərləri bu baxımdan xüsusilə qiymətli sayılır.  

N.İ.Kuznetsovun «Qafqazın coğrafi-botaniki əyalətlərə bölünməsi prinsipləri» (1909) əsəri Qafqazda bitki 

örtüyünün, o cümlədən meşə bitkisinin öyrənilməsi işində yeni və mühüm mərhələ hesab olunur. N.İ.Kuznetsov 

bitki örtüyünün öyrənilməsində tarixi metoddan istifadə edən ilk tədqiqatçılardandır, bu baxımdan. onun 

tədqiqatı yüksək qiymətə layiqdir.  

N.İ.Kuznetsovun tərtib etdiyi Qafqazın coğrafi-botaniki  əyalətləri xəritəsində Dağıstan-Quba, Somxeti-

Qarabağ,  İberiya və  Lənkəran meşə vilayətləri bilavasitə Azərbaycan  ərazisi daxilindədir. Sonralar müxtəlif 

müəlliflər tərəfindən Qafqazın bitki örtüyünün botaniki-coğrafi  əyalətlərə bölünməsi işi N.İ.Kuznetsovun 

bölgüsünün dəqiqləşdirilməsi istiqamətində aparılmışdır.  

Beləliklə, yuxarıda qeyd edilən tədqiqatlar zamanı Azərbaycanda bitki örtüyünün öyrənilməsi respublikanın 

ayrı-ayrı hissələrində yerinə yetirilərək ümumi plan əsasında aparılmış, epizodik xarakter daşımış və bu işlərin 

az praktiki əhəmiyyəti olmuşdur.  

Azərbaycanın o dövrdə bitki örtüyünü xüsusi öyrənən idarəsi olmamış, respublikanın ərazisindən toplanan 

bitki kolleksiyaları kənara çıxarılmışdır.  

Azərbaycanda bitki örtüyünün xalq təsərrüfatının əhəmiyyəti mənafeyinə planlı, məqsədyönlü öyrənilməsi 

1920-ci ildən sonra olmuşdur. Yeni açılmış ali məktəblərdə  təşkil olunmuş botanika kafedralarında floranın, 

bitki fiziologiyasının öyrənilməsi, Azərbaycan bitkilərindən ilk kolleksiyaların toplanmasına başlanıldı.  

Azərbaycanın bitki örtüyünün öyrənilməsi və botanika elminin inkişafında akademik A.A.Qrossheymin 

xüsusi rolu olmuşdur (1888-1946). 1924-1947-ci illərdə Azərbaycanda bütün botanika tədqiqatları  əslində 

A.A.Qrossheymin adı ilə bağlıdır. Bu dövr ərzində botanika tədqiqatları onun rəhbərliyi altında, bilavasitə onun 

və ya onun şagirdlərinin iştirakı ilə yerinə yetirilmişdir. 

Azərbaycanda bitki örtüyünün və floranın öyrənilməsində xalq torpaq komissarlığının təşkil etdiyi qış və 

yay otlaqlarının geobotaniki tədqiqatları böyük rol oynamışdır. Bu tədqiqatlara A.A.Qrossheym başçılıq 

etmişdir. Tədqiqatların  əsas məqsədi respublikada otlaq təsərrüfatının nizamlanması olmuşdur. Qış otlaqlarını 

öyrənərkən A.A.Kolakovski (1933), L.İ.Prilipko (1939, 1948, 1950), M.İ.Saxokia (1931), həm də Kürqırağı və 

Arazətrafı tuqay meşələrini, düzən palıd meşələrini və seyrək saqqız meşələrini tədqiq etmişlər. Qış otlaqları ilə 

məşğul olan tədqiqat dəstəsi (Axverdov, Yaroşenko) subalp çəmənlərinə bitişik meşənin yuxarı  sərhədini də 

öyrənmişlər.  




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə