MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.

səhifə131/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
1   ...   127   128   129   130   131   132   133   134   ...   228

 

250


ması ilə şərtlənir. Şoranlaşmış süxurların yaxın yerləşməsi ilə bağlı olaraq, bu ərazilərdə TÖS-də şorakət komp-

lekslər iştirak edir. Yamaclarda eroziyaya uğramış torpaqların iştirak etdiyi komplekslər inkişaf etmişdir. 

Respublikanın şabalıdı torpaqları yüksək dərəcədə mənimsənilmişdir və meyvə, pambıq, üzüm, taxıl, qış ot-

laqları üçün istifadə olunur. Tünd şabalıdı torpaqlar dəmyə şəraitində, o biri iki tip isə suvarma şəraitində istifa-

də olunur.  

7. Boz və boz-qonur torpaqlar (boz-solodlaşmış) Kür-Araz ovalığının 2493,2 min ha (28,9%) sahəsində

isti və davamlı yay (5-6 ay) və mülayim isti qış şəraitində yayılmışdır. Yayı quraqdır. Havanın orta illik tempe-

raturu yüksəkdir (+ 14

0

C), il ərzində düşən atmosfer yağıntıları (180-230 mm) buxarlanma və transpirasiya üçün 



lazım olan suyu ödəmir. Bu, həmin torpaqların yayıldığı zonanı quraq, quru, yarımsəhra iqliminə aid etməyə 

əsas verir. Tipik bitkilik formasiyası – yovşan-efemer bitkiliyidir. 

Boz torpaqlar humusun cüzi miqdarı (yuxarı qatda 1,6-2%), atmosfer yağıntılarının qələviləşdirici təsiri 

üzərində buxarlanmanın açıq-aşkar üstünlüyü nəticəsində səthdə yüksək karbonatlıqla səciyyələnir. Boz torpaq-

larda şorakətlilik əlamətləri, B horizontunun kipliyi və zəif qələvi reaksiya qeyd olunur. 

Nəzərdən keçirilən torpaqların qranulometrik tərkibində gilli və qumlu-gilli növ müxtəliflikləri üstünlük 

təşkil edir. Başlıca olaraq kalsium və maqneziumla təmsil olunmuş mübadilə həcminin kiçik olduğu (100 qr tor-

pağa 20 m.ekv. yaxın) qeyd edilir. Çökmə şəraitindən asılı olaraq, zonanın torpaq örtüyündə şoran və şorakət 

növ müxtəlifliklərinə malik əhəmiyyətli komplekslik müşahidə edilir.  

Suvarma şəraitində boz torpaqlar pambıq və üzüm plantasiyaları üçün istifadə olunur, yem bazaları və qış 

otlaqları kimi xidmət göstərir. 

8. Çəmən torpaqları da boz və boz-qonur torpaqlar kimi, Kür-Araz ovalığının quru və yarımsəhra şəraitində 

yayılmışdır. Ümumi sahəsi 1050,8 min ha-dır (5,5%). Bu torpaqlardan torpaqəmələgəlmənin çəmən tipi yüksək 

qrunt suyu və səthi nəmişliklə bağlı olan xüsusi yerli hidroloji rejimlə şərtlənmişdir. Bu şəraitdə formalaşan tor-

paqlar adi yarımsəhra torpaqlarından xeyli fərqlənir. Bununla yanaşı, onların zonal cizgiləri də vardır: onlar üçün 

üzvi maddələrin sürətli minerallaşması, yüksək karbonatlıq və torpaq əmələgəlmədə tez həll olunan natrium duzla-

rının iştirakı səciyyəvidir. Su rejiminin xüsusiyyətləri ilə bağlı olaraq, onlarda bitkiliyin güclü inkişafı müşahidə 

edilir; bu isə yüksək humus tərkibini təmin edir, relyefin yüksələn və meylli elementlərində, nisbətən zəif səthi və 

qrunt nəmişliyi şəraitində açıq çəmən və çəmən, depressiyalarda isə tünd çəmən torpaqları formalaşır. 

Çəmən torpaqları çox məhsuldardır. Onların məhsuldarlığını daha da artırmaq və  kənd təsərrüfatı üçün 

uğurla istifadə etmək üçün bir sıra tədbirlər görülür. Bu torpaqlar respublikanın suvarma əkinçiliyinin əsasını 

təşkil edir, onlarda pambıq və bir sıra başqa mədəni bitkilər yetişdirilir; qış otlaqları kimi də istifadə edilir. 

9. Şoranlıqlar Azərbaycanın ovalıq zonasında geniş yayılmışdır (475,9 min ha və ya 5,5%) və adətən rel-

yefin depressiyalarında müşahidə olunur. Şoranlıqların əmələ gəlməsi mineral qrunt suların yaxınlığı ilə buxar-

lanmanın yağıntılar üzərində mütləq üstünlüyü şəraiti ilə bağlıdır.  Şoranlıqlar güclü qələvi reaksiyası  və çox 

vaxt udulmuş əsasların tərkibində maqneziumun (50%-ə qədər) və natriumun (20%-ə qədər və daha çox) böyük 

miqdarı ilə fərqlənir. Onlar üçün torpağın səthində tez həll olunan duzların yüksək miqdarı səciyyəvidir. Materik 

qatda quru qalığın ölçüsü 3-5% təşkil edir. Duz tərkibinə görə şoranlıqlar xlorlu və xlorlu-sulfatlı növlərinə bö-

lünür. 

Azərbaycanın şoranlıqları ən az məhsuldar torpaqlardır. 



 

12.15. Azərbaycan respublikasının  

aqroekoloji rayonlaşması 

Torpaq örtüyünün bonitirovka göstəriciləri ilə birgə Azərbaycan ərazisinin aqro və meşəekoloji rayonlaşdı-

rılması taksonomik vahidlərin iyerarxiyası üzrə təbii-kənd təsərrüfatı rayonlaşdırmasının ümumi sxemi ilə əla-

qədə aparılır. Taksonomik vahidləri biz qısaca aqroekoloji adlandırırıq: aqroekoloji sinif – aqroekoloji vilayət – 

aqroekoloji rayon – aqroekoloji yarımrayon – aqroekoloji qrup (cədv.12.10). Bu bölgülər kompleks ərazi –isteh-

sal törəmələridir. Onlar bir sıra təbii və təsərrüfat əlamətlərinə görə fərqlənirlər. Ancaq təbiətlə təsərrüfatın qar-

şılıqlı əlaqəsini nəzərə alaraq bu və ya başqa bölgünün ayrılması zamanı bütün əlamətlər toplusundan istifadə et-

məyə ehtiyac yoxdur. Yalnız ən mühüm əlamətləri nəzərə almaq kifayətdir. 

Aşağıda rayonlaşdırma sisteminin taksonomik vahidlərinin təyini və onları ayırmaq üçün istifadə edilən ən 

səciyyəvi ekoloji parametrlər, əlamətlər verilir. 



Aqroekoloji sinif – əsas zonal torpaq tipinin və bir neçə tipin üstünlüyü ilə səciyyələnən eninə və ya şaquli 

yayılmış ərazidir. Azərbaycan Respublikası hüdudlarında 2 sinif ayrılır – bünövrədən soyuq hissəyə (yerin hün-

dürlüyündən asılı olaraq) qədər şaquli qurşaqlığın bütün sistemi ilə qurşağa daxil olan dağlıq ərazilər və günəş 

istisinin müəyyən məcmu miqdarı və i.a. ilə səciyyələnən ərazilər. Düzənlik üfüqiliynin ümumi sxeminə uyğun 

olaraq anlaşılır. 

Aqroekoloji vilayət – aqroekoloji sinfin (dağlıq və düzənlik) şaquli və ya üfiqi zonallıqla təzahür edən iri 

oroqrafik elementlə ayrılmış bir hissəsidir. Aqroekoloji vilayətlərin ayrılması zamanı istilik, nəmlik, əsas torpaq 

tiplərinin yayılma xüsusiyyətləri və onların kənd təsərrüfatında istifadəsi və başqa göstəricilərlə yanaşı, vilayət-

lərin daha iri planda götürülmüş fiziki-coğrafi fərqləri də nəzərə alınır. 






Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   228


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə