251
Aqroekoloji rayon – becərilən bitkilərin tərkibi üzrə kənd təsərrüfatı istehsalının
rayon fərqlərini müəyyən
edən aqroekoloji şərtlərin kompleksi (torpaq örtüyünün strukturu, onun relyef üzrə paylanması, mezo və mikro-
iqlimin xüsusiyyətləri, iri yaşayış məntəqələrinə yaxınlıq və s.), daha dar ixtisaslaşması, becərilən bitkilərin tər-
kibi ilə səciyyələnən aqroekoloji vilayət hissəsidir. Rayonların əsas əlaməti yerli aqroekoloji və aqronomik şərt-
lərlə müəyyən olunan kənd təsərrüfatı istehsalının ixtisaslaşması və aparılma üsullarıdır. Aqroekoloji rayonlar
adətən bir neçə inzibati rayonun ərazisini əhatə edirlər.
Aqroekoloji yarımrayon – ayrı-ayrı mədəni bitkilərin becərildiyi, eynicinsli yem və meşə sahələrindən is-
tifadə edildiyi rayon hissəsidir. Başqa sözlə, burada istehsalın dar ixtisaslaşması özünü göstərir.
Aqroekoloji qrup – yaxın qiymət balına malik olan torpaq taksonomik vahidlərini birləşdirən rayon və ya
yarımrayon hissəsini əhatə edir. Torpaqların aqroekoloji qrupu iki yarımtipə: kompleks və ixtisaslaşmış tiplərə
ayrılır.
Torpaqların kompleks aqroekoloji qrupu – aqrosenozların, yem və meşə sahələrinin becərilməsinə im-
kan verən torpaq taksonomik vahidlərinin kompleks xassələri üzrə birləşməsidir.
Torpaqların ixtisaslaşmış aqroekoloji qrupu – torpaq taksonomik vahidlərinin aqrosenozların,
yem və
meşə sahələrinin mövcudluğunu təmin edən hər hansı torpaq xassələrinə və əlamətlərinə görə birləşməsidir. Bu
torpaq qrupu həm də hər hansı mənfi torpaq xassəsi və əlamətini, məsələn, şorlaşma, şorakətləşmə,bataqlaşma
və s. aradan qaldırmaq üçün ayrılır.
252
Cədvəl 12.10.
Azərbaycan Respublikasının aqroekoloji
rayonlaşdırılması
Aqroeko
loji si-
niflər
Aqroekoloji
vilayətlər
Aqroekoloji
rayonlar
Aqroekoloji
yarımrayonlar
Aqroekol
oji qrup-
laşma
I. Dağlıq
II
Düzənlik
A. Böyük
Qafqaz
B.Kiçik
Qafqaz
C. Naxçıvan
MR
Ç.Talış
D. Kür-Araz
ovalığı
4
Üzümçülük
5
Tərəvəzçilik
6 Meyvəçilik
8 Taxılçılıq
3 Tütünçülük
7 Subtropik
bitkilər
2 Çayçılıq
9 Otlaqlar
10 Meşə
1
Pambıqçılıq
Ağ şanı, qara
şanı və b.
Kələm, pomi-
dor, xiyar və b.
Alma, armud
və b.
Bərk buğda,
yumşaq buğda
və b.
«Trabzon» və
s.
Nar, feyxoa,
əncir və b.
Çin çayı və b.
Yay və qış
Palıd, vələs,
fıstıq və b.
Zərif lifli və b.
I. Çox
yaxşı tor-
paqlar. 80
baldan
yuxarı
II. Yaxşı
torpaqlar
60-80 bal
III. Orta
torpaqlar
40-60 bal
IV. Aşağı
keyfiyyətl
i, 20-40
bal
V. Şərti
yararsız
torpaqlar
20 baldan
aşağı
Qeyd: torpaqların xassəsinə görə hər rayon və ya yarımrayon beş qrupa bölünür
Aqroekoloji rayonlaşdırma üçün çıxış materialları kimi aşağıdakı Azərbaycan xəritələrindən istifadə edil-
mişdir: 1) torpaq-eroziya və yerlərin mühafizəsi xəritəsi – M1:600000 (1980); 2) iqtisadi xəritə – M 1:600000;
3) landşaft tipləri və fiziki-coğrafi rayonlaşdırma xəritəsi (kənd təsərrüfatı üçün) – M 1:600000 (1972); 4) tor-
paq bonitetləri kartoqramı – M 1:600000 (1985, 1991); 5) aqroiqlim rayonlaşdırma xəritəsi (1968); 6) ən yeni
torpaq xəritəsi (1991) və Azərbaycan MEA Torpaqşünaslıq və Aqrokimya İstitutunun başqa nəşr olunmuş fond
materialları.
Aqroekoloji rayonlaşdırmanın son məqsədi – qeyd edilən regionları onların sərhədlərində üzə çıxarmaq,
yəni onları xəritəyə köçürmək və lazımi xarakteristika ilə təmin etməkdir. Bu baxımdan, rayonlaşdırma
Azərbaycan torpaqlarının bonitet kartoqramı əsasında aparılmışdır. Xəritədə aqroekoloji rayonlaşdırmanın tak-
sonomik bölgülərinin sərhədləri göstərilmişdir. Ancaq onlar yalnız aqrar təyinata deyil, həm də başqa
məqsədlərə, məsələn, ərazinin gigiyenik məqsədlərlə rayonlaşdırılmasına xidmət edə bilər.
12.16. Azərbaycan torpaqlarının
aqroistehsal qruplaşması
Kənd təsərrüfatı və meşə sahələri torpaqlarının aqroistehsal qruplaşması Azərbaycan torpaqlarının bonitet
balı əsasında aparılmışdır. Bu tədqiqatların nəticəsində 5 aqroistehsal qrupu üçün sahələr, onların torpaqlarının
orta qiymət balı və nisbi dəyərlilik əmsalları müəyyən edilmişdir. Bütün bunlar torpaqlardan səmərəli istifadə və
onaların keyfiyyət uçotu üçün əsas rolunu oynayacaqdır. Dövlət Torpaq Kadastrında da bu cür yanaşmadan ge-
niş istifadə olunur.