MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə133/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   129   130   131   132   133   134   135   136   ...   228

 

253


Qeyd olunduğu kimi, Azərbaycan bir çox ekoloji proseslərin nəticəsində əmələ gəlmiş özünəməxsus və mü-

rəkkəb torpaq örtüyünə malikdir. Azərbaycanın ümumi-coğrafi şəraiti həm üfüqi, həm də şaquli istiqamətlərdə 

dəyişir. Ekoloji şəraitin mürəkkəbliyi öz əksini bir sıra torpaq tiplərinin, yarımtiplərinin və daha kiçik torpaq va-

hidlərinin əmələgəlməsində tapır.  

Torpaqların aqroistehsal qruplaşması – torpaqlardan səmərəli istifadə və onların münbitliyinin artırılması ilə 

bağlı olan müxtəlif məsələlərin uğurlu həlli üçün ən mühüm vasitələrdən biridir. Torpaqların aqroistehsal qrup-

laşması – müəyyən yaxın xassələrə malik olan, hər hansı kənd təsərrüfatı bitkisinə, bitkilər qrupuna və ya ümu-

mi bitkilik keyfiyyətlərinə münasibətdə aqronomik xassələrinə görə yaxın torpaq qruplarının təsnifat birləşməsi-

dir. Bu cür qruplaşma kənd təsərrüfatı istehsalının torpaq şəraiti qarşısında irəli sürdüyü müəyyən tələblərə ciddi 

uyğunluq şəraitində aparılmalıdır. Torpaqların aqroistehsal qruplaşması 2 yarımtipə bölünür: kompleks və ixti-

saslaşmış. 

Torpaqların aqroistehsal qruplaşması üzrə indiyədək ölkədə aparılmış işlərin təhlili göstərir ki, onların qrup-

laşması zamanı başlıca olaraq torpaq münbitliyinə müəyyən təsir göstərən torpaqların genetik xassələrinin və tə-

bii şəraitin yaxınlığı nəzərə alınmışdır. Ölkədə torpaqların qruplaşması 3 növbədə aparılır: 1) ayrı-ayrı kənd tə-

sərrüfat bitkilərinin tələbləri üzrə; 2) kənd təsərrüfatı bitkilərinin müəyyən ekoloji qruplarının və ya torpaqlar-

dan istifadə tiplərinin tələblərinə görə; 3) hər hansı müəyyən bitki üçün nəzərdə tutulmadan mədəni bitkilər 

üçün mühit kimi müəyyən olunmuş torpaqların xassələri əsasında qurulmuş ümumi qruplaşmalar.  

Bizim fikrimizcə, torpaqların aqroistehsal qruplaşması – aqrosenozların, yem və meşə sahələrinin bioməh-

suldarlığını təmin edən torpaq taksonomik vahidlərinin yaxın ballar üzrə birləşməsidir. Bu planda aparılmış əv-

vəlki işlərdən (R.Q.Məmmədov, 1962, 1981; Volobuyev, Salayev, Kostyuçenko, 1967; Bulqakov 1981 və b.) 

fərqli olaraq, bizim aqroistehsal qruplaşmamız torpaqların bonitet şkalası üzrə aparılmışdır (Q.Ş.Məmmədov, 

1978, 1979, 1981, 1987; R.Ə.Əliyeva, Q.Ş.Məmmədov, Vəliyev, Piriyeva, 1985; S.Z.Məmmədova, 2002, 2003 

və b.). Ancaq  bunu da qeyd etmək lazımdır ki, bu qruplaşma əsas etibarilə genetik-istehsal əsasından uzaqlaş-

mamışdır. Halbuki, torpaqların əvvəlki qruplaşdırmaları zamanı qrupların eynicinslik səviyyəsini müəyyən et-

məyə imkan verən konkret miqdar göstəriciləri, demək olar ki, heç yerdə göstərilməmişdir. Torpaq növlərinin 

aydın birləşmə meyarlarının olmaması torpaq növlərinin aqroqruplarda qaydasız birləşdirilməsinə səbəb olmuş-

dur. Fikrimizcə, bu cür yanaşma həqiqi vəziyyəti əks etdirmir, belə ki, bu zaman torpaq növlərinin birləşdirilmə-

si zamanı dəqiq meyarlar olmur. Məsələn, yem sahələrinin adi boz torpaqlarda, zəif şorlaşmış boztorpaqlarda və 

güclü şorlaşmış boz torpaqlarda yayıldığı Azərbaycanda torpaqlar uyğun 100, 87, 63 və 25 bal almışdır. (Cədvəl 

12.11.). 

Torpaqların bonetirovkası barədə elmi-tədqiqatlar inkişaf etdikcə torpaqların aqroistehsal qruplarında bir-

ləşdirilməsi daha konkret və dəqiq xarakter almışdır: qruplara uyğun bonitet balı olan torpaqlar daxil edilmişdir.  

Bu cür qruplaşma zamanı torpaqların münbitlik xarakteri və əsas aqrotexniki tədbirlərə münasibət nəzərə 

alınır. Qruplaşma zamanı münbitlik göstəriciləri üzrə üzə çıxarılmış bonetet balları torpaqların aqroistehsal də-

yərinin ən mühüm ümumi göstəricisi kimi torpaq növlərinin genetik oxşarlığından çıxış edirlər. Bonitet balının 

aşkar edilməsi zamanı səmərəli və potensial münbitlik göstəricisi kimi torpaqların mədəniləşməsi, bioiqlim po-

tensialı (BİP) şəklində iqlim, torpaqların su-hava və texniki xassələrini müəyyən edən qranulometrik tərkib, tor-

paqların şorlaşması və eroziyası nəzərə alınmışdır. 

Məlum olduğu kimi, torpaqların ballarla ifadə olunmuş bonitirovkası əkinçiliyin müqayisə edilən intensiv-

lik səviyyələri zamanı kənd təsərrüfatı bitkilərinin məhsulverimi ilə korrelyasiya edən xassələrinə görə münbit-

lik qiymətini göstərir. Torpaq münbitliyinin keyfiyyət ifadəsi – torpağı xarakterizə edən miqdar göstəricisidir. 

Torpaqların münbitliyini xarakterizə edən göstəricilər əsasında tərtib olunmuş torpaqların aqroistesal qrup-

laşması, bizim fikrimizcə, dəqiq, düzgün, kənd və meşə təsərrüfatında daha çox qəbul edilə bilən bir üsuldur. 

Torpaqların bonitirovkası əsasında qruplaşma torpaqların səmərəli istifadəsinə və onların keyfiyyət uçotuna xid-

mət edəcəkdir. O, öz geniş tətbiqini Dövlət Kadastrında da tapmıışdır. 

Azərbaycan torpaqlarının tərtib olunmuş bonitet şkalaları və sinifləri əsasında (Q.S.Məmmədov, 1985,1991, 

1998) onların aqroistehsal qruplaşması aparılmışdır. Torpaqlar 5 aqroistehsal qrupunda birləşdirilmişdir. Onla-

rın hər birinə 20 bal hüdüdlarında və iki bonitet sinfində qiymətləndirilmiş torpaqlar daxil olmuşdur. 



 


 

254


Cədvəl 12.11. 

 

Azərbaycan torpaqlarının aqroistehsal qruplaşması 

Torpaql


arın 

key-


fiyyət 

qrupları 

Qrupa daxil olan torpaqlar 

Balla


Sahəsi  


a % 

1 2 3 


I qrup, 



yüksək 

keyfiyy


ətli tor-

paqlar 


100-81 

bal 


Yuyulmuş dağ qaratorpaqlar 

Mədəniləşmiş dağ qaratorpaqlar 

Torflu dağ-çəmən 

Podzollu-sarı-qleyli 

Qaratorpağabənzər dağ-çəmən 

Mədəniləşmiş qəhvəyi dağ-meşə 

Çimli dağ-çəmən 

100 


100 

95 


94 

90 


90 

89 


14400 

19170 


27370 

57440 


63570 

61140 


218440 

0,17 


0,22 

0,32 


0,66 

0,74 


0,71 

2,53 


 Bozqırlaşmış qonur dağ-meşə 

Tipik qonur dağ-meşə 

Çimli karbonatlı dağ-meşə 

Karbonatlı qəhvəyi dağ-meşə 

Dağ-meşə-çəmən 

Karbonatlı dağ qaratorpaqlar 

Tipik dağ qaratorpaqlar 

Tipik qəhvəyi dağ-meşə 

Çəmən-qəhvəyi 

Yuyulmuş qəhvəyi dağ-meşə 

Tünd şabalıdı 

Tünd boz 

88 

87 


87 

87 


86 

86 


85 

85 


85 

84 


84 

82 


19170 

37720 


9000 

61410 


54920 

8100 


31870 

310970 


432150 

235260 


57710 

93980 


0,22 

0,44 


0,10 

0,75 


0,64 

0,09 


0,37 

3,60 


5,00 

2,72 


0,67 

1,09 


 Qrup 

üzrə orta bal 

86 

181479


21,00 


 

II qrup, 

yaxşı 

torpaq-


lar 80-

61 bal 


Lessivajlı qonur dağ meşə 

Adi şabalıdı 

Podzollu sarı dağ-meşə 

Çəmən-boz (QSS 1,5-3m) 

Sarı-podzollu 

Qədimdən suvarılan şabalıdı 

Qalıq karbonatlı qonur dağ-meşə 

 

Yuyulmuş subasar çəmən-meşə 



Qədimdən suvarılan çəmən-

şabalıdı 

Dağ-çəmən-bozqır 

Yuyulmuş çəmən-bataqlı (subasar 

daxil) 

Mergelləşmiş çəmən-



bataqlı(subasar daxili) 

Qalıq karbonatlı dağ-çəmən 

Suvarılan çəmən-boz (QSS 1,5-

3m) 


Karbonatlı subasar çəmən-meşə 

Bozqırlaşmış qəhvəyi dağ-meşə 

Tünd dağ-boz-qəhvəyi 

Tipik sarı dağ-meşə 

Çəmənləşmiş boz (QSS 3-6m) 

Suvarılan çəmənləşmiş boz (QSS 

3-6m) 

Yuyulmuş çəmən-bataqlı (sub-



asar) 

80 


80 

79 


79 

78 


77 

76 


 

75 


 

74 


72 

 

71 



 

71 


70 

 

70 



70 

69 


69 

68 


68 

 

68 



 

67 


291160 

437550 


34570 

126950 


28170 

368840 


4500 

 

234440 



 

9900 


76640 

 

87660 



 

22770 


24300 

 

532920 



32410 

100850 


148850 

36910 


491840 

 

159510 



 

1800 


3,37 

5,06 


0,40 

1,47 


0,33 

4,27 


0,05 

 

2,71 



 

0,11 


0,86 

 

1,01 



 

0,26 


0,28 

 

6,17 



0,38 

1,17 


1,72 

0,43 


5,69 

 

1,85 



 

0,02 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə