MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə137/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   133   134   135   136   137   138   139   140   ...   228

 

261


 

Şəkil 13.1. Meşənin təbiətdə və insan həyatında əhəmiyyəti 

(Korobkin, Peredelski, 2001) 

Məsələn, 1 ha ən yaxşı meşə sahəsi hər il 4,6-6,5 ton karbon qazı udur  və bu zaman 3,5-5,0 ton oksigen ayırır. Bu 

proses meşənin tərkibindən də asılıdır. Əgər 1 ha küknar meşəsinin karbon qazını udma qabiliyyətini 100% qəbul et-

sək, onda yarpaqlı meşə üçün bu göstərici 120%, şam meşəsi üçün 160%, cökə meşəsi üçün 250, palıdlıq üçün 

450, süni qovaq meşəsi üçün 700% olar. (Şək. 13.3).  

Planetar miqyasda atmosferin oksigen balansını stabil-

ləşdirmədə şimal yarımkürəsinin boreal iynəyarpaqlı (şam, 

küknar), tropik və subtropik həmişəyaşıl enliyarpaqlı me-

şələri ən böyük rola malikdir. 

Meşələr yer üzərində ən iri ekosistemlər əmələ gətirir. 

Burada planetin üzvi maddələrinin böyük hissəsi toplanır, 

sonralar onlar bəşəriyyət tərəfindən  şəxsi ehtiyacları ödə-

mək üçün və insanın təsərrüfat fəaliyyəti prosesində bios-

ferin itirilmiş komponentlərinin bərpasında istifadə olunur. 



Akademik H.Ə.Əliyev «Həyəcan təbili (2002)» 

kitabında meşəni Yer kürəsinin «kəməri» kimi 

təsəvvür edir və yazır ki, «bu yaşıl kəmərsiz bəşəriyyət 

yoxdur». 

Meşələr atmosferin kimyəvi, xüsusilə qazşəkilli çirk-

lənməsini dəyişdirir, iynəyarpaqlılar daha çox oksidləşmə 

 

Øÿêèë 13.2. Éàøûëëûãëàðûí, 



ùàâàíûí ÷èðêëÿíìÿ äÿðÿúÿñèíÿ 

òÿñèðè: à) ÷èðêëÿíìÿ ñÿâèééÿñè 

(éàøûëëûãñûç); á) éàøûëëûã 

îëäóãäà


 

262


qabiliyyətinə malikdir. Bununla yanaşı meşə sənaye çirklənməsinin bəzi komponentlərini  udma qabiliyyətinə 

malikdir. Bəzi  bitkilər atmosferin çirklənməsinin indiqatorları hesab olunur.  

Fotosintez prosesində bir çox ağac, kol və ot bitkiləri böyük aktivliyə malik olan xüsusi kimyəvi birləşmə-

lər ayırır. Alimlər təbii meşələrin havasında 300-dən artıq müxtəlif adlı kimyəvi maddələr, müxtəlif ətirli  birləş-

mələr, efir yağları müəyyən etmişlər.  1 ha yarpaqlı meşə 2 kq, iynəyarpaq meşə isə 5 kq maddə ayırır. 

Məlumdur ki, bitkilərin əksəriyyəti antibiotik xassəsi daşıyan fitonsid adlı bioloji aktiv maddələrə malikdir. 

Bu maddələr havadakı bir çox zərərli və xəstəlik törədən mikrobları, virusları məhv edir, bununla da havanı saf-

laşdırır.  Ağaclar ən çox fitonsid xassələri daşıyır. Müəyyən edilmişdir ki, şam, ardıc, qovaq, cökə, tozağacı me-

şələri  xəstəlik törədən virusları, mikrobları aloya (əzvay), sarımsaq, soğan və istiotlardan da tez məhv edir. Fi-

tonsid buraxan  40-a qədər ağac və kol növü müəyyən edilmişdir. Hər bir bitki fitonsidinin özünəməxsus təsire-

dici xassəsi vardır.  Şam ağacının fitonsidi vərəm xəstəliklərinin sağalmasına kömək edir. Ağşamın fitonsidi dif-

teriya mikroblarını qırır, qovağın və palıdın fitonsidləri isə qanlı ishal çöplərini məhv edir. Ardıc ağacının fiton-

sidi difteriya, göyöskürək qarınyatalağı çöplərinə və milçəklərə öldürücü təsir göstərir. Ağcaqayın, qovaq, toza-

ğac, sərv fitonsidi 20-25, şam, ardıc və dəfnə 15, qoz 18, vələs və saqqız 7-8, palıd və qaraçöhrənin fitonsidi isə 

5-6 dəqiqə ərzində bakteriyaları məhv etməyə qadirdir.  Antimikrob xassələrinə görə fitonsidlər tibbdə, baytar-

lıqda, bitkilərin mühafizəsində istifadə olunur. 

Meşə mikroiqliminin müalicəvi xüsusiyyətlərini də qeyd etmək lazımdır. Meşə insanların ruhi-əhvalına  və 

mənəviyyətinə müsbət təsir göstərir. Yaşıl yarpaqların buraxdığı oksigen istənilən digər mənbənin buraxdığı ok-

sigendən (məs. planktonun) keyfiyyətcə fərqlənir. Onlarda, xüsusən şam meşələrində ionlaşma yüksək olur. Me-

şə çətrinin yarpaqları havanı zərərli qarışıqlardan təmizləyir, səs-küyü xeyli  aşağı salır, insan üçün çox zərərli 

sayılan yüksəktezlikli səsləri kənarlaşdırır, tozdan mühafizə edir. Meşənin havasında patogen (xəstəlik törədən) 

mikroblar olmur. 

Meşədə radiasiya fonu şəhərdə olduğundan iki dəfə az, havanın temperaturu isə xeyli aşağı olur, lakin rütu-

bətlik  15-30% artıq olur. Belə hava tənəffüs (nəfəsalma)  üçün optimal sayılır. 

Dünya əhalisi təbiətdə mövcud  olan 300 min ali bitki növünün yalnız 0,008%-ni mədəni şəkildə becərir, be-

cərilən torpaqların 99%-ni min növdən az bitki tutur və bu sahənin yarısı 8 əsas dənli bitkinin – buğda, arpa, və-

ləmir, çovdar, qarğıdalı, darı, sorqo və düyünün payına düşür. 

Øÿêèë 13.3. Êàðáîí ãàçûíûí ìöõòÿëèô àüàú úèíñëÿðè òÿðÿôèíäÿí 

óäóëìàñû (Âèíîêóðîâà, Òðóøèí, 1998

 

Belə vəziyyətdə əhalinin sayının və tələbatının durmadan artması şəraitində bir sıra neqativ nəticələrə səbəb 



ola bilər. Odur ki, meşənin ərzaq təchizatçısı kimi əhəmiyyəti getdikcə artır. 

Meşənin və meşə zolaqlarının kənd təsərrüfatında rolu böyükdür. Quraqlıq rayonlarında tarlaqoruyucu meşə 

zolaqlarının əhəmiyyətini, meşənin iqlim mühafizə edici  və suqoruyucu funksiyasını qeyd etmək lazımdır. Tar-

lalardan və maldarlıq fermalarından axıb gələn gübrələrin və zəhərli kimyəvi maddələrin meşə tərəfindən tutu-

lub saxlanılması da böyük əhəmiyyət kəsb edir.  

Məşhur torpaqşünas V.V. Dokuçayev apardığı tədqiqatlarının nəticələrindən belə qənaətə gəlir ki, meşə rütu-

bətin etibarlı toplayıcısı, qoruyucusu və ədalətli paylayıcısıdır. (bölüşdürücüsüdür) Yağış suları əvvəlcə ağacla-



 

263


rın budaqlarına düşür, sonra onlardan yavaş-yavaş meşə döşənəyinin səthinə axır, oradan da tədricən torpağa ke-

çir və onun dərin qatları ilə çaylara daxil olur. Bu zaman meşədə səthi axım əmələ gəlmir. Hətta güclü leysanlar 

zamanı meşəyə düşən yağışın ancaq 10-15%-i səthi axım yarada bilər. Açıq çəməndə isə yağışın yarısından ço-

xu səthlə axıb gedir. 

Meşə üzərinə düşən yay və yaz yağışlarının 20-dən 30%-ə qədəri ümumiyyətlə torpağa çatmır, ağacların yar-

paqlarını isladaraq buxarlanır və bulud əmələ gətirir. 

Qışda ağacların çətirlərində yağıntıların 3-5%-i saxlanılır. Meşə altına düşən qar orada davamlı yumşaq ör-

tük əmələ gətirir, külək onu dərələrə apara bilmir. Qar örtüyü meşə altında açıq sahəyə nisbətən qalın olur. Bu-

nunla yanaşı çətir və budaqların mühafizəsi altında meşədə qar örtüyü 20-30 gün artıq qalır. Bu rütubətin hamı-

sının torpağın dərin qatlarına hopmasına imkan yaradır. Meşədə qar örtüyünün əriməsinin gec başlaması mühüm 

əhəmiyyət kəsb edir, belə ki, çaylarda yaz daşqınlarının çoxalmasının qarşısı alınır. Meşənin mühafizəsi altında 

torpaq həyatverici rütubətlə tədricən və tam doymuş hala gəlir. 

 

 

Şəkil 13.4. Meşə sahələrinin eroziyaya qarşı rolunun sxemi 

(Məmmədov, Suravegina, 2000) 

 

Dağlarda və dərə-təpəli relyef şəraitində su axınının nizama salınmasında meşə xüsusilə böyük rol oynayır.  



Qoruyucu meşə zolaqları axını, hidroloji rejimi nizamlayır, mikroiqlimi yaxşılaşdırır, bitişik əraziləri ziyanlı 

quru küləklərdən, quraqlıqdan və tozlu tufanlardan mühafizə edir. 



H.Ə.Əliyev «Həyəcan təbili» kitabında yazır «Meşə, su, var-dövlət, bolluq deməkdir.  Ərazisinin 25-

30%-i meşə ilə örtülü olan bir ölkədə heç vaxt quraqlıq təhlükəsi yaranmaz, tarlalardan daim sabit və 

yüksək məhsul götürülər. Elə buna görə  də respublikamızda meşələrin sahəsini genişləndirməyə böyük 

ehtiyac var». (səh.25). Meşə planetin biosferində və  onun atmosferinin tərkibində gedən təbii proseslərin ni-

zamlanmasında sabitləşdirici funksiyanı yerinə yetirir. 

Hərtərəfli əhəmiyyətinə baxmayaraq bütün dünyada meşələr məhv edilərək kənd təsərrüfatı bitkiləri və otlaq 

sahələrinə çevrilir, geniş ərazilərdə yanğınlara məruz qalır. Hazırda planetimizdə qlobal miqyasda meşəsizləş-

dirmə baş verir. Meşələrin məhv edilməsi lokal, regional və qlobal səviyyələrdə iqlimin dəyişməsinə, bitki örtü-

yünün və heyvanat aləminin bioloji müxtəlifliyinə neqativ təsir göstərir. Bu haqda xüsusi bölmələrdə ətraflı mə-

lumat verilir. 

 

Meşənin rekreasiya istifadəsi 

Bir çox meşə massivləri, xüsusilə şəhərlər, qəsəbələr ətrafı meşə sahələri kütləvi istirahət yerlərinə çevrilmiş-

dir. Meşənin rekreasiya məqsədilə istifadəsi cəmiyyətin resurs potensialının yüksəldilməsində böyük əhəmiyyət 

kəsb edir. Təbiət qoynunda istirahət, işçi gərginliyinin aradan qaldırılması, fiziki yükün sağlamlaşdırılması insa-

nın iş qabiliyyətinə müsbət təsir göstərir. Lakin bu yerlərdə istirahətçilərin getdikcə çoxalması təbiətə ekoloji zə-

rər yetirir.  Meşə ərazilərində rekreasiya yükü artaraq meşənin keyfiyyət vəziyyətinin pisləşməsinə, bəzi halda 

onun tam deqradasiyasına səbəb olur. Şəhərətrafı meşələrin sanitar-gigiyena, suqoruyucu, torpaqqoruyucu funk-

siyası aşağı düşür. Onun estetik qiyməti itir. 

Meşəyə turistlər  (ağacları, kolları, ot örtüyünü pozur) və avtomobillər ziyan yetirir. Mexaniki təsir nəticəsin-

də torpaq bərkiyir, meşə otları zədələnir. 

Torpaq bərkidikdə ağac-kol bitki örtüyünün vəziyyəti deqradasiyaya uğrayır, ağacların qidalanması pisləşir, 

belə ki,  sahələrdə torpaq quru, çökək yerlərdə isə çox rütubətli olur. Qidalanmanın pisləşməsi ağacları zəiflədir, 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə