MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə138/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   134   135   136   137   138   139   140   141   ...   228

 

264


böyümə və inkişafını ləngidir. Torpağın bərkiməsi onun strukturunu pozur, məsaməliyini azaldır, torpaq mikro-

orqanizmlərinin həyat fəaliyyətini pisləşdirir. 

Meşədə göbələk, çiçək və giləmeyvələrin  yığılması bir sıra bitki növlərinin bərpasını pozur.  Səs-küy quşları 

və məməli heyvanları qorxudur, onların normal nəsil verməsinə maneçilik törədir. Ağac-kolların budaqlarının 

qırılması, ağac gövdələrinin çapılması və başqa mexaniki zədələmə ağacların həşərat ziyanvericilərilə xəstəliyə 

yoluxmasına şərait yaradır. 

Meşədə belə vəziyyətin alınmaması üçün rekreasiya yükü  həddi müəyyən edilmişdir. Rekreasiya yükünü 

təhlükəsiz, təhlükəli, kritik və fəlakətli kriterlərə bölmək olar. 

Təhlükəsiz yükdə  təbii kompleksdə  bərpa olunmamaq dəyişikliyi baş vermir. Ekosistemin bərpa olunması 

gücü itirilmir. Rekreasiya yükünün həddi ekosistemi davamlılıq hüdudunda saxlayır. Təbii kompleks davamlılıq 

hüdudunu keçdikdə rekreasiya yükü təhlükəli (qorxulu) sayılır, kritik yük zamanı bitki qruplaşmalarında pozul-

ma gedir. Fəlakətli yük zamanı təbii komponentlər və onların tərkib hissələri arasında əlaqə pozulur. 

Özünün spesifik strukturu və morfoloji vahidləri arasında qarşılıqlı  əlaqə xarakteri ilə fərqlənən təbii kop-

lekslərin (ekosistemlərin) müxtəlif tipləri xarici təsirlərə, o cümlədən rekreasiya yükünə müxtəlif reaksiya göstə-

rir. Ona görə də bir ekosistem tipi üçün təhlükəli olmayan rekreasiya yükü digərinə kritik ola bilər. 

Rekreasiya zonasında meşə təsərrüfatının əsas vəzifəsi meşəçilik tədbirləri (landşaft əkinləri yaratmaq, sani-

tar qırma, ağaclığın rekonstruksiyası və b.) ilə yanaşı, həm də çıxış yolları salmaq, piyada cığırları və turist mar-

şrutları çəkmək, istirahət yerləri, idman meydançaları, avtomobil dayanacaqları düzəltmək və s yerinə yetirilmə-

lidir. Rekreasiya yükü normaları təyin edərək əhalinin gəlişinə reqlament qoymaq, meşədə gəzinti qaydalarını 

izah etmək, onu pozanlara qarşı məsuliyyət təyin etmək. 

 



 

265


13.2. Dünya meşələri 

Həzırda yer səthinin üçdə bir hissəsini meşəliklər tutmuşdur. Bunlar müxtəlif iqlim, relyef və torpaq şəraitin-

də yayılmışdır. Mövcud məlumatlara əsasən meşələrin sahəsi vaxtilə daha çox olmuşdur. Sonralar dünyanın bir 

çox yerlərində olan meşə sahələri başdan-başa qırılmış, yandırılmış, kənd  təsərrüfatı bitkiləri yetişdirmək üçün 

istifadə edilmiş və tədricən sıradan çıxmışdır. Bir sıra dağ və düzən meşələri intensiv otarılaraq məhv edilmiş-

dir. Bütün bunlar son 500 ildə dünya meşələrinin  

3

2

 hissəsinin, bəzi ölkələrin meşələrinin  isə tamamilə yoxa 



çıxmasına səbəb olmuşdur. 

Tropik meşələrin 40 faizi məhv edilmişdir. 1978-ci ildə Moskvada keçirilən Beynəlxalq Təbiəti Mühafizə 

Şurasının Baş Məclisinin materiallarına əsasən dünyanın qalan tropik meşələrinin hər dəqiqədə 20 hektarı məhv 

edilir. Alimlərin fikrincə Kiçik Asiya, İndoneziya və Filippin meşələri əsrin sonunadək çox çətin qala bilər. Tək-

cə ABŞ-ın hərbi bazalarının yerləşdirilməsi üçün burada 10 minlərlə hektar qoruq meşələri məhv edilmişdir. 

Meşələrin yox edilməsi dünyanın bir sıra ölkələrində su dövranının zəifləməsinə, onun mənbələrinin yoxa 

çıxmasına, torpaqların güclü eroziyaya uğramasına, geniş sahələrdə yarğanların əmələ gəlməsinə, quru küləklə-

rin əsməsinə səbəb olmuşdur. 

Meşələrin amansızcasına yox edilməsi, onun bərpası üzrə lazımi tədbirlərin həyata keçirilməməsi buradakı 

digər təbii sərvətlərin azalmasına və dağılmasına, şimal rayonlarında geniş bataqlıqların, cənub rayonlarında isə 

məsrəfsiz səhraların yaranmasına səbəb olmuşdur. 

F. Engels «Təbiətin dialektikası» əsərində yazır: təbiət üzərindəki qələbələrimizlə çox da öyünməyək. Hər 

bir belə qələbə üçün təbiət bizdən intiqam alır. Bu qələbələrdən hər biri, doğrudur, birinci növbədə bizim gözlə-

diyimiz nəticələri verir, lakin ikinci və üçüncü növbədə çox zaman birinci nəticələrin əhəmiyyətini puça çıxaran 

tamamilə başqa, gözlənilməz nəticələr verir. Əkin yeri əldə etmək üçün Mesopotamiyada, Yunanıstanda, Kiçik 

Asiyada və başqa yerlərdə meşələri qırıb ağacları kökündən çıxaran adamların heç yuxusuna da gəlmirdi ki, bu 

hərəkətləri ilə onlar həmin ölkələrin indiki viranələyinin əsasını qoymuşlar, çünki bu yerlərin meşələrini yox et-

məklə bərabər, rütubətin toplandığı mərkəzləri də yox etmişlər. Alp italyanları dağların şimal döşündə çox qayğı 

ilə qorunan iynəyarpaq meşələrini dağların cənub döşündə qırdıqları zaman bilmirdilər ki, bununla öz vilayətlə-

rinin uca dağlıq yerlərində maldarlığın kökünü kəsirlər; onlar əsla bilmirdilər ki, bununla öz dağ bulaqlarının su-

yunu qurudacaq və yağışlıq dövründə düzənliyə güclü sellər axacaqdır». (Engels 1966) 

Dünya meşələrinin ümumi sahəsi 3 milyard 30 milyon hektardır. Onun təqribən yarısı enliyarpaqlı ağac cins-

lərinin üstünlüyü ilə tropik qurşaqda, yarısı isə iynəyarpaqlı  ağac cinslərinin üstünlüyü ilə mülayim qurşaqda 

yerləşir. 

Hazırda dünyanın meşəlik dərəcəsi ümumi ərazinin 29 faizini  təşkil edir. Əhalinin sıxlığı və təbii şəraitdən 

asılı olaraq bu rəqəm qitələr üzrə kəskin fərqlənir. Avropanın meşəlik faizi (keçmiş SSRİ istisna olaraq) – 35,%; 

Şimali Amerika: Kanada və ABŞ – 38,8%, Cənubi Amerika – 42,6%, Afrika – 24%, Yaxın Şərq – 1,6%,  Uzaq Şərq 

– 44,7%-dir. Ölkələr arasında meşəlik faizi aşağıdakı kimi dəyişir: Finlandiya – 71%, İndoneziya – 63%, Yaponiya – 

59%, ABŞ - 33%, Fransa –20%, Çin – 9,9%, Avstraliya 4%-dir. Əhalinin meşə ilə təmin olunmasını göstərən rə-

qəm bir adama düşən meşəlik sahəsidir. Bütün dünyada bir adama 1,6 ha, keçmiş SSRİ-də 3,8 ha, Qərbi Avro-

pada – 0,3 ha, Asiyada – 0,4 ha, Cənubi Amerikada – 7,1 ha, Afrikada – 3,8 ha, Avstraliya və Okeaniyada  - 6,7 

ha-ya  bərabərdir. 

ABŞ-da hər adama 1,1, Fransada – 0,25, İngiltərədə – 0,03, Hindistanda  - 0,09 hektar meşə sahəsi düşür. 

 

13.3. Azərbaycanın bitki örtüyü 

Dağ relyefinin mürəkkəbliyi və güclü parçalanması, şaquli zonallıq, bununla əlaqədar torpaq və iqlim şəraiti-

nin müxtəlifliyi Azərbaycanda zəngin bitki örtüyünün yaranmasına səbəb olmuşdur. Bitki örtüyünün müxtəlifli-

yi və zənginliyi onun inkişafının mürəkkəb tarixə malik olması ilə də bağlıdır. Respublikamızın ayrı-ayrı hissə-

lərində bitki örtüyü müxtəlif dərəcədə üçüncü dövrün relikt növləri ilə daha da zənginləşmişdir. Bitki örtüyünün 

xarakteri və ayrı-ayrı bitki tiplərinin yayılması qanunauyğunluqlarının müəyyənləşdirilməsi insan fəaliyyətinin 

təsiri nəticəsində çətinləşmişdir. Respublikamızın ayrı-ayrı bölgələrində insan fəaliyyətinin bitki örtüyünə təsiri 

ən qədim dövrlərdən başlanmışdır.Bu təsir əsasən geniş düzən ərazilərdə və yamaclarda meşələrin yox edilməsi 

və yerində torpağın şumlanması, suvarılması, mal-qara otarılmasından ibarət olmuşdur. Meşələrin qırılması növ-

dəyişgənliyinə, meşə örtüyünün digər törəmə bitki tiplərilə əvəz olunmasına səbəb olmuşdur. Meşələrin yerində 

geniş  ərazilərdə  qədim dövrlərdən bozqır və  çəmən ot bitkilərinin formalaşması  bəzi tədqiqatçıları çaşdıraraq 

onları ilkin bitki örtüyü kimi qəbul edirlər. Lakin həmin  ərazilərin  müasir bitki örtüyü şaquli zonallığın 

ümumi sxeminə uyğun gəlmir. Bu uzun əsrlərdən bəri insan fəaliyyətinin intensiv təsiri altında ilkin bitki 

örtüyünün son dərəcə  dəyişməsi və bakirə bitki tiplərinin izlərinin belə, qalmaması ilə izah olunur. Buna 

Bozqır yaylada iberiya palıdı meşələrinin yerində formalaşan bozqırlar, bəzən yarımsəhralar, subalp şərq 

palıdı və tozağac meşələrinin çəmən və bozqırlarla əvəz olunmasını və s-ni misal göstərmək olar. 

Azərbaycanın bitki örtüyünün xarakterinə şumlama və mal-qara otarılması da çox böyük təsir göstərmişdir. 

Yamacların şumlanması bitki örtüyü ilə yanaşı torpaq örtüyünün də dağılmasına səbəb olmuşdur. Torpaq səthi 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə