MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə139/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   135   136   137   138   139   140   141   142   ...   228

 

266


yuyularaq ana süxur səthə çıxan sahələr bitki örtüyündən məhrum olmuş və ya orada qaya çəmənliyi , seyrək 

kserofit kollar əmələ gəlmişdir. 

Otarma insan fəaliyyətinin ən qədim növü olub bitki senozlarının bioloji müxtəlifliyinin tədricən çox yerdə tama-

milə dəyişməsinə gətirib çıxarmışdır. 

Respublikada əsas şaquli zonal bitki örtüyü tipləri aşağıdakılardır: yarımsəhra və səhra, bozqır, meşə-bozqır, su-

balp, alp və subnival. 



 

13.3.1. Yarımsəhra  və səhra bitki örtüyü 

Yarımsəhra və  səhra bitki senozları  respublikanın düzən  ərazilərində  dəniz səviyyəsindən başlayaraq 200-

500m hündürlüyə qədər, əsasən Xəzər sahilində, cənubi-şərqi Şirvanda, Mil, Muğan, Şirvan və Qarabağ düzlərin-

də, Ceyrançöldə, Qobustanda yayılmışdır. Naxçıvan MR ərazisində yarımsəhra bitkiləri 600-700 m-dən 1200-

1300m-dək rast gəlinir. İqlimin yüksək rütubətlik dərəcəsi və qrunt sularınn səthə yaxın yerləşməsilə əlaqədar Lən-

kəran ovalığında və Xaçmaz-Yalama regionunda meşələrin yayılması müstəsnalıq təşkil edir. Yarımsəhra zonasın-

da suvarma əkinçiliyi geniş yayıldığından təbii (ilkin) bitki örtüyünün sahəsi xeyli azalmışdır. Mövcud yarımsəhra 

örtüyü uzunmüddətli mal-qara otarılması nəticəsində öz ilkin vəziyyətini itirmişdir. Belə sahələr əsasən suvarılma-

yan və şumlanmayan sahələrdə qalmışdır. Bunlar əsasən bu və ya digər dərəcədə pozulmuş efemerli qarağanlıqlar-

dan və kəngizliklərdən ibarətdir. Onların tərkibinə kəvər, xostək, soğanaqlı qırtıc, yapon tonqalotu,  və taxıl otları 

qarışır. Təkrar şorlaşmaya məruz qalan və hazırda qış otlaqları kimi istifadə olunan sahələrdə torpağın duzluluq də-

rəcəsindən asılı olaraq qaraşoran, sarıbaş, xəzər şahsevdisi, çərən yayılmışdır. 

Dənizkənarı qumluqlarda sirkən, otsarmaşığı, dikyarpaq, qum yovşanı, qum göyçiçəyi, dəvətikanı və başqa 

otlar geniş yayılmışdır. Vaxtaşırı izafi rütubətlənən sahələrdə və bataqlıqlarda çil, çiyən, qamış bitir. 

 

13.3.2. Meşə-bozqır (arid seyrək meşələr) və  

bozqır bitki örtüyü 

Azərbaycanda arid-seyrək meşələrin qalıqlarına Bozqır yaylada (Açınohur öndağı), Həkəri, və Araz çayları-

nın aşağı axını yamaclarında (Laçın, Qubadlı, Zəngilan rayonlarında), Naxçıvan MR-də, Ellər  Oyuğu dağında, 

qismən Böyük Qafqazın şimali-şərq yamacında (Gilgilçay, Ataçay, Tıxçay hövzələrində), Şəmkir   çayın  aşağı 

axın dik yamaclarında və Qobustanda rast gəlinir. Məlum olduğu kimi, respublikamızın arid meşələr yaılan da-

ğətəyi zonasında qədim dövrlərdən bəri əhali əkinçilik və maldarlıqla rintensiv məşğul olmuşdur. Bununla əla-

qədar ilkin (bakirə) arid tipli meşə örtüyü burada kökündən antropogen dəyişikliyə uğramış, mövcud bitki for-

masiyaları əsasən törəmə, bozqır, kserofil  tiplidir. 

Arid meşələrinin əsas komponentləri  çoxmeyvəli ardıc (yuniperus polycarpos), kəsginiyli ardıc (y.foetidissi-

ma), saqqızağac (pistasia mutica), iberiya ağcaqayını, badam (amygdalus nairika, A.Fenzliana), iydəyarpaq ar-

mud, qafqaz dağdağanı,   Zəngilan rayonunda araz palıdı , Ellər Oyuğunda eldar şamı (Pinus eldarica) sayılır. 

Kserofit  kollardan qaratikan, acılıq, doqquzdon, topulqa, dovşanalması, pallas murdarçası, sarağan bitir.  

Arid meşələrinin deqradasiya prosesi yerin relyefindən, süxurlardan və antropogen təsirin intensivliyindən 

asılı olaraq müxtəlif istiqamətlərdə gedir. İnsan fəaliyyətinin güclü təsir göstərdiyi arid meşə sahələrinin yox 

edilməsi qaratikan,topulqa və s. kserofit kollardan ibarət müxtəlif  şiblək tiplərinin və yovşan yarımsəhrasının 

yaranmasına səbəb olur. 

Bozdağ ərazisində süxurlar çox kövrək duzlu gillərdən ibarət olan sahələrdə arid meşələrinin yerində səhranı 

xatırladan özünəməxsus friqana qrupları yaranır. Belə sahələrdə adətən qaratikana, saqqıza, dağdağana və iydə-

yarpaq armuda  rast gəlinmir. Ot örtüyü seyrək olub sahənin 5-10 faizini təşkil edir, əsasən yovşan, məryəm no-

xudu, süpürgəgülü, dəvətikanından  ibarət olur. Kol bitkiləri tək-tək və qrupla yayılır, tərkibinə  kəvər, acılıq, 

çox nadir hallarda tək-tək ardıc və sarağan daxil olur. Friqana qrupları çox dik güney yamaclarda və davamsız 

«axar» substratda yaranır.  

Belə  şəraitdə uzun davam edən eroziya prosesi nəticəsində sahə get-gedə hamarlanır və müəyyən dövrdən 

sonra friqana tək-tək gəvən və qaratikan bitən yovşan yarımsəhrasına çevrilir. Bu proses ən çox Kür-Araz ova-

lığına keçid hissəsində müşahidə olunur. 

Kiçik Qafqazın cənub-şərq yamacında dağətəyi zonasında (Həkəriçay hövzəsində) dəniz səthindən 300-

600m yüksəklikdə meşəsi yox edilmiş sahələrdə əsasən friqana, 600-800(1000)m yüksəklikdə isə kserofil tipli 

şiblək qrupları formalaşmışdır. Yamacın baxarından, dikliyindən və insanın təsir intensivliyindən asılı olaraq bu 

iki şiblək  tipi bir-birilə qarışa bilər. 

Araz, Bəsit və Oxçuçayları hövzələrində  şibləklərin fonunda tək-tək saqqızağac, dağdağan, iydəyarpaq ar-

mud və küləkdən qorunmuş dərələrdə çinar da bitir. Cəbrayıl rayonunda İncəçay və Cələbilər çayı hövzəsində 

yovşan yarımsəhrası fonunda tək-tək saqqızağaca təsadüf edilir. Belə yarımsəhra 15-20 km enində qurşaq yara-

daraq dəniz səthindən 600m-dən yuxarı olan ərazidə kserofil şibləklərlə  əvəz olunur. Belə  şiblək tipi 600-

800(1000)m hündürlükdə xüsusi qurşaq əmələ gətirir. Kserofil şibləklərin fonunda saqqızağac, iydəyarpaq ar-

mud, ardıc və dağdağanın mövcudluğu şibləklərin arid meşələrinin yox edildikdən sonra əmələ gəlməsini və tö-

rəmə tipli bitki qrupu olmasını təsdiq edir. Apardığımız elmi-tədqiqat işlərinin nəticəsi göstərir ki, vaxtilə, insan 



 

267


əməyinin təsirinə məruz qalmamışdan Bozqır yaylanın ərazisi onun bəzi yerində  seyrək arid meşələrlə, bəzi ye-

rində isə sıx meşələrlə örtülü olmuşdur. Bunu yayla ərazisinin müxtəlif yerlərində ağac və meşə qalıqları sübut 

edir. Burada meşə qalıqlarının bu və ya digər dərəcədə qalmasına təsir göstərən əsas amil relyef sayılmalıdır. 

Yaylanın cənubunda Türyançay və  Qanıx çayları ətrafında sıx parçalanmış relyef şəraitində az-çox öz təbii ha-

lını saxlamış seyrək saqqız - ardıc meşələrinə rast gəlinir. Vaxtilə ardıc meşələri bu ərazidə geniş areala malik 

olmuş və antropogen amillərin təsiri nəticəsində sıradan çıxmışdır. İndi isə bu meşələrə kiçik massivlər şəklində 

keçilməz relyefli əlçatmaz dərə yamaclarında rast gəlmək olar. 

Tədqiqat işləri göstərdi ki, vaxtilə yayla ərazisində(Oğuz, Qəbələ, İsmayıllı rayonları) dəniz səviyyəsindən 

500-1000m yüksəklikdə quzey yamaclarda yayılan palıd meşələri hazırda əkin və biçənək sahələrində tək-tək 

yaşı ötmüş möhtəşəm palıd ağacları şəklində qalmışdır. Palıd meşələrinin qalıqlarına ayrı-ayrı kiçik sahələrdə 

cavan ağaclar şəklində də rast gəlmək olar. Belə meşəliklər dəfələrlə balta və mal-qara ağzından çımışdır. Belə 

sahələrdə palıd ağacları kollaşır, bəzən isə sürünən şəkil alır. Ona digər az qiymətli ağac və kollardan dəmirqara, 

qaratikan, sumax və s. qarışmağa başlayır. Beləliklə, uzun müddət davam edən insan fəaliyyəti nəticəsində palıd 

meşələri törəmə tipli kolluqlarla və nəhayət, bozqırlarla əvəz olunur. Palıd meşəsi yox edilən sahələrdə qarati-

kan kolluqları daha geniş yayılmışdır. Belə sahələrdə tək-tək iydəyarpaq armud, saqqızağac və dağdağana rast 

gəlmək olar. Bunlar sonradan əmələ gələn törəmə ağac cinsləridir. 

Ümumiyyətlə, qaratikan kolluqlarını, hemikserofil və kserofil tipli şibləkləri insan fəaliyyətinin  təsiri nəticə-

sində meşənin son deqradasiya mərhələsi hesab etmək olar. Bu kollar daşdayan və dovşantopalı bozqır otları ilə 

kompleks bitki örtüyü yaradır, lakin aralarında daim mübarizə gedir. Bozqır ot bitkiləri sıx və möhkəm kök sis-

temi yaradaraq ağac və kol cinslərinin əmələ gəlməsinə və inkişafına əngəl törədir. qaratikan isə özünün kölgəli 

çətri ilə ot bitkilərini sıxışdıraraq  altında meşə mühiti yaradır və eyni zamanda torpağın bərpa olunmasına kö-

mək edir. Mal-qara ağzı çatmayan yerlərdə (qaratikanın çətri altında) müxtəlif ağac və kol bitkilərinin cücərməsi 

üçün şərait yaradır. 

Sübut edilmişdir ki, ilkin qaratikanlıq ola bilməz. O, yalnız meşə yox edilən yerlərdə yaranır. Ona görə də 

qaratikan kollarını keçmişdə həmin ərazidə meşə olmasını təsdiq edən dəlil saymaq mümkündür.  

Böyük Qafqazın cənub yamacında hemikserofil tipli şibləklərin xarakterik massivləri onun şərq qurtaraca-

ğında – Pirsaatçay hövzəsində yayılmışdır. Burada dəniz səthindən 1000-1200m yüksəklikdə iberiya palıdı me-

şəsi yox edilmiş dik yamaclarda  hemikserofil şibləklər qaratikan, ardıc, doqquzdon, iydəyarpaq armud, dovşa-

nalmasından təşkil olunmuşdur. Bu kol növləri çox vaxt qarışıq halda bitir. Onlardan biri, əksər halda  qaratikan 

qruplaşmada hakimlik edir. 

Kiçik Qafqazda qaratikan şibləkləri xüsusi bitki qurşağı yaradır, bu kolluqları iberiya palıdı meşələrinin an-

tropogen deqradasiyasının son mərhələsi hesab etmək olar. 

Böyük Qafqazın cənub-şərq yamacında –İsmayıllı və Şamaxı  rayonlarının aşağı dağ-meşə qurşağında və Ki-

kik Qafqazın orta dağ qurşağında – Gədəbəy və Daşkəsən rayonlarında meşəsizləşdirilmiş ərazilərdə taxılotu – 

müxtəlifotlu, daşdayanlı, dovşantopallı bozqırlar formalaşmışlar. Tədqiqatçıların əksəriyyəti – Şimali Qafqazda 

Y.V.  Şivvers (1953). Cənubi Qafqazda – A.A. Qrossheym (1948), A.A.Troisski (1934), Gürcüstanda – V.Z. 

Qulisaşvili (1964), Azərbaycanda Q.Ş. Məmmədov, M.Y. Xəlilov(2002) mövcud bozqırların yaranmasını meşə 

örtüyünün yox edilməsilə izah edirlər. Cənubi Qafqazda, o cümlədən Azərbaycanda bozqırların meşə zonasında, 

yəni introzonal yayılması bunu bir daha təsdiq edir. 

 

13.3.3. MEŞƏ ÖRTÜYÜ  

Respublikamızın meşə örtüyü haqqında hərtərəfli geniş  məlumatla oxucu «Azərbaycanın meşələ-

ri»(Məmmədov, Xəlilov 2002) kitabında tanış ola bilər. Aşağıda meşələrimiz haqqında qısa məlumat veri-

lir. 

Dünyanın digər regionlarına nisbətən respublikamız az meşəli sayılır. Ümumi ərazimizin yalnız 10%-i 



meşə ilə örtülüdür, yəni hər adam başına 0,14 ha meşə düşür. Lakin meşələrimiz ağac, kol və heyvanat alə-

mi ilə olduqca zəngindir. Burada 450-dən çox yabanı ağac və kol növü bitir, onların 70-i endem növ olub 

respublikamızdan  başqa dünyanın heç bir yerində  təbii halda bitmir. Qeyd edək ki, hələ yaxın keçmişdə 

respublikamızın bitki və heyvanat aləmi olduqca zəngin olmuşdur. Bir sıra bitki və heyvan növlərinin kökü 

kəsilərək adları flora və faunamızdan silinmişdir. Bir çox qiymətli ağac cinslərindən ibarət meşələrin sahəsi xey-

li azalmışdır. Keçən əsrdə qoz, palıd, və digər qiymətli ağac cinsləri bəzi rayonlarda başdan-başa kəsilərək baha 

qiymətlə xaricə satılmış, əkinçilik və maldarlığın inkişafı ilə əlaqədar olaraq geniş meşə sahələri məhv edilmişdir. 

Hazırda bəzi ağac və kol növləri - dəmirağac, azatağac, qaraçöhrə, ipək akasiyası, ayıfındığı, araz palıdı, şərq çinarı, 

Xəzər lələyi, meşə üzümü, adi nar, adi xurma,(qafqaz xurması ), söyüdyarpaq armud və s. adları «Qırmızı kitaba» sa-

lınmış, onların mühafizəsi və artırılması üzrə tədbirlər irəli sürülmüşdür.  



 

13.3.4. Meşəlik faizi  

Meşəlik faizi ərazinin meşə ilə örtülmə  dərəcəsi olub meşə ilə örtülü sahənin ümumi sahəyə (məs. 

respublikanın, meşə  təsərrüfatının və s.) nisbəti ilə  təyin olunur; faizlə ifadə olunur. Respublikanın ayrı-ayrı 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə