MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə14/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   10   11   12   13   14   15   16   17   ...   228

 

25

Qış və ya otlaqlarının tədqiqatlarının nəticələri Azərbaycan xalq torpaq komissarlığı tərəfindən buraxılmış 



32 əsərlər silsiləsində çap edilmişdir.  

1926-cı ildə A.A.Qrossheymin əsasən meşə örtüyünə həsr olunmuş «Talışın florası» adlı qiymətli əsəri nəşr 

edilir. Kitabda Hirkan florası dərindən təhlil olunur, dəniz səthindən hündürlüyə görə Talışın meşə örtüyü düzən 

meşəsinə, aşağı, orta və yuxarı dağ meşə regionlarına bölünür. Hər bir zona üçün meşənin botaniki 

xarakteristikası verilir. 1936-cı ildə isə A.A.Qrossheymin «Qafqaz florasının təhlili» adlı kapital monoqrafiyası 

nəşr olunur.  

1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi açılır, onun nəzdində isə 

A.A.Qrossheymin başçılıq etdiyi botanika bölməsi təşkil olunur. 1936-cı ildə bölmənin  əsasında, tərkibində 

Nəbatat bağı olan Botanika İnstitutu yaradılır. Bitki örtüyünün, floranın, bitki sərvətlərinin, həmçinin bitki 

fiziologiyasının öyrənilməsi sahəsində Botanika İnstitutu botanika elminin mərkəzinə çevrilir və elmi-tədqiqat 

işlərini  əsasən üç istiqamətdə (bitki örtüyünün öyrənilməsi, floranın öyrənilməsi və bitki sərvətlərinin 

öyrənilməsi) aparır.  

İnstitut bitki örtüyünün xəritələşdirilməsi üzrə böyük işlər yerinə yetirir. Hələ 1930-cu ildə A.A.Qrossheym 

Zaqafqaziyanın ilkin bitki örtüyünün sxematik xəritəsini tərtib edir. 1931-ci ildə mövcud kartoqrafik materiallar 

əsasında A.A.Qrossheym və L.İ.Prilipko tərəfindən Azərbaycanın 1:1000000 miqyasında geobotaniki xəritəsi 

tərtib olunur. Azərbaycan meşələrinin ümumi təsviri 1945-ci ildə  nəşr olunan «Azərbaycan SSR-in fiziki 

coğrafiyası» kitabında L.İ.Prilipko tərəfindən verilir.  

Sonralar L.İ.Prilipko (1945) Lənkəran zonasının hirkan meşələrində, 1947-ci ildə  Əlican, Türyançay və 

Göyçay çayları hövzələrində (Bozdağda) ardıc-saqqız meşələrində, 1948-ci ildə Samux tuqay meşələrində dərin 

tədqiqatlar aparır. Uzun illər boyu Azərbaycanın meşələrinin hərtərəfli öyrənilməsi nəticəsində topladığı zəngin 

materiallar əsasında 1954-cü ildə L.İ.Prilipko «Azərbaycanın meşə bitkiləri» adlı kapital monoqrafiyasını nəşr 

etdirir.                                             

Azərbaycan Respublikasında bitki örtüyünün öyrənilməsində V.İ.Ulyanişev,  Ş.O.Barxalov, V.X.Tutayuk, 

İ.İ. Karyagin, İ.N.Beydeman, P.D.Yaroşenko, Ü.M.Ağamirov, V.Q. Xryanovski, Y.M.İsayev, V.C.Hacıyev, 

V.Ş.Quliyev, V.S. Novruzov, O.V.İbadov, A.A.Bayramov, S.H.Musayev, R.A. Fətəliyev, O.H.Mirzəyev, 

E.C.Hüseynov və başqalarının böyük rolu olmuşdur.  

Böyük Qafqazın yüksək dağ bitkiliyinin tam floristik tərkibi, dominant və subdominant bitki 

formasiyalarının geobotaniki səciyyəsi, bitki örtüyünün dinamikası, ona ekzogen və endogen, antropogen 

faktorların təsiri V.C.Hacıyev tərəfindən öyrənilmişdir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə «Azərbaycanın 

bitki örtüyü» xəritəsi Azərbaycan, rus və ingilis dillərində tərtib edilmişdir.  

Azərbaycan EA Botanika İnstitutunda 1949-cu ildə meşə  şöbəsi təşkil olunur. Şöbə tarlaqoruyucu meşə 

zolaqlarının salınması və həmçinin dağ meşələrində meşə təsərrüfatının qaydaya salınması ilə bağlı məsələlər 

üzərində tədqiqatlar aparır.  

1949-cu ildən sonra Botanika İnstitutunda meşələrin öyrənilməsi  əsasən  İ.S.Səfərovun adı ilə bağlıdır. 

İ.S.Səfərov üçüncü dövrün relikt ağacları üzərində uzun illər apardığı tədqiqatlar əsasında iki monoqrafiya çap 

etdirir (Səfərov, 1962, 1979). Bu əsərlərində ilk dəfə olaraq Azərbaycan florasının  əsas relikt ağac və kol 

bitkilərinin bioekoloji xüsusiyyətləri, növdaxili dəyişkənliyi, təsərrüfat əhəmiyyəti hərtərəfli işıqlandırılmışdır. 

Talış florasının Avrasiyanın digər regionları florası ilə əlaqələri xüsusi olaraq təhlil edilmişdir.  

İ.S.Səfərovun eldar şamı üzrə apardığı  tədqiqatlarını xüsusi olaraq qeyd etmək lazımdır (Səfərov, 1955, 

1972). Bu tədqiqatlar nəticəsində o, eldar şamının biologiyası, tarixi və təsnifatı üzrə qiymətli materiallar əldə 

etmişdir. Müəllifin eldar şamının Orta Asiya və digər cənub regionlarında becərilməsi üzrə hazırladığı 

metodikası əsasında Bolqarıstan və Rumıniya ərazisində onun yaşıllıqları salınmışdır.  

İ.S.Səfərov ilk dəfə Azərbaycan şəraitində meşəsiz rayonlarda tarlaqoruycu meşə zolaqlarının salınmasının 

praktiki üsullarını hazırlamış, onun tərəfindən bu zolaqların kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına 

təsirinin öyrənilməsi metodikası  işlənilmiş, aqromeşəmeliorativ rayonlaşdırma aparılmış, tarlaqoyurucu meşə 

zolaqları konstruksiyaları  və Azərbaycanın ayrı-ayrı  təbii zonaları üçün ağac növlərinin tətbiqi məsləhət 

görülmüşdür (Səfərov, 1958).  

1945-1952-ci illərdə  İ.S.Səfərov Mil, Muğan,  Şirvan, Qarabağ düzlərində  və  Lənkəran zonasında meşə 

massivləri və qoruyucu meşə zolaqları salınması işinin bilavasitə rəhbəri və iştirakçısı olmuşdur. Bu və ya digər 

rayonlarda onun bilavasitə iştirakı ilə 22 min hektardan çox süni meşələr salınmışdır. Hal-hazırda bu meşələr 

sabit  yüksək kənd təsərrüfatı məhsulu almağa xidmət edir və mühüm ekoloji funksiyaları yerinə yetirir.  

1945-ci ildən başlayaraq İ.S.Səfərov Bakı, Sumqayıt və digər yaşayış məntəqələrinin yaşıllaşdırılması üzrə 

böyük işlər görmüşdür.  

1968-ci ildən başlayaraq  İ.S.Səfərovun rəhbərliyi altında eroziyaya uğramış dağ yamaclarında qərzəkli 

meyvə bitkilərindən (əsasən püstə  və badam) plantasiyalar yaradılmışdır (İ.S.Səfərov, M.Y.Xəlilov, 

Ş.Q.Hüseynov, F.H.Məmmədova, 1986).  

Botanika İnstitutunun meşəşünaslıq şöbəsi İ.S.Səfərovun rəhbərliyi altında təbiətin mühafizəsi və meşəçilik 

sahəsində bir sıra layihələr və tədbirlər hazırlamışdır: 




 

26

I. Bakı su kəmərinin üçüncü növbəsinin inşası ilə əlaqədar olaraq Samur-Qusarçay çayarası ərazidəki kurort 



və suqoruyucu meşələri qoruyub saxlamaq məqsədilə elmi cəhətdən əsaslandırılmış tədbirlər hazırlanmışdır. 

II. Magistral kanallar boyunca və iri su anbarları ətrafında ümumi sahəsi 10 min hektardan çox olan irriqa-

siya qoruyucu zolaqlar yaratmaq layihəsi (Q.Cəlilov, M.Xəlilov).  

III. Respublikanın meşələrində yabanı meyvə ehtiyatları hesablanmış  və  hər il 80-100 min ton müxtəlif 

meyvə və giləmeyvə tədarükü barəsində təklif irəli sürülmüşdür (K.Əsədov).  

IV. Respublikanın bütün ərazisində 2,5 min ədəd möhtəşəm ağac (çinar, palıd, azat ağacı  və s.) aşkar 

edilmiş və onlar canlı təbiət abidələri elan edilmişdir.  

1951-ci ilin yanvar ayında Azərbaycan elmi-tədqiqat meşə  təsərrüfatı  və arqomeşəmeliorasiya institutu 

yaradılır. 1950-1958-ci illərdə institut Bakı  şəhərinin Mərdəkan qəsəbəsində yerləşmiş, 1959-cu ildə  Bərdə 

şəhərinə köçürülmüşdür. İnstitut mövzu planına əsasən öz işini respublikanın müxtəlif bölgələrində aparmışdır.  

İnstitutun meşəçilik şöbəsinin elmi əməkdaşları (H.Dadaşov, N.Sadıxov) meşələrin istifadə üçün qırılması 

üsullarını,  Ə.Hüseynov, L.Hüseynova şam ağaclarının məhsuldarlığını, dağ meliorasiyası  şöbəsi (K.Əsədov, 

Q.Qəribov) dağ meşələrində fıstıq ağaclarının süni yetişdirilməsi aqrotexnikasını, meşə torpaqşünaslığı şöbəsi 

(B.Mirzəyev, S.Bayramov, M.Xəlilov) dağ rayonlarında meşə  əkiləcək sahələrin torpaq-bitmə  şəraitini 

öyrənmiş, Xırdalan qəsəbəsində yerləşən dayaq məntəqəsi (F.Ə.Əmirov, A.Bandin) Abşeronda, Lənkəran dayaq 

məntəqəsi isə Lənkəran zonasında meşə yetişdirməyin mütərəqqi üsullarını işləyib hazırlamışlar.  

İnstitutun seleksiya və toxumçuluq şöbəsi (Ə.Quliyev) qoz və püstə  ağaclarının seleksiyası üzərində 

tədqiqat aparmışdır, bunun nəticəsində respublikanın  ərazisində bitən  ən yüksək keyfiyyətə malik olan qoz 

ağacları aşkara çıxarılmış, institutun dendrarisi ərazisində respublikada ilk dəfə olaraq 4 hektar elit kolleksiya 

bağı salınmışdır, burada qoz ağaclarının 200 sortu yetişdirilmişdir. Bunlardan ən yüksək yağlılığa malik, iri 

ləpəli, nazik qabıqlı formalar calaqetmə yolu ilə respublikanın əsasən dağ rayonlarında artırılmışdır.  

Meşəçilik şöbəsində Ə.Hüseynov, L.Hüseynova tərəfindən respublikanın düzən rayonlarında yetişdirilmiş 

meşə əkinlərində xidmət qırması aparılması üzrə müvafiq tövsiyyələr hazırlanıb Dövlət meşə komitəsinə təqdim 

edilmişdir.  

Meşəçilik və dendrologiya şöbəsinin işçiləri (Mlokoseviç, Zubaryeva, Muradov və b.) institutun 

dendrarisində 400-dən artıq ağac və kol növü introduksiya etmişlər, bunlardan bir sıra növlərin perspektiv 

olduğu aşkar edilmiş, meşələrin məhsuldarlığını artırmaq üçün həmin növlərdən istifadə edilməsinin zəruriliyi 

müəyyənləşdirilmişdir.  

İnstitutun elmi işçiləri şoran torpaqda yetişdirilən ağacların davamlığını (S.Ələkbərov, S.Məmmədov), Sul-

tanbud meşəsində bitən saqqız ağaclarının toxumvermə xüsusiyyətini (Ə.İsmixanova), çinar (V.Babaxanov), 

qovaq (Q.Cəlilov), texniki söyüd (İ.Hüseynov) ağaclarının biologiyası və yetişdirilmə aqrotexnikasını öyrənib 

istehsalata müvafiq tövsiyələr vermişlər.  

H.Quliyev Azərbaycanın qərb zonasında meşə yetişdirmək, K.Əsədov Kiçik Qafqazın meşə tiplərini 

öyrənmək üzrə  tədqiqatlar aparmışlar. Bir qrup tədqiqatçılar respublikanın meşələrində bitən iberiya palıdı 

(Ç.Abdullayev), araz palıdı (K.Quliyev), şərq palıdı (F.Cəfərli, H.Adıgözəlov),  şabalıdyarpaq palıdın 

(H.Bədəlov) forma müxtəlifliyini təyin etmək yollarını öyrənmişlər.  

Torpaq eroziyası üzrə çalışan elmi işçilər (T.Məmmədov, F.Hacıyev, F.Əmirov, H.Bayramov, M.Xəlilov) 

Böyük Qafqazın cənub yamacı rayonlarında müasir eroziya proseslərini öyrənmiş, bu prosesə qarşı mübarizə 

aparmaq üçün müvafiq dağ meliorasiya tədbirləri hazırlamışlar.  

İnstitutun meşəyetişdirmə  şöbəsi (A.Bukov, Q.Nağıyev) müxtəlif təsərrüfatların  ərazisində tarlaqoruyucu 

meşə zolaqlarının salınması  təcrübəsini və bu zolaqların  ərazinin mikroiqliminə, kənd təsərrüfatı bitkilərinin 

məhsuldarlığına təsirini öyrənmişlər.  

Respublikada meşələrin elmi tədqiqi və mühafizəsi sahəsində akad. Həsən Əliyevin çox böyük xidmətləri 

olmuşdur. Hələ 1949-52-ci illərdə Botanika İnstitutuna rəhbərlik edərkən onun səyi nəticəsində 8 cildlik 

«Azərbaycanın florası» kitabı  nəşr edilmişdir. Sonralar H.Əliyev Azərb. EA Torpaqşünaslıq və Aqrokimya 

İnstitutunda işləyərkən 1956-cı ildə orada meşə torpaqşünaslığı  şöbəsi yaradır və ömrünün sonuna qədər 

meşələrin və meşə torpaqlarının öyrənilməsi ilə  məşğul olur. Bu istiqamətdə elmi-tədqiqat işləri apararkən 

H.Əliyev respublikanın müxtəlif regionlarında ayrı-ayrı  ağac cinslərinin yayılması qanunauyğunluqları  və 

əhəmiyyətinə diqqət yetirmiş, həm stasionar, həm də marşrut tədqiqatlarından müxtəlif meşə tiplərinin torpaqla 

əlaqəsi və  təsirini aşkar etmişdir.  İnsanın sistemsiz təsərrüfat fəaliyyəti nəticəsində dağ  və düzən meşələrinin 

göz qabağında sıradan çıxması, ayrı-ayrı qiymətli ağac növlərinin tükənmək təhlükəsi onu həmişə narahat etmiş 

və özünün «Həyəcan təbili» kitabında həyəcanla çıxış etmişdir.  

Akademik H.Əliyevin elmi-təşkilati fəaliyyəti nəticəsində 1955-ci ildə Azərb. EA təbiəti mühafizə üzrə 

komissiya yaradılır və o, bu komissiyaya sədr seçilir. 1963-cü ildə isə H.Əliyevin təşəbbüsü ilə Respublika 

Təbiəti Mühafizə Cəmiyyəti yaradılır. Onun uzun illər rəhbərlik etdiyi bu cəmiyyət bitki örtüyünün, o cümlədən 

meşələrin mühafizəsi və  bərpası, həmçinin respublikanın ayrı-ayrı rayonlarında yaşıllaşdırma üzrə böyük 

tədbirlər həyata keçirilir. Məsələn, H.Əliyevin təşəbbüsü ilə  Dəvəçi,  Şamaxı, Zəngilan və Talışın Zuvant 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə