MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə141/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   137   138   139   140   141   142   143   144   ...   228

 

270


Tuqay meşələri 

Azərbaycanın tuqay meşələrinə bir çox düzən çayları ətrafında rast gəlmək olar. Lakin onun əsas ərazisi Kür 

çayının, Araz çayının payına düşür. Tarixi meteriallar və tədqiqat işlərimizlə müəyyən edilmişdir ki, tuqay me-

şələri XVIII əsrin ortalarına kimi Kür çayı boyu Xəzər dənizinə kimi geniş zolaqlar təşkil edirmiş. Lakin sonra-

lar kənd təsərrüfatı sahələri və yaşayış  məntəqələri altında istifadə etmək məqsədilə tuqay meşələrinin sahəsi 

kəsgin azalmışdır.Yaxın keçmişdə 20min ha «Samux meşəsi» adı ilə məşhur olan tuqay meşəsi Mingəçevir su 

anbarının altında qalmış, 10 min ha yaxın meşə isə Şəmkir və Yenikənd su elektrik stansiyaları tikilərkən qırıl-

mışdır. Kür çayı boyu yayılan tuqay meşələri tamamilə meşəsiz quru bozqır və yarımsəhra rayonlarının ərazisini 

kəsib keçir. Belə quraq şəraitdə çay boyu meşələrin təmsil olunmasına səbəb burada əlverişli meşəbitmə şəraiti-

nin olmasıdır. Belə ki, Kür boyunca qrunt suyu səthə yaxın yerləşərək, zəif minerallığa malikdir, burada torpaq 

münbit olub yüngül mexaniki tərkibə malikdir. Bunlarla yanaşı çay boyu meşələrin inkişafında müsbət rol oyna-

yan əsas səbəb Kürün daşıb ərazini basmasıdır. 

Hazırda Kürqırağında meşə ilə örtülü sahə 23 min ha təşkil edir. Bu meşələrin 8 min ha qovaq meşələridir, 

lakin onların çoxusu bu və ya digər dərəcədə pozulmuş vəziyyətdədir. Nisbətən normal doluluqlu qovaq meşələ-

rinin sahəsi cəmi 1300 ha təşkil edir.  Vaxtilə palıd, qarağac və saqqızağac meşələri Kürboyu ərazidə geniş sahə 

tuturmuş, indi palıd meşəsinin 850 ha  Qarayazı qoruğu ərazisindədir, lakin onlar da lazımi səviyyədə qorunma-

yıb pozulmaqda davam edir. 

Son 10-15 ildə yanacağın çatışmazlığı, qaçqın ailələrinin Kürətrafı rayonlarda yerləşdirilməsi ilə əlaqədar  

tuqay meşələrinin qalıqlarına təzyiq daha da kəskinləşmişdir. Bunun nəticəsində mövcud meşələrin vəziyyəti 

daha da pisləşmiş, şübhəsiz sahəsi də azalmışdır. Bu isə tuqay meşələrinin qalıqlarının tamamilə sıradan çıxması 

təhlükəsini yaradır. 

 

13.3.6. Dağ meşələri 

Dağlıq rayonlarda meşə bitkisi yüksəklik  qurşaqlığı ilə səciyyələnir. Respublikanın ayrı-ayrı dağ sistemlə-

rində bitki qurşaqlığı qanunauyğunluğunda müəyyən oxşarlıq olsa da onları bir-birindən fərqləndirən cəhətlər də 

var. Böyük Qafqazda və Kiçik Qafqazın  şimal,  şimal-şərq makroyamaclarında aşağı dağ meşə qurşağında 

(600(900-1000)m vələslə qarışıq iberiya palıdı meşələri, orta dağ qurşağında şərq fıstığı meşələri, yuxarı dağ-

meşə qurşağında isə şərq palıdı, tozağac və yüksək dağ ağcaqayını meşələri yayılmışdır. 

Lənkəran regionu rayonlarında aşağı meşə qurşağında şabalıdyarpaq palıd, qafqaz vələsi və bir sıra hirkan 

relikt cinslərinin iştirakı ilə mürəkkəb tipli dəmirağac meşələri yayılmışdır. Lənkəran regionunun aşağı meşə 

qurşağında meşələr üçüncü dövrün relikt və endem növlərinin zənginliyi ilə seçilir. (ipək akasiyası, azatağac, 

xəzər lələyi, hirkan əncili və s.)  

Meşələrimizin 90%-i (təminin 800min ha) dağ yamaclarında yerləşir. Dağ meşələrinin çox hissəsi Böyük 

Qafqazda (360 min ha) yayılmışdır. Kiçik Qafqazda meşə ilə örtülü sahə 250 min ha, Talış dağlarında isə 134 

min ha təşkil edir. (Şəkil 13.5). 

Tədqiqatlar göstərir ki, dağlarımızda meşənin təbii (iqlim) yuxarı sər-

hədi iyul ayının orta temperaturu 10dərəcə  və bir qədər də  aşağı olan 

xətdən keçməlidir. Bu qanunauyğunluğu respublikamızın ayrı-ayrı dağ-

lıq vilayətlərinə tətbiq edək. Əgər 10dərəcə iyul izotermini meşənin iq-

lim sərhədi qəbul etsək, qışı rütubətli keçən və soyuq iqlimə malik olan 

Böyük Qafqazın cənub yamacında və Kiçik Qafqazın şimal-şərq yamacı 

rayonlarında (Göygöl, Gədəbəy, Daşkəsən) bu sərhəd 2600-2650m-dən, 

qışı quraq keçən, nisbətən kontinental soyuq iqlimə malik olan Kəlbəcər 

və Laçın rayonlarında 2800m-dən, yayı quraq kontinental iqlimi olan 

Naxçıvan zonasında isə 3000m-dən keçməlidir. 

Apardığımız tədqiqatlar göstərir ki, respublikamızda insanın təsərrü-

fat fəaliyyətinin təsiri nəticəsində meşənin yuxarı iqlim sərhədi çox bö-

yük dəyişikliyə uğramışdır. Hazırda demək olar ki, meşənin təbii yuxarı 

sərhədi hər yerdə antropogen amillərin təsiri nəticəsində pozulmuş, aşağı 

salınmışdır. Meşənin müasir (antropogen) yuxarı sərhədi respublikamı-

zın dağlıq rayonlarında orta hesabla 1600-2000 m hündürlükdən keçir. 

Bu hündürlük isə iyul ayının orta temperaturu 14-17dərəcə olan yüksəkliyə uyğun gəlir. Çox nadir hallarda, 

məs. Tərtərçay hövzəsində 2350-2400m-də tozağac meşəsinin qalıqlarına , ardıc kollarına  isə Gəncə çayın sol 

sahilində 2400-2500m, Zəyəmçayın mənbəyində, dağın lap zirvəsinə qədər (2600-2700m)rast gəlinir. 

Azərbaycanın dağ meşələrində əsasən fıstıq, palıd və vələs üstünlük təşkil edir. 

 

Fıstıq meşələri 

Azərbaycanda ən geniş yayılanı fıstıq meşələri olub respublikanın ümumi meşə fondunun 32 faizə qədərdir. 

Kiçik Qafqazın cənub yamacı rayonlarında (Laçın, Qubadlı, Zəngilan) və Naxçıvan MR-dən başqa fıstıq res-

 

 

Шякил 13.5. Республика 



мешяляринин бюлэяляр 

цзря пайланмасы


 

271


publikanın bütün dağ rayonlarında bitir. Kiçik Qafqazın cənub rayonlarında fıstığın yayılmasına quru kontinen-

tal iqlim şəraiti maneçilik törədir. Kiçik Qafqaz dağlarında fıstığın şərq sərhədi Dağlıq Qarabağda Hadrud və 

Xocavənd rayonları arasında Kirs dağının şimal hissəsində müşahidə olundu. 

Böyük Qafqazın şimal-şərq makroyamacında fıstığın şərq sərhədi Ataçay və Tığçay hövzəsindədir. 

Böyük Qafqazın cənub yamacında meşə bitkisinin, o cümlədən fıstığın şərq sərhədi şimal makroyamaca nis-

bətən 25 km qərbdən keçir. Fıstığın şərq sərhədinin belə qısalması fikrimizcə cənub makroyamacında iqlimin 

xeyli quraq olmasıdır, burada insanın təsərrüfat fəaliyyəti də mühüm rol oynamışdır. 

Respublikamızın dağlarında müxtəlifotlu, topallı, ölü örtüklü, çətiryarpaqlı, qaraçöhrəli, subalp,  dəfnəgilaslı 

fıstıq meşə tipləri yayılmışdır.  Lakin insan fəaliyyətinin mənfi təsiri nəticəsində fıstıq ağacları ilkin quruluşunu 

və ilkin populyasiyalarını itirmişdir. Bununla əlaqədar təbii meşə mühiti dəyişmiş və müxtəlif törəmə meşə tip-

ləri əmələ gəlmişdir. Talış dağlarının orta və yuxarı dağ-meşə qurşaqları demək olar ki, meşə örtüyündən tama-

milə azad edilmişdir. Nisbətən yaxşı  vəziyyətdə meşələr  əsasən dəniz səthindən 700-800m hündürlüyə  qədər 

olan ərazidə saxlanmışdır. Nisbətən geniş sahələrdə fıstıq meşələrinə Lerik və Astara rayonlarında dəniz səthin-

dən 1000-1200 m-ə qədər olan ərazidə rast gəlmək  olar. Çox nadir hallarda dəniz səthindən 1600m yüksəklikdə 

kiçik sahələrdə seyrəlmiş fıstıq meşələrinin qalığına təsadüf etmək olar. 

İnsanın təsərrüfat fəaliyyətinin xarakterindən, müddətindən və intensivliyindən asılı olaraq fıstıq meşələri-

nin deqradasiyası müxtəlif istiqamətdə olmuşdur. Nisbətən az meylliyə malik olan yamaclarda fıstıq meşə-

lərində  ağacların özbaşına qanunsuz kəsilməsi nəticəsində  aşağı doluluqlu ağaclıq və ya seyrəklik  əmələ 

gəlir. Belə sahələrə əsasən  yaşayış məntəqələrinin yaxınlığında rast gəlinir, onlar az məhsuldarlığa malik 

olur, ağacların təpə hissəsi və qol-budağı kəsilmiş halda olur. 

Fıstıq qurşağında təsərrüfatın səmərəsiz aparılması ilə    əlaqədar olaraq yüksək məhsuldar ilkin fıstıq 

meşələri aşağı doluluqlu və az məhsuldar törəmə tipli vələs ağaclıqları ilə əvəz olunmuşdur. 

Böyük Qafqazın cənub yamacında fıstığın kolluqlarla dəyişilməsi insan fəaliyyətinin təsirilə yaşayış 

məntəqələrinin yaxınlığında baş verir, meşəsizləşdirilmiş sahələrdə çox vaxt böyürtkan, fındıq və ayıdöşəyi  

cəngəlliyi əmələ gəlir. 

Kiçik Qafqazın   orta dağ qurşağında meşəsizləşdirilmiş sahələrə böyük massivlər şəklində rast gəlinir. 

Hazırda bu massivlər  mütəlif kollarla (yemişan, dovşanalması, əzgil, topulqa. itburnu, alça və s. örtülüdür. 

Lakin bu kollar çox nadir halda xüsusi qruplaşmalar yaradır, onlar əsasən sıx çəmən, bozqırlaşmış çəmən və 

bozqır bitkiləri fonunda tək-tək və qrup halında yayılmışdır, tərkibində meşəyaradan ağac cinslərinin cavan pöh-

rələrinə də rast gəlinir. 



 

Palıd meşələri  

Sahəsinin böyüklüyünə görə fıstıqdan   sonra palıd meşələri gəlir. Respublikamızda  palıd meşələrinin sahəsi 

232 min ha-dır, yəni meşə ilə örtülü ərazinin 30%-ni təşkil edir. 

Dağ meşələrimizdə 4 palıd növü bitir. Aşağı və orta dağ meşə qurşaqlarında iberiya palıdı, yuxarı dağ-meşə 

qurşağında iritozcuqlu palıd, Talış dağlarında şabalıdyarpaq palıd,  Zəngilan rayonunun dağətəyi hissəsində ki-

çik sahədə araz palıdı meşələri yayılmışdır. 



İberiya palıdı meşələri                                                                                                                                                          

İberiya palıdı meşələri Kiçik Qafqaz dağ silsiləsinin aşağı və orta hissəsini, Böyük Qafqaz dağ silsiləsinin isə 

aşağı hissəsini tutur. Apardığımız tədqiqatlar göstərir ki, Böyük Qafqazda iberiya palıdının aşağı yayılma sərhə-

di 300(200)m-ə qədər enir. 

Tədqiqatlarımız göstərdi ki, Böyük Qafqazın Cənub yamacında iberiya palıdı dəniz səthindən 900-1000m-ə 

qədər yamacların bütün baxarlarında həm monodominant, həm də özünün yaxud vələsin üstünlüyü ilə meşəlik 

yaradır. Dəniz səthindən 1000-1400(1500)m yüksəklikdə iberiya palıdı yalnız yamacların güney səmtlərində və 

relyefin qabarıq hissələrində vələs, yaxud fıstığın iştirakı ilə üstünlük təşkil edir. 

Respublikamızın dağlarında iberiya palıdı kol örtüklü və ot örtüklü meşə tipləri yaradır. Böyük Qafqazın cə-

nub yamacında (600-1000m), Dağlıq Qarabağda və Laçın rayonunda (1400-1650m) müxtəlif meylli yamaclarda 

kol örtüklü palıd meşələri daha geniş yayılmışdır. Bu meşəliklər əsasən pöhrədən əmələ gəlib sırf (təmiz) palıd-

lıq yaradır. Hazırda ilkin (pozulmamış)  palıd meşələrinə rast gəlmək çətindir. Antropogen əmillərin təsiri nəti-

cəsində palıd meşələri dəmirqara (şərq vələsi) meşəliyi ilə əvəz olunur. Böyük Qafqazın cənub yamacında bu 

proses dəniz səthindən 400-800m, nadir hallarda güney yamaclarında 1000m yüksəklikdə müşahidə olunur. Ki-

çik Qafqazda törəmə tipli dəmirqara meşəlikləri şimal makroyamacda 1000-1150m, cənub makroyamacda (Hə-

kəriçay hövzəsi) isə 1300-1350m yüksəklikdə müşahidə olunur. 

Palıd meşələrinin seyrəldilməsi meşəliyin tərkibində palıdın tədricən azalması və kolların çoxalmasına səbəb 

olur. Bitmə şəraitindən asılı olaraq şiblək adlanan müxtəlif kol qruplaşmaları formalaşır. Quzey baxarların nis-

bətən rütubətli şəraitində  palıd-vələs və sırf vələs meşələrinin insanın təsirilə seyrəkləşdirilməsi meşəaltı kolla-

rın güclü inkişafına və şibləklərin əmələ gəlməsinə səbəb olur. Belə şibləklərin tərkibində meyvə  və giləmeyvə 

bitkilərindən göyəm, yemişan, zoğal, fındıq, böyürtkan, sumax, alma, armud, alça, əzgil, itburnu bitir. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə