MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə142/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   138   139   140   141   142   143   144   145   ...   228

 

272


Böyük Qafqazın qərb və mərkəzi rayonlarında dəniz səthindən 700-800m yüksəkliyə qədər, şərq hissəsində 

isə (Gilgilçay, Ataçay, Tıxçay, Pirsaatçay, Qozluçay hövzələrində) 1400-1600m yüksəkliyə qədər olan ərazilər-

də palıd meşələrinin yerində  hemikserofil və kserofil şiblək tipləri əmələ gəlir. Onların tərkibində qaratikan, ar-

dıc, murdarça, iydəyarpaq armud, dovşanalması, gəvən, zirinc, alça, çaytikanı bitir. 

Qaratikan (bəzən topulqa) üstünlük təşkil edən şiblək qrupları – Kiçik Qafqazda dəniz səthindən 900-1300 m 

yüksəklikdə xüsusi bitki qurşağı yaradır, onların fonunda bitmə şəraitinin quraqlaşması ilə əlaqədar saqqızağac, 

iberiya ağcaqayını, iydəyarpaq armud, bəzən dağdağan və ardıc da bitir. 

Bərk süxurlar üzərindəki torpaq qatının yuyulub aparılması nəticəsində kserofil şibləklərin deqradasiyasının 

son mərhələsində friqana tipli şibləklərə də rast gəlinir. Bu şibləklər bozqır və yarımsəhra bitkilərin fonunda tək-

tək gəvən və qaratikan bitir. 



Şabalıdyarpaq palıd meşələri 

Şabalıdyarpaq  palıd  meşələri Lənkəran regionunda geniş areala malik olub düzən zonadan başlayaraq yuxa-

rı dağ-meşə qurşağına qədər yayılmışdır. Talışın dağlıq hissəsində şabalıdyarpaq palıd meşələri əsasən yamacla-

rın cənub baxarlarında və yal hissəsində bitir. Aşağı meşə qurşağında palıd meşələrinin tərkibinə  dəmirağac, 

ipək akasiyası, azatağac və vələs qarışır. 

Bütün şabalıdyarpaq palıd meşələri insan tərəfindən bu və ya digər dərəcədə pozulmağa məruz qalmış, sey-

rəlmiş və ya törəmə ağac və kollarla əvəz olunmuşdur. 

Tədqiqatlarımız göstərir ki, aşağı meşə qurşağında dəniz səthindən 200-300m yüksəkliyə kimi  palıd - dəmi-

rağac meşəliyində uzun müddət mal-qara otarılması və ağacların qanunsuz kəsilməsi nəticəsində pöhrədən əmə-

lə gələn təmiz (sırf) dəmirağac meşəliyi yaranır, palıd isə sıradan çıxır.  Burada dik yamacların güney baxarla-

rında eroziyaya uğramış sahələrdə insanın uzun müddətli mənfi təsiri nəticəsində şabalıdyarpaq palıd meşələri 

nəhayət quraqlığa davamlı kollarla (qaratikan, yemişan, heyva və s.) əvəz olunur. Orta meşə qurşağında (600-

1300-1500m) meşəsizləşdirilmiş, eroziyaya məruz qalmış yamacları kolluqlar (kollaşmış azatağac, heyva, yemi-

şan, dovşanalması, əzgil, qaratikan və s.) tutur. 



Şərq palıdı meşələri 

Şərq palıdından ibarət subalp meşələri az sahə tutsa da geniş areala malik olub respublikamızın bütün dağla-

rında (Böyük Qafqaz, Kiçik Qafqaz, Talış) yayılmışdır. Hazırda bu dağlarda subalp tipli palıd meşələrinin arealı 

kiçilmiş, sahəsi olduqca azalmışdır. Belə meşələr çox yerdə arealının ən aşağı sərhədində qalmışdır və əsasən 

dəniz səviyyəsindən 1600-2000m yüksəklikdə yerləşir. 

Böyük Qafqazda şərq palıdı meşələrinin yerində meşədən sonra çəmən, bozqırlaşmış-çəmən bitki örtüyü

massivin şərq qurtaracağında və Kiçik Qafqazın yuxarı dağ-meşə qurşağının hər yerində palıd meşələri yox edi-

lən sahələrdə törəmə kolluqların qruplaşmaları (ardıc, gəvən, buynuzlu xaşa və s.) formalaşır. 



 

Palıd meşələrinin ziyanvericilərdən mühafizəsi 

Qeyd edildiyi kimi Azərbaycanda palıd meşələrinin sahəsi ümumi meşə örtüyünün 30%-ni təşkil edir. 

Təəssüflə qeyd etmək lazımdır ki, respublikamızda palıd meşələrinin sahəsi get-gedə azalır. Belə ki, düzən 

meşələrini tədricən əkin sahələri əvəz edir. Aşağı dağ-meşə qurşağı yaşayış məntəqələrinə yaxın yerləşdiyindən 

burada palıd ağaclarının qanunsuz kəsilməsi hallarına tez-tez rast gəlinir, yuxarı dağ meşə qurşağında isə şərq 

palıdı ağaclıqları yay otlaqları kimi istifadə olunur.  

Bütün bunlarla yanaşı, hazırda palıd meşələrində ziyanvericilər və patoloji xəstəliklər də geniş yayılmışdır. 

Samur-Dəvəçi düzənliyində yerələşn məşhur Yalama palıd kurort meşələri kütləvi  şəkildə qurumağa 

başlamışdır. Bu hadisə keçici göbələk xəstəliyinin yayılması  və inkişafı prosesi ilə  də bağlıdır. Bu ərazidə 

demək olar ki, hər ilin yazında may böcəkləri palıd ağaclarına böyük ziyan vurur. May böcəyinin sürfələri və 

kəpənəkləri geniş ərazidə palıd ağaclarına daraşıb onun yarpaqlarını yeyir və məhv edir. Bu dövrdə Dəvəçi meşə 

təsərrüfatlarının işçiləri  əvvəllər təcili tədbir görürdülər. Vertalyotlarla meşə sahələrinə xlorofos və digər 

dərmanlar səpərək palıd meşələri ziyanvericilərdən xilas edilirdi.  

Bəzi illərin iyun ayında  Şəki-Zaqatala zonasının aşağı meşə qurşağında palıd ağaclarının yarpaqlarının 

saralması müşahidə edilir. Bəzi meşə  təsərrüfatı  işçiləri bu hadisəni havanın quraq keçməsi ilə izah edirdi. 

Çünki ilk baxışda yarpaqlarda heç bir xəstəlik halı hiss olunmurdu, onlar nə bükülür, nə də tökülmürdü, yalnız 

rəngləri saralırdı. Həmin  ərazidə  tədqiqat aparan Azərbaycan Elmi-tədqiqat Meşə  təsərrüfatı  və 

Aqromeşəmeliorasiya institutunun əməkdaşları yarpaqların saralmasının səbəbi – enliminalayıcı palıd 



güvəsinin olduğunu aşkara çıxardılar. Həmin illəri biz Şəki-Zaqatala zonası rayonlarında palıd meşələrinin dar 

zolaq şəklində saralmasının şahidi olduq. Belə hadisə Balakəndən başlayaraq Şamaxı rayonuna qədər müşahidə 

olunurdu. Lakin saralan meşə qurşağı  dəniz səviyyəsindən 700-800 metrdən yuxarıya qalxmırdı. Palıd 

ağaclarının yarpaqlarının saralmasını Qanıx-Həftəran vadisində  də müşahidə etdik. Maraqlıdır, saralan 

yarpaqları  işığa tutub baxdıqda onun içinin boş olduğu nəzərə çarpır. Güvələr yarpaqların içinə girib onu 

daxildən tamamilə yeyir. Diqqətlə baxdıqda yarpağın içində diametri 2-3 mm olan güvələr aydın görünür. 

Tədqiqat zamanı güvələrin təsirindən yarpaqların saralmasını şabalıd ağaclarında da müşahidə etdik.  



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə