MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə143/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   139   140   141   142   143   144   145   146   ...   228

 

273


Qeyd etmək lazımdır ki, əvvəllər enliminalayıcı palıd güvəsi respublikamızın  ərazisində  təsadüf 

edilməmişdir. Lakin bir vegetasiya dövrü ərzində bu ziyanvericilər geniş ərazini tutaraq Balakəndən İsmayıllıya 

qədər 250 km-lik məsafədə yayıla bilmişdir.  

2004-cü ilin yazında ziyanverici həşəratların daha böyük «partlayışı» müşahidə olundu. Həşəratların 

sürfələri əsasən palıd yarpaqlarına daraşaraq ağacları çılpaqlaşdırırdı. Biz iyul ayında Xızı rayonunun Altıağac 

qəsəbəsinə gedərkən bunu müşahidə etdik. Xızı-Altıağac yolu boyu və qəsəbənin ətrafındakı meşələrdə dəyişik 



ipəksarıyanın iki fazası – sürfə və kəpənəklər halında olub nəinki palıd ağaclarında, hətta digər ağac növlərinin 

də (vələs, ağcaqayın, göyrüş və s.) yarpaqlarını yeyirdilər. Ancaq nədənsə sürfələr fıstıq ağaclarında müşahidə 

olunmurdu. Lakin kəpənəklər fıstığın da gövdəsində yumurta qoyur. Bəzi ağaclar demək olar ki, tamamilə 

çılpaqlaşmışdı (yarpaqsızlaşmışdı). Dəyişən ipəksarıyanın sürfələri ziyanvericilərin 80-90%-ni təşkil edirdi. 

Bundan başqa həlqəvi ipəksarıyan, qızılqarın kəpənək və palıd ipəksarıyanın sürfələrinə də rast gəlinirdi.  

2004-cü ildə ziyanverici həşəratlar Şamaxı, İsmayıllı və digər rayonların meşələrinə də böyük ziyan vurdu. 

Biz Qubanın meşələrində olarkən ziyanverici həşəratlara rast gəlmədik. Onu da qeyd edək ki, həşəratlar il 

ərzində iki nəsil verir.  

Ziyanvericilərə qarşı mübarizə məqsədilə respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi həşəratların 

sürfələrini yığaraq və  kəpənəklərin yumurtalarını  ağacların gövdələrindən qazıyaraq yandırdılar. Lakin belə 

mübarizə üsulları geniş meşə ərazilərində heç bir nəticə verə bilməzdi və vermədi də. Hazırda meşələrimizdə 

ağacların gövdələrində  kəpənəklərin milyonlarla yumurtaları mövcuddur və yazda sürfələrin yeni «partlayışı» 

gözlənilir.  

Palıd ağaclarında olan ziyanvericilər və  xəstəliklər hazırda respublikamızın meşələri üçün böyük təhlükə 

yaradır. Əgər bunun qarşısı vaxtında alınmazsa biz meşələrimizin 30 faizindən çoxunu itirmək qorxusu altında 

qalmış oluruq. Odur ki, təxirə salınmadan palıd meşələrində meşə-patoloji yoxlama işləri aparılmalı, 

ziyanvericilərin və  xəstəliklərin mənbəyini müəyyənləşdirməli, orada sanitar qırmaları, digər meşə  təsərrüfatı 

tədbirləri həyata keçirməli, bioloji və kimyəvi mübarizə üsullarından istifadə etməlidir.  

Yeri gəlmişkən onu da qeyd edək ki, 2004-cü ildə Bakı  şəhəri və  şəhərətrafı rayonların yaşıllıqlarında və 

bağlarında ağacların yarpaqlarının bükülməsi, saralması müşahidə olundu. Buna amerika ağ  kəpənəyinin 

sürfələrinin geniş yayılması  səbəb oldu. Təbiəti mühafizə  işçilərinin başçılığı ilə  məktəbliləri və digər 

vətəndaşları  səfərbər edib sürfələri vaxtında (kəpənək fazasına keçməmiş) toplayaraq məhv etmək yolu ilə 

həşəratların nəslini kəsmək olardı, lakin buna əməl olunmadı. 

 

Qafqaz vələsi meşələri 

Azərbaycanda vələs meşələri bütün dağ sistemlərində yayılmışdır.Ona həmçinin Lənkəran və Samur-Dəvə-

çi düzənliyində və Qanıx-Həftəran vadisində rast gəlinir. Vələs fıstığa yaxındır, lakin fıstıq vələsə nisbətən çox 

kölgəsevər və çox rütubətsevərdir. Ona görə vələs həm sırf, həm də palıd və fıstıqla qarışıq meşəliklər yaradır. 

Vələsin  Böyük və Kiçik Qafqazın bütün yüksəklik qurşaqlarında rütubətli iqlim şəraitində bir çox sahələrdə 

başdan-başa örtük əmələ  gətirməsi, həmçinin meşənin yuxarı sərhədinə kimi qalxması, Samur-Dəvəçi düzənli-

yində (Yalama meşəsi), dəniz səviyyəsinə qədər enməsi bu ağac növünün geniş iqlim amplitudu şəraitində ya-

yılmasını təsdiq edir.  

Kiçik Qafqazın cənub-şərq yamacında Həkəriçay hövzəsində iqlimin nisbətən quru olması ilə əlaqədar fıstı-

ğa rast gəlinmir. Burada vələs meşələri  orta dağ-meşə qurşağında əsasən yamacların şimal baxarlarında münbit 

karbonatlı meşə torpaqlarında yayılmışdır. 

Böyük və Kiçik Qafqazda, həmçinin Talış dağlarında törəmə tipli sırf vələs meşələri də yayılmışdır. Belə 

meşələrin əmələ gəlməsi qarışıq fıstıq-vələs və palıd-vələs meşələrinə antropogen amilin təsirilə əlaqədardır. 

Yuxarıda   göstərilən üç ağac cinsinin(şərq fıstığı və 4 palıd növünün (iberiya, şərq, şabalıdyarpaq, uzunsap-

laq palıd) və qafqaz vələsinin üstünlük təşkil etdiyi meşələr respublikamızın meşə ilə örtülü ümumi sahəsinin 

87%-i qədərdir, yerdə qalan 13% meşə ilə örtülü ərazi kiçik sahələrdə ardıc növləri, qovaq növləri, tozağac, də-

mirağac, cökə, ağcaqayın növləri, qoz, şabalıd, cökə üstünlük təşkil edən meşələrin payına düşür. 

Bir çox ağac cinsləri (yalanqoz, qaraçöhrə, adi xurma, qarmaqvarı şam, ayıfındığı, ipək akasiyası, azatağac 

və b.) isə ya olduqca kiçik sahələrdə meşəlikdə üstünlük təşkil edir, yaxud ağaclığın tərkibinə qarışır. 

Göstərilən ağac növləri haqqında geniş məlumatı «Azərbaycanın meşələri» (Məmmədov, Xəlilov, 2002) kitabın-

da almaq olar. 

 

13.4. Meşəsizləşdirmə qlobal  ekoloji  problemdir 

 «Meşəsizləşdirmə» termini dünya ədəbiyyatına son onilliklərdə daxil olmuş və hazırda geniş işlənir. BMT-

nin ekoloji proqramı «Jynep» – in işlərində meşəsizləşdirmə insan fəaliyyəti və ya təbii səbəblərdən müəyyən 

ərazidə meşənin sıradan çıxması və ya başqa təsərrüfat tipi istifadəsinə keçməsi kimi ifadə olunur. 

İnsan həyata qədəm qoyduqdan sonra ilk dəfə istifadə etdiyi təbii resurslardan biri meşə olmuşdur. Qədim 

tayfa və icmalar vəhşi heyvanları ovlarkən dövri olaraq meşə yanğınları törətmişlər. Neolit dövründə aqrar tə-

sərrüfata keçərkən tarla və otlaq sahəsi əldə etmək məqsədilə də meşələri yandırmışlar. Balta icad olunduqdan 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə