MəMMƏdov qəRİb xəLİlov mahmud


Samur – Dəvəçi ovalığında



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə145/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   141   142   143   144   145   146   147   148   ...   228

 

276


Samur – Dəvəçi ovalığında hələ  yaxın  dövrlərdə  meşə  landşaftı  üstünlük  təşkil  etmişdir . Burada  duzən  

meşələri  vaxtilə  dəniz  səviyyəsindən  500 m – yüksəkliyə  qədər  yayılmışdır. Lakin  düzənliyin  əsas  ərazi-

sində  meşə  örtüyünün  yerində  mədəni ( antropogen ) landşaft  tipləri  üstünlük  təşkil  edir . Burada  geniş  sa-

hələrdə  salınan  qiymətli  meyvə  bağları  böyük  əhəmiyyətə  malikdir . Samur – Dəvəçi  ovalığında  təbii  me-

şəlik  cəmi  16 min ha  sahədə  qalan  Yalama  meşəsi  adı  ilə  məşhurdur . Bu  meşələrdə  əsas  ağac  cinsləri  

uzunsaplaq  palıd , iberiya  palıdı,  vələs,  qarağacdır. Relyefin  çökək  yerlərində  ağyarpaq  qovaq  meşəsi  də  

bitir, tərkibinə  Sosnovski  qovağı  və  qara  qovaq  da  qarışır .Düzənliyi  kəsib  keçən  çayların  qırağında  qızı-

lağac  və  söyüd  də  bitir. 

Yalama  meşəsinin  sanitar  vəziyyəti  qeyri  qənaətbəxşdir . Orada  geniş  miqyasda  yayılan  ziyanverici  

cücülər  palıd  və  qarağacların  qurumasına  səbəb  olmuşdur . 

Samur – Dəvəçi  ovalığında  meşə  sahələrinin  azlığı  və  onların  qeyri – qənaətbəxş  vəziyyəti  yeni  tarla-

qoruyucu  meşəliklərin  və  kanalboyu  irriqasiya  meşə  zolaqlarının  salınması  tələbini  irəli  sürür . 



 

Lənkaran  ovalığı    

Əlverişli  subtropik  iqlim  və  münbit  torpaq  şəraiti  ilə  fərqlənən  Lənkəran  ovalığı  əhalinin  sıx  məs-

kunlaşmasına  imkan  yaratmışdır . Özlərinə  yaşayış  yerləri  və  əkin  sahələri  əldə  etmək  məqsədilə  ovalıq-

da  meşələr  yox  edilmişdir . Başdan – başa  relikt  hirkan  tipli  meşələrlə  örtülü  olan  ovalıqda  hazırda    me-

şəlik  kiçik «ləkələr» şəkilində  hirkan  qoruğunda  qalmışdır . Bu  meşəlikdə  dəmirağac  və  şabalıdyarpaq  pa-

lıd  üstünlük  təşkil  edir . Meşəsizləşdirilmiş  ovalığın  müasir  landşaftı  bir – birinə  yaxın  yerləşən  yaşayış  

məntəqələrilə  vəhdət  təşkil  edən  antropogen  landşaftlardır . Ovalıqda  100 m  enində  ( Cəlilabaddan  başla-

yaraq  Astara  rayonu  daxil  olmaqla )  salınan  meşə  zolağında  yalnız  şabalıdyarpaq  palıddan , magistral  şo-

se  yolu , kənd  yolları  boyu  və  tarlaqoruyucu  meşə  zolaqlarında  əsasən  həmişəyaşıl  ( sərv )  və  yarpağı  

tökülən  ( pekan , palıd , katalpa  və s . )  ağac  cinslərindən  istifadə  olunmuşdur . 

Xanbulançay  su  anbarından  sitrus  bitkilərinin  sahələrini  suvarmaq  məqsədilə  su  kanalları  çəkilmişdir . 

Beləliklə , Lənkəran  ovalığının  təbii  landşaftı  kökündən  dəyişmişdir . 

 

Kürqırağı  tuqay  meşələri    

Azərbaycan  respublikası  daxilində  Kür  çayının  uzunluğu  900 km – ə  çataraq  bozqır  və  yarımsəhra  iq-

limli  əraziləri  kəsib  keçir. Çay  boyu  qrunt  sularının  səviyyəsi  səthə  yaxın  yerləşdiyindən , vaxtaşırı  ətraf  

sahələri  daşğın  suları  basdığından  meşənin  inkişafı  üçün  əlverişli  şərait  vardır . Vaxtilə  Kürçayı  Azərbay-

canda  bütün  uzunluğu  boyu  Xəzər  dənizinə  kimi  tuqay  meşələrilə  əhatə  olunubmuş . Hazırda  isə  bu  me-

şələrin  yadigarlarına  kiçik  «ləkələr» şəklində  rast  gəlinir . Son  zamanlar  isə  bu  kimi  meşə  sahələrinin  də  

sıradan  çıxması  təhlükəsi  gözlənilir . 

Görkəmli  təbiətşünas  Həsənbəy  Zərdabi  qeyd  etmişdir  ki, öz  dövründən  50 – 60 il  əvvəl  Kür  çayı  sa-

hilləri  bütün axarı  boyu  meşə  ilə  örtülü  olmuşdur . 

Akademik  A.A.Qrossheym ( 1920,1932)  yaxşı  vəziyyətdə  olan  tuqay  meşələrini  Əli – Bayramlı  şəhəri  

yaxınlığında   və  ondan  yuxarı  ərazilərdə  təsvir  edirdi . Təssüflər  olsun  ki , apardığımız  tədqiqatlar  göstər-

di  ki  hazırda  Əli – Bayramlı  şəhəri  yanında  Kür  çayı  qırağında  yalnız  bir – neçə  ədəd  qurumaqda  olan  

qovaq  ağacı  qalmışdır , ondan  yuxarıdakı  ərazilərdə  isə  qalan  meşə  sahələri  yaxşı  vəziyyətdə  olmayıb  bu  

və  ya  digər  dərəcədə  pozulmuşdur .   

L.İ.Prilinko  (1954) qeyd  edirdi  ki, tuqay  meşələri  vaxtilə  əyri  xətt  şəklində  Kür  çayı  boyu  Xəzər  də-

nizinə  qədər  çatırmış . Müəllif  Qızılağac  qoruğu  ərazisində , Kür  çayının  köhnə  deltasında  allüvial  yığın-

lar  altında  tapdığı  ağyarpaq  qovağın  çürümüş  halda  kotüklərini  vaxtilə  burada  başdan – başa  meşəliyin  

qalıqları  hesab  edir . 

Tuqay  meşələrinin  əsas  sahəsi hələ 1920 – ci  ilə  qədər  əkin  sahələri  və  yaşayış  yerləri  əldə  etmək  

məqsədilə  məhv  edilmişdir . Yaxın  keçmişdə  20  min  hektar  Samux  meşəsi  adı  ilə  məşhur  olan  tuqay  

meşəsi  Mingəçevir  dənizinin  altında  qalmışdır . 10 min  hektara  qədər  tuqay  meşəsi  Şəmkir  və  Yenikənd  

su  anbarlarının  yaradılması  məqsədilə  qırılıb  məhv  edilmişdir. 

İndi 4 min ha-ya yaxın  tuqay  meşəsinin  yerində( Kirzan  sahəsi ) Tovuz  su  anbarı  yaradılması  planlaşdı-

rılmışdır .  

Hazırda  Ağdaş , Bərdə , Ağcabədi  və  Sabirabad  rayonlarında  onsuzda  pozulmuş  tuqay  meşələrinin  və-

ziyyəti  daha  da  acınacaqlıdır . Burada  meşə  sahələri  başdan – başa  otlaqlara ( bütün  il  boyu )  çevrilmişdir . Hər  

il  Kürboyu  meşə  təsərrüfatları  ərazilərində  fermer  və  qaçqınların  qoyun  və  qaramal  sürüləri  otlayır . Bunun  

nəticəsində  təbii  və  süni  salınmış  meşələr  seyrəlir , kolluqlara  çevrilir , gələcək  nəsli  kəsilir , meşəsizləşdirmə  

intensiv  gedir . Kürqırağında meşə yox  edilən  sahələri  yulğun  kolluqları , qamışlıq, bataqlıqlar  tutur .Yevlax , Sa-

birabad , Hacıqabul  rayonlarında  meşənin  yerində  kənd  təsərrüfatı  bitkiləri  sistemsiz  suvarıldığından  sahələr  

şorlaşır  və  ya  bataqlığa  çevrilir. 

Kürboyu  meşə  sahələrinin  eni  Ağstafa  və  Ağdaş  rayonlarının  bəzi  yerində  4 – 6 km – ə  çatır . Əgər  meşə-

nin  enini  çayın  hər  iki  sahilində  1.0 – 1.5 km  qəbul  etsək ( minimum  götürürük ) onda  900 km – lik  məsafədə  



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə