MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə149/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   145   146   147   148   149   150   151   152   ...   228

 

282


Bəzən efemerlər yaxşı inkişaf edib otlaqlarda sıx bitki örtüyü əmələ gətirir. Torpağın səthinin 80-90%-ə qədəri 

bitki ilə örtülür. Bu cür sahələrdən təkcə otlaq, örüş kimi deyil, həmçinin təbii biçənək kimi də istifadə edilir. 

Yovşanlı, göyüllü-yovşanlı, qaratikanlı-yovşanlı yarımsəhralar qış otlaqlarında daha geniş yer tutur. Bunların 

arasında ən böyük sahə yovşanlı yarımsəhralardır.  

Respublikamızın qış otlaqlarında çox böyük əhəmiyyət kəsb edən ot örtüyündən biri də quru bozqır 

sahələrin bitki örtüyüdür.  

Quru bozqır bitki örtüyü olan otlaqlar yarımsəhra ot örtüyünə malik olan sahələrdən çoxillik taxıl otlarının 

nisbətən yaxşı inkişaf etməsi ilə fərqlənir. Məsələn, ağot, ayrıq, şiyav, topalotu və s. bitkilərin əmələ gətirdikləri 

çimliklər bəzən o qədər sıx və çox olur ki, sahələr başdan-başa ağımtıl, quru bozqır şəklini alır. Bu cür görünüşə 

malik olan quru bozqır sahələr qış otlaqlarının yem balansında mühüm rol oynayır.  

Naxçıvanda, Qobustan, Bozqır yaylasında, Dağlıq Qarabağın dağətəyi hissəsində və digər yerlərdə yerləşən 

quru bozqır otlaq sahələrində inkişaf etmiş bitkilərin  ən mühüm nümayəndələri daşdayan, dovşantopalı, 

tonqalotu, daraqotu, nazikbaldır, tüklüayrıq, qırtıc, buğdayıot, quramit və s. ot növləridir. Onlar böyük yemlik 

əhəmiyyətinə malik olduqları üçün bozqır otlaq sahələrindəki ot örtüyünün əsasını təşkil edirlər. Yazda və yayın 

əvvəllərində sürətlə böyüyüb inkişaf edən bu bitkilər otlaqların yemlik keyfiyyətinə və ümumi məhsuldarlığına 

müsbət təsir göstərir. 

Quru bozqır bitki örtüyünə malik olan otlaqlar yovşanlı-ağot, yovşanlı-ayrıq, yovşanlı-şiyav, yovşanlı-

topalotu tiplərinə ayrılır.  

Azərbaycanın qış otlaqlarındakı səhra, yarımsəhra və bozqır bitki qruplarından başqa bəzi yerlərdə ayrı-ayrı 

talalar şəklində inkişaf etmiş bataqlıq, çökəklik, çala və çəmən bitki qruplarına da rast gəlmək olur.  

Araşdırmalar göstərir ki, respublikamızın qış otlaqlarında (Qobustan, Ceyrançöl, Bozdağ, Acınohur) və 

biçənək sahələrində eroziya prosesləri ilə yanaşı,  şorlaşma, bataqlaşma, subasmalar kimi hallar onların 

deqradasiyasını sürətləndirmişdir. Təqribən 201 min hektar və ya 15% yem sahəsi  şorlaşma, bataqlaşma və 

subasmaya məruz qalmış, minlərlə hektar sahə qanunsuz olaraq şumlanmış  və yaşayış yerlərinə çevrilmişdir. 

Bütövlükdə yem sahələrinin 978 min hektarının  əsaslı yaxşılaşdırma, meliorasiya və digər tədbirlərə ehtiyacı 

vardır. Bununlu belə, yem sahələrinin, yay və  qış otlaqlarının, biçənəklərin ekoloji problemlərinə daha geniş 

aspektdə baxılması tələb olunur. Bunlar aşağıdakılardan ibarətdir: 

1. Yem sahələri təyinatı üzrə istifadə edilməli, quzuları  və boğaz heyvanları yaşıl yemlə  təmin etmək 

məqsədilə qış otlağının ümumi sahəsinin 3 faizdən çox olmayan hissəsində yaşıl yem üçün olan əkini çıxmaqla 

qalan ərazilərdə hər hansı əkinçilik fəaliyyətinə yol verilməməlidir; 

2. Köç yolları  və mal-qara düşərgələri təyinatı üzrə istifadə edilməli, yataqlar və otlaqlararası xüsusi 

yollardan istifadəyə, lazımsız yol və cığırların salınmasına və otlaqlarda iribuynuzlu mal-qaranın sürü halında 

otarılmasına yol verilməməlidir. Otarılma norması hər hektara 5-6 baş heyvanla məhdudlaşmalıdır; 

3. Yay və qış otlaqlarında ərazinin relyef, iqlim, bitki örtüyünün vəziyyətini, ilin əlverişli (yağıntılı) və ya 

əlverişsiz (quraq) olmasını nəzərə almaqla otarma normalarına ciddi əməl olunmalı, eroziya proseslərinin çox 

qabarıq şəkildə təzahür etdiyi yerlərdə, yarğanəmələgəlmə təhlükəsinin mövcud olduğu sahələrdə otarma kəskin 

şəkildə məhdudlaşdırılmalı və ya qadağan olunmalıdır; 

4. Yay və qış otlaq sahələrində ot örtüyünü zənginləşdirmək, keyfiyyətini yüksəltmək və botaniki tərkibini 

qiymətli yem bitkiləri hesabına artırmaqla                     1 hektarın məhsuldarlığını 5-6 sentnerə çatdırmaq  

məqsədilə eroziyaya məruz qalmış (663 min ha) və meliorasiya tədbirlərinin həyata keçiriləcəyi  şorlaşmış, 

bataqlaşmış və su altında qalan (201 min ha) ərazinin 744 min hektarında səthi və 234 min hektarında isə əsaslı 

yaxşılaşdırma tədbirləri aparılmalıdır; 

5. Bioməhsuldarlığını artırmaq məqsədilə otlaq və biçənəklər gübrələnməlidir, bu zaman ot örtüyünün 

botaniki tərkibi, torpağın fiziki-kimyəvi xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Üzvi gübrələrin 5 ildən bir 

(hər hektara orta hesabla 20 ton qurumuş peyin), mineral gübrələrin isə 2-3 ildən bir (hər hektara fiziki çəkidə 

orta hesabla 1-2 sentner ammonium şorası, 2-2,5 sentner superfosfat, 1-15 sentner kalium-xlorid) verilməsi 

məsləhətdir; 

6. Otlaqlarda səthi və kökündən yaxşılaşdırma tədbirləri görülməli, səthi yaxşılaşdırma zamanı otlaqların 

hər hektarına 40-60 kq xaşa toxumu, 8-10 kq yonca toxumu, 18-30 kq isə taxıl fəsiləsinə mənsub olan ot növləri 

toxumlarının səpilməsi həyata keçirilməlidir; 

5. Respublikanın regionlarında  əkmə (mədəni) otlaqların yaradılması  və mövcud olanların 

intensivləşdirilməsi və genişləndirilməsi istiqamətində  tədbirlər görülməli  bu zaman müasir texnologiyalara 

üstünlük verilməlidir; 

8. Son illər otlaq və biçənək sahələrində baş vermiş  dəyişiklikləri nəzərə alaraq yem sahələrinin torpaq 

örtüyü, geobotaniki tərkibi, yem vahidi və otarma (optimal) norması göstərilməklə onların iri miqyaslı 

xəritələşdirilməsi həyata keçirilməlidir, ilk növbədə otlağın məhsuldarlığı, keyfiyyəti, yem vahidi və baş hesabı 

ilə yükü nəzərə alınmaqla yem vahidi xəritələri tərtib edilməlidir. 

 

 




 

283


XIV Fəsil 

 

AZƏRBAYCANDA MEŞƏ ÖRTÜYÜNÜN  

MÜHAFİZƏSİ VƏ BƏRPASI 

 

14.1. Təklif olunan xüsusi mühafizə təbiət obyektləri 

Hazırda insanın  ətraf mühitə  təsirinin gücləndiyi bir dövrdə çox vaxt təbiətdə ekoloji müvazinətin 

pozulması müşahidə edilir. Xeyli meşə sahələri məhv edilərək, yaşayış  məntəqələri və  şum altında istifadə 

olunur, otlaqlar sıradan çıxır. Bununla əlaqədar olaraq təbiətin bu və ya digər dərəcədə ilkin vəziyyətdə qalmış 

ərazilərinin, obyektlərinin yaxşı qorunub saxlanması günün vacib problemi kimi qarşıya çıxır. Belə sahələrdə 

indiyə  qədər yoxa çıxmaq qorxusu olan bitki və ya heyvan növləri, bütöv təbii ekosistemlər (landşaftlar), su 

mənbələri qalmışdır.  

Təbiətin mühafizə edilmə formalarının qarşıya qoyduğu konkret vəzifələri müxtəlif olsa da, məqsəd eyni 

olub elmi, tarixi, təsərrüfat və estetik əhəmiyyət kəsb edən bu və ya digər təbii kompleksi, bitki və heyvan 

növünü dağılmaqdan, məhv olmaqdan qoruyub saxlamaqdır. Təbiətin qorunub saxlanan formalarından 

qoruqları, yasaqlıqları, milli parkları, ayrı-ayrı qiymətli təbiət obyektlərini göstərmək olar.  

Qoruqlar təbiətin canlı laboratoriyası sayılır. Qoruq ərazilərində insanın bütün təsərrüfat fəaliyyəti 

dayandırılır və orada yalnız mühafizə və elmi tədqiqat işləri aparılır.  

Yasaqlıqlar qoruqdan fərqli olaraq hansı təşkilatın ərazisində yerləşirsə, həmin təşkilata baxır (məs. fermer, 

meşə  təsərrüfatı  və s.). Yasaqlıqlarda ovetmə, mal-qara otarma, yer şumlamaya qismən icazə verilə bilər. 

Yasaqlıqda bütün təbiət kompleksi deyil, onun ayrı-ayrı komponentləri qorunur.  

Respublikamızda flora və faunanın mühafizə olunub saxlanması məqsədilə 5 milli park, 14 dövlət qoruğu 

və 18 yasaqlıq yaradılmışdır.  

Apardığımız tədqiqatlar nəticəsində respublikamızın müxtəlif təbii zonalarında nisbətən öz ilkin vəziyyətini 

saxlamış, lakin məhv olmaq təhlükəsi olan qiymətli meşə obyektləri aşkar edilmişdir. Onların mühafizəsi 

məqsədilə yeni qoruq, yasaqlıq və qiymətli meşə obyektlərinin təşkili üzrə tövsiyələr hazırlanmışdır. Aşağıda 

respublika ərazisində aşkar etdiyimiz qoruq, yasaqlıq və qiymətli meşə obyektlərinin qısa xarakteristikası verilir.  



1. Yüksək dağlıq meşə qoruqları və yasaqlıqları 

Alaxançallı yasaqlığı.  Gəncəçayın sol sahilində Daşkəsən rayonunun Alaxançallı  kəndinə yaxın  ərazidə 

dəniz səthindən 2100-2400 m yüksəklikdə nisbətən az pozulmuş tozağac meşəliyi bitir. Ona şərq palıdı, 

quşarmudu və vələs qarışır. Meşəliyi yuxarıdan ardıc kolları zolağı əhatə edir. Bu meşələr böyük torpaqqoruyu-

cu-sutənzimedici əhəmiyyət daşıyır. Lakin ərazinin yay otlağı kimi istifadə olunması meşələrin pozulmasına və 

qoruyucu funksiyasının aşağı düşməsinə səbəb olur.  

Təsvir etdiyimiz yüksək dağlıq meşə sahəsinin yasaqlıq kimi mühafizə olunması təklif olunur.  



Ağqaya qoruğu.  Gədəbəy rayonunda Şəmkirçayın qolu sayılan Ağqaya çayı hövzəsində «Mozuoğlunun 

yurdu» adlanan sahədə (Ağqayaya yaxın) meşənin yuxarı sərhədi 2560 metrə çatır. Ərazidə xarakterik tozağac 

və  şərq palıdı meşəsi qalmışdır. Meşəliyin tərkibində  fıstıq, vələs, ağcaqayın, meşə altında kollardan əzgil, 

yemişan, itburnu, moruq, böyürtkan bitir. Meşənin tam yuxarı sərhədində tozağac üstünlük təşkil edir.  

Apardığımız tədqiqat təsdiq edir ki, göstərilən ərazinin rəngarəng bitki örtüyü hələ az-çox təbii vəziyyətini 

saxlayır. «Ağcaqaya» adlanan sahədə yayda istirahət edənlər orada çadır qurur, mal-qara otarır və qanunsuz ov 

edirlər. Bu isə ərazidəki qiymətli təbii bitki örtüyünün yoxsullaşmasına, heyvanların həmin yerlərdən didərgin 

düşməsinə gətirib çıxara bilər.  

Yuxarıda göstərilən qanunsuzluqların qarşısını almaq üçün ərazinin təxminən 2500-3000 hektardan çox 

hissəsinin qoruq elan edilməsi tamamilə məqsədəuyğundur.  



Tutqunçay qoruğu. Kiçik Qafqazda Tərtərçayın böyük sağ qolu sayılan Tutqunçayın sol sahilində dəniz 

səthindən 2300-2500 m yüksəklikdə ziyilli tozağac və Litvinov tozağacı üstünlük təşkil edən xarakterik meşə 

sahəsi qalmışdır. Yamacın cənub cəhətində  şərq palıdı bitir. Lakin ərazidə yay dövründə istirahətə  gələnlər 

tərəfindən ağaclar kəsilir, sahə mal-qaraya otarılır. Bu isə meşənin yuxarı sərhədinin aşağı düşməsinə, qiymətli 

meşə sahələrinin kolluqlara çevrilməsinə, eroziya prosesinin inkişafına və sel hadisələrinin baş veməsinə səbəb 

olur.  


Təsvir edilən nadir meşə sahəsinin qoruq elan edilməsi həm də Tutqunçay hövzəsindəki «İstisu» 

bulaqlarının qorunub saxlanmasına zəmin yaradar.  

 

2. Arid meşə qoruqları  

Çilgilçayın ardıc yasaqlığı 

Təngaltı silsiləsinin cənub yamacında Orduc, Pucuq kəndləri və Yesurki dağı arasında (Gilgilçayın sol 

sahilində) Dəhnə kəndi ətrafında və İstisu çayı hövzəsində xarakterik ardıc seyrək meşələri yayılmışdır.  

Hazırda yüksək torpaqqoruyucu əhəmiyyətə malik olan bu ağaclıqlar intensiv mal-qara otarılması 

nəticəsində  məhvə doğru gedir. Buradakı ardıc meşələrini qoruyub saxlamaq və onların qoruycu funksiyasını 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə